ZAYE

[ ər. ] klas. bax zay.
□ Zaye etmək (eyləmək) – bax zay etmək (eləmək) (“zay”da).
Vəchindəki bənzər ay olar zaye; Verdilər ömrümü, ay olar zaye. M.P.Vaqif.
[Molla İbrahimxəlil:] Mən sizə yaxşılıq etmək fikrindəyəm, siz mənim əməyimi və cəfamı zaye etmək fikrindəsiniz! M.F.Axundzadə.
Yıxdın evimi, eylədin övladımı zaye; İş keçdi məhəldən. M.Ə.Sabir.

Zaye olmaq – bax zay olmaq (“zay”da).
Hala ki, xəsarət oldu vaqe; Sərmayələrin tamam zaye. Füzuli.

ZAY
ZE
OBASTAN VİKİ
Vladimir Zayets
Vladimir Vladimiroviç Zayets (4 may 1981; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2008 və 2012-ci illərdə baş tutan Paralimpiya Oyunlarında medallara sahib olub. Vladimir Zayets 1981-ci il mayın 4-də Bakı şəhərində anadan olub. 2008-ci ilin avqust ayında Vladimir Zayets Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 6.80 metr nəticə ilə dördüncü pillənin sahibi olan Vladimir Zayets, üçtəjanla tullanma turnirində 15.00 metr nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Vladimir Vladimiroviç Zayets "Tərəqqi" medalı ilə təltif edildi. Daha sonra Vladimir Zayets 2012-ci ilin avqust ayında Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Üçtəjanla tullanma turnirində 15.01 metr nəticə ilə gümüş medala sahib olan Vladimir Zayets, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vladimir Vladimiroviç Zayets Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vladimir Vladimiroviç Zayets 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edildi.
Zayed Universiteti
Zayed Universiteti (ərəb. جامعة زايد‎) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyinin Əbu-Dabi şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi. Ölkəsinin Birləşmiş Ərəb Əmirlikləri Universiteti və Ali Texnologiya Kollecləri ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir. Universitetin əsası 1988-ci ildə qoyulmuşdur. Təsis olunduğu vaxt Zayed Universiteti yalnız qızlar üçün nəzərdə tutulsa da, sonradan burada oğlanların da təhsil almasına icazə verilib. Bu ali təhsil müəssisəsi humanitar və təbiət elmləri, biznes elmləri, kommunikasiya və media, təhsil və informasiya sistemləri adlı 5 kollecdən ibarətdir. Universitetdə tədris əsasən ingilis dilində aparılır. İngilis dilinin tədrisi səviyyəsini yüksəltmək üçün Əbu-Dabi Təhsil Şurası Zayed Universiteti ilə birgə ibtidai təhsil üzrə pilot proqram hazırlamışdır. Belə ki, bu ölkədə ingilis dilində səlis danışmağı bacarmayanların işlə təmin olunması xeyli çətindir. Ona görə də bu proqramın genişləndirilərək ölkənin bütün məktəblərində tətbiq olunması planlaşdırılır.
Zayed əl-Hayari
Zayed əl-Hayari — Qətərin İraqdakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) Zayed əl-Hayari Qətərin İordaniyada səfiri vəzifəsində işləyib. 2015-ci ildən ölkəsinin İraqdakı fövqəladə və səlahiyyətli səfiridir.
Şeyx Zayed məscidi
Şeyx Zayed məscidi (جَامِع ٱلشَّيْخ زَايِد ٱلْكَبِيْر) — Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşir. Dünyanın ən iri altı məscidindən biri. Məscid yaxınlıqda dəfn olunan Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın şərəfinə adlandırılıb. Məscid rəsmi olaraq 2007-ci ilin Ramazan ayında açılıb. Bu məscid Dubaydakı Cümeyra məscidi ilə birlikdə istisna hal daşıyır. Çünki hamıya ora daxil olmaq (yalnız müsəlmanlar deyil) icazəsi verilir. Turizm Nazirliyi 2008-ci ilin mart ayının ortalarından etibarən məscidə ekskursiyaların müsəlmanlar və qeyri-müsəlmanlar üçün açıq olduğunu açıqlayıb. Zayed məscidinə giriş və turlar pulsuzdur. Şeyx Zayed məscidi BƏƏ-nin sonuncu əmiri Şeyx Zayed ibn Sultan Əl Nəhyanın təşəbbüsü ilə inşa edilib. Elə bu səbəbdən də onun qəbri məscidin yaxınlığındadır.
Məhəmməd bin Zayed Əl-Nəhyan
Məhəmməd bin Zayedibn Sultan Əl-Nəhayan (ərəb. محمد بن زايد بن سلطان آل نهيان‎; 11 mart 1961, Əl-Əyn) — Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu-Dabi Əmiri (13 və 14 may 2022-ci il tarixlərindən). 2004-cü il dekabrın 8-dən Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının sədri. BƏƏ-nin qurucusu və prezidenti Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın üçüncü həyat yoldaşı Fatimə ibn Mübarək Əl Kətbidən olan üçüncü oğlu. Əvvəllər o, böyük qardaşı, BƏƏ-nin keçmiş prezidenti Xəlifə ibn Zayed Əl Nəhayanın müşaviri olub. O, insult keçirəndə 2014-cü ildən bütün əsas qərarları qəbul edərək, Əbu-Dabi əmirliyinin və bütün Birləşmiş Ərəb Əmirliklərinin faktiki hökmdarı idi. 2019-cu ildə "The New York Times" onu dünyanın ən güclü ərəb hökmdarı və ən nüfuzlu adamlarından biri adlandırıb. "Time" jurnalına görə, o, 2019-cu ilin ən nüfuzlu 100 adamından biridir. Kral İslam Strateji Araşdırmalar Mərkəzinin məlumatına görə, Məhəmməd 2023-cü ildə dünyanın səkkizinci ən nüfuzlu müsəlmanı kimi tanınıb. 11 mart 1961-ci ildə o vaxtlar Atəşkəs dövlətləri adlanan ölkənin Əl-Əyn şəhərində anadan olub.
Zayed Milli Muzeyi
Zayed Milli Muzeyi (ərəb. مَتْحَف زَايِد ٱلْوَطَنِي‎) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində inşa olunan muzey. Muzey BƏƏ-nin qurucusu və ilk prezidenti mərhum Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın xatirəsini anmaq üçün nəzərdə tutulub. Muzeyin Səadət adası Mədəniyyət Dairəsinin mərkəzi olması planlaşdırılır. Orada Əmirliyin tarixi, mədəniyyəti və iqtisadi transformasiyası nümayiş etdiriləcək. 2021-ci ildə, "Arabtec" tikinti şirkətinin fəaliyyətini dayandırmasından sonra yarımçıq qalan tikinti "Trojan Construction Group" və "SixConstruct" şirkətlərinə keçəcəyi açıqlandı. Muzey hazırda tikinti mərhələsindədir və 2021-ci ilin noyabrının məlumatına görə onun açılış tarixi 2025-ci ilə planlaşdırılır. Muzey Foster + Partners şirkəti tərəfindən layihələndirilib. Bina ondan sərin havanı çəkmək üçün baca rolunu oynayacaq beş günəş termal qülləsi kimi layihələndirilib. Qüllələr Şeyx Zayedin şahin sevgisini xatırlamaq üçün şahin qanadlarına bənzəyir.

Digər lüğətlərdə