ŞƏFƏQ

is. [ ər. ]
1. Gün çıxmadan və ya batarkən göydə görünən qızartı.
Od tutub qırmızı atəşlə yenə yandı üfüq; Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq. A.Səhhət.

2. məc. Parıltı, bərq, şölə.
[Qadın] üzərinə o qədər daş-qaş tökmüşdü ki, güzgünün qabağında durduğu zaman özünün belə şəfəqdən gözləri qamaşırdı. M.S.Ordubadi.
[Hacı Murad:] …Almazların şəfəqi gözlərimi qamaşdırır. S.S.Axundov.

□ Şəfəq vermək (salmaq, saçmaq) – parıldamaq, bərq vurmaq, işıq saçmaq, şölələnmək.
Burdan bir atlı getdi; Atın oynatdı, getdi; Gün kimi şəfəq saldı; Ay kimi batdı, getdi. (Bayatı).
Buludlar dağlara yavıqlaşdıqca kənarları ağarıb gümüş kimi şəfəq verirdi. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞƏFƏQ şölə — nur
  • ŞƏFƏQ cila — pardaq
  • ŞƏFƏQ qızartı — parıltı — işıltı
  • ŞƏFƏQ ŞƏFƏQ (gün çıxmamış görünən qızartı) Xoruzlar banlayır, şəfəqlər qızarır, səhər açılırdı (M.İbrahimov); QIZARTI Qızartı artır, dan yeri açılır; Göy üz
ŞƏFAVERİCİ
ŞƏFƏQQƏT
OBASTAN VİKİ
Şəfəq
Şəfəq — Göyün günəş çıxan və batan tərəfədə işıqlanması. Günəş şüalarının atmosferin üst qatlarında əks olunması nəticəsində yaranır.
Qırmızı Şəfəq
Qırmızı Şəfəq — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Şəfəq qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə Qırmızı Şəfəq kəndi adlandırılmışdır.
Qızıl Şəfəq
Qızıl Şəfəq (1935-ci ilə qədər Cücəkənd) — Ermənistanın Loru mahalında kənd. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 15 km şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə yerləşir. Monqol istilası zamam bu kəndin adı Cüycikənd olmuş və sonradan toponim fonetik hadisəyə uğrayaraq "y" səsi düşmüş, Cüycikənd i~ə səsəvəzlənməsi nəticəsində Cücəkənd formasında qalmışdır. Toponim monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan cuci ulusunun adından yaranmışdır. Yəni toponim cuci nəsil adı ilə "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulmuşdur.
Rəşid Şəfəq
Rəşid Şəfəq (Əliyev Rəşid Camal oğlu; 13 oktyabr 1940, Bakı – 24 avqust 2017, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006). Rəşid Şəfəq 1940-cı il oktyabrın 13-də Bakıda anadan olub. Əslən Goranboy rayonunun Şəfəq kəndindəndir. Ailəsində musiqiçi olmasa da, musiqiyə marağı erkən yaşından yaranıb. Dediyinə görə, xalasının həyat yoldaşı Cavad bəy Cuvarlinski dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yaxın dost olub, vaxtilə Qori seminariyasında oxuyublar. Bir gün o Rəşidi Üzeyir bəyin yanına aparıb. Bəstəkar onun musiqi duyumunu yoxlayıb və razılıq edib. Bu görüşdən sonra Rəşiddə özümə inam artıb. İki il bəstəkar Midhəd Əhmədovdan bu sənətin əsaslarını öyrənib. Paralel olaraq violençel sinfində də təhsil alıb.
Şəfəq (Beyləqan)
Şəfəq — Azərbaycan Respublikasının Beyləqan rayonunun Şəfəq qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayonunun Şəfəq qəsəbəsi Komsomol kənd Sovetindən Beyləqan şəhər Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Şəfəq qəsəbəsi Beyləqan şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Şəfəq qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. Qəsəbədə "Həzrəti Cərciz Peyğəmbər" məscidi dini icması fəaliyyət göstərir.
Şəfəq (Goranboy)
Şəfəq, Mollavələdli — Azərbaycan Respublikasının Goranboy rayonunun Şəfəq kənd inzibati ərazi dairəsində kənd. Gəncə-Qarabağ əyalətinin 1727-ci il tarixli müfəssəl dəftərində Gəncə qəzasının Şuturbasan nahiyəsində Mollavələdli kəndinin olduğu göstərilir. 1804-cü il Gəncəbasarın kameral təsvirində 6 ev olmaqla Mollavələdli kimi qeydə alınmışdır. Kəndin keçmiş adı Mollavələdli olmuşdur. Yaşayış məntəqəsini mollavələdli (mollauşağı) nəslinə mənsub ailələr salmışlar. 1930-cu ildə kəndin adı dəyişdirilmiş və rəsmi olaraq Şəfəq adlandırılmışdır. Oykonim "işıqlı" həyata, gələcəyə inamı əks etdirir. Kənd Murovdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində, dəniz səviyyəsindən 678 metr hündürlükdə yerləşir. Qərbdən Qaraçinar, şərqdən Zeyvə kəndləri ilə qonşudur. Goranboy rayonu Şəfəq kənd qəbiristanlığının ərazisində yerləşən, XII–XIII əsrlərə aid memarlıq abidəsidir.
Şəfəq (Göyçə)
Kərkibaş, Şəfəq — Göyçə mahalının Basarkeçər rayonuda kənd. İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. XIX əsrin əvvəllərində yaşamış Kərkibaş tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənd rayon mərkəzi Basarkeçərdən (Vardenis) 13 km məsafədə yerləşir. 25 may 1967-ci ildə kəndin adı Şəfəq, 19 aprel 1991-ci ildə kəndin adı Vanevan qoyulmuşdur. Kərkibaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənubda, Göyçə gölünün yaxınlığında yerləşir. Toponim qazax tayfasına məxsus kərkibaşlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Şəfəq (dəqiqləşdirmə)
Şəfəq — Göyün günəş çıxan və batan ərəfədə işıqlanması. Şəfəq (ad) — qadın adı. Qəzetlər Şəfəq (Azərbaycan qəzeti) — Sovet dövründə Qubada nəşr olunmuş qəzet. Şəfəq (İran qəzeti) — Məşrutə inqilabı illərində yaranan və Təbrizdə gizli iş aparan qeyri-leqal qəzet. Şəfəq (qəzet, İraq) Yaşayış məntəqələri Şəfəq (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonu inzibati ərazi vahidində kənd. Şəfəq (Beyləqan) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Şəfəq (Göyçə) — Göyçədə kənd. Şəfəq (Abşeron) — Abşeron rayonunun inzibati ərazisində qəsəbə.
Şəfəq (roman)
Sübh (ing. Breaking Dawn) — Alatoran romanlar seriyasın dördüncü cildi. 2011-2012-ci illərdə kitabın əsasında iki film ekranlara çıxdı.
Şəfəq Türküsü
Şəfəq Türküsü Nevzat Çelikin eyni adlı şeir kitabı da olan şeiridir. Kitab 1984-cü ildə Akademiya Kitabevi Uğur Mükafatını qazanmışdır. Şeir bütövlükdə 280 misradan ibarətdir. Bir edam məhbusunun anası ilə vidalaşması mövzusuna yönəlib. Nevzat Çelik, 12 sentyabr çevrilişindən sonra həbslər nəticəsində bir çoxları ilə birlikdə edam cəzası ilə mühakimə olundu. Onun sözlərinə görə, bu, çox yaxın, tanış insanların edamlarının baş verdiyi bir mühitdə, verdiyi psixologiya ilə yazılmışdır. 1985-ci ildə 95 misrası Əhməd Qaya tərəfindən bəstələnmiş və mahnısı ifa olunmuşdur. O, 1986-cı ildə təqdim olunan bir albomuna bu adı verib.
Şəfəq (Abşeron)
Şəfəq — Azərbaycan Respublikasının Abşeron rayonunun Şəfəq qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 23 oktyabr 2023-cü ildə Abşeron rayonunun inzibati ərazisində salınmış yeni yaşayış məntəqəsin "Şəfəq" adlandırılması məqsədəmüvafiq hesab olunubdur. 2024-cü ilin aprelində Prezident İlham Əliyevin təsdiqlədiyi “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanunla Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilib. Qanuna əsasən, Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil ediləcək. Şəfəq qəsəbəsinin ərazisi 258 hektar olacaq. 2024-cü ildə faktiki əhalisi 8.850 nəfərdir.
Şəfəq (qəzet)
"Şəfəq" — Qubada nəşr olunmuş qəzet. "Şəfəq" qəzeti 1921-ci ilin aprel ayından fəaliyyətə başlayıb. Sovet dövründə Azərbaycan bölgələrindəki ilk mətbu orqanı olub. Qəzetin ilk adı "Əxbar" olub. Sonralar isə adı dəyişərək "Xəbər", daha sonra isə "Şəfəq" adlanıb. Redaksiyanın nəzdində “Gülüstan”, “Ay işığı” ədəbi məclisləri fəaliyyət göstərib. Durğunluq dövründə “Qızıl Quba” bölgə qəzetləri içərisində ədəbiyyat nümunələri dərc edən mətbu orqan olub. Leninin bağışladığı çap maşını sonralar muzeyə təhvil verilib, mətbəə ləğv edilib. Əvəzində redaksiyaya kompüter, “Niva” markalı avtomobil bağışlanılıb. Sovet dövründə həftədə 3 dəfə 10 min tirajla çıxan qəzet, sonralar ayda 2-3 dəfə əsasən 1000 nüsxə ilə çap olunur.
Qızıl Şəfəq (Yunanıstan)
Qızıl Şəfəq (yun. Λαϊκός Σύνδεσμος – Χρυσή Αυγή) - Yunanıstanda fəaliyyət göstərən ultra millətçi, faşist və neo-nasist meyilli siyasi partiya.
"Qırmızı şəfəq" əməliyyatı
"Qırmızı şəfəq" əməliyyatı (ing. Operation Red Dawn) — 2003-cü il dekabrın 13-də İraqın qaçmış prezidenti Səddam Hüseynin tapılıb ələ keçirilməsi məqsədilə ABŞ SQ-nin nizami bölmələrinin köməyi ilə Amerika Xüsusi Əməliyyat Qüvvələri tərəfindən həyata keçirilən xüsusi əməliyyat. S.Hüseyn Əl-Daur, Tikrit yaxınlığında ələ keçirildi. Əməliyyat 1984-cü ildə məşhur aktyor Patrik Sveyzinin baş rolda çəkildiyi eyniadlı filmin şərəfinə “Qırmızı Şəfəq” adlandırıldı. Əməliyyatı general-mayor Raymond Odiernonun komandanlığı altında 4-cü Piyada Diviziyasının polkovnik Ceyms Hikkinin 1-ci Briqada Döyüş Komandası və ABŞ-ın xüsusi əməliyyat qüvvələrinin seçilmiş komandası -121-ci İşçi Qrupu həyata keçirdi. Alınan kəşfiyyat məlumatı nəticəsində ABŞ hərbi qüvvələrinin birləşmiş qrupu Əd-Daur şəhərətrafı ərazilərində, "Wolverine-1" və "Wolverine-2" adlanan ərazilərdə axtarış aparmış, lakin hərtərəfli axtarış nəticəsində Səddam Hüseyni tapmaq mümkün olmamışdı. Amma bu iki sahə arasında daha diqqətli axtarış aparılması nəhayət nəticə verdi - İraq prezidenti təxminən saat 20:30-da Amerika əsgərlərinin onu çıxardığı "tülkü yuvasında" gizlənmişdi. Səddam Hüseyn heç bir müqavimət göstərmədi.
Şəfəq (Azərbaycan qəzeti)
Tamilla Şəfəq
Şəfəq Hüseynli
Şəfəq Hüseynli — Azərbaycan Milli Antidopinq Agentliyininen (AMADA) direktoru, Avropa Şurası Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) gender bərabərliyi üzrə məruzəçisi, Avropa Şurası Antidopinq Konvensiyası Monitorinq Qrupunun "İdmançıların ədalət mühakiməsinə və ədalətli dinləmələrə çıxışı" üzrə Ad Hoc Ekspertlər Qrupunun (T-DO HR) sədr müavini, Ümumdünya Antidopinq Agentliyinin Milli Antidopinq Təşkilatları üzrə Ekspert Məşvərətçi Qrupunun (WADA EAG) üzvü. Hüseynli Şəfəq Tofiq qızı 31 avqust 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Rus və İngilis dillərini bilir, 2 övladı var. 2007–2016-ci illərdə idman və sağlamlıq üzrə konsaltinq sahəsində fərdi sahibkarlıqla məşğul olaraq şirkət idarə edirdi. 2016-cı ildən etibarən Şəfəq Hüseynli Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru vəzifəsinə təyin edilmiş və ölkə ərazisində ona həvalə edilmiş dopinqlə mübarizə siyasətinin həyata keçirilməsinə başlamışdır. Fəaliyyəti zamanı AMADA-da dürüstlük, şəffaflıq, qərəzsizlik və hesabatlılıq prinsiplərinə əsaslanan Ümumi Keyfiyyət İdarəçiliyini tətbiq etmişdir. 2018-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin "Olimpiya Gündəliyi 2020" Komissiyasına antidopinq üzrə ekspert qismində cəlb edilmişdir. Dopinqlə mübarizə fəaliyyətinə başladıqdan sonra, Ümumdünya Antidopinq Agentliyi tərəfindən 2019-cu ildən etibarən Milli Antidopinq Təşkilatları üzrə Ekspert Məşvərətçi Qrupunun üzvü seçilmiş və Ümumdünya Antidopinq Agentliyinin milli antidoping qurumları üzrə təlimatların və strategiyaların hazırlanmasında iştirak etməyə başlamışdır. Həmin ildə Belarusiyanın Minsk şəhərində keçirilən 2-ci Avropa Oyunlarına Ümumdünya Antidopinq Agentliyi tərəfindən müstəqil müşahidəçi kimi seçilmiş və həmin Oyunların Ümumdünya Antidopinq Məcəlləsinə və beynəlxalq standartlara əsasən keçməsinin monitorinqini həyata keçirmişdir. Avropa Şurası Antidopinq Konvensiyasının Monitorinq Qrupu və YUNESKO-nun "İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiyasının Tərəflərin Konfransında Azərbaycanın nümayəndə heyəti qismində iştirak edən Şəfəq Hüseynli, beynəlxalq müstəvidə antidopinq üzrə qurumların fəaliyyətində aktiv işitrak edərək AMADA-nı peşəkar və qabaqcıl təşkilatlardan biri kimi tanıtmışdır.
Şəfəq bələdiyyəsi
Şəfəq bələdiyyəsi (Beyləqan) — Beyləqan rayonunda bələdiyyə. Şəfəq bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə.
Şəfəq quşu
Erithacus rubecula (lat. Erithacus rubecula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin erithacus cinsinə aid heyvan növü. Döşü şəfəq rəngində olduğuna görə ona şəfəq quşu deyirlər. Bu quş çox soyuq iqlimdə yaşaya bilir. Ona görə də qışda başqa ölkələrə uçmur. Balaları uçmaq öyrənənə kimi onlara yem daşıyır. Şəfəq quşu cəld quşdur, onun gözəl səsi var. Ən çox Avropada, Qərbi Asiya, Şimali Afrikada və Şərqdə məskunlaşır. Ormanlar və hər cür parklarda, çox vaxt insanın sığınacaq yerində yaşayır.
Şəfəq qəzeti
Şəfəq (qəzet, İran)
Şəfəq vaxtı
Şəfəq vaxtı və ya Dan — günəş doğmazdan əvvəl görülən alatoranlığın vaxtıdır. Bu zaman günəşin şüaları zəifdir, günəş hələ qalxmayıb və üfüqün altındadır. Sübh və günəş doğuşu arasındakı alatoranlıq müddəti bölgənin eninə görə dəyişir. Məsələn, bu fərq tropiklərdə bir neçə dəqiqədir, ancaq qütblərdə saatlarca ola bilər.
Şəfəq Əlibəyli
Əlibəyli Şəfəq Ənvər qızı — Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Komparativistika və bədii tərcümələr" şöbəsinin müdiri, filologiya elmləri doktoru. Şəfəq Əlibəyli 1949-cu ildə Bakı şəhərində şair Ənvər Əlibəylinin ailəsində anadan olmuşdur. Bakı şəhəri 190 saylı orta məktəbi bitirdikdən sonra BDU-nin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsində ali təhsil almışdır. Oxuduğu müddətdə Lenin Təqaüdünə layiq görülmüş və 1971-ci ildə həmin fakültəni Fərqlənmə Diplomu ilə bitirmişdir. 1971-1973-cü illərdə Əfqanıstanda Kabil Politexnik İnstitutunda tərcüməçi işləmiş, həmin illərdəki yüksək səviyyəli tərcüməçilik fəaliyyətinə görə Ümumittifaq Gənclər İttifaqının Fəxri Fərmanı ilə təltif olunmuşdur. 1973-cü ildən AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində elmi fəaliyyətə başlamışdır. 1985-ci ildə Gürcüstan Dövlət Universitetində «Fars dilində antonimlərin struktur-semantik təsnifatı» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1989-cu ildə Azərbaycan KPMK nəzdində Marksizm-Leninizm Universitetinin Milli münasibətlər fakültəsinə daxil omuş, 1990-cı ildə həmin fakültəni Fərqləmə Diplomu ilə bitirərək ictimai-siyasi işçi ixtisasına yiyələnmişdir. Şəfəq Əlibəyli elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1992-2007-ci illərdə Bakı İslam Universitetində fars dili və ədəbiyyatı müəllimi işləmişdir.
Şəfəq Əliyeva
Şəfəq Əliyeva (tam adı: Şəfəq Rəsul qızı Əliyeva; 6 noyabr 1956) — Azərbaycan teatr, televiziya, kino və dublyaj aktrisası, Azərbaycanın əməkdar artisti (2013). Şəfəq Rəsul qızı Əliyeva 1956-cı ildə anadan olmuşdur. Səhnədə 1976-cı ildən fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. "Sən nə üçün yaşayırsan?" tamaşasında Leyla ilk roludur. Adil İsgəndərovun yetirməsidir. Teatrda Viktoriya ("Yaddaş ağrısı"), Qətibə (Ə. Əmirli, "MMS"), Yasəmən ("Qaraca qız"), nağılçı (Əlibaba və qırx quldur) kimi obrazları yaratmışdır. Aktrisa dublyaj sahəsində də ixtisaslaşmış aktrisalardan biridir. Bir çox yerli filmi səsləndirmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. Bir neçə televiziya tamaşalarında, reklam filmlərində rol almışdır.
Şəfəq Əmrahova
Əhməd Şəfəq
Əhməd Şəfəq Demirçi, (1 yanvar 1961, İstanbul) Azərbaycanlı Ülküçülük ve Türkiyə milliyətçiliyi kimliyi ilə məlumdur Türkiyə musiqisi musiqiçi, bəstəkar və mahnı müğənnisi. Əhməd Şəfəq 1962-ci il yanvarın 1-də Türkiyənin Rize şəhərində anadan olub. Ailəsi buraya Rizə ilindən köç edib yerləşmişdir. 2007-ci ildə Bakıda keçirdiyi konsertdən əldə etdiyi bütün gəliri Azərbaycan ordusuna bağışlayıb. Azərbaycan Dövlət Filarmoniya salonunda konsert verən ilk Anadolu türküdür. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Azərbaycanın əsasən Qarabağ problemləri əlaqəli çıxışları və Azərbaycana yaxınlığıyla tanınır. Qarabag haqqında mahnılar da oxuyub. 3 əsəri siyasi mövzuda, 3 kitabı isə detektiv janrındadır. 2007-ci ildə Bakıda keçirdiyi konsertdən əldə etdiyi bütün gəliri Azərbaycan ordusuna bağışlayıb və "Fəxri Fərman" mükafatına layiq görülüb.
Oktyabrın Şəfəqləndirdiyi Yol (1977)
Oktyabrın şəfəqləndirdiyi yol — rejissor Cavanşir Məmmədovun Azərbaycan Kommunist Partiyasının XXIX qurultayının yekunları haqqında çəkdiyi sənədli film. Filmdə Azərbaycanın bu günü, onun qayğı və sevincləri, əmək adamlarının bayramları, kənd təsərrüfatı və sənaye sahəsində çalışan əmək qəhrəmanlarının, elm və incəsənət xadimlərinin xeyirxah və fədakar işləri geniş şəkildə göstərilmişdir. Azərbaycanın görkəmli adamları-akademik Həsən Abdullayev, məşhur neftçi-alim Fərman Salmanov, tanınmış pambıqçı Sürəyya Kərimova, neftçi İsrafil Hüseynov və başqaları filmin qəhrəmanlarıdır. Rejissor: Cavanşir Məmmədov Ssenari müəllifi: Əşrəf Hacıyev Operator: Fəraməz Məmmədov, Elxan Əliyev Bəstəkar: Fikrət Əmirov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Oktyabrın şəfəqləndirdiyi yol (film, 1977)
Oktyabrın şəfəqləndirdiyi yol — rejissor Cavanşir Məmmədovun Azərbaycan Kommunist Partiyasının XXIX qurultayının yekunları haqqında çəkdiyi sənədli film. Filmdə Azərbaycanın bu günü, onun qayğı və sevincləri, əmək adamlarının bayramları, kənd təsərrüfatı və sənaye sahəsində çalışan əmək qəhrəmanlarının, elm və incəsənət xadimlərinin xeyirxah və fədakar işləri geniş şəkildə göstərilmişdir. Azərbaycanın görkəmli adamları-akademik Həsən Abdullayev, məşhur neftçi-alim Fərman Salmanov, tanınmış pambıqçı Sürəyya Kərimova, neftçi İsrafil Hüseynov və başqaları filmin qəhrəmanlarıdır. Rejissor: Cavanşir Məmmədov Ssenari müəllifi: Əşrəf Hacıyev Operator: Fəraməz Məmmədov, Elxan Əliyev Bəstəkar: Fikrət Əmirov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Qrüner şəfəqsaçanı
Qrüner şəfəqsaçanı (lat. Anthocharis gruneri) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin ağ kəpənəklər fəsiləsinin şəfəqsaçan cinsinə aid heyvan növü. Qanadları açılmış halda 25-30 mm-dir. Limonu-sarı rəngdə olub dişi fərdlərin ön qanadlarının zirvəsində qırmızı, erkəklərdə isə qara ləkə vardır. Yunanıstan, Türkiyə, Kiçik Asiya, Cənubi Qafqazda yayılmışdır. Azərbaycanda Kiçik Qafqazın dağ ətəklərində və dağlarında, kserofil yamaclarında rast gəlinir (Laçın rayonu, Naxçıvan MR və Talış (Zuvand)) Yaxşı inkişaf etmiş dağlıq kserofil bitkilər (gəvən və akantolimon) bitən yamaclar. Kəpənəklər mayda uçur, dişi fərdlər adətən otlar içərisində gizlənir və az hallarda uçur. Mayın axırında bitkinin yarpaqları ilə qidalanır. Puplaşma iyulun əvvəllərində müxtəlif sığınacaqlarda baş verir, pupları qışlayır və ildə bir nəsil verir. Yumurtalarını kələmkimilər fəsiləsindən olan Turritis glabra bitkisinin üzərinə qoyur.
Şəfəq (qəzet, İran)
Şəfəq qəzeti — 1910-cu ildə Məşrutə inqilabı illərində yaranan və Təbrizdə gizli iş aparan demokrat təşkilatının qeyri-leqal mətbuat orqanı. Bu qəzet öz kəsərli yazıları ilə xüsusilə fərqlənir, milli istiqlaliyyət və demokratiya uğrunda mücadilənin inkişafına mühüm təsir göstərirdi. «Şəfəq» qəzetinin şücaət və cəsarətli, kəskin mübarizə xətti, xüsusilə atəşin vətənpərvərlik ruhundakı məqalələri çarizmin hiddət və qəzəbinə səbəb olurdu. Mətbuatın ifşaçılıq fəaliyyətində intibahnamələrlə yanaşı kitabçalar nəşrindən geniş istifadə olunurdu. 1909-cu ilin may-iyun aylarında müdaxiləçilərin inqilabçılara və dinc əhaliyə qarşı azğınlıq və soyğunçuluq əməllərini ifşa edən çoxlu kitabça buraxıldı, onların mətni «Mükafat» qəzetində, habelə mühcir mətbuatında dərc olunub yayılırdı .
Şəfəq (qəzet, İraq)
"Şəfəq" (qəzet) — ədəbi, elmi, ictimai dərgi. Şəfəq qəzetinin ilk səhifəsində "On beş gündə bir çıxan ədəbi, elmi, ictimai ərəb və kürd dillərində dərgidir… Hələlik ayda bir dəfə çap edilir" ifadəsinin olduğu dərginin sahibi Süleymaniyyəli istefada olan polkovnik-leytenant Abdulqadir Bərzənci, maliyyə işləri müdirü Süleymaniyyəli Əli Bapir idi. Dərginin redaksiyası sahibinin qaldığı Umeyra otelində bir otaqda idi. İlk sayı 1958-ci il yanvarın 15-də çap edilmiş dərgi Kərkükdə "Şimal" mətbəəsində çap edilirdi. Nüsxəsi 70 filisə satılan "Şəfəq"in illik abunəsi bir dinar idi. Dərginin ilk sayındə mətbu orqanın məqsədini bildirən baş məqalədə kürd və ərəb xalqlarının fikirlərinin yaxınlaşdırılması, bunu yerli türkmanların anlayış göstərərək dəstəkləmələri bildirilirdi. Dərgi sanki başqa şəhərdə çap edilirmiş kimi, Kərkük toplumunun mədəniyyəti və ədəbiyyatından bəhs etmirdi. Buna görə də rəğbət görməyib boykot edilən "Şəfəq"in ikinci il həcmi kiçildilib və "Beh yan", yəni, "Bəyan" adı ilə ancaq kürd dilində çap edilməyə başlanıb. 1959-cu il may ayında dərginin 4-cü sayındən sonra onu izləmək mümkün olmayıb.
Betmen Supermenə qarşı: Ədalət şəfəqində
Betmen Supermenə qarşı: Ədalətin şəfəqi (ing. Batman v Superman: Dawn of Justice) — ABŞ istehsalı olan, DC Comics-in fantastik kitablarındakı Supermen və Betmen obrazları əsasında çəkilmiş fantaziya filmidir. Bu film 2013-cü ildə nümayiş olunmuş Polad Adam filminin ikinci seriyasıdır. Filmin ssenarisi Kristofer Nolan və Devid Qoyerə məxsusdur. Rolları Ben Afflek, Henri Kavill, Emi Adams, Cessi Ayzenberq, Diana Leyn, Ceremi Eyrens və digər aktyorlar ifa edirlər. Bu film Betmen və Supermenin eyni filmdə yer aldığı ilk filmdır. Həmçinin filmə Möhtəşəm Qadın, Akvamen, Sayborq və Fleş obrazlarıda daxil edilmişdir. Filmin çəkiləcəyi 2013-cü ildə San Diego Comic-Con International-da Polad Adam filminin nümayiş olunmasından sonra açıqlandı. Snayder 2013-cü ilin iyun ayında verdiyi müsahibəsində Qara Cəngavərin Yüksəlişi filmində Frank Miller tərəfindən hazırlanmış Betmen obrazının filmə daxil olunacağını bildirmişdir. Sınaq çəkilişləri 2013-cü ildə East Los Angeles College-də başladı.
Tekila səhər şəfəqi
Buz dövrü: Dinozavrların şəfəqi
Buz dövrü: Dinozavrların şəfəqi (ing. Ice Age: Dawn of the Dinosaurs) - 2009-cu ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Sid öz ailəsini qurmaq istəyir. O, yumurtaları tapır. Tezliklə bu yumurtalardan dinozavr balaları çıxır. Qəzəblənmiş ana dinozavr balalarını tapır və onları Sidlə birlikdə dinozavrların yaşadığı yeraltı dünyasına aparır. Onun dostları gecikmədən Sidi xilas etməyə yollanırlar...
Buz dövrü 3: Dinozavrların şəfəqi
Buz dövrü: Dinozavrların şəfəqi (ing. Ice Age: Dawn of the Dinosaurs) - 2009-cu ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Sid öz ailəsini qurmaq istəyir. O, yumurtaları tapır. Tezliklə bu yumurtalardan dinozavr balaları çıxır. Qəzəblənmiş ana dinozavr balalarını tapır və onları Sidlə birlikdə dinozavrların yaşadığı yeraltı dünyasına aparır. Onun dostları gecikmədən Sidi xilas etməyə yollanırlar...
Mumiyanın şəfəqi
Mumiyanın şəfəqi (ing. Dawn of the Mummy) — 1981-ci ildə istehsal olunmuş "Mumiya" haqqında qorxu filmi janrında çəkilən filmlərdən biridir. Üç axtarışçı Misir sərasına gəlirlər. Partlayış nəticəsində yerin üstü partladılır. Bu zaman onlar səhranın daxilinə gedirlər. Onlar burada çoxlu qızıl əvəzinə yalnız Mumiya tapırlar. Həmin müddətdə Nyu-Yorkdan jurnalistlər bura gəlmişlər. Bu zaman işıqlanma nəticəsində qəbirdə və qəbrin yanına yerləşən bütün Mumiyalar oyanırlar. Mumiyalar Misir əhalisinə ciddi təhlükə törədirlər. Mumiyanın sübhü — Internet Movie Database saytında.

Digər lüğətlərdə