APTES
ARA BULUCU
OBASTAN VİKİ
Qo Ara
Go Ara (kor. 고아라; 11 fevral 1990) — Cənubi Koreyalı aktrisa və modeldir. Ən çox "Sharp (2003)", "Toping to the Earth (2009)", "Reply 1994 (2013)", "You're All Surrounded (2014)", Hvaran (serial), "Black (2017)", "Ms. Hammurabi (2018)", "Haechi (2019)" və "Do Do Sol Sol La La Sol (2020)" seriallarındakı rolları ilə tanınır. == Həyatı == Qo, Cənubi Qyonsan (Gyeongsang), Cincu, Cənubi Koreyada anadan olub. Gənc yaşlarında, atası əsgər olduğu üçün daim Koreyanı gəzirdi. Orta məktəbdə oxuyanda bir dostu ona SM Entertainment istedad agentliyinə qatılmağı tövsiyə etdi. 2003-cü ildə SM Entertainment Teen Model Yarışmasının qalibi oldu. == Karyera == === 2003–2012: Başlanğıc və artan populyarlıq === Qo, 2003-cü ildə KBS yeniyetmə dramı Sharp-da qadın baş rolu Lee Ok-rim-i oynamaq üçün seçildi. İddialı və özünə güvənən orta məktəbli bir qız rolu, ani ulduzluğa səbəb oldu.
Ara
Ara (lat. Ara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin tutuquşular fəsiləsinə aid heyvan cinsi. Əlvan rəngli, pilləvarı quyruqlu, iri bədənli (uz. 100 sm-ədək, çəkisi 1600 q-a -dək) və iri dimdikli quşlardır. Çoxunun başının yanlarında tüksüz hissələr var. Rəngində cinsi dimorfizm yoxdur. 6 cinsi və 17 növü məlumdur. Əsl aranın 8 növü var. Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yaşayır; bəzi növlərinin arealı çox məhduddur. Meyvə və toxumlarla, həmçinin bitkilərin vegetativ hissələri ilə qidalanır.
Ara (içki)
Ara, və ya Arag- Butanda istifadə olunan ənənəvi spirtli içki.Ara düyü, qarğıdalı, darı və ya buğdadan hazırlanır və ya fermentləşdirilmiş və ya möhkəm ola bilər. İçki, adətən, şəffaf, yaxud ağ rəngdədir. == İstehsalat == Ara daha çox fərdi yaşayış evi və ya fermer təsərrüfatlarında düyü və ya qarğıdalıdan hazırlanır.Ara və ya fermentləşdirilmiş və ya möhkəm ola bilər və Butanda qanuni özəl istehsal və istehlak olunur.Ara istehsalı hər iki metod və keyfiyyətinə görə tənzimlənir və onun Butanda satışı qadağandır.Əvvəllər fiziki şəxslərə icazə verilmədiyinə baxmayaraq, dükançılar vasitəsilə ara satılıb və hökumətin sərt repressiyaları ilə üzləşiblər.Ancaq, bir halda ki, (çünki,) ara böyük gəlir gətirir, nə qədər qarğıdalıdan başqa məhsullardan istifadə edilir, fermerlər onun istehsalını və satışını leqallaşdırmağı tələb etməyə başladılar.Hökumət, bu arada , alkoqol istehlak spirtli içkilər və onların satışının tənzimlənməsi üçün vergilərin artırılması vasitəsilə mane olurdu. Правительство, тем временем, намерено препятствует чрезмерному потреблению алкоголя посредством увеличения налогов на спиртные напитки и регулирования их продажи.Ara həmçinin dini hədəflərdə , xüsusilə şərq Butanında, Allahlara hədiyyə edilir.Uşaqlar aranı şüşə butulkalrda tez-tez daşıyırlar, çünki Butanda hesab edirlər ki, bu içkinin qoxusu ilanları qaçıracaq. == İstifadə == Aranı, bir qayda olaraq, ilıq içirlər. Onu yüngül qəlyanaltılarla (paşot yumurtası, kərə yağı, ) qarışıqsız verirlər.
Ara Gülər
Ara Gülər (16 avqust 1928[…], Bəyoğlu, Konstantinopol – 17 oktyabr 2018, İstanbul) Türkiyə ermənilərindən olan fotoqraf, foto müxbiri və yazıçı. == Həyatı == 1928-ci ildə Bəyoğluda, İstanbulda anadan olmuşdur. Uşaqkən kinodan çox təsirlənmişdir. 1951-ci ildə Getronagan Erməni Liseyindən məzun olmuşdur. Liseydə ikən film studiyalarında kinonun hər sahəsində çalışmışdır. Muhsin Ərtoğrulun yanında teatr və aktyorluq təhsili almağa başlamışdır. Məqsədi rejissor və ya oyun yazarı olmaq idi. 1950-ci ildə Yeni İstanbul qəzetində jurnalistliyə başladı. Bu illərdə Erməni qəzet və ədəbiyyat jurnallarında hekayələri nəşr olundu. Eyni zamanda İstanbul Universitetində İqtisadiyyat Fakültəsinə davam edirdi.
Ara beyin
Ara beyin - lat. diencephalon iki hissəyə bölünür: Arxa hissə - görmə beyin ya görmə qabarları nahiyəsi - lat. thalamencephalon; Ventral hissə - görmə qabaraltı - lat. hypothalamus, əslində görmə qabaraltının dal-qoxu hissəsi (məməciyəbənzər cisimlər - lat. corpora mamillaria və xüsusi görmə qabaraltı nahiyə - lat. regio subthalamica). Görmə beyin filogenez cəhətcə yeni törəmədir və afferent (hissi) yolların ara mərkəzidir; görmə qabaraltı isə qədim törəmədir və vəzifəsinə görə ali vegetativ mərkəzdir. Ara beyin boşluğunun qalığını üçüncü mədəcik - lat. ventriculus tertius təşkil edir. == İstinadlar == == Mənbələr == Prof.
Ara dağı
Qarnıyarıq dağı və ya Ara dağı (erm. Արա լեռ, translit. Ara ler) — Ermənistan ərazisində yerləşən sönmüş vulkan. Zirvə hazırda Ara olaraq adlandırılır. İnzibati baxımından Araqacotn mərzi ərazisində, Kotayk mərzi ilə sərhəddə yerləşir. Zirvə Zəngiçay və Abaransuçay arasında qərarlaşır. Vulkanik zirvənin hündürlüyü 2577 metrə bərabərdir. Vulkan halqaya bənzər kraterə malik olub, düz olmayan konusludur. Dağda faydalı qazıntılardan adnezitobazalt və andezit mövcuddur. == Flora == Qarnıyarıq dağını yerləşdiyi ərazi yarımsəhra iqliminə malikdir.
Ara oyunu
Azərbaycanda o cümlədən Naxçıvanda oynanılan oyunlardan biri. Ciddi tamaşanın arasında tamaşaçıların gülüb əylənməsi məqsədilə oynanılan qısa, məzəli oyun (bəzən haşiyə oyunu da deyirlər) və ya ayrı-ayrı oyunçular ifa etdikləri zarafatyana deyişməyə verilən ad və ümumiyyətlə el içində “meydan küçə oyunu” anlamında işlənən deyimlərdən biri.Bəzən aralda da deyirlər. == Ədəbiyyat == Elçin Aslanov. El-oba oyunu xalq tamaşası. Bakı, İşıq, 1984, 275 s.
Ara sözlər
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn: Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, çən salamat qal. (Məmməd Araz) Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur. == İfadə forması == === Söz şəklində === Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr. === Söz birləşməsi şəklində === Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s.
Arilena Ara
Arilena Ara (17 iyul 1998 və ya 17 iyul 1996, Şkoder) — Albaniya müğənnisi. Arilena vətəni Albaniyada 2012-ci ildə X Factor musiqi yarışmasındakı iştirakından sonra şöhrət qazanmışdır. O, 2019-cu ilin dekabr ayında ifa etdiyi "Shaj" (azərb. Lənət‎) mahnısı ilə Albaniyanın Festivali i Këngës mahnı yarışmasında iştirak edərək qələbə qazanmışdır. Həmin mahnı ilə ifaçı Albaniyanı Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək. == Bioqrafiyası == Arilena Ara 1998-ci ilin iyul ayında Albaniyanın Şkoder şəhərində anadan olmuşdur. O ilk öncə Gjeniu i Vogël uşaqlar üçün məharət yarışmasında iştirak etmiş və nəticədə üçüncü yerə layiq görülmüşdür. Atasının vəfatının ardınca Arilena 2012-ci ilin oktyabr ayından 2013-cü ilin mart ayınadək Albaniyanın X Factor musiqi yarışmasına iştirak etmişdir. Yarışmanın finalına yüksəlməyə nail olan Arilena nəticədə qalibiyyət əldə etmişdir. Bunun ardınca ifaçı "Dance With Me" yarışmasında iştirak etmişdir.
Cynosurus ara
Hind elevzinəsi (lat. Eleusine indica) — elevzinə cinsinə aid bitki növü.
Ara (quş növü)
Pataqoniya və Araukaniya krallığı
Pataqoniya və Araukaniya krallığı (fr. Royaume d’Araucanie et de Patagonie; bəzən Yeni Fransa) — Krallıq 1860-ci ildə fransız vəkil və dolandırıcı Oreli-Antuan de Tuman tərəfindən Cənubi Amerikanın cənub hissəsində yaradılmışdılır. Dövlət qısa müddət ərzində müstəqil olmuşdur. Arakuanilərin yaşadığı Çili ərazilərində və indiki Argentinanın cənub ərazilərində yayılmış qəbilə başçılarının birliyi sayəsində meydana gəlmişdir. Dövlətin yaradılmasını zəruri edən Argentina və Çili hökumətlərinin həyata keçirdiyi istilasına qarşı yaradılmışdır. 1860-ci ildə de Tunan Cənubi Amerikanı mapuçe xalqının mübarizəsini yüksək qiymətləndirmişdir. Bu zaman yeri qəbilələrin başçıları de Tunanı kral elan edirlər. De Tunana onları təmsil etmək və avropa ölkələri ilə əlaqə yaratmaq hüququ verilir. 16 noyabr 1860-cı ildə de Tunan rəsmən kral elan edilmişdir. Bir müddət sonra konstitusiya qəbul edilir.
Polygonum araraticum
Quş qırxbuğumu (lat. Polygonum aviculare) – qırxbuğum cinsinə aid bitki növü. Polygonum aviculare L. (P. Heterophyllum Lindm.) – Quş qırxbuğumu (Quş qarabaşağı, quş qızılcığı, quşdili, yaşıl-ot, qazotu, bağayarpağı, quğuotu, ququ quşu, şəfəq, sporış, qaz (quş) qarabaşağı, cənazə arabası, məndəcər otu) == Botaniki xarakteristikası: == Birillik ot bitkisidir. Gövdəsi budaqlanan, düyünlü, adətən sərilən bitkidir. Yarpaqları çoxsaylı, növbəli, ellipsşəkilli və ya neştərşəkilli, bütövkənarlı, uzunluğu 1-3 sm olub, daralmış qısa saplaqla birləşmişdir. Çiçəkləri kiçik olmaqla, 2-5 ədəd qoltuq tumurcuqları ilə əhatə olunmuşdur. Çiçək yatağı 5 bölümlü, yaşılımtıl olub, kənarları çəhrayı və ya ağ rənglidir. Erkəkciyi 8, dişiciyi qısa sütuncuqlu, az görünən dişicik ağzından ibarətdir. Meyvəsi üçtilli fındıqcıqdır. İyuldan payızın sonuna qədər çiçəkləyir.
Qadın araşdırmaları
Qadın tədqiqatları (ing. women’s studies, həmçinin feminologiya) — müəyyən bir tarixi dövrdə qadınların dünya səviyyəsində, müəyyən cəmiyyətdə və ya mədəniyyətdə vəziyyətini və mövqeyini öyrənən bir elmi intizamdır. Bu elmi fəaliyyət sahəsində qadınların həyat təcrübəsi sosial və mədəni reallıq sistemində nəzərə alınır. Qadın tədqiqatlarında dörd mərhələ var: 1960-cı illərin sonları — 1970-ci illər, qadın təcrübəsi, faktların, proseslərin və fenomenlərin təhlilinə qadın yanaşması əyani şəkildə göstərildi. Yeni bir qadın yanaşmasının tətbiqi ənənəvi sosial və humanitar fənlərin gender baxımından kor olduğunu, qadınların təcrübələrini laqeyd yanaşdıqlarını və kişilərin qərəzliliyini əks etdirdiyini göstərdi. Bu mərhələ yeni bir akademik sahə yaratmaq səyləri ilə xarakterizə edildi. 1977-ci ildə ABŞ-də Yeni Təhsil Proqramlarının yayılmasına kömək edən Milli Qadın Araşdırmaları Birliyi quruldu. Dərnək NWSA Jurnalı (indiki Feminist Formasyonları) nəşr etdirdi, illik konfranslar təşkil etdi, proqramları izlədi və ali təhsil müəssisələrinə məlumat göndərdi. 1980-ci illərin əvvəlləri — ənənəvi bilik və təhsil kurslarına yenidən baxılması mərhələsi idi. Bu zaman yeni bilik sahələri (ataerkilliyin mahiyyəti, şəxsi həyat, zorakılıq və s.) haqqında sual qaldırıldı.
Qadınlar arasında Albaniya Basketbol Kuboku
Qadınlar arasında Albaniya Basketbol Kuboku — Albaniyanın qadın peşəkar basketbol klublarından ibarət yarışma və Albaniya Basketbol Liqasından sonra ikinci əhəmiyyətli turnir. 1956-cı ildə Albaniya Basketbol Assosiasiyası tərəfindən təsis edilmişdir. Ən çox kuboka sahib olan komanda 26 kubok qazanan Tirana klubudur.
Qadınlar arasında voleybol üzrə Avropa çempionatı
Avropa qadınlar voleybol çempionatı — Avropada voleybol milli komandaları arasında keçirilən çempionat.
Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları — 1993-cü ildə başlayan çoxnövlü beynəlxalq idman yarışması. Tədbir İslam Qadın İdmanı Federasiyası (IFWS) tərəfindən təşkil edilmişdir. Oyunlarda iştirak etmək üçün istənilən millətdən olan müsəlman qadınlara icazə verilirdi. Yarış tədbiri 1993, 1997, 2001 və 2005-ci illərdə İranda keçirilmişdir. == Məqsədlər == İslam dininə görə, müsəlman qadınlar beynəlxalq idman yarışlarında qapalı geyim və baş örtüyü olmadan yarışa bilməzlər. Müsəlman qadınları regional, qitə, qlobal və olimpiya miqyasında qlobal rəqabətə nail olmağa ruhlandırmaq. Qadınlar arasında İslam Oyunları beynəlxalq yarışa çevriləcək və idmançıların çıxışlarının qeydiyyatı aparılacaqdır. == Keçirilmiş arışlar == == Medal cədvəli == 25 ölkə Qadın İslam Oyunlarında ən azı bir medal qazanmışdır. 23 ölkə ən azı bir qızıl medal qazanmışdır. Bu günə qədər ən çox medal qazanan ölkə İrandır.
Qadınlar arasında şahmat üzrə SSRİ çempionatı 1963
Qadınlar arasında şahmat üzrə SSRİ çempionatı —1963-cü ildə keçirilən Qadınlar arasında şahmat üzrə SSRİ çempionatı SSRİ-nin qadınlar arasında şahmat üzrə yeddinci çempionatıdır. Noyabrın 15-dən dekabrın 15-dək Bakıda keçirildi. Çempionat eyni vaxtda FİDE bölgə turnirində keçirildi. Turnirdə iştirak etmək hüququ Ranniku, Zatulovskaya və Kuşnir qazandı.
Qafqaz derbisi (Ararat–Neftçi)
Ararat–Neftçi — SSRİ dövründə Azərbaycan təmsilçisi "Neftçi" və Ermənistan təmsilçisi "Ararat" klublarının mübarizəsi. Bu komandalar arasındakı qarşılaşmalar həmişə prinsipial xarakter daşımışdır. == Ölkə miqyaslı uğurların müqayisəsi == Bu müqayisədə Ararat Yerevan klubunun açıq-aşkar üstünlüyü vardır: === Neftçi Bakı klubunun uğurları === SSRİ çempionatı: Bürünc medal (1) — 1966 SSRİ Kuboku: 1/2 finalçı (4) — 1967, 1968, 1970, 1971 SSRİ Futbol Federasiyasının Kuboku: Finalçı (1) — 1988 === Ararat Yerevan klubunun uğurları === SSRİ çempionatı: Qızıl medal (1) — 1973 Gümüş medal (2) — 1971, 1976 (yaz mövsümü) SSRİ Kuboku: Qalib (2) — 1973, 1975 Finalçı (2) — 1954, 1976 == Qitə miqyaslı uğurların müqayisəsi == Neftçi Bakı klubunun SSRİ dövründə qitə miqyaslı heç bir uğuru olmamışdır. Ararat Yerevan klubu isə üç dəfə qitə kuboklaında iştirak etmişdir. Hətta bir dəfə Bayern Münhen klubunun 1:0 hesabı ilə məğlub etməyi də bacarmışdı. Bu nəticə UEFA Çempionlar Kuboku 1974/1975 mövsümünün 1/4 finalında qeydə alınmışdır. == Şəxsi oyunların statistikası == === SSRİ çempionatlarında === SSRİ çempionatlarının güclülər və birinci dəstəsində, həmçinin kubok yarışlarında, ümumilikdə 72 oyunda üz-üzə gəliblər. 19 dəfə Neftçi Bakı, 29 dəfə isə Ararat Yerevan qalib olub və 24 matçda bərabərlik qeydə alınıb. Top fərqi də 88-64 Ararat Yerevan klubunun xeyrinədi. Ararat Yerevan klubunun ən böyükhesablı qələbəsi 1981-ci ildə İrəvanda 6:1 hesabı ilə qalib gəlmələridi.
Qafqaz derbisi (Neftçi-Ararat)
Ararat–Neftçi — SSRİ dövründə Azərbaycan təmsilçisi "Neftçi" və Ermənistan təmsilçisi "Ararat" klublarının mübarizəsi. Bu komandalar arasındakı qarşılaşmalar həmişə prinsipial xarakter daşımışdır. == Ölkə miqyaslı uğurların müqayisəsi == Bu müqayisədə Ararat Yerevan klubunun açıq-aşkar üstünlüyü vardır: === Neftçi Bakı klubunun uğurları === SSRİ çempionatı: Bürünc medal (1) — 1966 SSRİ Kuboku: 1/2 finalçı (4) — 1967, 1968, 1970, 1971 SSRİ Futbol Federasiyasının Kuboku: Finalçı (1) — 1988 === Ararat Yerevan klubunun uğurları === SSRİ çempionatı: Qızıl medal (1) — 1973 Gümüş medal (2) — 1971, 1976 (yaz mövsümü) SSRİ Kuboku: Qalib (2) — 1973, 1975 Finalçı (2) — 1954, 1976 == Qitə miqyaslı uğurların müqayisəsi == Neftçi Bakı klubunun SSRİ dövründə qitə miqyaslı heç bir uğuru olmamışdır. Ararat Yerevan klubu isə üç dəfə qitə kuboklaında iştirak etmişdir. Hətta bir dəfə Bayern Münhen klubunun 1:0 hesabı ilə məğlub etməyi də bacarmışdı. Bu nəticə UEFA Çempionlar Kuboku 1974/1975 mövsümünün 1/4 finalında qeydə alınmışdır. == Şəxsi oyunların statistikası == === SSRİ çempionatlarında === SSRİ çempionatlarının güclülər və birinci dəstəsində, həmçinin kubok yarışlarında, ümumilikdə 72 oyunda üz-üzə gəliblər. 19 dəfə Neftçi Bakı, 29 dəfə isə Ararat Yerevan qalib olub və 24 matçda bərabərlik qeydə alınıb. Top fərqi də 88-64 Ararat Yerevan klubunun xeyrinədi. Ararat Yerevan klubunun ən böyükhesablı qələbəsi 1981-ci ildə İrəvanda 6:1 hesabı ilə qalib gəlmələridi.
Qamalı Xaç ilə Qızıl Ulduz arasında (film, 2006)
Qamalı Xaç ilə Qırmızı Ulduz arasında – 23 yanvar 2006-cı ildə TRT 2 kanalında nümayişə girən sənədli film. == Haqqında == İkinci Dünya müharibəsində ölən, itkin düşən, sürgünə göndərilən Sovet şərqi xalqlarının – qazaxların, kazanlıların, krımlıların, tatarların, qırğızların, türkmənlərin, Qafqaz xalqlarının, qaraçayların və balkarların həyatlarından bəhs edir. Sənədli film 8 bölümdən ibarət olmuşdur. Hər bölüm isə 30 dəqiqədir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor-prodüser: Neşe Sarısoy Karatay Ssenari müəllifi: Neşe Sarısoy Karatay Ümumi məsləhətçi: Zəfər Karatay Məsləhətçi: Prof.
Quru Araz
Quru Araz - İrəvan quberniyasının Eçmiədzin qəzasında,indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 26 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində işlənən quru sözü ilə Araz çayının adı əsasında əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Yerasxaun (Quru Araz. Erməni dilində Araz Yerasx formasında işlədilir) qoyulmuşdur.
RSFSR ilə Azərbaycan SSR arasında müqavilə
RSFSR ilə Azərbaycan SSR arasında müqavilə - 30 entyabr 1920 ci ildə RSFSR ilə Azərbaycan SSR arasında dostluq münasibətləri və iqtisadi əlaqələr yaradılması barədə müqavilə. == RSFSR ilə Azərbaycan SSR arasında müqavilə bağlanması zərurətini yaradan amillər == 1920-ci ildə Azərbaycan SSR-nin gərgin daxili və xarici vəziyyəti bütün sovet respublikaları ilə, ilk növbədə RSFSR-lə dostluq münasibətləri və iqtisadi əlaqələr yaradılmasını tələb edirdi. Keçmiş çar Rusiyasının ucqarlarında yaşayan bütün xalqlar kimi, Azərbaycan xalqı da ümid edirdi ki, təzə quruluş şəraitində onların arasında tamamilə yeni münasibətlərin başlanğıcı qoyulacaq, rus xalqı ilə keçmişdə Rusiyanın əsarətində olan xalqlar arasında tam azadlıq və müstəqillik zəminində bərabər hüquqlu münasibətlər yaranacaq. V.İ.Lenin yazırdı: "Rus olmayan millətlərin hamısına biz onların özünə məxsus respublikalar və ya muxtar vilayətlər vermişik". Ancaq bu "qeyri-rus millətlər" əslində "öz respublikalarının" yalnız "sovet" atributlarının sahibi olaraq qaldılar. 1920-ci il mayın 20-də RK(b)P MK-nın qəbul etdiyi qərarda deyilirdi: G.Çiçerinə tapşırılsın ki, qarşılıqlı münasibətləri müəyyənləşdirmək üçün danışıqlara başlamaq təklifi ilə Azərbaycan sovet hökumətinə müraciət etsin. Cavab alındıqdan sonra Krestinski, Çiçerin yoldaşlardan, AXTŞ-nın və hərbi idarənin nümayəndələrindən ibarət komissiya təyin olunsun. Xalq Milli İşlər Komissarlığının nümayəndəsi yoldaş Kaminskiyə komissiyada iştirak etməyə icazə verilsin. RSFSR hökuməti Xalq Xarici İşlər Komissarı G.V.Çiçerin öz imzası ilə Azərbaycan SSR hökumətinin başçısı Nəriman Nərimanova xüsusi nota göndərərək, "ümumi məqsədlərə nail olmaq naminə öz müntəzəm əməkdaşlığı yolunda hər iki Respublikanın birgə fəaliyyətini asanlaşdıran daimi qarşılıqlı münasibət formaları yaratmaq haqqında" danışıqlara başlamağı təklif etdi. Notada danışıqlar aparmaq üçün Moskvaya respublikadan daimi nümayəndə göndərməyin vacibliyi göstərilirdi.
Ramazankənd (Aralıq)
Ramazankənd — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdır il mərkəzindən 12 km, Aralıq ilçə mərkəzinə 11 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 391 nəfər azərbaycan türkü və 55 kürd yaşayırdı.
Ronald Arauxo
Ronald Federiko Arauxo da Silva (7 mart 1999) — Uruqvaylı futbolçu. İspaniyanın Barselona klubunun və futbol üzrə Uruqvay milli komandasının müdafiəçisi. == Klub karyerası == Arauxo "Rentistas" klubunun yetirməsidir. 24 sentyabr 2016-cı il tarixində Takuarembo ilə matçda Uruqvay Segundasında debüt etdi. 9 dekabrda Central Espanyol maçda Ronald ilk qolunu vurdu. 2017-ci ilin yayında Araujo Boston Riverə transfer oldu. Transfer məbləği 400 min avro idi. 18 sentyabrda El Tanke Sisley ilə matçda Uruqvay Liqasında debüt etdi. 2018-ci ilin yayında Arauxo İspaniyanın Barselona B keçdi. Transfer məbləği 1,7 milyon avro idi.
Roza Arazova
Ruben Arado
Ruben Arado (11 oktyabr 1970) — Kubanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Ruben Arado Kubanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Ruben Arado Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 33-cü pillənin sahibi olub.
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi (rus. Уфимский федеральный исследовательский центр Российской Академии Наук, başq. Рәсәй Фәндәр академияһы Өфө федераль тикшеренеүҙәр үҙәге) — Rusiya Elmlər Akademiyasının Ufa şəhərində yerləşən Regional Elmi Mərkəzi. 1951-ci ildə SSRİ Elmlər Akademiyasının Başqırd filialı kimi qurulmuşdur. 2017-ci ildən müasir adını daşıyır. == Tarixi == 1951-ci il. SSRİ Elmlər Akademiyasının Başqırd filialının (SSRİ EA BF) yaradılması. Tərkibinə Biologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, Mədən və Geologiya İnstitutu, iqtisadi tədqiqatlar və kimya sektorunun daxil idi. 1961—1963-cü illər. SSRİ Elmlər Akademiyasının yenidən qurulması zamanı SSRİ EA BF-nın əksər qurumları SSRİ Dövlət Elm və Texnologiya Komitəsinə verildi.
Rəhim Arazi
Rəhim Arazi (tam adı: Nəcəfov Rəhim Cəfər oğlu; 1928, Alışar, Naxçıvan MSSR – 19 avqust 1982, Alışar, İliç rayonu) — Dissident şair. == Həyatı == Nəcəfov Rəhim Cəfər oğlu (Arazi) 1928-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun III kurs tələbəsi olarkən siyasi fəaliyyətinə görə ailəsi (anası, qardaşı və bacıları) ilə birlikdə Cənubi Azərbaycana mühacirət etmək cəhdinə görə həbs olunmuş, 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1957-ci ilə qədər Komi MSSR-da siyasi dustaqlar üçün həbs düşərgələrində saxlanılmışdır. Amnistiyaya görə həbsdən vaxtından əvvəl azad olunduqdan sonra ailəsini dolandırmaq üçün uzun müddət fəhlə, gözətçi, kankan işləmişdir. 1967-ci ildən ömrünün sonuna kimi müxtəlif məktəblərdə riyaziyyatdan dərs demişdir. 1982-ci ilin avqust ayının 19-da doğma kəndində vəfat etmişdir. Siyasi və lirik şeirlərdən, kiçik poemalardan ibarət 4 dəftəri qalmışdır. Oğlu Yusif Nəcəfov atasının məhbəs şeirlərini çap üçün hazırlasa da, onlardan yalnız bir neçəsi "Ulus" və "Hürriyyət" qəzetlərində işıq üzü görmüşdür. Sabiq SSRİ-nin bir sıra dissidentləri ilə tanışlığı olan, Azərbaycan SSR məmurları tərəfindən təqib edilən, xalq tərəfindən həm anlaşılan, həm də anlaşılmayan Rəhim Arazi fərd kimi (əslində xalqı ilə birlikdə) faciəli bir ömür yaşamışdır.
Rəşid Rəhməti Arat
Rəşid Rəhməti Arat (türk. Abdürreşid Rahmeti Arat; 15 may 1900, Köhnə Üzüm[d], Tsarevokokşayski qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 29 noyabr 1964, İstanbul) — Türk dilçi alim, professor. Əslən Kazan türklərindən olan Rəşid Arat, Türkiyədə müqayisəli Türk dili tədqiqatlarının banisi hesab edilir. == Həyatı == 15 may 1900-cü ildə bugünkü Tatarıstanın paytaxtı Kazan yaxınlığındakı Köhnə Üzüm şəhərində İsmətulla bəy və Mahbeder xanımın ailəsində anadan olmuşdur. Uşaqlığı və gəncliyi Köhnə Üzüm və Kazanda keçən Arat, ilk təhsilini doğulduğu kənddə tamamlamışdır. Daha sonra dayısı tərəfindən indiki Qazaxıstanın Petropavlovsk şəhərinə aparılır və burada müasir üsulla tədris aparan Türk-Tatar məktəbində təhsilini davam etdirir. Rus dilini də məhz bu təhsil ocağında öyrənmişdir. Vətəndaş müharibəsindən sonra orduya çağrıldı və yaralı olaraq Mançuriyanın Harbin şəhərinə getdi. Harbindəki Türk-Tatar icması arasında yaşamağa və işləməyə başladı. 1921-ci ildə yarımçıq qalan orta məktəb təhsilini tamamlayır.
Rəşid Rəməti Arat
Rəşid Rəhməti Arat (türk. Abdürreşid Rahmeti Arat; 15 may 1900, Köhnə Üzüm[d], Tsarevokokşayski qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 29 noyabr 1964, İstanbul) — Türk dilçi alim, professor. Əslən Kazan türklərindən olan Rəşid Arat, Türkiyədə müqayisəli Türk dili tədqiqatlarının banisi hesab edilir. == Həyatı == 15 may 1900-cü ildə bugünkü Tatarıstanın paytaxtı Kazan yaxınlığındakı Köhnə Üzüm şəhərində İsmətulla bəy və Mahbeder xanımın ailəsində anadan olmuşdur. Uşaqlığı və gəncliyi Köhnə Üzüm və Kazanda keçən Arat, ilk təhsilini doğulduğu kənddə tamamlamışdır. Daha sonra dayısı tərəfindən indiki Qazaxıstanın Petropavlovsk şəhərinə aparılır və burada müasir üsulla tədris aparan Türk-Tatar məktəbində təhsilini davam etdirir. Rus dilini də məhz bu təhsil ocağında öyrənmişdir. Vətəndaş müharibəsindən sonra orduya çağrıldı və yaralı olaraq Mançuriyanın Harbin şəhərinə getdi. Harbindəki Türk-Tatar icması arasında yaşamağa və işləməyə başladı. 1921-ci ildə yarımçıq qalan orta məktəb təhsilini tamamlayır.
Sarıbəyli-i Aralıq (Urmiya)
Sarıbəyli-i Aralıq (fars. ساری‌بیگلوی ارالیق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 145 nəfər yaşayır (40 ailə).
Satomi Aray
Satomi Aray (新井 里美, Arai Satomi, d. 4 iyul 1980) — Yaponiya səs aktrisası. Saytama prefekturasında anadan olmuşdur. 2008-ci ildə bir başqa seyyu Yoşimitsu Şimoyama ilə evlənmiş və 2010-cu ildə bir oğlu olmuşdur.
Saudi Aramco
Saudi Aramco (ərəb. أرامكو السعودية‎ tələf. Arāmkō s-Saʿūdiyyah) — Səudiyyə Ərəbistanının milli neft şirkəti. Hasilat və ehtiyatlarının həcminə görə dünyanın ən böyük neft şirkəti. "Saudi Aramco"nun dəyərinin 1,25 trilyon ABŞ dolları ilə 7 trilyon dollar arasında olduğu hesab edilir və bununla da dünyanın ən böyük dəyərə sahib şirkətidir. Şirkətin baş qərargahı Dahran şəhərində yerləşir. "Saudi Aramco" 260 milyard barellə dünyanın ən böyük təsdiq olunmuş neft ehtiyatlarına və ən böyük gündəlik hasilat səviyyəsinə malikdir. Şirkət Səudiyyə Ərəbistanındakı bütün enerji resurslarının sahibi və istifadəçisidir. "Saudi Aramco"nun 2013-cü ildəki neft hasilatı 3,4 milyard barrel (544 milyon ton) təşkil etmişdir. Şirkət Səudiyyə Ərəbistanındakı 100-dən artıq neft və qaz yatağını, o cümlədən 8,2 trilyon m3 təbii qaz ehtiyatlarına nəzarət edir.
Semyon Aralov
Semyon İvanoviç Aralov (tam adı: rus. Семён Иванович Аралов; 30 dekabr 1880, Moskva – 22 may 1969, Moskva) — Qızıl Ordu Baş Kəşfiyyat İdarəsinin ilk rəhbəri və SSRİ diplomatik xidmət əməkdaşı. == Həyatı == Aralov Moskvada varlı tacir ailəsində anadan olmuşdur. 1905-ci ildə Rusiya İmperator Ordusuna qoşulmuş və Birinci Dünya müharibəsi zamanı Hərbi Kəşfiyyat bölməsində mayor rütbəsinə yüksəlmişdi. O, Oktyabr inqilabında iştirak edib. Aralov Çekanın qurucu üzvlərindəndir. 1918-ci ilin yanvarında Moskva Hərbi Rayonunun rəhbəri təyin edilib. Daha sonra Trotski onu Çexoslovakiya legionu ilə danışıqlar aparması məqsədilə Sibirə göndərir. 1918-ci ilin sentyabrında Hərbi İnqilab Komitəsinə təyin edildi və girov götürülmə işlərinə görə cavabdeh oldu. Nəticədə Qırmızı Ordu sadiqliyinə şübhə edilən keçmiş çar məmurlarının ailə üzvlərini ələ keçirə bildi.
Tarix-i aləm ara-yi Əmini
Tarix–i aləm aray–i Əmini (fars. تاریخ عالم آرای امینی) — Ağqoyunlu xanədanlığı tarixi haqqında Fəzlullah ibn Ruzbehan Xunci tərəfindən farsca yazılmış kitab. Əsasən Ağqoyunlu dövlətinin çiçəklənmə dövrü olan Sultan Yaqubun hakimiyyəti zamanı baş vermiş hadisələrdən bəhs edir. Ruzbehan kitabı Sultan Yaqubun hakimiyyəti dövründə (hicri 884–896–cı illər) yazmağa başlamış və Sultan Baysunqurun hakimiyyəti zamanı (hicri 896–897–ci illər) isə sona çatdırmışdır. == Nəşrləri == Persia in A. D. 1478 – 1490: an abridged translation of Faḍlullāh b. Rūzbihān Khunjī's Tārīkh-i ʻālam-ārā-yi Amīnī. Royal Asiatic Society monographs: volume 26. London: The Royal Asiatic Society of Great Britain and Ireland, sold by its agents Luzac and Company, 1957, 136 pages. (fars.) (ing.) Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йи Амини.

Digər lüğətlərdə