Təmiz, saf, xalis, duru, parlaq, pak.
Müasir dilimizdə aydan arı, sudan duru ifadəsinin tərkibində və arıtlamaq, artlamaq, arınmaq feillərinin kökündə öz izini saxlayıb. Dastanlarda qızılgüldən arı birləşməsinə də rast gəlinir.
Arı desən, qızılgüldən arıyam,
Duru desən, çeşmələrdən duruyam.
Xeyransayam, Məmməd Bağır yarıyam,
Ana, vallah, mən oğlana getmərəm.
(“İrvahım”)
*
Arı desən, qızılgüldən arıyam,
Duru desən, çeşmələrdən duruyam,
Abdullayam, mən Cahanın yarıyam,
Lələ, hanı bəs Cahanım, görünməz?
(“Abdulla və Cahan”)