TƏSNİF

is. [ ər. ]
1. Hər hansı fərqlənmə əlamətlərinə və ya xüsusiyyətlərinə görə siniflərə, qruplara, dərəcələrə ayırma; təsnifat. Balıqların (heyvanların, bitkilərin) təsnifi.
– Kitabda dərman növlərinə aid verilən təsnif rus alimlərinin… nəzəriyyələrinə əsaslanmışdır. A.Əliyev.

□ Təsnif etmək – hər hansı fərqlənmə əlamətlərinə və xassələrinə görə siniflərə, qruplara, dərəcələrə ayırmaq. Mineralları təsnif etmək. Məfhumları təsnif etmək.
2. köhn. Kitab tərtib etmə; təlif.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏSNİF düzmə — qurma — quraşdırma
  • TƏSNİF mahnı
  • TƏSNİF ayırma — bölmə

Omonimlər

  • TƏSNİF TƏSNİF I is. [ ər. ] Bölmə, ayırma. Dilimizdəki nitq hissələrini leksikqrammatik mənalarına, morfoloji əlamətlərinə və sintaktik vəzifələrinə görə təs
TƏSLİMÇİLİK
TƏSNİF₂

Digər lüğətlərdə