UŞAQ

is.
1. Azyaşlı oğlan, ya qız; çocuq. Uşaqlar üçün kitab. Uşaqların tərbiyəsi.
– Şerə başlarkən uşaqdım, dostlar! S.Rüstəm.
Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər. Mir Cəlal.

// Cavan, gənc (oğlan, ya qız). İnad uşaq. Cəsarətli uşaq. Yaxşı uşaqdır. Tərbiyəli uşaqdır.
2. Oğlan, ya qız (körpə, bala). Südəmər uşaq. Doğulan uşaq oğlandır. Əkiz uşaqlar.
– …Sürəyya uşaq doğarkən vəfat etdi. S.S.Axundov.

□ Uşağı olmaq – övladı olmaq, uşaq doğmaq (oğlan, ya qız).
Uşağı olmamaq – sonsuz, övladı olmayan adam haqqında.
Aşıq Cünun bilirdi ki, Koroğlunun uşağı olmur. Koroğlu”.
Əsmərin uşağı olmurdu. S.Hüseyn.

3. məc. Müqayisə, bənzətmə məqamında. Uşaq kimi hərəkət etmək.
Havaxta qədər belə uşaq olacaqsan? – [Sultan bəy:] Uşaq ki deyilsən, hər bir şeyi bilirsən, anlayırsan. Ü.Hacıbəyov.
[Hümmət:] Ay Qara Yusif, ay eloğlu, sən də belə? Əyə, sən də uşaq kimi danışdın? B.Bayramov.

◊ Uşaq bağçası – məktəbəqədər yaşlı uşaqlar üçün tərbiyə müəssisəsi.
Uşaq evi – ata-anaları olmayan uşaqlar üçün internatı olan təlim və tərbiyə müəssisəsi.
[Seryoja:] Deyirlər ki, 1941-ci ilin dekabrında məni uşaq evinə vermişlər. Z.Xəlil.

Uşaq kimi baxmaq (bəsləmək) – əzizləmək, çox sevmək, göz bəbəyi kimi qorumaq, başına-ayağına keçmək. [Qulu:] Xədicə xanım, görünür, Yusif bəyi çox istəyir.
Onu lap uşaq kimi bəsləyir. N.Nərimanov.

Uşaq şəhərciyi – uşaqlar üçün sağlamlaşdırma və tərbiyə müəssisəsi (bağlarda, parklarda və s.-də). Uşaqların anası evf. – arvad, zövcə.
Gördüm uşaqların anası öz-özünə mırtdanır. C.Məmmədquluzadə.
Qurban Molla Fərzəliyə bir az da yaxınlaşdı.
Gizli bir söz söyləyirmiş kimi fısıldayaraq: – Molla, əvvəlcə məndən uşaqların anasına salam yaz, – dedi. Uşaqların atası evf. – ər, kişi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UŞAQ UŞAQ Uşaqların hay-harayı bir-birinə qarışdı (B.Bayramov); BALA Bala baldan şirindir (Ata. sözü); ÇOCUQ (köhn
  • UŞAQ övlad — bala
  • UŞAQ balaca — körpə

Antonimlər (əks mənalı sözlər)

  • UŞAQ UŞAQ – BÖYÜK Uşaq, böyük hamı bir-birinə qarışmışdı (Mir Cəlal)

Etimologiya

  • UŞAQ Feildən əmələ gəlib. “Qədim türk lüğəti” kitabında uv (измельчать), uvşaq (маленький) kəlmələri var. Çağdaş türkmən dilində uşamaq feili (мельчать), u
USTAYANA
UŞAQCANLI
OBASTAN VİKİ
BMT Uşaq Fondu
UNICEF, BMT-nin Uşaq Fondu (ing. United Nations International Children’s Emergency Fond; azərb. BMT-nin Uşaq Fondu‎) — 1954-cü ildə uşaq hüquqlarının qorunması üçün qurulmuş təşkilat. BMT-nin Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardan hesab olunur. Təşkilatın əsası 1946-cı il dekabrın 11-də qoyulmuş və ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNİCEF — United Nations International Children’s Emergency Fund) adlandırılmışdır. BMT Baş Mərkəzi 1953-cü ilin aprelində Fondun fəaliyyətini müddətsiz elan etdi və adını müasir formaya saldı. 1959-cu ildə "Uşaq hüquqları" bəyannaməsi qəbul edildi. Uşaq Fondunun yardımları aşağıdakı üç formada həyata keçirilir. Proseslər bunlardır: -Uşaqlara yardım proqram və planlarının hazırlanmasının dəstəklənməsi; -bu proqramların həyata keçirilməsi üçün material və avadanlıqların verilməsi; -İnkişaf etməkdə olan ölkələrin özündə Fond heyətinin hazırlanması üçün lazımı vəsait və kadrların ayrılması. 1965-ci ildə Uşaq Fondunun son dərəcə məhsuldar fəaliyyəti və yubileyi onun dünya Nobel mükafatına layiq görülməsi ilə nəticələndi.
Bakı Uşaq Teatrı
Bakı Uşaq və Gənclər Teatrı — 2001-ci ildə Bakı Uşaq Teatrı adı altında yaradılmış Azərbaycan teatrı. Bakı Uşaq Teatrı 2001-ci ildə yaradılıb. 2002-ci il mayın 1-dən İntiqam Soltanın direktor-bədii rəhbər təyin olunması ilə fəaliyyətə başlayıb. Bakı Uşaq Teatrı 2001-ci il aprel ayının 9-da Bakı Şəhər İcra Hakimiyyəti başçısının 260 saylı sərəncamı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Rəisinin 26 aprel 2002-ci il tarixli 32 saylı əmri ilə yaradılıb. Bu günə qədər teatrda 100-ə yaxın yüksək bədii keyfiyyətə malik tamaşa hazırlanıb. Teatr Cənubi Qafqazda yeganə peşəkar uşaq teatrıdır. Fəaliyyət göstərdiyi müddətdə özünə çox böyük sayda tamaşaçı auditoriyası toplayan teatr bir sıra dövlət tədbirlərində və beynəlxalq teatr festivallarında uğurlu çıxış edərək diplom və mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə yanaşı, Gənclər və İdman, Ədliyyə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri də teatrla birgə layihələr həyata keçirir. Teatr bir sıra beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Bunlardan Beynəlxalq Qızıl Xaç Komitəsini, Avropa Şurasının Azərbaycan Ofisini, BMT-nin Narkomaniyaya qarşı mübarizə İdarəsinin Bakı Ofisini göstərmək olar.
Beytləhmdə uşaq qətliamı
Beytləhmdə uşaq qətliamı — rəngli boya ilə Piter Paul Rubens tərəfindən 1638-ci ildə incil rəvayəti əsasında dini mövzuda çəkilmiş renessans dövrünə aid rəsm əsəri.
Uşaq
Uşaq — inkişaf mərhələsində olan, yetkin olmayan gənc bir insan. Doğulduğu andan hər bir insan həddi-büluğa çatana qədər uşaq sayılır. Azərbaycanda, adətən, uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır. Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: “1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır... 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır.
Avroviziya Uşaq
Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest) — 2003-cü ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir. Müsabiqənin əsas məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Müsabiqə hər il müxtəlif Avropa ölkələrində baş tutur. Lakin eyni şəhər, ölkə müsabiqəyə bir neçə dəfə ev sahibliyi edə bilər. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə ötən il qalib gələn ölkə növbəti müsabiqəyə ev sahibliyi etmir və ev sahibi ölkələr müsabiqənin təşkilat komitəsinin qərarı ilə seçilir. Müsabiqə adından da bəlli olduğu kimi Avroviziya Mahnı Müsabiqəsinə çox bənzərdir. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və qaydalara əsasən ölkə təmsilçiləri yalnız 9-14 yaş aralarında ola bilərlər. Mahnıların müddəti üçün qoyulan zaman 2 dəqiqə 45 saniyədən 3 dəqiqəyə kimidir. Müsabiqədə iştirak edən hər bir ölkədən olan izləyicilər öz bəyəndikləri ifalara SMS ilə dəstək ola bilir və eyni zamanda həmin ölkələrdən olan peşəkar münsif heyəti arasında da səsvermə keçirilir.
Uşaq (dəqiqləşdirmə)
Uşaq — yaşından asılı olmayaraq insanın balasıdır. Uşaq filmi — Uşaqlar üçün nəzərdə tutularaq çəkilən filmlərdir. Belə filmlərin qəhrəmanları da əsasən uşaqlar olur. Uşaq (film, 1921) — rejissor Çarli Çaplinin filmi.
Uşaq Bağçası
1837-ci ildə alman pedaqoqu Fridrix Föbel (Friedrich Fröbel) uşaqlar üçün maarifləndirici-tərbiyələndirici mərkəz açır, harada ki, körpələr həm oynayırlar, oxuyurlar, rəqs edirlər, həm də həyati mühüm vərdişlərə öyrədilirlər. Mərkəzi də "Kindergarten" adlandırır, hansı ki, "uşaq bağçası" mənasını verir. Bu anlayış üzərində Föbel belə bir müəssisə və adət edilmiş bağça ilə analogiya etmək istəyirdi: gərək bitkilərə necə ki, qayğı və qulluq edirlər, körpələrə də eləcə nəvaziş göstərilməlidir. Dünyanın bir çox dillərində, bugünkü günlərdə məktəbəqədərki idarələr uşaq bağçası adlandırılır.
Uşaq bizquyruğu
Uşaq bizquyruğu (lat. Enterobius vermicularis) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Uşaq bizquyruğu uzunluğu 5–10 mm olan çox balaca qurddur. Erkəyin arxa tərəfi spiralvari burulmuş, dişilərdə isə biz kimi uzun və sivridir.. Dişi qurdların uzunluğu 9–12 mm, erkəklərin 2–5 mm çatır. Parazit həyat tərzi keçirir. Bizquyruq insanın nazik və yoğun bağırsağında yaşayır. Çox vaxt uşaqlarda rast gəlinir. Mayalanmış dişilər anal dəliyinə tərəf enir, burada uzun müddət yaşayır və şiddətli qaşınma əmələ gətirir. Yumurtalar anal dəliyinə yaxın dəri üzərinə qoyulur..Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar.
Uşaq doğumu
Uşaq doğumu — bir qadının hamiləliyini sona çatdıran və bu vəziyyətdə doğum kanalı adlandırılan servikal kanal və vagina vasitəsilə dölün və plasentanın uşaqlıqdan çıxarılmasından ibarət olan təbii fizioloji proses. Bir və ya bir neçə körpə vaginal doğuş və ya qeysəriyyə yolu ilə ananın daxili mühitindən çıxır. 2019-cu ildə dünya üzrə təxminən 140,11 milyon insan doğuldu. İnkişaf etmiş ölkələrdə doğuşların əksəriyyəti xəstəxanalarda, inkişaf etməkdə olan ölkələrdə isə evdə doğuşlardır.
Uşaq evi
Yetimxana — kimsəsiz uşaqların saxlanılması üçün nəzərdə tutulmuş evlər.
Uşaq folkloru
Uşaq folkloru — uşaq folkloru nəsr, qiraət, mahnı və oyun əsərlərindən ibarət çox janrlı bir sistemdir. Uşaq folkloru dedikdə, hər şeydən əvvəl, şifahi xalq yaradıcılığının böyüklər və uşaqlar tərəfindən yaradılan elə nümunələri nəzərdə tutulur ki, uşaqların məişətini, oyunlarını, əyləncəsini, istirahətini, məşğuliyyətlərini, istəklərini, arzularını ifadə etsin və əhatə etdiyi mövzuları, ideyaları, forması, məzmunu, üslubu, hətta sözlərin seçilibdüzülməsi, ifadə tərzi körpələrin zövqünə, biliyinə, dünyaya baxışına, yaş səviyyəsinə, psixikasına uyğunlaşdırılsın. Azərbaycan uşaq folklorunun tarixi kökləri ən əski inamlarla bağlanır. Birbaşa körpələrə ünvanlanan nəğmələr xalq poetik yaradıcılığının ilk ünsürləri- fallar, alqışlar, qarğışlar, dualar, yuxuyozmalarla yaşıddır. Uşaqlara təbii qüvvələrdən, fəlakətlərdən (soyuqdan, istidən, tufandan, yanğından), xəstəliklərdən qorunmağın, maddi nemətlər əldə etməyin yollarını göstərmək, yırtıcı heyvanların və yağıların qəfil hücumları zamanı ov alətlərindən, silahlardan istifadə etmək bacarığını aşılamaq folklor vasitəsi ilə həyata keçirilmişdir. Azərbaycan folklorunun uşaqlarla bağlı inanclarının ən əski yazılı mənbəsi "Avesta" və Herodotun "Tarix" kitabıdır. Astiaq və Tomiris haqqında xalq söyləmələri əsasında tarixi hadisələri qələmə alan yunan tarixçisi Azərbaycanda (Midiyada) uşağın doğulması, bəslənməsi, oyunları, dünyabaxışı barədə maraqlı epizodlara müraciət etmişdir. Uşaq folkloru həm uşaqların öz yaradıcılığını, həm də böyüklər tərəfindən uşaqlar üçün tərtib edilmiş əsərləri əhatə edir. Bu bölgü uşaqların oyun və ritmik-intonasiya bacarıqlarının yaşdan asılı olması səbəbindən meydana gəlir. Erkən yaşda (doğuşun ilk günlərindən 3–3,5 yaşına qədər) bir uşağın emosional, motor və zehni inkişafı tamamilə böyüklərdən asılıdır.
Uşaq hüquqları
Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əmək istismarı, pornoqrafiya, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur. Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə təsbit edilmişdir. Hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasıdır. Uşaqlar üzərində aparılan tədqiqatlarda ilk növbədə uşaq anlayışından nəyin başa düşülməsi, uşaqların anlayışını böyüklərdən necə fərqləndirməsi göstərilməlidir. İnkişaf etməmiş ölkələrdə mövcud olan anlayışa görə, uşaq potensial olaraq ailənin fenomenindən kənarda ailənin iqtisadi inkişafına töhfə verə biləcək potensial işçi qüvvəsi və ailənin sonrakı çağlarında sosial təminat vasitəsi olaraq görülür.Başqa sözlə, kənd təsərrüfatı cəmiyyətlərində uşaq iqtisadi cəhətdən səmərəli bir vasitədir. Belə cəmiyyətlərdə uşaq bir tərəfdən istehsala töhfə verir və qocalıq dövründə sığorta rolunu oynayır. Uşaq anlayışının sonrakı dövrlərdə dəyişdiyi görülür.
Uşaq nikahı
Uşaq nikahı — UNICEF-in qərarına əsasən 18 yaşına çatmamış bir şəxslə qeyri-rəsmi birliyin ya da rəsmi bağlanmış nikahın olması. Bu zaman müxtəlif mədəniyyətlər və dinlərdə, müxtəlif xalqlarda və müxtəlif dövrlərdə hansı nikahın nə üçün çox erkən hesab edilməsi barədə bənzəməyən məlumatlar tapmaq olar. Müasir təsəvvürlərə görə uzun əsrlər boyu nikah tamamilə adi bir iş idi; din, qanun və adətlərə görə icazə verilirdi. İndi ayrı-ayrı ölkələrdə və regionlarda nikaha daxil olmanın qanunla müəyyən edilmiş minimal yaşı 18 yaşdan az təşkil edir; digərlərinə – 18 yaşdan əvvəl nikaha daxil olma valideynlərin icazəsi ilə, hamiləliklə bağlı və ya digər xüsusi hallarda icazə verilir; üçüncüsü – mədəni ənənələr və dini qayda-qanunlar rəsmi hüquq normalarından daha güclü ola bilər. XX əsrin sonu - XXI əsrin əvvəlində uşaq nikahları ən çox inkişaf etməkdə olan yoxsul ölkələrdə və aztəminatlı ailələrdə bağlanıb. Son mövcud məlumatlara görə, uşaq nikahı ən çox Afrikanın bəzi yerlərində, Cənubi, Cənub-Şərqi və Qərbi Asiya, Latın Amerikası və Okeaniyada yayılmışdır. Əksər yerlərdə uşaq nikahlarının faiz nisbəti mütəmadi olaraq azalır, amma Nigeriya, Çad, Mali, Banqladeş, Qvineya və Mərkəzi Afrika Respublikasında çox yüksək olaraq - 60%-dən yuxarı qalır. Ən erkən nikahlar kütləvi şəkildə Nigeriya, Çad, Banqladeş, Mali və Efiopiyada müşahidə olunur - evliliklərin 20%-dən çoxu 15 yaşından əvvəl baş verir (2003–2009-cu illərin tədqiqatlarına əsasən). Uşaq nikahlarının bağlanmasının səbəbləri arasında yoxsulluq, gəlinin satın alınması adəti və cehiz vermə, yerli mədəniyyət ənənələri, erkən nikahlara icazə verən qanunlar, dini və sosial təzyiqlər, dini qaydalar, yetkinlik dövründə ərə getməmək/evlənməmək qorxusu, savadsızlıq, qadınları ödənişli işlə təmin etməyin (mövcud olan və ya gözlənilən) qeyri-mümkünlüyünü qeyd etmək olar. Həm oğlanlar, həm də qızlar erkən yaşda nikaha daxil olurlar, amma azyaşlı gəlinlər daha çoxdur və onların əksəriyyəti ağır sosial-iqtisadi vəziyyətdə yaşayan ailələrin qızlarıdır.
Uşaq parkı
Uşaq meydançası; Uşaqların oynaması üçün hazırlanmış bir parkdır. Ümumiyyətlə açıq havada tapılsa da, qapalı yerlərdə də tapıla bilər. Uşaq bağçalarında ən çox yayılmış oyuncaqlar; sürüşdürün, mişar mişarını və yellənmək . Həm də müxtəlif kiçik ölçülü gimnastika, zəncir nərdivanları, ip körpüləri və labirintlər ola bilər . Bu hovuz oyuncaqların əhatə etdiyi ərazidən daha böyükdür. Oyun meydançaları uşaqların fiziki və zehni inkişafına kömək edir, yaradıcılıqlarını artırır; onları ictimailəşdirir və əyləndirir. Əsasən xalqa açıq olsa da, oyun meydançaları da xüsusi mülkiyyətdə ola bilər. Şəhər parklarındakı və dövlət məktəblərindəki oyun meydançaları ictimai parklara nümunədir.
Uşaq pornoqrafiyası
Uşaq pornoqrafiyası — ümumilikdə 18 yaşından kiçik qız və oğlanların cinsi istismarını özündə əks etdirən film və fotoşəkillərdən ibarət olan və beynəlxalq səviyyədə qadağan edilmiş pornoqrafiya növüdür. Bu cür filmləri və fotoşəkilləri çəkmək, hazırlamaq, yükləmək, yaymaq və paylaşmaq ağır cinayət işi hesab olunur. Uşaq pornoqrafiyası isə uşaqların pornoqrafiya vasitəsi kimi istifadə edildiyi nəşrlərdir. Bir çox ölkələrdə bu cür nəşrlərin yayılmasının qanunsuz olmasına baxmayaraq adıçəkilən sənaye sahəsi çox böyük sürətlə inkişaf etməkdədir. Hər il 2 milyon uşağın seks köləsi edildiyi və bu bazarın ümumi dəyərinin 20 milyard dollara çatdığı təxmin edilir. Bu işdə təkcə polisin gördüyü tədbirlər yetərli deyildir.
Uşaq qalası
Uşaq qalası — Laçın rayonu Quşçu kəndi ərazisində yerləşən orta əsrlər (XV əsr) qalası. Uşaq qalası Laçın rayonunun Quşçu kəndinin "Qalacıq" adlanan ərazisində inşa edilib. Qala çox-çox əvvəllər uçub dağılmış, 4-5 daş hündürlüyündə özülü qalmış qalanın heç bir təsviri günümüzə qədər gəlib çıxmamışdır.
Uşaq ədəbiyyatı
Uşaq ədəbiyyatı — Uşaqlar üçün nəzərdə tutulmuş ədəbiyyat. Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da əsası uşaq folkloruna (xüsusən,nağıllara, laylalara, oxşamalara və s.-yə) söykənir. Ancaq Azərbaycanda peşəkar uşaq ədəbiyyatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. XX əsrin əvvəllərindən başlayaraq maarif və mədəniyyət sahəsində ciddi canlanma əmələ gəldi: bir sıra maarif ocaqları, xeyriyyə cəmiyyətləri, nəşriyyatlar, kitabxanalar yaradıldı. Uşaq ədəbiyyatı ilə məşğul olan yazıçılar ilk növbədə yeni üsullu məktəblər üçün hazırlanan dərsliklərin səhifələrində, dövri mətbuatda, xüsusilə, uşaq dövri mətbuatında öz əsərlərini çap etdirirdilər. Bu sahədə cəsarətli addımlar atan Nəriman Nərimanov hələ 1899-cu ildə "Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" kitabını yazmış, sabit ədəbi dil və vahid imla qaydalarından bəhs etmişdir. O, həmçinin, Sultan Məcid Qənizadə ilə birlikdə "Sovqat" (1896) adlı şəkilli uşaq jurnalı və "Məktəb" (1900) adlı elmi-pedaqoji aylıq jurnal nəşr etmək təşəbbüsündə olmuşdur. Rəşid bəy Əfəndiyev də "Uşaq bağçası" (1898) kitabında təlim və tərbiyənin vəhdətinə (K. D. Uşinskinin təlimi – Q. N.) əsaslanaraq orijinal və tərcümə əsərləri, coğrafiya, tarixi hadisələrə və kainatın quruluşuna dair materiallar vermişdir. Uzun müddət mükəmməl vəsait kimi istifadə olunan ("Birinci il", "İkinci il"; "Üçüncü il") dərsliklərdə istər milli uşaq ədəbiyyatının, istərsə tərcümə ədəbiyyatının ən yaxşı nümunələri seçilib toplanmışdı. Bunlardan başqa, A. Şaiqin "Uşaq gözlüyü", "Gülzar", İrəvan müəllimlərinin hazırlayıb Tiflisdə çap etdirdikləri iki hissədən ibarət "Ana dili" və b.
Uşaq cərrahiyyəsi
Uşaq cərrahiyyəsi və ya pediatrik cərrahiyyə — döllərin, körpələrin, uşaqların, yeniyetmələrin və gənclərin cərrahiyyəsini əhatə edən cərrahiyyənin alt ixtisası. Uşaq cərrahiyyəsi 1879-cu əsrin ortalarında ortaya çıxdı və anadangəlmə qüsurların cərrahi müalicəsi yeni texnika və üsullar tələb etdiyi üçün daha çox uşaq xəstəxanalarında yer almağa başladı. Bu yeniliyin baş verdiyi yerlərdən biri Filadelfiya Uşaq Xəstəxanası olub. Çarlz Everett Koopun cərrahi rəhbərliyi altında 1940-cı illərdən etibarən körpələrin endotraxeal anesteziyasının yeni üsulları əvvəllər sağalmayan anadangəlmə qüsurların cərrahi yolla bərpasına imkan verdi. 1970-ci illərin sonlarına qədər bir çox əsas anadangəlmə qüsur sindromlarından uşaq ölüm nisbəti demək olar ki, sıfıra endirildi. Uşaq cərrahiyyəsinin alt ixtisaslarına aşağıdakılar daxildir: neonatal cərrahiyyə və fetal cərrahiyyə.
Uşaq endokrinologiyası
Uşaq endokrinologiyası (ing. pediatric) — uşaqlarda fiziki böyümə və cinsi inkişaf dəyişiklikləri, şəkərli diabet və bir çox digər endokrin vəzilərin pozuntuları ilə məşğul olan tibbi ixtisas. Uşaq endokrinoloqları yaş qrupundan asılı olaraq — körpəlikdən gec yeniyetməlik və gənc yetkinlik dövrünə qədər xəstələri müalicə edirlər. İxtisas üzrə ən çox rast gəlinən xəstəlik — 1-ci tip diabetdir, adətən tipik klinik praktikanın ən azı 50%-nı təşkil edir. Növbəti çox rast gəlinən problem — böyümə pozuntularıdır, xüsusən də böyümə hormonu müalicəsi uyğun olanlar üçün. Uşaq endokrinoloqları adətən interseks pozuntusu olan körpə və uşaqlara tibbi yardım göstərən əsas həkimlərdir. İxtisas həmçinin uşaqlarda hipoqlikemiya və hiperqlikemiyanın digər formaları, yetkinlik dövründəki dəyişikliklər, eləcə də böyrəküstü vəzilər, qalxanabənzər vəzi və hipofiz vəzinin digər problemləri ilə məşğul olur. Bir çox uşaq endokrinoloqu sümük metabolizması, lipid metabolizması, yeniyetmə ginekologiyası və ya anadangəlmə metabolik pozuntularla maraqlanır və təcrübəyə malikdir. ABŞ və Kanadada pediatrik endokrinologiya Amerika Pediatriya Şurasının və ya Amerika Pediatriya Osteopatik Şurasının təcrübə təlimindən sonra şuranın sertifikatına malik olur. Bu, bir neçə prosedura və diaqnostik qiymətləndirməyə diqqət yetirən nisbətən kiçik və ilk növbədə koqnitiv ixtisasdır.
İçimizdəki uşaq
İçimizdəki Uşaq — Doğan Cüceloğlunun 1992-ci ildə nəşr olunan kitabı. Kitabda ailə münasibətlərinin uşaq tərbiyəsinə necə təsir etdiyi ilə bağlı psixologiya sahəsində işlənmiş anlayışlar vasitəsilə və gündəlik nümunələrdən istifadə etməklə sadə şəkildə izahatlar verilir. Kitabdakı anlayışların əksəriyyəti müəllif tərəfindən “Cumhuriyet Bilim Teknik” jurnalında silsilə məqalələrdə araşdırılmış, böyük marağa səbəb olduğu üçün kitab halına gətirilmişdir. İçimizdəki uşaq kitabı altı hissədən ibarətdir. Müəllifin böyük bacısı Lütfiyə Mətinə həsr edilmişdir. Onun 62-ci nəşri 2021-ci ilin yanvarında nəşr edilmişdir.
Elm uşaq jurnalı
Elm uşaq jurnalı - Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı Yanvar 1998-ci ildən etibarən çıxarmağa başladığı və uşaqlara görə olan aylıq bir jurnaldır. Məqsədi uşaqlara elmi sevdirməkdir. 1999 ilə 2000 illərində müəyyən mövzularda fotoşəkil çəkər vermişdir. 2001-ci ildə Təbiət Kartları vermiş, 2002-ci ildən itələyibərənsə bunun yerini hər mövzuda kartlar götürmüşdür. Jurnal hal-hazırda 64 səhifədir. Ayrıca jurnalın köhnə ədədləri (1999-2005) cildlənərək TÜBİTAK Məşhur Elm Kitabları Satış Bürosunda satılmaqdadır. Bu jurnalın çıxmağa başlamasından 2 il əvvəl, 1996 və 1997 illərində Elm və Texniki jurnalıyla birlikdə əlavə olaraq 16 səhifəlik "Elm və Texniki Uşaq" verilirdi. Elm Uşaq TÜBİTAKin yeni logo 102. sayı(İyun 2006)ndan etibarən istifadə etməyə başlamışdır. 20 may 2008 tarixində Medyatava.com adlı saytın etdiyi araşdırmaya görə 83.730 tirajla Türkiyənin ən çox satılan jurnalı olmuşdur.
Göyqurşağı uşaq jurnalı
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 2006-cı ilin mart ayından nəşr olunan “Göyqurşağı” Uşaq Jurnalı 2006-cı ilin oktyabr ayına kimi “Körpəm” adı ilə nəşr olunub. Jurnal məktəblilərin dünyagörüşünün inkişafına, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə, təhsilə marağın artmasına yardım məqsədi daşıyır. 32 səhifədən ibarət rəngli şəkillərlə nəfis tərtib olunan bu jurnalın hər sayı uşaqlar tərəfindən maraqla qarşılanır. Jurnalın hər sayında əlamətdar tarixi günlər, bayramlar, tarixi və görkəmli şəxsiyyətlər, təhsil müəssisələri haqqında məlumatlar, uşaqların qələmə aldıqları şeir və hekayələr, çəkdikləri rəsmlər dərc olunur. Jurnalda kitabxanaya daxil olan yeni kitablar haqqında oxuculara müntəzəm məlumat verilir. Uşaqların intellektual səviyyələrinin artmasına xidmət edən məntiqi suallarla zəngin əyləncəli səhifə və rubrikalar jurnalı daha da maraqlı edir. “Göyqurşağı” Uşaq Jurnalı Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Azərbaycanın bütün rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemi vasitəsilə ən ucqar dağ kəndlərinə belə yayılır.
Karateçi uşaq(2010)
Karateçi uşaq — 2010-cu ildə çəkilmiş ABŞ filmidir. Rejissor Harald Zvart, baş rollarda isə Ceki Çan, Ceyden Smitdir. Film əsasən Çinin Pekin şəhərində cəryan edir. Filmin çəkilişləri 2009-cu ilin İyul ayında başladı və həmin ilin Oktyabr ayının 16-sı qurtardı. ABŞ-də filmin premyerası 11 İyun 2010-cu il oldu. Atasının ölümündən və Detroytdakı zavodun bağlanmağından sonra 12 yaşlı Dre Parker(Ceyden Smit) anası Şerri (Taraji Penda Henson) ilə birlikdə Detroytdan Çinin Pekin şəhərinə köçür. Nəzarətçi onları evlərinə aparır. Xarab olan əşyanı düzəltmək üçün anası Dreni Mr. Hanı(Ceki Çan) çağırmağa göndərir. Dre Mr.Hanı çağırdıqdan sonra parka gedir.Burada o skripkaçı Mei Yinq (Venven Han) ilə dost olur.
SOS Uşaq kəndləri
Sos Uşaq kəndləri (alm. SOS-Kinderdorf‎;ing. SOS Children's Villages) — Beynəlxalq və müstəqil fəaliyyət göstərən təşkilat. Sos Uşaq kəndləri beynəlxalq təşkilatının əsas hədəfi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailələr yaratmaq, onların öz gələcəklərini formalaşdırmalarında kömək etməkdir. İlk Sos Uşaq kəndi 1949-cu ildə Herman Qmayner tərəfindən Avstriyada yerləşən kiçik İmst şəhərində yaradılmışdır. Sonralar bu ardıcılığı Vyetnam, Hindistan kimi ölkələrdə və Avropa, Afrika kimi qitələrində yerləşən uşaq kəndləri davam etdirmişdir. Fransa, Almaniya və İtaliyada yaradılan yerli dərnəklərdən sonra 1960-cı ildə bütün ölkələrdə yerləşən Sos Uşaq kəndlərini birləşdirən OS-Kinderdorf International adlı təşkilat yaradıldı. Təşkilatın Azərbaycan üzrə rəsmi nümayəndiliyi olan Sos Uşaq kəndləri - Azərbaycan təşkilatı 1999-cu ildə yaradılmışdır. Azərbaycanda Sos Uşaq kəndləri 1999-cu ildə valideyn himayəsindən məhrum olmuş və digər problemləri olan uşaqlarla qayğı göstərilməsi məqsədi ilə yaradılmışdır.
Tək uşaq siyasəti
Tək uşaq siyasəti – ailə planlama siyasətinin bir hissəsi kimi Çinin əhali planlama siyasəti olmuşdur. Bu 1979-dan tətbiq edilməyə başlamış və rəsmi olaraq 2015-də mərhələli şəkildə ləğv edilmişdir. Bu siyasət etnik azlıqlar da daxil olmaqla bəzi qruplar üçün istisnalar təşkil edirdi. 2007-də, Çin əhalisinin 36%-i bir uşaq siyasətinə məruz qalarkən, 53%-nə birinci uşağın qız olması hallarında, ikinci uşağının olması icazəsi verilmişdir. Əyalət hakimiyyətləri bu siyasətin pozulmasına qarşı cərimələr tətbiq etmiş və milli hakimiyyətlər isə nəzarət və qeydiyyat işlərini aparmaq və əhalinin məlumatlılığını artırmaq üçün komissiyalar yaratmışdır. Çin hökumətinin yaydığı məlumata əsasən 400 milyon doğumun qarşısı alınmışdır. Tədqiqatçılar bu iddianın "yanlış" olduğunu bildirmişdir, çünki "1970-dən bəri əhali artımında bir uşaq siyasətinin tətbiqindən əvvəl 3/4 dəfə azalma müşahidə edilmişdir; və 1980-dən bəri müşahidə olunan digər azalma isə iqtisadi inkişafla əlaqələndirilmişdir." Tailand və İranda, həmçinin Hindistanın Kerala və Tamil Nadu ştatlarında da bir uşaq siyasəti tətbiq olunmasa da əhali artımında oxşar azalmalar olmuşdur. 2008-də aparılan sorğuya əsasən Çinlilərin 76%-i bu siyasəti dəstəkləsə də, Çinin xaricində bu mövuya mübahisəli yanaşılmışdır.
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində Uşaq
Azərbaycan Uşaq Avroviziya Mahnı Müsabiqəsində — Azərbaycan bu müsabiqədə ilk dəfə 2012-ci ildə iştirak etmişdir. Azərbaycanın ilk Uşaq Avroviziyasındakı ilk təmsilçiləri İctimai Televiziya tərəfindən seçilən Ömər Sultanov və Suada Ələkbərova olmuşdur. Niderlandın paytaxtı Amsterdamda keçirilən 2012 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin yeganə dueti, Azərbaycan təmsilçiləri Ömər və Suada HMH arenasında 3-cü səhnə almışdır. "Girls and Boys (Dünya Sənindir)" adlı mahnı ilə çıxış edən duet nəticədə 49 xalla 11-ci yerdə qərarlaşmışdır. Növbəti illərdə müsabiqədə iştirak etməyən Azərbaycan 2018-ci ildə Uşaq Avroviziyasına geri dönmüşdür. Minskdə keçirilən müsabiqədə ölkəni "I Wanna Be Like You" mahnısı ilə Fidan Hüseynova təmsil etmişdir. 20 ölkənin iştirakı ilə keçirilən yarışmada Azərbaycan təmsilçisi 47 xalla 16-cı yerdə qərarlaşmışdır. Parisdə keçirilən Uşaq Avroviziyası 2021-də Azərbaycanı Sona Əzizova "One of Those Days" mahnısı ilə təmsil etmiş və 151 xalla 5-ci yerdə qərarlaşaraq Azərbaycanın müsabiqədə iştirakı tarixində ən yaxşı nəticəni əldə etmişdir.
Azərbaycan Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Azərbaycan Uşaq Avroviziya Mahnı Müsabiqəsində — Azərbaycan bu müsabiqədə ilk dəfə 2012-ci ildə iştirak etmişdir. Azərbaycanın ilk Uşaq Avroviziyasındakı ilk təmsilçiləri İctimai Televiziya tərəfindən seçilən Ömər Sultanov və Suada Ələkbərova olmuşdur. Niderlandın paytaxtı Amsterdamda keçirilən 2012 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin yeganə dueti, Azərbaycan təmsilçiləri Ömər və Suada HMH arenasında 3-cü səhnə almışdır. "Girls and Boys (Dünya Sənindir)" adlı mahnı ilə çıxış edən duet nəticədə 49 xalla 11-ci yerdə qərarlaşmışdır. Növbəti illərdə müsabiqədə iştirak etməyən Azərbaycan 2018-ci ildə Uşaq Avroviziyasına geri dönmüşdür. Minskdə keçirilən müsabiqədə ölkəni "I Wanna Be Like You" mahnısı ilə Fidan Hüseynova təmsil etmişdir. 20 ölkənin iştirakı ilə keçirilən yarışmada Azərbaycan təmsilçisi 47 xalla 16-cı yerdə qərarlaşmışdır. Parisdə keçirilən Uşaq Avroviziyası 2021-də Azərbaycanı Sona Əzizova "One of Those Days" mahnısı ilə təmsil etmiş və 151 xalla 5-ci yerdə qərarlaşaraq Azərbaycanın müsabiqədə iştirakı tarixində ən yaxşı nəticəni əldə etmişdir.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası
Azərbaycan Dövlət Uşaq Filarmoniyası — Bakıda fəaliyyət göstərən filarmoniya. Uşaqlar üçün incəsənətin müxtəlif sahələri üzrə təhsil və özfəaliyyət mərkəzidir. Filarmoniya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir. Azərbaycan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 291 saylı qərarı ilə yaradılmış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 18 oktyabr 1991-ci il tarixli 361 saylı əmri ilə rəsmiləşdirilmişdir. Filarmoniyada iki əsas orkestr — Uşaq Simfonik Orkestri və Uşaq Xalq Çalğı Alətləri Orkestri, 1991-ci ildə təşkil olunmuş rəqs kollektivi, 2013-cü ildən fəaliyyət göstərən uşaq teatr studiyası, 2012-ci ildən "Şəms" uşaq xoru və kamera ansamblı, nəfəsli alətlər ansamblı, rəsm dərnəyi və başqa kollektivlər fəaliyyət göstərir. İl ərzində filarmoniyada 4–18 yaş aralığında 500-dən artıq uşaq incəsənətin müxtəlif sahələri üzrə təhsil alır, fəaliyyət göstərirlər. Onlar arasında fərqlənənlər dünyanın müxtəlif ölkələrinin konsert salonlarında çıxış etmiş, beynəlxalq festival və müsabiqələrdə laureat adlarını qazanmışlar. Filarmoniyanın binası 2018–2019-cu illərdə əsaslı şəkildə təmir olunmuş, 21 may 2019-cu ildə açılışı olmuşdur. 2012-ci ildən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Dilarə Əliyevadır.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi — ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Milli Məclis tərəfindən qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyi haqqında" Qanunun məqsədi kişi və qadınlar üçün ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. 2005-ci ildə "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Azərbaycanın 3 regionunda — Mingəçevir, Goranboy və Şüvəlanda ailələrə və uşaqlara dəstək mərkəzləri açılıb istifadəyə verilmişdir. Mərkəzlər ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə yaradılmışdır. 15 sentyabr 2006-cı ildə Nazirlər Kabinetinin 211 № li qərarı ilə "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı" təsdiq edilmişdir. Müvafiq sahədə iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; Müvafiq sahənin inkişafını təmin edir; Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə
Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə — Babi Yar qətliamında öldürülmüş uşaqlara qoyulmuş abidə. Abidə Ukraynanın Kiyev şəhəri ətrafında yerlşir. Babi Yar qətliamı 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukraynanın Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı baş verib. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülüb. Babi Yar qətliamı öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürülən 42-43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından öldürülən 50 min nəfərdən say baxımından geri qalsa da, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşüb. Tədqiqatçıların hesablamalarına görə Babiy Yar qətliamında 150 minə yaxın yəhudi güllələnib, lakin bu saya 3 yaşa qədər öldürülmüş uşaqlar daxil deyil çünki onları saymırdılar. Uşaqları öldürəndə çox vaxt gülləyə qənaət etmək məqsədilə onları çox vaxt ya dəyənəklə vurub ya da torpağa basdırıb öldürürdülər. Abidə 30 sentyabr 2001-ci ildə qoyulub. Heykəltəraşı Valeri Medvedyev, memarı isə Yuriy Melniçukdur və R.Buxarenkodur. Abidə bürüncdəndir və mərmər postamentin üzərinə qoyulub.
Bakı SOS Uşaq Kəndi (film, 2001)
Film Bakı yaxınlığında "SOS" şirkəti tərəfindən kimsəsiz uşaqlar üçün yaradılmış uşaq kəndi haqqında bəhs edir.
Bakı Uşaq və Gənclər Teatrı
Bakı Uşaq və Gənclər Teatrı — 2001-ci ildə Bakı Uşaq Teatrı adı altında yaradılmış Azərbaycan teatrı. Bakı Uşaq Teatrı 2001-ci ildə yaradılıb. 2002-ci il mayın 1-dən İntiqam Soltanın direktor-bədii rəhbər təyin olunması ilə fəaliyyətə başlayıb. Bakı Uşaq Teatrı 2001-ci il aprel ayının 9-da Bakı Şəhər İcra Hakimiyyəti başçısının 260 saylı sərəncamı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Rəisinin 26 aprel 2002-ci il tarixli 32 saylı əmri ilə yaradılıb. Bu günə qədər teatrda 100-ə yaxın yüksək bədii keyfiyyətə malik tamaşa hazırlanıb. Teatr Cənubi Qafqazda yeganə peşəkar uşaq teatrıdır. Fəaliyyət göstərdiyi müddətdə özünə çox böyük sayda tamaşaçı auditoriyası toplayan teatr bir sıra dövlət tədbirlərində və beynəlxalq teatr festivallarında uğurlu çıxış edərək diplom və mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə yanaşı, Gənclər və İdman, Ədliyyə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri də teatrla birgə layihələr həyata keçirir. Teatr bir sıra beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Bunlardan Beynəlxalq Qızıl Xaç Komitəsini, Avropa Şurasının Azərbaycan Ofisini, BMT-nin Narkomaniyaya qarşı mübarizə İdarəsinin Bakı Ofisini göstərmək olar.
Bakı uşaq dəmir yolu
Bakı Uşaq Dəmir Yolu (BUDY) — 1947-2009-cu illərdə Bakıda mövcud olmuş uşaq dəmir yolu. 10 Avqust 1947-ci ildə açılış mərasimi olmuşdur. Yolun uzunluğu 1050 metrdir. İki stansiyadan — Dədə Qorqud və Bahar, lokomotiv deposundan, tədris korpusundan, 2 TU2 teplovozundan, 6 Pafawag vaqonundan ibarətdir. Şəhriyar adına parkda yerləşmişdir. 2004-cü ildən etibarən rəsmi adı Azərbaycan Dövlət Uşaq Dəmir Yolu — ADUDY olmuşdur. 2009-cu ildə fəaliyyətini dayandırmışdır. Bakıda uşaq dəmir yolunun yaradılması ideyası 1945-ci ildə olmuşdur. Azərbaycan Nazirlər Sovetinin 15 İyun 1946-ci il tarixindəki qərarında dəmir yolunun yaradılmasının başlanma və sona çatma tarixləri qeyd olundu. Tikintiyə 14 mart 1947-ci ildə başlanıldı və 1 may 1947-ci ildə başa çatdı.
Balaca uşaqlar (film)
Balaca uşaqlar ― 2006-cı ildə Todd Field tərəfindən Tom Perrotta tərəfindən yazılmış romana əsasən çəkilmiş Amerikan dram filmi.
Balaca uşaqlar (film, 2006)
Balaca uşaqlar ― 2006-cı ildə Todd Field tərəfindən Tom Perrotta tərəfindən yazılmış romana əsasən çəkilmiş Amerikan dram filmi.
Balaca uşaqların bədənini möhkəmləndirin (film, 1954)
Balaca uşaqların bədənini möhkəmləndirin qısametrajlı sənədli filmi 1954-cü ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Kinolent insan sağlamlığı üçün hələ balaca yaşlarından uşaqların səhhətinin qayğısına qalmağın vacibliyindən və onu möhkəmlətmə yollarından danışır. Elmi-kütləvi filmdir. Kinolent insan sağlamlığı üçün hələ balaca yaşlarından uşaqların səhhətinin qayğısına qalmağın vacibliyindən və onu möhkəmlətmə yollarından danışır.
Belarus Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Belarus Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2003-cü ildən iştirak edir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində iki dəfə qalibiyyət əldə edib. Belarus uşaq Avroviziyasında ilk qələbəsini 2005-ci ildə Kseniya Sitnikin ifa etdiyi "My vmeste" adlı mahnı ilə qazanıb. Müsabiqədə ikinci qələbəsini Belarus 2007-ci ildə Aleksey Jiqalkoviçin ifa etdiyi "S druz'jami" adlı mahnı ilə qazanmışdır. Ölkə Avroviziya uşaq mahnı müsabiqəsində hər il iştirak edib.
Belçika Avroviziya Mahnı Müsabiqəsində Uşaq
Belçika Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Bolqarıstan Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Bolqarıstan 2007-ci ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Ölkə iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Bolqarıstanın indiyədək qazandığı ən yaxşı nəticə 2014-cü ildə əldə etdikləri 2-ci yerdir. Bolqarıstan 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.
Bülbül adına Uşaq İncəsənət Məktəbi (Sumqayıt)
Bülbül adına Uşaq İncəsənət Məktəbi — Sumqayıtda musiqi məktəbi Sumqayıt şəhər Mədəniyyət İdarəsinin tabeliyində 3 incəsənət məktəbi fəaliyyət göstərir ki, onlardan biri də Bülbül adına Uşaq İncəsənət Məktəbidir. 1971-ci ildən Sumqayıt şəhər 2 saylı musiqi məktəbi kimi fəaliyyətə başlayan məktəb 2 korpus, 44 sinif otağı, 360 yerlik konsert zalından ibarətdir. Bu illərdə şagirdlər fortepiano, skripka, tar, kamança, qarmon, nağara, klarnet ixtisasları üzrə təhsil alırdılar. Rəsm, xoreoqrafiya şöbələri açıldıqdan sonra 1985-ci ildən Sumqayıt şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Sumqayıt şəhər Xalq Deputatları Sovetinin Rəyasət heyətinin qərarı ilə məktəb Bülbülün adı ilə adlandırıldı. Məktəbin 35 illik fəaliyyəti ərzində şagirdləri respublika müsabiqələrində iştirak edərək diplomlara, fəxri fərmanlara layiq görülmüşdür. 1999-cu ildə musiqi və incəsənət məktəbləri şagirdləri arasında keçirilən Respublika Baxış müsabiqəsində Bülbül adına incəsənət məktəbinin şagirdləri Elvin Xasıyev və Xəyyam Tağıyev diplomlarla təltif olunmuşlar. 2001-ci ildə Sumqayıt şəhəri üzrə keçirilən gənc istedadların müsabiqəsində incəsənət məktəbinin xalq çalğı alətləri ansamblı müsabiqənin laureatı olmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2002-ci ildə təşkil etdiyi "Uşaqların gözü ilə" adlı sərgidə məktəbin şagirdləri mükafat almışlar. 2004-cü ildə Respublika üzrə uşaq xor kollektivləri arasında keçirilən müsabiqədə məktəbin xor kollektivi fəxri fərmana layiq görülmüşdür.
Cənnətin uşaqları
Cənnətin uşaqları (fars. بچه‌های آسمان‎) — İran kinorejissoru Məcid Məcidinin 1997-ci ildə çəkdiyi film. Məcid Məcidi bu filmi çəkərək 1999-cu ildə Oskar mükafatına namizədliyi qazanır. Bundan əvvəl İran kinematoqrafiyası belə bir uğuru heç vaxt yaşamamışdır. İlk İran filmi idi ki, Oskar mükafatına namizədlər sırasına daxil olmuşdu. Təəssüf ki, bu film mükafat qazana bilmir. Ancaq buna baxmayaraq film çox güclü ekran işi kimi dəyərləndirilir. Cənnətin uşaqları — sənədli film janrında çəkilmiş və insanın həyata baxışını dəyişəcək gözəl bir filmdir. Məzmun kifayət qədər sadədir. Günlərin bir günü Əli bacısının ayaqqabısını itirir.
Cənnətin uşaqları (film, 1997)
D.X.Mamsurov adına Respublika Uşaq Kitabxanası
D.X.Mamsurov adına Respublika Uşaq Kitabxanası — Şimali Osetiya Respublikasında dövlət kitabxanası. Kitabxana uşaq ədəbiyyatı, pedaqogika, psixologiya və sosiologiya sahəsində elmi və metodiki mərkəzdir. 1967-ci ildə açılmışdır. Bina kompleksi Vladiqafqazın mərkəzində, Lenin küçəsi 2 ünvanında yerləşir. Kitabxana məşhur osetin şairi, nasir və tərcüməçi Daba Xabiyeviç Mamsurovun (1909-1966) adını daşıyır.. Kitabxana 1967-ci ilin iyulunda açılmışdır. Kitabxananın ilk direktoru T.A.Tsomaeva olub. Kitabxana fondu açılan gün 151560 ədəd ədəbiyyat və müxtəlif nəşrlərdən ibarət idi. 1969-cu ildə kitabxanaya Tamayev küçəsi, 32 ünvanında ayrıca bina ayrılmışdır. 1970-ci illərdən başlayaraq kitabxanada kitabxanaçıların yaradıcılıq inkişafı proqramı var və burada tələbələr məzun olduqdan sonra bacarıq və biliklərini artırırlar.
Dünya uşaq ədəbiyyatı kitabxanası
Dünya uşaq ədəbiyyatı kitabxanası (50 cildlik) — Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin Azərbaycan dilində 50 cildlik nəşri.
Dünya uşaq ədəbiyyatı kitabxanası (50 cildlik)
Dünya uşaq ədəbiyyatı kitabxanası — Gənclik Nəşriyyatı tərəfindən 1982-1990-cı illər arasında dərc olunan, Azərbaycan dilində (kiril əlifbası ilə) 50 cildlik uşaq kitabları seriyası. Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 351 nömrəli Fərmanı ilə "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin bir qrupuna Azərbaycan Respublikasının aşağıdakı fəxri adları verilmişdir: "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" Orucov Hidayət Xuduş oğlu — "Gənclik" nəşriyyatının baş redaktoru. "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" Aslan Şahvələd oğlu Quliyev — 26 Bakı komissarı adına mətbəənin direktoru; Çingiz Əli oğlu Əliyev — "Gənclik" nəşriyyatının redaksiya müdiri; Məsudə Eyvaz qızı Zeynalova — "Gənclik" nəşriyyatının redaksiya müdiri; Qurbanəli Əliağa oğlu Məmmədov — Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi nəşriyyatlar idarəsinin rəisi; Nadir Hacıməmməd oğlu Rəhimov — "Gənclik" nəşriyyatının keçmiş bədii rəhbəri, "Şərq-Qərb" nəşriyyatının baş rəssamı; Reyhan Ələkbər qızı Salamova — pensiyaçı, "Gənclik" nəşriyyatının keçmiş tərcüməçi-redaktoru; Nəriman Veysəl oğlu Süleymanov — "Gənclik" nəşriyyatının böyük texniki redaktoru; Tənzilə Qərif qızı Cəmilova — "Gənclik" nəşriyyatının tərcüməçisi; Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 358 nömrəli Fərmanı ilə "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin digər bir qrupuna isə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilmişdir: Tahir Müseyib oğlu Ağayev — 26 Bakı komissarı adına mətbəənin çapçısı. Xədicə Həsənağa qızı Əhmədova — "Gənclik" nəşriyyatının makinaçısı. Rəfael Fərzulla oğlu Gözəlov — 3 nömrəli Bakı kitab mətbəəsinin sex rəisi. Svetlana Goyüş qızı Musayeva — "Gənclik" nəşriyyatının şöbə müdiri.
Dəmir yolu uşaqları
Dəmiryolu uşaqları (ing. The Railway Children) — 1905-ci ildə London Jurnalında seriyalı olaraq, ilk dəfə isə 1906-cı ildə kitab şəklində nəşr olunan Edit Nesbitin uşaq kitabı böyük rəğbət görmüşdür.Bir neçə dəfə ekran üçün uyğunlaşdırılıb, 1970-ci ilin ən yaxşı film versiyasıdır. Qəbulu Edith'in yaşadığı yerə yaxın Chelsfield dəmiryol stansiyasına getməsi və Chelsfield ilə Knockholt arasındakı dəmir yolu kəsmə və tunel inşasını izlədiyi düşünülür. Hekayə, Londondan 'Üç baca' ya, dəmir yolu yaxınlığındakı bir evə, Xarici İşlər İdarəsində işləyən atanın casusluqda ittiham edilib, həbs edildikdən sonra köçən bir ailəyə aiddir. Uşaqları, Roberta ("Bobbie" ləqəbi ilə), Peter və Phlislis, evlərinin yaxınlığında müntəzəm olaraq 9:15 qatarı aparan köhnə bir cənab ilə dostlaşırlar; nəticədə atalarının günahsız olduğunu sübut etməyə kömək edə bilirlər və ailə yenidən qovuşur. Ata sərbəst buraxılmadan əvvəl, ailəsi (daha sonra yerləşdiyi) axtaran İngiltərəyə gələn cənab Szczepansky və tuneldə qırılmış bir ayağından əziyyət çəkən Köhnə Cənabın nəvəsi Jim'in qayğısına qalır. Günahsız bir insanın casusluğa görə həbs olunduğu və nəhayət sübut olunduğu mövzunun , kitabın yazılmasından bir neçə il əvvəl dünyada məşhur bir xəbər xəbəri olan Dreyfus İşinin təsiri ola bilər . Çarların "kasıb insanlar haqqında gözəl bir kitab yazması və onlara necə kömək ediləcəyini" yazdıqları üçün təqib edilən və sonradan uşaqların kömək etdiyi Rus sürgüsü , çox güman ki , hər iki dost olan real müxalifətçilər Sergius Stepniak və Peter Kropotkinin bir birləşməsi idi. Kitab o dövrdəki Rus-Yapon müharibəsindən və İngiltərə xalqının müharibəyə münasibətindən bəhs edir. Bu, 1905-ci ilin yazına və payızın əvvəllərinə təsadüf edir.

Digər lüğətlərdə