VÜQAR

ə. ağırlıq, ciddiyyət, təmkin; öz ləyaqətini gözləmə.

VÜKƏLA
VÜQU
OBASTAN VİKİ
Vüqar
Vüqar (ərəb. وقار‎ (Vəqar) – qürur, iftixar) — ərəb mənşəli kişi adıdır. Azərbaycanda geniş istifadə olunan addır. İngiliscə "Vugar", rusca "Вугар" kimi səslənir. Vüqar Bağırov — Rusiya alimi. Vüqar Həşimov — Azərbaycan şahmatçısı, qrosmeyster Vüqar Rəhimzadə — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, əməkdar jurnalist Vüqar Əsgərov Vüqar Əsgərov (yazıçı) — "Respublika Xatirə Kitabı" redaksiyasında böyük redaktor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Vüqar Əsgərov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Vüqar Abbasov
Vüqar Zakir oğlu Abbasov (12 aprel 1974, Naxçıvan) — azərbaycanlı iş adamı, Cahan Holdingin prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin VI çağırış deputatı. Vüqar Zakir oğlu Abbasov 1974-cü il aprel ayının 12-də Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini 1981-ci ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbdə başlamış və oranı 1991-ci ildə qırmızı attestatla bitirmişdir. Elə həmin ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinə qəbul olmuş, 1996-cı ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. 1998–2001-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq və iqtisadiyyat fakültəsində, 2001–2006-cı illərdə isə Hüquq fakültəsində təhsil alaraq hər ikisini qırmızı diplomla bitirmişdir. 2008-ci ildə AMEA İqtisadiyyat İnstitutunun dissertantı olmuş, xarici ölkələrdə 10-dan çox elmi əsəri çapdan çıxmışdır. 2016-cı ildə Regionda Sahibkarlığın İnkişafı üzrə elmi işini müdafiə edərək İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır. Cahan Holdingin 1995-ci ildən təsisçisi və rəhbəridir. Vüqar Abbasov 9 fevral 2020-ci ildə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 24 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Vüqar Abbasov 24 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3681-nin və ya 80,8%-nin səsini toplayaraq deputat seçilmişdir.
Vüqar Abdulkərimov
Vüqar Abdulkərimov (24 oktyabr 1974, Bakı) — Azərbaycan alimi, tədqiqatçı. Azərbaycanda professor Nürəddin Lüləci ilə birlikdə ilk ağrı mərkəzinin qurulmasındakı fəaliyyəti və alqologiya sahəsindəki kliniki tədqiqatları ilə tanınır. Vüqar Abdulkərimov 1974-cü ilin 24 oktyabrında Bakıda anadan olmuşdur. Orta təhsilini 1981–1991-ci illərdə Bakıda 29 nömrəli məktəbdə almış, 1992-ci ildə İstanbul Universitetinin cərrahpaşa tibb fakültəsinə daxil olmuş və 1999-cu ildə məzun olmuşdur. 16 iyun 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Evlidir. 3 övladı var. 2009-cu ildən Mərkəzi Klinikanın reanimasiya və intensiv terapiya şöbəsində şöbə müdiri kimi çalışır. Vüqar Kərimov birtərəfli spinal anesteziyada bupivakain lokal anestetiki üzrə fəaliyyəti olmuş, ürək əməliyyatından sonra sternotomiyadan sonrakı xəstələrdə miyofasiyal ağrısı üzrə 1226 xəstədə klinik tədqiqat aparmışdır. O herniated bel diskləri üçün ağrı və əlillik skorlarında nukleoplastika və avtomatlaşdırılmış perkutan lomber diskektomiya prosedurlarının effektivliyinin müqayisəsi və diz artroskopiyasında təktərəfli spinal anesteziya və ümumi anesteziya tətbiqlərinin bərpa xüsusiyyətləri baxımından müqayisəsi üzrə elmi iş işləmişdir.
Vüqar Abdullayev
Vüqar Alkərəmov
Vüqar Oruc oğlu Alkərəmov — polkovnik-leytenant. Vüqar Alkərəmov 26 fevral 1969-cu il tarixdə Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. 1976-cı ildə Bahar qəsəbəsi orta məktəbinin 1-ci sinfinə gedib, 1986-cı ildə həmin məktəbi bitirib. 1987-ci ildə hərbi xidmətə çağırılıb Hərbi xidmətini İrkutsk şəhəri N saylı hərbi hissədə keçib. 1989-cu ilin may ayında tərxis olunub. 1989-cu ilin oktyabr ayında Azərbaycan İnşaat Mühəndisləri Universitetinin hazırlıq kursuna qəbul edilib. 1990-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “Sənaye və Mülki Tikinti” fakültəsinə qəbul olub, 1995-ci ildə həmin universiteti inşaat mühəndisi ixtisası ilə bitirib 1998-ci ildə Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsinə qəbul olub, 2002-ci ildə həmin universiteti hüquqşünas ixtisası ilə bitirib. Ailəlidir, 2 (iki) övladı var. 1986-cı ildə Beyləqan rayon təmir-tikinti idarəsində işləməyə başlayır. 1989-cu ildə Hərbi xidmətdən sonra Beyləqan rayon təmir-tikinti idarəsində yenidən işə qəbul edilir.
Vüqar Aslanov
Vüqar Aslanov (20 mart 1976, Bakı) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Vüqar Aslanov 1993-cü ildə Avstriya gənclər arasında Avropa Çempionatında uğursuz çıxış eləsə də bir il sonra Macarıstanda gənclər arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 1995-1997-ci illərdə Dünya və Avropa Çempionatlarında uğursuz çıxış edən Vüqar Aslanov 1998-ci ildə tələbələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. 1999-cu ildə Avropa Çempionatını 10-cu, Dünya Çempionatını isə 16-ci pillədə başa vuran Vüqar Aslanov 2000-ci ildə Dünya Olimpiya Təsnifat Turnirlərində uğursuz çıxış elədi və olimpiada da mübarizə apara bilmədi. 2002-2004-cü illərdə də Dünya və Avropa Çempionatlarında uğursuz çıxış edən Vüqar Aslanov nəhayət 2004-cü ildə olimpiada da debüt elədi. Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında Vüqar Aslanov qrup mərhələsində əvvəl Yunanıstan nümayəndəsi Alexios Kolitsopoulosa (2:2), sonra isə Özbəkistan nümayəndəsi Alesandr Doxturişviliyə (0:4) məğlub oldu. Vüqar Aslanov qrup mərhələsinin üçüncü görüşündə Macarıstan nümayəndəsi Tamaş Berziçza ilə üz-üzə gəlməli olsa da, görüş formal əhəmiyyətə sahib olduğuna görə Vüqar Aslanov görüşdən imtina elədi və qrup mərhələsini üç məğlubiyyətlə sonuncu pillədə başa vurdu. 2004-cü ildəcə Vüqar Aslanov idmanla vidalaşdı.
Vüqar Ağayev
Vüqar Əhməd oğlu Ağayev (4 mart 1973, Qubadlı rayonu – 1 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Vüqar Ağayev 1973-cü il martın 4-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. Səbahət Ağayeva ilə ailəli idi. Yeganə və Pərvin adında 2 övladı yadigar qaldı. Mayor Vüqar Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycan Ordusunun mayoru olan Vüqar Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Ağayev noyabrın 1-də Qubadlının azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vüqar Babayev
Vüqar Bahadurzadə
Vüqar Bayramlı
Vüqar Bayramov
Vüqar İbad oğlu Bayramov (13 iyun 1975, Aşağı Güzlək, Füzuli rayonu) — Azərbaycanlı iqtisadçı, Azərbaycan Milli Məclisinin deputatı (2020). Vüqar Bayramov 1975-ci il 13 iyun tarixində Füzuli rayonu Aşağı Güzlək kəndində doğulub. İbtidai təhsilini Aşağı Rəfədinli kənd orta məktəbində, orta təhsilinin bir hissəsini Füzuli şəhər Bünyad Sərdarov adına orta məktəbdə, bir hissəsini isə Bakı Şəhəri Fizika-riyaziyyat təmayüllü məktəbdə alıb. 1992–1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almışdır. 1997-ci ildə isə həmin universitetin aspiranturasına daxil olan Vüqar Bayramov, 2002-ci ildə iqtisadiyyat elmləri namizədi dərəcəsi almışdır. 2003–2004-cü illərdə ABŞ-nin Vaşinqton Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb. Vüqar Bayramov ingilis, rus, türk və azərbaycan dillərini bilir. Ailəlidir. İki övladı var. Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qardaşıdır.
Vüqar Bağırov
Vüqar Bağırov (rus. Багиров, Вугар Алинияз оглы; 21 iyun 1968, Aşağı Surra) — Rusiya alimi; Biologiya elmləri doktoru (2005). Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü (2010), Ümumrusiya Donuzçuluq ETİ-nin elmi katibi (1999–2002), Ümumrusiya Elmi‑Tədqiqat Heyvandarlıq İnstitutunun heyvanların reproduktiv kriobiologiya laboratoriyasının müdiri. SSRİ-Əfqanıstan müharibəsi iştirakçısı. Bağırov Vüqar Əliniyaz oğlu 1968-ci il iyunun 21-də Azərbaycan Respublikasının Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. 1987–1989-cu illərdə Sovet Ordusunda hərbi xidmət keçib. Əfqanıstanda keçirilən hərbi əməliyyatlarda iştirak edib. 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Bir il sonra Ümumrusiya Heyvandarlıq ETİ-nin (Moskva) aspiranturasına qəbul olunub. 1996-cı ildə "Heyvan toxumundakı xarici nuklein turşularının mayalanmaya və emiriogenezə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Vüqar Biləcəri
Vüqar Biləcəri (tam adı: Vüqar Zakir oğlu Paşayev; 24 avqust 1988, Bakı – 29 avqust 2020, Bakı) — Azərbaycan meyxanaçısı. Vüqar Paşayev 24 avqust 1988-ci ildə Bakıda doğulub. Atası yük maşını sürücüsü olub. Uşaqlıq və yeniyetməlik illərində məşğul olduğu güləş naminə Vüqar təvəllüdünü bir yaş kiçildib. 2004-cü ildə "De, Gəlsin!" meyxana yarışmasında iştirakı ilə tanınmışdı. O, daha çox dini qəzəl, şeirləri ilə, əruz vəznini gözəl bilməsi ilə seçilirdi. Sağlığında xeyli qəzəl və şeir müəllifi olan Vuqarın kitabları o, dünyasını dəyişdikdən sonra dostları və yaxınları tərəfindən işıq üzü görmüşdür. "Qərib Xəyal" "XIV əsr sonra" Bir bacısı, bir qardaşı olub. 2020-ci il avqustun 29-da uzun sürən qanqren xəstəliyindən sonra öldü. Hökməli qəbiristanlığında dəfn edilib.
Vüqar Camalzadə
Vüqar Vaqif oğlu Camalzadə (9 oktyabr 1974, Bakı) — Bəstəkar, Azərbaycanın əməkdar artisti (2015). Vüqar Camalzadə 1974-ci il oktyabr 9-da Bakıda doğulub. Ailəlidir 2 övladı var.3 saylı orta ixtisas məktəbinə daxil olub. 1983-cü ildə, 23 saylı 7 illik musiqi məktəbinin piano sinifinə daxil olub. 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsinə daxil olub və 1996-cı ildə bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakultəsinə (müəllim proefessor İsmayıl Hacıbəyov). 2004-cü ildə Musiqi Akademiyasının magistr dərəcəsini qazanıb. Azərbaycan Musiqi Akademisyasında bakalavr dərəcəsi üçün -diplom işi böyük sinfonik orkestr üçün 3 hissəli sinfoniya. Magistr dərəcəsinin - diplom işi kamança və sinfonik orkestr üçün 2 hissəli konsert.Əsərləri: F-no üçün 8 Prelüd (1995); Simfonik mənzərə (1995); Simfonik variasiyalar (1996); Klarnet və f-no üçün 3 hissədən ibarət Sonatina (1997); Violonçel və f-no üçün 3 hissəli Sonata (1997); BSO üçün proqram simfonik musiqi (1999); Kamança və orkestr üçün konsert (2001); Onun ürəyi - nağıl müzikl (2011); Sehirli quş Naranın nağılı -müzikl (2013); Dədə Qorqud baleti (2019); eləcə də bir çox tamaşa, film və seriallar üçün musiqilər. Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Vüqar Cəfərov
Vüqar Dəmirbəyli
Aslanov Vüqar Nurəddin oğlu (Vüqar Dəmirbəyli) (1964, Goranboy) — Azərbaycan yazıçısı, jurnalist. Vüqar Dəmirbəyli 1964-cü ildə Goranboy şəhərində anadan olub. 1982-ci ildə BDU-nun filologiya fakültəsinə daxil olduqdan sonra 1983-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağrılmışdır. 1985-ci ildən təhsilini davam etdirmiş və 1990-cı ildə BDU-nun filologiya fakültəsini bitirmişdir. 1990-cı ildən başlayaraq "Tərəqqi", "Vışka", "Addım" və "Yol" kimi qəzetlərdə işləmiş və ya yaxından əməkdaşlıq etmişdir. 1995-ci ildə "Kompas" ədəbi-ictimai qəzetini və 1996-cı ildə "Səmt" informasiya agentliyini təsis etmiş, həm də onların baş redaktoru və direktoru işləmişdir. 1997-ci ildə onun "Gənclik" nəşriyyatı tərəfindən "Süddaşıyan", 1999-cu ildə isə "Ozan" nəşriyyatı tərəfindən "Amerika kəşfiyyatçısi Azərbaycanda" nəsr kitabları çap olunmuşdur. Bundan başqa "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" və "Çıraq" ədəbi jurnallarında hekayə və povestləri dərc edilmişdir. 1997-ci ildə Almaniyaya köçmüşdür. Mainz, Frankfurt və Giessen universitetlərində kinoşünaslıq, teatrşünaslıq və slavyan filologiyası üzrə təhsil almışdır.
Vüqar Gülməmmədov
Vüqar Tapdıq oğlu Gülməmmədov (3 aprel 1971, Bakı) — Azərbaycan Respublikası Hesablama Palatasının 3-cü sədri. Vüqar Gülməmmədov 1971-ci il aprel ayının 3-də Bakı şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun "İstehsalın iqtisadiyyatı və idarəedilməsi" fakültəsini bitirib. 1992-ci ildə Suraxanı maşınqayırma zavodunda tərcüməçi işləyib. 1993–1997-ci illərdə Suraxanı rayon Səhiyyə şöbəsində baş mühasibin müavini, baş mühasib, 1997–2007-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə şöbəsinin müfəttişi, rəis müavini, şöbə müdiri, Səbail rayon Maliyyə idarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə idarəsinin rəis müavini, sektor müdiri, Yasamal rayon Maliyyə idarəsinin rəis müavini, sektor rəisi olub. 2007–2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb. 2013-cü ilin noyabr ayından Azərbaycan Respublikasının Hesablama Palatasının sədridir. Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 20 illiyi münasibətilə Palatanın fəaliyyətində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 dekabr tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Ailəlidir.
Vüqar Hacıyev
Vüqar Haqverdiyev
Vüqar Məmməd oğlu Haqverdiyev (25 yanvar 1967, Ağdam) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası "Elm" Nəşriyyatının direktor müavini. Vüqar Məmməd oğlu Haqverdiyev 25 yanvar 1967-ci il tarixində Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olub. Orta təhsili 1973–1981-ci illərdə Ağdam rayon 5 saylı orta məktəbdə, 1981–1983-cü illərdə isə Bakı şəhəri, 5 nömrəli kimya-biologiya təmayüllü internatda alıb. 1988-ci ildə Ukraynanın Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsini bitirib. 1988-ci ildə təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda mühəndis kimi fəaliyyətə başlayıb. 2002-2021-ci illər AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin rəis müavini, 2021-ci ilin may ayının 19-dan isə Azərbaycan Milli Elmlər Akademiyası “Elm” Nəşriyyatının direktor müavinidir. Vüqar Haqverdiyev Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əhalinin maarifləndirilməsi, xüsusən İnformasiya cəmiyyəti quruculuğu prosesi, internet, elektron hökumət, habelə sığorta, uşaq hüquqlarının qorunması və digər aktual mövzularda yazdığı analitik məqalələrə görə dəfələrlə respublika səviyyəli yazı müsabiqələrində qalib yerlərə layiq görülüb, 4 dəfə "İnformasiya cəmiyyətinin jurnalisti" adını qazanıb. O həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, cəmiyyətdə uşaq yazarı kimi tanınır. 10-a yaxın müasir və rəngli nağıl kitabının, cizgi filmi ssenarisinin müəllifidir.
Vüqar Hüseynov
Vüqar Hüseynov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Vüqar Həmidov
Vüqar Kamranoğlu — rejissor, ssenari müəllifi, Rejissor assisteni, aktyor. 1996-cı ildə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, "Teatr və Kino Sənəti" fakültəsinin, Bədii Kino və Televiziya filmləri rejissoru ixtisasına qəbul olub. 2000-ci ildə bitirib. Vahimə (film, 1998) — rejissor assistenti Pərt oldu (film, 1999) (bədii film-etüd )....xr: 05’00" (kurs işi) — rejissor, ssenari müəllifi Çin olmuş yuxu (film, 2000)(bədii film/diplom işi) — aktyor (portmanatı tapan oğlan) İddia (film, 2000) (bədii film-pritça/diplom işi)....xr: 30’00" — rejissor, ssenari və musiqi müəllifi Qəlbin ritmləri (film, 2002) (sənədli film-etüd)....xr: 08’20" (Abşeron Step Rəqs Ansamblı) (Lider TV) — rejissor, ssenari müəllifi Mən sizdən arxayınam (film, 2002) (sənədli film-etüd)....xr: 08’00" (Azərbaycan Dövlət Pantomim Teatrı) (Lider TV) — rejissor, ssenari müəllifi Pərdəsiz səhnə (film, 2002) (sənədli film-etüd)....xr: 05’50" (Gəncə Teatrı) (Lider TV) — rejissor, ssenari müəllifi Rənglər burulğanında (film, 2002) (sənədli film-portret)....xr: 25’00" (Şair Səməd Mənsur haqqında) (Lider TV) — rejissor Ritmin nəfəsi (film, 2002) (sənədli film-etüd)....xr: 04’20" (Dövlət Rəqs Ansamblı) (Lider TV) — rejissor, ssenari müəllifi Səbrli adamın fəryadı (film, 2002) (sənədli film-portret)....xr: 28’45" (Şair Mirzə Ələkbər Sabir haqqında) (Lider TV) — rejissor Sonuncu orden (film, 2002) (sənədli film-portret)....xr: 29’00" (Şair Abbasqulu Ağa Bakıxanov haqqında) (Lider TV) — rejissor, aktyor (A.A.Bakıxanov obrazı) Uğur hələ irəlidədir (film, 2002) (sənədli film-etüd)....xr: 11’55" (İncəsənət Gimnaziyası) (Lider TV) — rejissor, ssenari müəllifi Uğurlu axtarışlar yolunda (film, 2002) (sənədli film-portret)....xr: 11’25" (Rusiyada yaşayan həmvətənlimiz ... haqqında) (Lider TV) — rejissor, ssenari müəllifi Yeddi duyum (film, 2002) (sənədli film-portret)....xr: 33’00" (Şair Əli Kərim haqqında) (Lider TV) — rejissor Yenə o bağ olaydı (film, 2002) (sənədli film-portret)....xr: 34’00" (Şair Mikayıl Müşfiq haqqında) (Lider TV) — rejissor Yeni il gəlir (film, 2002) (sənədli film-etüd)....xr: 03’50" (Lider TV) — rejissor, ssenari müəllifi Cavabsız sual (film, 2003) (diplom işi) — musiqi müəllifi İsmayıl Bəy Qutqaşınlı (film, 2004) (sənədli film) — aktyor (İsamayıl Bəy Qutqaşınlının cavanlığı) ("Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı) Mistik düşüncələrin rəsmi (film, 2003) (sənədli film-etüd)....xr: 11’00" (Azərbaycan Dölət İncəsənət Muzetinin, İtaliya zalı) (Lider TV) — rejissor, ssenari müəllifi Təklik (film, 2003) (sənədli-elmi kütləvi film)....xr: 26’56" (Azərbaycanda yetişən nadir ağaclar haqqında) (AzTV) — rejissor Qurd ürəyi (film, 2004) (sənədli film-portret)....xr: 11’30" (Qocaman ovçu haqqında) (AzTV) — rejissor, ssenari müəllifi Anons keçidi (film, 2005) (kompüter qrafikası) (3D qrafika)....xr: 0’28" (AzTV) - rejissor Arxada qalmış gələcək (film, 2004) (tammetrajlı bədii film) — aktyor (Qaçqın şəhərciyində yardım paketi paylayan gənc), rejissor assistenti ("Azərbaycanfilm" Kinostudiyasının istehsalı) Bakı. Gecə (2005) (zarisovka) xr: 01’45" (İTV) — rejissor Carçı İnformasiya Proqramı üçün Başlıq (kompüter qrafikası)(İTV)( 3D qrafika və təsvirin qarışığı )....хр: 0’17" 2005 — rejissor Eyvanlar (2005) (zarisovka) xr: 02’05" (İTV)-Rejissor Film media (film, 2005) (İTV)(veriliş) — rejissor Həmidə Ömərova (Studiyada çəkiliş)..xr:26’00" Tofiq İsmayılov (Studiyada çəkiliş)..xr:45’00" Svetlana İsmayılova (Studiyada çəkiliş )..xr:32’00" Dülbara Talamuşeva (Studiyada çəkiliş )..xr:22’00" Aydın Talıbzadə (Studiyada çəkiliş )..xr:26’00" Mələk Abbaszadə (Studiyada çəkiliş )..xr:24’00" Ötkəm İsgəndərov (Studiyada çəkiliş )..xr:24’00" Qalib Tələbələr (Studiyada çəkiliş )..xr:22’00" Mehribanın Dünyası (Sərgi )..xr:16’00" İçəri Şəhər (2005) (zarisovka) xr: 02’52" (İTV) — rejissor Kinematoqraf: Klassiklər və Müasirlər (2005)(İTV)(veriliş) — rejissor Kşiştof Zanussi..
Vüqar Həsənov
Vüqar Həşimov
Vüqar Qasım oğlu Həşimov (24 iyul 1986, Bakı – 11 yanvar 2014, Heydelberq, Baden-Vürtemberq) — Azərbaycan şahmatçısı, qrosmeyster (2002). Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. Vüqar Həşimov 11 yanvar 2014-cü ildə müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. 14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunmuş; o, həmin gün II Fəxri Xiyabanda dəfn edilmişdir. Vüqar Həşimov şahmatdan başqa məharətlə pianinoda da ifa edirdi. Poeziyanı sevirdi. Boş vaxtlarında Futbol və böyük tennislə məşğul olurdu. Vüqar Həşimov fenomen yaddaşı ilə dünya tarixini, coğrafiyasını, musiqisini, idmanını və 7-dən çox xarici dili mükəmməl bilirdi. Vüqar Həşimov 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdir. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanmışdır.
Vüqar Kamranoğlu
Vüqar Kamranoğlu — rejissor, ssenari müəllifi, Rejissor assisteni, aktyor. 1996-cı ildə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, "Teatr və Kino Sənəti" fakültəsinin, Bədii Kino və Televiziya filmləri rejissoru ixtisasına qəbul olub. 2000-ci ildə bitirib. Vahimə (film, 1998) — rejissor assistenti Pərt oldu (film, 1999) (bədii film-etüd )....xr: 05’00" (kurs işi) — rejissor, ssenari müəllifi Çin olmuş yuxu (film, 2000)(bədii film/diplom işi) — aktyor (portmanatı tapan oğlan) İddia (film, 2000) (bədii film-pritça/diplom işi)....xr: 30’00" — rejissor, ssenari və musiqi müəllifi Qəlbin ritmləri (film, 2002) (sənədli film-etüd)....xr: 08’20" (Abşeron Step Rəqs Ansamblı) (Lider TV) — rejissor, ssenari müəllifi Mən sizdən arxayınam (film, 2002) (sənədli film-etüd)....xr: 08’00" (Azərbaycan Dövlət Pantomim Teatrı) (Lider TV) — rejissor, ssenari müəllifi Pərdəsiz səhnə (film, 2002) (sənədli film-etüd)....xr: 05’50" (Gəncə Teatrı) (Lider TV) — rejissor, ssenari müəllifi Rənglər burulğanında (film, 2002) (sənədli film-portret)....xr: 25’00" (Şair Səməd Mənsur haqqında) (Lider TV) — rejissor Ritmin nəfəsi (film, 2002) (sənədli film-etüd)....xr: 04’20" (Dövlət Rəqs Ansamblı) (Lider TV) — rejissor, ssenari müəllifi Səbrli adamın fəryadı (film, 2002) (sənədli film-portret)....xr: 28’45" (Şair Mirzə Ələkbər Sabir haqqında) (Lider TV) — rejissor Sonuncu orden (film, 2002) (sənədli film-portret)....xr: 29’00" (Şair Abbasqulu Ağa Bakıxanov haqqında) (Lider TV) — rejissor, aktyor (A.A.Bakıxanov obrazı) Uğur hələ irəlidədir (film, 2002) (sənədli film-etüd)....xr: 11’55" (İncəsənət Gimnaziyası) (Lider TV) — rejissor, ssenari müəllifi Uğurlu axtarışlar yolunda (film, 2002) (sənədli film-portret)....xr: 11’25" (Rusiyada yaşayan həmvətənlimiz ... haqqında) (Lider TV) — rejissor, ssenari müəllifi Yeddi duyum (film, 2002) (sənədli film-portret)....xr: 33’00" (Şair Əli Kərim haqqında) (Lider TV) — rejissor Yenə o bağ olaydı (film, 2002) (sənədli film-portret)....xr: 34’00" (Şair Mikayıl Müşfiq haqqında) (Lider TV) — rejissor Yeni il gəlir (film, 2002) (sənədli film-etüd)....xr: 03’50" (Lider TV) — rejissor, ssenari müəllifi Cavabsız sual (film, 2003) (diplom işi) — musiqi müəllifi İsmayıl Bəy Qutqaşınlı (film, 2004) (sənədli film) — aktyor (İsamayıl Bəy Qutqaşınlının cavanlığı) ("Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı) Mistik düşüncələrin rəsmi (film, 2003) (sənədli film-etüd)....xr: 11’00" (Azərbaycan Dölət İncəsənət Muzetinin, İtaliya zalı) (Lider TV) — rejissor, ssenari müəllifi Təklik (film, 2003) (sənədli-elmi kütləvi film)....xr: 26’56" (Azərbaycanda yetişən nadir ağaclar haqqında) (AzTV) — rejissor Qurd ürəyi (film, 2004) (sənədli film-portret)....xr: 11’30" (Qocaman ovçu haqqında) (AzTV) — rejissor, ssenari müəllifi Anons keçidi (film, 2005) (kompüter qrafikası) (3D qrafika)....xr: 0’28" (AzTV) - rejissor Arxada qalmış gələcək (film, 2004) (tammetrajlı bədii film) — aktyor (Qaçqın şəhərciyində yardım paketi paylayan gənc), rejissor assistenti ("Azərbaycanfilm" Kinostudiyasının istehsalı) Bakı. Gecə (2005) (zarisovka) xr: 01’45" (İTV) — rejissor Carçı İnformasiya Proqramı üçün Başlıq (kompüter qrafikası)(İTV)( 3D qrafika və təsvirin qarışığı )....хр: 0’17" 2005 — rejissor Eyvanlar (2005) (zarisovka) xr: 02’05" (İTV)-Rejissor Film media (film, 2005) (İTV)(veriliş) — rejissor Həmidə Ömərova (Studiyada çəkiliş)..xr:26’00" Tofiq İsmayılov (Studiyada çəkiliş)..xr:45’00" Svetlana İsmayılova (Studiyada çəkiliş )..xr:32’00" Dülbara Talamuşeva (Studiyada çəkiliş )..xr:22’00" Aydın Talıbzadə (Studiyada çəkiliş )..xr:26’00" Mələk Abbaszadə (Studiyada çəkiliş )..xr:24’00" Ötkəm İsgəndərov (Studiyada çəkiliş )..xr:24’00" Qalib Tələbələr (Studiyada çəkiliş )..xr:22’00" Mehribanın Dünyası (Sərgi )..xr:16’00" İçəri Şəhər (2005) (zarisovka) xr: 02’52" (İTV) — rejissor Kinematoqraf: Klassiklər və Müasirlər (2005)(İTV)(veriliş) — rejissor Kşiştof Zanussi..
Vüqar Kərəmov
Vüqar Kərəmov (20 fevral 1992, Xaçmaz rayonu) — "Vugi" ləqəbli Azərbaycanlı peşəkar MMA döyüşçüsü, Uşu sandaçı, 4 qat dünya çempionu, 3 qat Avropa çempionu, 8 qat respublika çempionu, Dünya Kubokunun sahibi, idman ustası, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı. Vüqar Qərib oğlu Kərəmov 20 fevral 1992-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. İdmana 9 yaşında Moskva şəhərində başlamışdır , 2007-ci ildə Azərbaycana qayıtmış və burada davam etmişdir. 2010-2014 -cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Idman Akademiyasında ali təhsil almışdır. Rusiyada yaşadığı illərdə Andrey Bolshakov'un rəhbərliyi altında məşqlərini davam etdirmişdir. Amerikada yaşadığı müddətdə Urijah Faber'in rəhbərliyi ilə Teamalphamale idman salonunda məşqlərini keçmişdir . Pankration və MMA üzrə Azərbaycan çempionudur. 2009-cu ildə Omsk şəhərində (Rusiya) keçirilən dünya çempionatında (57 kq), 2011-ci ildə Odessada (Ukrayna) keçirilən Avropa çempionatında (65 kq), 2012-ci ildə Krakovda (Polşa) keçirilən dünya çempionatında (66 kq) qalib gəlmişdir. ilk professional çıxışını 6 aprel 2012-ci ildə Rusiya'nın Nizhny Novgorod şəhərində keçirilən CIS Cup 2012 də etmişdir, ancaq Oleg Borisova məğlub olmuşdur. 2013-cü ildə Peterburqda (Rusiya) keçirilən Dünya Oyunlarında (66 kq) birinci yerə layiq görülmüşdür.
Fəhlə Vüqarı (1975)
Filmdə təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında yaxşı tanınan neft maşınqayırma müəssisəsi — "Bakı Fəhləsi" zavodunun fəaliyyətindən danışılır.
Fəhlə vüqarı (film, 1975)
Filmdə təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında yaxşı tanınan neft maşınqayırma müəssisəsi — "Bakı Fəhləsi" zavodunun fəaliyyətindən danışılır.
Kədərimiz... Vüqarımız... (film, 1998)
Pambıqçının vüqarı (film, 1975)
Film məşhur pambıq ustası, Jdanov (indiki Beyləqan) rayonundakı Lenin adına sovxozda çalışan Sərdar İmrəliyevə və onun briqadasına həsr olunmuşdur.
Vüqar Abbasov (sahibkar)
Vüqar Zakir oğlu Abbasov (12 aprel 1974, Naxçıvan) — azərbaycanlı iş adamı, Cahan Holdingin prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin VI çağırış deputatı. Vüqar Zakir oğlu Abbasov 1974-cü il aprel ayının 12-də Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini 1981-ci ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbdə başlamış və oranı 1991-ci ildə qırmızı attestatla bitirmişdir. Elə həmin ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinə qəbul olmuş, 1996-cı ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. 1998–2001-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq və iqtisadiyyat fakültəsində, 2001–2006-cı illərdə isə Hüquq fakültəsində təhsil alaraq hər ikisini qırmızı diplomla bitirmişdir. 2008-ci ildə AMEA İqtisadiyyat İnstitutunun dissertantı olmuş, xarici ölkələrdə 10-dan çox elmi əsəri çapdan çıxmışdır. 2016-cı ildə Regionda Sahibkarlığın İnkişafı üzrə elmi işini müdafiə edərək İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır. Cahan Holdingin 1995-ci ildən təsisçisi və rəhbəridir. Vüqar Abbasov 9 fevral 2020-ci ildə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 24 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Vüqar Abbasov 24 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3681-nin və ya 80,8%-nin səsini toplayaraq deputat seçilmişdir.
Vüqar Cəfərov (əsgər)

Digər lüğətlərdə