ABBAS
ABBASALI
OBASTAN VİKİ
Abbasağa Azərtürk
Hüseynov Abbasağa Əli oğlu (Azərtürk; 24 noyabr 1934, Astarxanbazar – 8 avqust 1998, Cəlilabad) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978). == Həyatı == Abbasağa Azərtürk 1934-cü il noyabr ayının 24-də Cəlilabad şəhərində anadan olmuşdur. Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeiri 1964-cü ildə çapdan çıxmışdır. İlk kitabı "Atlılar" 1964-cü ildə işıq üzü görmüşdur. "Mənim qismətim", "Od oğlu", "Anama minnətdaram", "Cəlilabad dastanı", "Qaraçı nəğmələri" və "Qaya sükutu" kimi kitabların müəllifidir. Bu kitablarda toplanan şeir və poemalardan odlu-alovlu bir şairin vətəndaşlıq, azadlıq, insan və gözəllik haqqında bədii təsvir vasitələri ilə zəngin ürək sözləri toplanmışdir. Abbasağa Azərtürk fəhləlikdən şeirə gələn şairlərdəndir. "Qaradağneft" mədənində operator köməkçisi, əsaslı təmir, geoloji-kəşfiyyat, baş tikinti idarələrində, şin və gəmi təmiri zavodlarında fəhlə işləmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakultəsini bitirmişdi, 1968-ci ildən ömrünün sonunadək Cəlilabad şəhərindəki 7 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olmuşdur.
Abbasağa İmanov
İmanov Abbasağa Həsənağa oğlu — Azərbaycan operatoru. == Həyatı == Abbasağa İmanov 1946-cı il dekabr ayının 1-də Bakı şəhərində doğulub. 1973-cü ilə ADMİU-nun Mədəni maarif fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan televiziyasının əməkdaşıdır, operator vəzifəsində calışır. Ailəlidir iki övladı və dörd nəvəsi var. 2012-ci ildə Tərəqqi medalı ilə təltif edilib. Bir çox televiziya filimləri və tamaşalarının quruluşcu operatorudur. Dövlət əhəmiyyətli tədbirlərin işıqlandırılmasında böyük rolu olmuşdur. == Filmoqrafiya == Pəncərədə işıq (film, 1987) Gülüş sanatoriyası (film, 1989) At ilinin birinci ayı (film, 1993) Ah, ədalət! (film, 1997) Yağışdan sonra (film, 1998) Sənətin sönməyən ulduzu.