ABDI

"Əbd" və "Allah" sözlərindən və ya Allahın epitetlərindən ("Əsmayi Hüsna”dan) ibarət olub "Allahın qulu", "Allahın bəndəsi" mənasını verən Abdulla, Abdulcəlil, Abduləhəd kimi adların ümumi ixtisar variantıdır. "Allahqulu, Qulu" kimi başa düşülməlidir; əbədi, sonsuz.
ABDAR
ABDIBƏY
OBASTAN VİKİ
Abdı bəy Şamlı
Abdı bəy Şamlı və ya Əbdi bəy Şamlı (XIV əsr – 1524) — Şamlı tayfasına mənsub qızılbaş əmiri, Herat hakimi. Anonim müəllif tərəfindən qələmə alınan “Tarix-i Qızılbaşan” əsərində onun haqqında yazılır: “Abidin bəy Sarıtərcandan Şam şəhərlərindən olan 200 cavanla I Şah İsmayılın hüzuruna gəldi və o, həzərətin diqqətini cəlb etdi. Bütün əmirlərdən seçildi və Əmir xandan sonra Herat hakimi oldu və 931-ci ildə dünyadan köçdü. Fərmana görə qardaşı Herat hakimi təyin edildi.” Bəzi mənbələrdə isə Əbdi bəy Şamlının 1506-1507-ci ildə Mükri bölgəsinin hakimi Şir Sarom ilə olan döyüşdə öldürüldüyü haqqında məlumatlar öz əksini tapmışdır. == Həyatı == === İsmayıl Mirzəyə qoşulması === Şamlılardan Əbdi bəy ilk dəfə Sarıtərcanda Şam ərazilərindən 200 nəfərlik qoşunla I İsmayılın xidmətinə qoşulmuşdu. “Tarix-i Cahaqoşayi Xaqan” əsərinin müəllifi isə onun 1500-1501-ci ildə İsmayıl Ərzincanda olarkən 300 Şamlı döyüşçü ilə gəlib onun dərgahına qoşulduğunu yazır. Sonuncu məlumat İsgəndər bəy Münşinin Tarix-i Aləmara-yi Abbasi əsərində də öz əksini tapır: “Hər gün iradət sahibləri Keyhan calallı orduya qoşulurdular. ...Göyçə-dənizə təşrif apardı və daha sonra Ərzincana getdi. Orada Şamdan, Diyarbəkrdən, Sivasdan, Bayburddan və o hüduddan üç-dörd min nəfərədək sufi və əqidə sahibləri ali taxtın ətəyinə gəldilər. O cümlədən Əbdi bəy Şamlu 300 nəfərlə və Xan Məhəmməd Ustaclu böyük dəstə ilə aləmin pənahı olan dərgahın qulluğuna hazır olub, xidmət göstərmək səadətinə nail oldular və İsmayılın razılığını qazandılar.” === Hüseyn Barani ilə görüşü === İsmayıl Mirzə Ərdəbili tərk etmədən əvvəl ən yaxın əmirlərindən olan Əbdi bəy Şamlını və Hüseyn bəy Lələni yanına çağırıb onlarla məşvərət edir.
Abdınlı
Abdınlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Kənd oradakı Tağıbəyli kəndindən çıxmış Abdınlı adlı nəslin həmin kəndə məxsus qışlaq yerində XX əsrin əvvəllərində məskunlaşması nəticəsində yaranmışdır. Bu kiçik elin yaylağı Mərzili kəndinin yaxınlığında, yaylağı Kəlbəcərin Sarıyar dağında, qışlağı isə Qarabağın düzündə məskunlaşdığı yer idi.
Abdır
Abdır — Olduqca duzlu göl. Şoranlıq Rusiyanın Həştərxan vilayəti, Hərimanov rayonunun şərqində, Volqa kənd sovetliyində yerləşir. Volqa çayının sahilində, Həştərxan şəhərindən şimalda təpəli çöllükdədir. == Adı == Həştərxan vilayətində ən çox yayılan toponimlər türk və monqollarla əlaqəlidir.Bu səbəbdən də abdıır termini monqol-türk sözü alacıqda istifadə olunana sandıqla əlaqədardır. == Fiziki-coğrafi xüsusiyyətləri == rusiya imperiyasının coğrafi-statistika lüğətinə görə gölün parametrləri: uzunluğu 135 sajen (təqribi 290 m), eni 40 sajen (təqribi 85 m), çevrəsi 430 sajen (təqribi 920 m), duz qatının qalınlığı yarım verşok (7 sm qədər). Əvvəllər buradan mirabilit çıxarılırdı ki, onuda şüşə və soda istehsalında istifadə edirdilər. Mirabilit ilin fəsillərindən asılı olaraq gölün suyunun 5 % - 20 % arasında dəyişirdi. 1855-ci ildə istehsal 386 t olmuşdur. əvvəllər olduqca duzlu göl olmuşdur. Göl yaxınlığından 1941-42-ci illərdə Həştərxan müdafiə xətti keçirdi.
Orxan Abdıyev
Şəhruz Abdıyev

Digər lüğətlərdə