fars. ab + süryanicə. niysan
1. Niysan (aprel) ayında yağan yağış.
2. Məcazi mənada: çox axan göz yaşı. (“Koroğlu” dastanının lüğəti)
Keçəl Həmzə asta-asta sərtövləyə yaxınlaşdı. Sərtövlənin qabağında peyinin üstə oturub gözündən abi-leysan kimi yaş tökməyə başladı. (Paris nüsxəsi, 6-cı məclis)