ARŞIN

Uzunluq ölçüsü. (“Koroğlu” dastanının lüğəti)

Müxtəlif ölkələrdə 65,2 sm-dən 112 sm-ə qədər, Azərbaycanda 0,71 metrə bərabər hesab olunmuşdur. Qədimdə arşın burunun ucundan yana açılmış qolda barmaqların ucuna qədər olan uzunluğa bərabər olub. Öz arşını ilə ölçmək ifadəsi də bu ölçünün ayrı-ayrı şəxslərdə müxtəlif olması ilə bağlıdır. Fars mənşəli sözdür. Rus dilinə türk dilindən keçdiyi üçün bəzi mənbələrdə türk mənşəli söz hesab edilir. 

 Nə qədər ki mən sağam, Qafın bu üzündən o üzünə gərək bir arşın bez də getməyə. (“Koroğlunun Bayazid səfəri”)

*

Dağın aşağısında on iki arşın eni, yüz arşın uzunu olan bir dərə var idi. (Paris nüsxəsi, 3-cü məclis)

ARŞIN
ARŞINLIQ

Digər lüğətlərdə