ARALIĞ

(Kürdəmir)
boyunbağının ortasına salınan qiymətli bəzək şeyi. – Bu boyunbağının aralığı çox baha alınıb
ARAL
ARALIX
OBASTAN VİKİ
Aralığı
Hərbidə: əldə edilə bilən ən uzaq məsafə Mənzil — Qədim türk ölçü vahidi Mənzil — Adıyaman əyalətinin Kaxta qəzasında kənd. Mənzil — Nəqşibəndiliyin qollarından biri olan camaat Mənzil (din) — sufinin çatmağı hədəf aldığı yer Mənzil (yay) — türk yayınının variantlarından biri.
Dirək aralığı
Dirək aralığı — üfüqi bir daşıyıcı quruluş elementi olan dirəklərin dayaq nöqtələri arasındakı hissənin uzunluğudur. Memarlıq və inşaat mühəndisliyindəki körpülər, tağlar və damlar kimi inşaat hissələri ilə bu hissələri daşıyan sütunlar və dayaqlar arasında fərqli bir dayaq olmadan əlavə edilmiş dirəklər arasındakı məsafədir.
Hərf aralığı
Hərf aralığı (en. letter-spacing (= tracking)) – hərflər (simvollar) arasındakı boşluqların dəyişdirilməsi. Müəyyən hərf cütlükləri (AV, TA və s.) arasındakı məsafəni tənzimləyən kerninqdən fərqli olaraq, hərf aralığı simvollar qrupuna (sözə, sətrə, abzasa) tətbiq olunur. Hərf aralığının artırılması yazını daha seyrək və açıq, azaldılması isə daha sıx və tünd edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kassini aralığı
Kassini aralığı — Saturn planetini xarici halqaları arasındakı aralıq. Onun eni təxminən 5000 km-dir. İtalyan və fransız astronomu Jan-Dominik Kassini ( it. Gian Domenic Cassini, fr. Jean-Dominique Cassini; 1625—1712) tərəfindən 1675-ci ildə kəşf edilmişdir. == Kassini aralığı incəsənətdə == Stanislav Lemin "Araşdırma" adlı hekayəsində Kassini aralığına tədqiqat məqsədli zondların buraxılması insanlarla robotların birgə ekspedisiyasının əsas məqsədidir. Robotlardan biri qəza törədir və göyərtədəki insanları məhv etmək üçün gəmini Kassini aralığına yönəldir.