BÜNÜVVƏT
BÜNYƏ
OBASTAN VİKİ
Bünyad
Bünyad — kişi adı. Bünyad Sərdarov Bünyad Sərdarov (inqilabçı) — Azərbaycanlı inqilabçı, bolşevik. Bünyad Sərdarov (alim) — Azərbaycanlı alim, professor. Bünyad Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Bünyad Məmmədov — azərbaycanlı rejissor. Təxəllüs Yaşar Bünyad — azərbaycanlı yazıçı. == Həmçinin bax == Bünyad (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Bünyad (Marağa)
Bünyad — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 26 km şərqdə, Marağa-Miyanə avtomobil yolundan 34 km cənubdadır.
Bünyad Məmmədov
Bünyad Məmmədov — azərbaycanlı rejissor. == Həyatı == Bünyad Məmmədov 1930-cu ildə indiki Mingəçevir şəhərinin ətrafında, artıq adı xəritədən silinmiş kiçik kənddə dünyaya göz açıb. İncəsənət İnstitutunu bitirib (1956) təyinatla kinostudiyaya göndərilib. Lətif Kərimovun çəkiliş qrupunda rejissor köməkçisi işləyib. 1957-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əmək fəaliyyətinə başlayıb. 48 ildən artıq orada çalışıb, rejissor köməkçi vəzifəsindən baş rejissorluğa qədər yüksəlib. Əməkdar artist idi.
Bünyad Sərdarov
Bünyad Sərdarov (inqilabçı) — Azərbaycanlı inqilabçı, bolşevik
Bünyad Əliyev
Yaşar Bünyad
Yaşar Bünyad (tam adı: Əhmədov Yaşar Bünyad oğlu; 10 noyabr 1956, Əngəxaran, Şamaxı rayonu) — azərbaycanlı yazıçı. Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. Cəmo Cəbrayılbəyli adına 5 saylı orta məktəbi bitirəndən sonra,əmək fəaliyyətinə başlayıb. Gəmi təmiri zavodunda fəhlə, hərbi xidmətdən qayıtdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında işləmiş, ailə həyatı qurandan sonra qiyabi təhsilini Azərbaycan Kənd Təsərrüfatı institutunda davam etdirmişdir. 1997-ci ildən 2015-ci ilə qədər Rusiyanın Saratov vilayətində yaşayıb.Ailəlidir.3 oğlu var. İlkin yaradıcılığa şeirlə başlayıb. 2010cu ildən hekayələri Azərbaycan mətbuatında yayımlanmağa başlayıb. " İblis busəsi" romanı kitab şəklində geniş oxucu kütləsinə təqdim ediləndən sonra yaradıcılığına önəm verərək daha məhsuldar çalışmağa başlayıb. 9 hekayədən ibarət "Miqrant" kitabı "Çardaq yayımları" tərəfindən nəfis formada nəşr edilib.Daha sonra miqrantların həyatından bəhs edən "Azan gəmilər limanı" povesti Azərbaycan jurnalında ixtisarla çap olandan dərhal sonra kitab kimi oxuculara təqdim olunub və böyük uğur qazanıb. 2020 ci ildə "Bir qələm" nəşriyyat evi "Xoşbəxtlər arasında yaşamaq " adlı hekayələr kitabını çap edərək oxuculara təqdim edib.
Bünyad Sərdarov (inqilabçı)
Bünyad Mədət oğlu Sərdarov (əsl soyadı: İbrahimov; 1889, Qarğabazar, Cəbrayıl qəzası – aprel 1919, Xəzər dənizi) — Azərbaycan inqilabçısı, bolşevik. Azərbaycanda Sovet hakimiyyətinin qurulması işinin fəal iştirakçısı, Daxili işlər Xalq Komissarlığının səlahiyyətli nümayəndəsi, Hümmət təşkilatının üzvü. Azərbaycan SSR əməkdar memarı Sərdar Sərdarovun atasıdır. == Xatirəsi == Bakı şəhərində yerləşən Bünyad Sərdarov adına maşınqayırma zavodu Bakı şəhərində, Səbail rayonunda küçə. 1985-ci ilin yanvar ayında Füzuli rayonundakı Qarğabazar karvansarası Bünyad Sərdarovun xatirə muzeyi kimi istifadəyə verilmişdir.
Akademik Bünyadovun missiyası (film, 2012)
Akademik Bünyadovun missiyası qısametrajlı sənədli filmi 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının sifarişilə "Buta film" kino şirkətində istehsal edilmişdir. Film şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi mərhum alim Ziya Bünyadovun həyat və fəaliyyətindən bəhs edir. == Məzmun == Film şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi mərhum alim Ziya Bünyadovun həyat və fəaliyyətindən bəhs edir. Film Sovet İttifaqı qəhrəmanı, akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunub.
Azərbaycan tarixi (Ziya Bünyadov və Yusif Yusifov)
Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) — Ziya Bünyadov və Yusif Yusifovun redaktəsilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tövsiyə edilmiş ali məktəblər üçün dərslik. == Haqqında == Dərslikdə Azərbaycanın qədim və orta əsrlər etnik tarixindən, dövlət quruluşlarından, sosial-iqtisadi və siyasi həyatından, mədəniyyətindən, dini görüşlərindən, həmçinin Rusiya tərəfindən işğal edilməsindən, regionda kapitalist münasibətlərin yaranmasından və inkişafından bəhs edilir. Əsərin girişi tarix elmləri doktoru Y. Yusifov, I fəsil tarix elmləri doktoru H. Cəfərov, II-VI fəsillər Y. Yusifov, VIII-IX fəsillər tarix elmləri namizədi R. Əliyev, X fəsil tarix elmləri doktoru V. Piriyev, XI-XIV fəsillər tarix elmlər doktoru S. Məmmədov, XV-XXI fəsillər AMEA-ın müxbir üzvü M. İsmayılov, ("Azərbaycanın işğalı" bölməsi M. İsmayılov və S. Məmmədov), XXII fəsil tarix elmləri namizədi S. Bayramzadə tərəfindən hazırlanmışdır. Kitabın rəyçiləri Bakı Dövlət Universitetinin Azərbaycanın qədim və orta əsr tarixi kafedrasının professoru Süleyman Əliyarlı, Azərbaycanın yeni və ən yeni tarixi kafedrasının müdiri Q. Bayramov və AMEA-ın müxbir üzvü İ. Babayevdir. Kitabın əsas redaktorları Yusif Yusifov və Ziya Bünyadovdur. == İstinadlar == == Mənbə == Ziya Bünyadov və Yusif Yusifov (redaktorlar). Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) (PDF). Bakı: Apastrof. 2014. == Xarici keçidlər == Azərbaycan tarixi.
Ağababa Bünyadzadə
Ağababa Bünyadzadə (19 iyul 1915, Kürdəxanı, Bakı – 17 dekabr 1974, Bakı) — Azərbaycan opera müğənnisi (bariton), Azərbaycan SSR xalq artisti (1955). == Həyatı == Ağababa Bünyadzadə Bakıda doğulub. 23 yaşında Azərbaycan Dövlət Opera və Balet Teatrının xor heyətinə işə götürülüb. 1938–1939-cu illərdə Moskvadakı Qnesinlər adına Musiqi Məktəbinin vokal şöbəsində təhsil alıb. Oradan qayıdaraq opera teatrının truppasına qəbul olunub. Eyni zamanda sənət ocağının nəzdindəki studiyada həm oxu tərzini təkmilləşdirib, həm də aktyorluq sənətinin xüsusiyyətlərini mənimsəyib. Ağababa Bünyadzadə yeniyetmə yaşlarından bədii özfəaliyyətdə müğənni kimi çıxış etməklə yanaşı, dram dərnəyində aktyor olub. Üzeyir bəy Hacıbəyovun qəhrəmanları Əsgərin (Arşın mal alan) və Sərvərin (O olmasın, bu olsun) ariyalarını oxuyub, klassik dünya operalarına maraq göstərib. Ağababa Bünyadzadənin bəstəkarlardan Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Nofəl), "Koroğlu" (Həsənxan və Alı), Reynqold Qlierin "Şahsənəm" (Xan), Fromonotal Jak Qalevinin "Kardinal qızı" (Rudjiero), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Aslan şah), Niyazinin "Xosrov və Şirin" (Şapur), Qara Qarayev və Cövdət Hacıyevin "Vətən" (Mərdan), Zaxari Paliaşvilinin "Daisi" (kiazo), Coakkino Rossininin "Sevilya bərbəri" (Fiqaro. Librettonun tərcüməçiləri Məmməd Səid Ordubadi və Əfrasiyab Bədəlbəylidir), Jorj Bizenin "Karmen" (Eskamilyo.
Bünyadabad
Bünyadabad (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. 12 iyun 2018-ci ildən Yeni Çobankərə adlanır.
Bünyadabad (Miyanə)
Bünyadabad (fars. بنيان اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 26 nəfər yaşayır (6 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Tərik bölgəsinin Gərmi kəndistanında, Tərik qəsəbəsindən 25 km şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolunun 28 kilometrliyindədir.
Könül Bünyadzadə
Bünyadzadə Könül Yusif qızı (2 noyabr 1974, Zod, Vardenis rayonu) — şərqşünas alim, fəlsəfə elmləri doktoru (2007), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2017). == Həyatı == Könül Bünyadzadə 2 noyabr 1974-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. Orta təhsilini 1981–1991-ci illərdə Daşkəsən rayonu A. S. Puşkin adına 2 saylı məktəbdə alıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb mütərcimliyi bölməsinə qəbul olunub və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda böyük laborant vəzifəsinə işə götürülüb, eyni zamanda həmin institutun dissertantı təsdiq edilib. == Elmi fəaliyyəti == 2002-ci ildə "Sərrac Tusinin "əl-Lümə" əsərində sufi-fəlsəfi məsələlər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 2007-ci ildə isə "Şərq və Qərb fəlsəfə tarixində irrasional idrak (orta əsrlər)" adlı doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. 2014-cü ildə Parisdə UNESCO xətti ilə dərc edilən "Le Dictionnaire Universel des Femmes Créatrices" — "Yaradıcı qadınlar ensiklopediyası"nda haqqında məlumat verilmişdir. 2015-ci ildə isə Türkiyədə nəşr olunan 7 cildlik "Tanzimatdan Günümüze Türk Düşünürleri" adlı ontologiyada həyat və yaradıcılığı haqqında geniş yazı çap olunmuşdur. Türkiyə, Fransa, Belçika, İtaliya, İndoneziya, Cənubi Koreya, Malayziya, Əlcəzair, Çin və s. ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda həm məruzəçi, həm də moderator kimi Azərbaycanı təmsil etmişdir.
Nazənin Bünyadi
Nazənin Bünyadi (ing. Nazanin Boniadi, fars. نازنین بنیادی‎, [nɒːzæˈniːn bonjɒːˈdiː], 22 may 1980, Tehran) — Britaniya aktrisası. Nazənin Bünyadi 22 may 1980-ci ildə Tehranda doğulub. Valideynləri London şəhərinə mühacirət ediblər. Orda ailə istəyinə görə biologiya fakültəsinə qəbul olub. Nazənin Bünyadi hal hazırda Nuru İmanovilə sevgi yaşayır.
Rəvan Bünyadlı
Səfər Bünyadzadə
Bünyadzadə Səfər Xoca oğlu (?—?) — müəllim, publisist. "Tuti" (1914-1917) jurnalının redaktoru (1916-cı ildən həm də naşiri) olmuşdur. Bünyadzadə "Səda", "Sədayi-Vətən" və b. mətbuat orqanlarında müxtəlif imzalarda yazılar dərc etdirmiş, uşaqlar üçün hekayələr yazmışdır. Milli məktəblərdə istifadə ücün "Kəşkül" adlı nəğmələr məcmuəsi (notsuz) nəşr etdirmişdi (1915). Bünyadzadə Azərbaycan teatrında opera və musiqili komediyaların əleyhdarlarından olmuş, Hacıbəyovun operalarını "falsız yumurta" adlandırmış, bəstəkarın özünü isə layiqsiz ifadələrlə təhqir etmişdi. Hacıbəyov isə Bünyadzadənin tərtib etdiyi "Kəşkül" məcmuəsi haqqında "Tənqid əvəzinə" adlı kəskin rəy yazmışdır. Bu məqalədə məcmuədəki nəğmələrin notsuz çap edilməsi, havaları məlum olmayan hər nəğməni notsuz təlim etmək məsləhətləri və s. ciddi tənqid olunurdu.
Teymur Bünyadov
Teymur Bünyadov (tarixçi) — tarix elmləri doktoru, prof., AMEA-nın həqiqi üzvü.
Teymur Bünyadov (akademik)
Teymur Əmiraslan oğlu Bünyadov (20 yanvar 1928, İkinci Şıxlı, Qazax qəzası – 8 aprel 2022, Bakı) — Azərbaycan tarixçi-etnoqrafı, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri, AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, YAP-ın üzvü, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı., Eyni zamanda Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Arxeologiya" və "Etnoqrafiya" ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, "Şöhrət" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı, "Qızıl qələm" mükafatı laureatı, Abbasqulu ağa Bakıxanov mükafatı ilə təltif olunmuşdur. Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II Şıxlı kəndində doğulub. Orta məktəbi qızıl medalla bitirmiş, 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Universiteti uğurla başa vuran az sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, məşhur Qafqazşünas alim, Lenin mükafatı laureatı Y. İ. Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Müdafiədə iştirak edən Qafqazşünas alimlər dissertasiya işinə yüksək qiymət vermiş, bu mövzuda tədqiqat əsərinin təkcə Azərbaycanda deyil, hətta bütün Qafqazda ilk dəfə qələmə alındığını və tarixşünaslıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar. Öz tədqiqatı ilə Qafqazın əkinçilik mədəniyyətinin vətəni olduğunu sübut edən gənc alim üçün təcrübəli həmkarlarının verdiyi bu qiymət böyük uğur idi. Moskva həyatını başa vurub, 1955-ci ilin mayında vətənə dönən T. Bünyadov sonrakı elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutunda davam etdirir. 1968-ci ildə o, "Azərbaycanın qədim və Orta əsrlərdə təsərrüfat həyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə isə professor adına layiq görülmüşdür. Taleyini elmə bağlayan 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 1960-cı ildə Teymur Bünyadovun irihəcmli "Azərbaycan arxeologiyası oçerkləri" adlı kitabı çap olundu.
Teymur Bünyadov (general-mayor)
Teymur Nağdalı oğlu Bünyadov (25 dekabr 1911, Qafan rayonu – 9 aprel 1974, Bakı) — Azərbaycan hərbi xadimi, general-mayor (1966). Teymur Bünyadov 25 dekabr 1911-ci ildə Zəngəzur mahalının Qafan rayonunun Girətağ kəndində anadan olub 1941-ci ildə Qafan RHK-dan orduya çağırılmışdır. F.E.Dzerjinski adına artilleriya Akademiyası nəzdində artilleriya birləşmələri üçün komissarlar hazırlayan birillik kursu bitirmiş, Stalinqrad və Cənub-qərb cəbhələri siyasi idarələrində baş təlimatçı olmuşdur. 1946-1952-ci illərdə "Buzovnaneft" tresi rəisinin müavini, Azərbaycan SSR yeyinti sənayesi nazirinin birinci müavini və başqa vəzifələrdə çalışmışdır. 1952-ci ildə yenidən hərbi xidmətə çağırılmış, diviziya siyasi idarəsinin rəisi təyin edilmiş, 1955-ci ilədək bu vəzifədə işləmişdir. 1955-1960-cı illərdə Azərbaycan SSR Daxili İşlər Nazirinin müavini, 1960-1967-ci illərdə DİN-də komendant, 1967-1970-ci illərdə isə SSRİ DİN qoşunlarının Zaqafqaziya üzrə komendantının birinci müavini olmuşdur. 1966-cı ildə general-mayor rütbəsi almışdır. 1970-1974-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyində işləmişdir. Teymur Bünyadov uzun sürən xəstəlikdən sonra 9 aprel 1974-cü ildə vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
Teymur Bünyadov (tarixçi)
Teymur Əmiraslan oğlu Bünyadov (20 yanvar 1928, İkinci Şıxlı, Qazax qəzası – 8 aprel 2022, Bakı) — Azərbaycan tarixçi-etnoqrafı, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri, AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, YAP-ın üzvü, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı., Eyni zamanda Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Arxeologiya" və "Etnoqrafiya" ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, "Şöhrət" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı, "Qızıl qələm" mükafatı laureatı, Abbasqulu ağa Bakıxanov mükafatı ilə təltif olunmuşdur. Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II Şıxlı kəndində doğulub. Orta məktəbi qızıl medalla bitirmiş, 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Universiteti uğurla başa vuran az sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, məşhur Qafqazşünas alim, Lenin mükafatı laureatı Y. İ. Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Müdafiədə iştirak edən Qafqazşünas alimlər dissertasiya işinə yüksək qiymət vermiş, bu mövzuda tədqiqat əsərinin təkcə Azərbaycanda deyil, hətta bütün Qafqazda ilk dəfə qələmə alındığını və tarixşünaslıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar. Öz tədqiqatı ilə Qafqazın əkinçilik mədəniyyətinin vətəni olduğunu sübut edən gənc alim üçün təcrübəli həmkarlarının verdiyi bu qiymət böyük uğur idi. Moskva həyatını başa vurub, 1955-ci ilin mayında vətənə dönən T. Bünyadov sonrakı elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutunda davam etdirir. 1968-ci ildə o, "Azərbaycanın qədim və Orta əsrlərdə təsərrüfat həyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə isə professor adına layiq görülmüşdür. Taleyini elmə bağlayan 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 1960-cı ildə Teymur Bünyadovun irihəcmli "Azərbaycan arxeologiyası oçerkləri" adlı kitabı çap olundu.
Ziya Bünyadov
Ziya Musa oğlu Bünyadov (24 dekabr 1921 və ya 1923, Astara, Lənkəran qəzası – 21 fevral 1997 və ya 1997, Bakı) — Azərbaycan şərqşünası, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır. 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən qətlə yetirilmişdir. Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onun anası – Lənkəranın Liman şəhərində doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi. Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Onun bütöv adı: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi. Ziya Bünyadov özü haqqında dediklərindən: Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyüyü idi.
Ziya Bünyadovun qətli
Ziya Bünyadovun qətli — Azərbaycan şərqşünası, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun siyasi sui-qəsdə məruz qalması. O, 21 fevral 1997-ci ildə, axşam saat 18:10-da yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirilmişdir. Ziya Bünyadov qətl ediləndə 75 yaşı var idi. Ziya Bünyadovun qətli Azərbaycan ictimaiyyətində böyük şok yaratmış, prezident Heydər Əliyev isə bunu "Azərbaycan xalqı və elmi üçün böyük itki" adlandırmışdır. Aparılan istintaq işinin nəticəsində cinayətə görə "Hizbullah" və "Ceyşaullah" təşkilatlarına bağlı 7 nəfər təqsirkar bilinmişdir. Onlardan Qalib Babayev qətlin əsas icraçısı kimi təqdim olunmuş və Azərbaycan–İran sərhədində öldürülmüşdür. Azərbaycan hüquq-mühafizə orqanlarına görə, Ziya Bünyadov "Albaniya tarixi" kitabına yazdığı ön sözdə İslam dinini və onun peyğəmbəri Məhəmmədi təhqir etmiş, bu səbəbdən də İran müctəhidləri onun ölümünə fətva vermişdir. Buna baxmayaraq, ictimaiyyətdə Ziya Bünyadovun qətli ilə əlaqədar çoxlu iddialar yayılmışdır. İddialara görə, Ziya Bünyadovun qətlinin səbəbi onun Murtuz Ələsgərovun Milli Məclisin spikeri təyin edilməsinə münasibəti, Milli Ordunu, hökuməti, hətta prezident Heydər Əliyevi onlarla əlaqədar korrupsiya hallarını ifşa edəcək sənədləri yayımlamaqla hədələməsi idi. Nəzəriyyələrdə cinayətə görə həbs olunanlar əslində günahsız olduğunu, cinayətə görə Daxili İşlər Nazirliyinin əməkdaşlarının, o cümlədən keçmiş polis polkovnik-leytenantı Hacı Məmmədovun dəstəsinin məsulliyyət daşıması var.
Ülvi Bünyadzadə
Ülvi Yusif oğlu Bünyadzadə (23 sentyabr 1969, Kəsəmən, Vardenis rayonu – 20 yanvar 1990, Bakı) — Azərbaycan şairi, publisist, "20 Yanvar şəhidi". Ülvi Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı bir ailədə dünyaya göz açmışdır.5 yaşından yazıb-oxumağı bacarmış Ülvi 6 yaşında ilk şeirini yazmışdır. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini isə Daşkəsən kəndində almışdır. 1978-ci ildə Ülvinin valideynləri Kəsəmən kəndindən Daşkəsən kəndinə köçmüşdür. 12–13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış etmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilmişdir. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili almışdır. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətləri ilə çala bilirdi. 1986-cı ildə sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə vermiş, imtahanlarını müvəffəqiyyətlə versə də, müsabiqədən keçməmiş, Daşkəsən kəndinə qayıdaraq rayon təmir-tikinti idarəsində rəngsaz işləmişdir. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur.
Azərbaycan tarixi (Z. Bünyadov və Y. Yusifov)
Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) — Ziya Bünyadov və Yusif Yusifovun redaktəsilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tövsiyə edilmiş ali məktəblər üçün dərslik. == Haqqında == Dərslikdə Azərbaycanın qədim və orta əsrlər etnik tarixindən, dövlət quruluşlarından, sosial-iqtisadi və siyasi həyatından, mədəniyyətindən, dini görüşlərindən, həmçinin Rusiya tərəfindən işğal edilməsindən, regionda kapitalist münasibətlərin yaranmasından və inkişafından bəhs edilir. Əsərin girişi tarix elmləri doktoru Y. Yusifov, I fəsil tarix elmləri doktoru H. Cəfərov, II-VI fəsillər Y. Yusifov, VIII-IX fəsillər tarix elmləri namizədi R. Əliyev, X fəsil tarix elmləri doktoru V. Piriyev, XI-XIV fəsillər tarix elmlər doktoru S. Məmmədov, XV-XXI fəsillər AMEA-ın müxbir üzvü M. İsmayılov, ("Azərbaycanın işğalı" bölməsi M. İsmayılov və S. Məmmədov), XXII fəsil tarix elmləri namizədi S. Bayramzadə tərəfindən hazırlanmışdır. Kitabın rəyçiləri Bakı Dövlət Universitetinin Azərbaycanın qədim və orta əsr tarixi kafedrasının professoru Süleyman Əliyarlı, Azərbaycanın yeni və ən yeni tarixi kafedrasının müdiri Q. Bayramov və AMEA-ın müxbir üzvü İ. Babayevdir. Kitabın əsas redaktorları Yusif Yusifov və Ziya Bünyadovdur. == İstinadlar == == Mənbə == Ziya Bünyadov və Yusif Yusifov (redaktorlar). Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) (PDF). Bakı: Apastrof. 2014. == Xarici keçidlər == Azərbaycan tarixi.
Bünyadlılar məscidi
Bünyadlılar məscidi — Azərbaycanda Əmircan qəsəbəsində yerləşən və 1904-cü ildə tikilmiş memarlıq abidəsi, məscid. == Haqqında == Bünyadlılar məscidi Bakının Əmircan qəsəbəsində yerləşir. 1904-cü ildə Əmircanın Bünyadlılar məhəlləsində tikilib. Məsciddə onun inşa tarixini göstərən daş kitabə də həkk olunub. Kitabədə yazılıb: Məscidin əsas qapısının üzərindəki daş kitabədə isə məscidin memarı haqda məlumat verilir. Məscidin memarı Mirzə Məlik Abbasqulu olub. Kitabədə yazılıb: Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Bünyadlılar məscidi də bu dövrdə ibadətə bağlanıb.

Digər lüğətlərdə