BƏRƏ
(Göyçay)
sahilə yaxın dayaz yer. – Gəmini bərədən aparıblar
II
(Lənkəran, Kürdəmir)
bağ və ya bostanların arasından gedən cığır
III
(Bakı, Füzuli, Göyçay, İmişli, Quba, Ucar)
kiçik arx. – Adə, bəsdü dayi, bərəni bağla, püştəni su apardı (Bakı); – Bağa gedən arxa bərə deyirik (Göyçay); – Bü:n bərəni qazıb qutardım (Ucar)
◊ Bərə gəzdirmeg (Bakı) – suvarmaq, əkin yerinə su vermək. – Məmə qurban, bir ho:r bərə gezdir
IV
(Qarakilsə, Qazax, Şəki, Tovuz)
1. su arxının keçməsi üçün çəpərin altında düzəldilmiş yer, deşik. – Su no:rraşifdi, bərədən keşmiyi (Şəki)
2. arxda ləkə su buraxılan yer
3. çəpərin keçid yeri (Şəki)
4. qoyunları sağmaq üçün düzəldilən yer, keçid (Qarakilsə, Qazax, Tovuz). – Qoyun bərədən gəler (Qazax); – Qoyunu bərəyə verin, sağırıx (Qarakilsə)
V
(İsmayıllı)
dərin olmayan yara. – Ağlama, uşağ döysən, balaca bərədi
Bərə vurmağ (Şamaxı) – mane olmaq. – Sən işə bərə vurma