1. İp, zəncir və s. ilə bağlanmış, rəbt edilmiş, bənd edilmiş. – Bağlı aslana dovşanlar da hücum edər. ( Ata. sözü ).
// Məc. mənada.
// Sarınmış, sarğılı. Bağlı göz. Bağlı baş. Bağlı qıç.
2. Qıfıllı, kilidli, qapalı, qapağı və ya qapısı örtülmüş. Bağlı qapı. Bağlı sandıq. Bağlı şkaf. – Bağlı qapıya xata dəyməz. ( Ata. sözü ).
3. Bağı, qaytanı olan; qaytanlı. Bağlı tuman. Bağlı çəkmə.
4. İşlənməz, keçilməz; hərəkətə yol verməyən, qabağına sədd çəkilmiş. Bağlı yol. Bağlı qapı.
5. Bitmiş, qurtarmış. Sədr iclası bağlı elan etdi.
6. bax qapalı 5-ci mənada. Bağlı iclas. Bağlı məktəb.
7. məc. Asılı, əlaqədar, əlaqəli. Məsələnin həlli böyük çətinliklə bağlıdır. Bu iş sənə bağlıdır.
8. Bənd olmuş, vurulmuş; məftun.
9. is. Kağız, parça və s. içərisinə qoyulub bağlanmış şeylər; düyünçə, boğça.