BEŞ

BEŞ (ali və orta məktəblərdə verilən ən yüksək qiymət) [Qiyas:] Yaxşı, mən üç uşağı kəsəcəm, Şamxalın oğluna beş verəcəm, özüm de ərizə verib institutdan çıxacam (Anar); ƏLA Adilə qəbul imtahanlarının hamısından əla qiymət aldığı üçün onu qrup nümayəndəsi təyin etmişdilər (İ.Şıxlı).

BERKUT
BEŞBETƏR
OBASTAN VİKİ
On beş
On beş — say sistemində ədədlərdən biridir. On dörddən sonra, on altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz beş
Otuz beş — say sistemində ədədlərdən biridir. Otuz dörddən sonra, otuz altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx beş
Qırx beş — say sistemində ədədlərdən biridir. Qırx dörddən sonra, qırx altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qızılı beş
Qızılı beş (ing. The Figure 5 in Gold) və ya Qızılı beş gördüm (ing. I Saw the Figure 5 in Gold) — ABŞ rəssamı Çarlz Demut tərəfindən 1928-ci ildə çəkilmiş rəsm əsəri. Rəsm əsəri çəkilərkən kubizm və presizionizmdən təsirlənmişdir. Çarlz Demut rəsm əsərini dostu Vilyam Karlos Vilyamsa hörmət əlaməti olaraq çəkmişdir. Rəsm əsəri Vilyam Karlos Vilyamsın "Böyük rəqəm" şeirinə istinad edir. Bu şeirdə yağışlı gecədə şəhərin küçələri boyunca (güman ki, Nyu York şəhərində) bir yerə tələsən yanğınsöndürmə maşını təsvir edilmişdi. Rəsm əsəri adını bu şeirdə işlədilmiş bir ifadədən almışdır. == İstinadlar == == Xarici keçidlər == ABŞ Metropoliten muzeyinin katoloqunda rəsm əsəri.
Milanın beş günü
Milanın beş günü (it. Cinque giornate di Milano) — İtaliyanın birləşdirilməsi uğrunda müharibənin başlanğıcında Milanda baş verən 1848-ci il 18–22 mart hadisələri == Tarixi == Risorcimento salnaməsindəki qəhrəmanlıq səhifələrini Şimali İtaliyada Avstriya hakimiyyətə qarşı mübarizə aparan Milan sakinləri hazırladılar. 24 fevralda Parisdə, onun ardınca Vyanada mart inqilabı baş verdi. Hərəkat indi İtaliyanın digər bölgələri ilə müqayisədə Lombardo-Venesiya bölgəsində daha şiddətli idi. 17 martda Milanda Vyanadakı inqilabdan xəbər tutulduqda, üsyan üçün onsuz da hər şey hazırlanmışdı. Lombardiya-Venesiya hökumətinin sədr müavini Qraf O'Donnellin, İmperatorun Vyana hadisələrindən sonra Lombardlara konstitusiya verəcəyi xəbəri ilə kütlənin qəzəbini yatırtmaq cəhdləri də boşa çıxdı. Milan küçələrində "sabah saat 3-də hər kəsin Qullar Xiyabanına çıxsın" başlıqlı anonim elan yayımlandı. Martın 18-də Milan üsyançıları şəhərdə hakimiyyəti ələ keçirdilər. Bələdiyyə binası tutuldu və müvəqqəti hökumət rolunu oynayan hərbi məclis quruldu. Hətta uşaqların belə iştirak edə biləcəyi Milli Qvardiya yaradılmağa başlandı.
Henri de la Beş
Henri Tomas de la Beş (ing. Henry Thomas De la Beche; 10 fevral 1796, London — 13 aprel 1855) — müasir geoloji tədqiqat metodlarının pioneri, Böyük Britaniya geologiya xidmətinin banisi, Devon qraflığında geniş geoloji və paleontoloji tədqiqatlar aparmış ingilis geoloqu və paleontoloqu. == Tərcümeyi-halı == Henri Tomas de la Beş Londonda anadan olmuşdur.. Henri hələ uşaq olarkən Böyük Britaniya ordusunun zabiti, Yamaykada qullara və tərpənməz əmlaka sahib olan atası vəfat etmişdir. O, uşaqlıq illərini geologiyaya meyl göstərdiyi Laym-Recisdə keçirmişdir. 14 yaşında daxil olduğu Marlou hərbi kollecini 21 yaşında bitirən Henri hərbi xidmətini davam etdirməmiş, bunun əvəzində London Geologiya Cəmiyyətinə daxil olmuşdur. Tezliklə o, London Geologiya Cəmiyyətinin ən fəal üzvlərindən biri olmuş və 1848-1849-cu illərdə bu cəmiyyətin prezidenti olmuşdur. == Elmi fəaliyyəti == Henri Tomas de la Beş bütün həyatı boyu təkcə İngiltərədə deyil, həmçinin, Fransada və İsveçrədə geoloji tədqiqatlar üçün əhəmiyyət kəsb edən bütün ərazilərə səyahət etmişdir. İngiltərəyə qayıdan alim Devonda və Kornuolledə geoloji tədqiqatlat aparmışdır. İngiltərədə geoloji və paleontoloji tədqiqatlarla məşğul olan digər alimlərlə əməkdaşlıq edən Henri Tomas de la Beş İngiltərənin geoloji xəritəsini yaratmaq və ölkə ərazisində aşkar edilmiş müxtəlif daşlaşmış bitki və canlı orqanizm qalıqlarından ibarət kolleksiya təşkil etmək qərarına gəldi.
Beş
Beş — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Dörddən sonra, altıdan əvvəl gəlir. == Ümumi məlumat == Saylar sırasında beşin məxsusi yeri və icra rolu vardır. Beş sayı sol əlin çeçələ, adsız, orta, şəhadət barmaqlarından sonra say saymaq vəzifəsini üzərinə alan baş barmaqla bağlıdır. Sözsüz ki, bu, məsələnin görünən tərəfidir. Burada görünməyən tərəf fərqli-fərqli mədəniyyətlər əhatəsində simvollaşan sakral-sehr koduna daxildir. Məsələ belədir ki, bəzi yerlərdə və bəzi hallarda barmaqları beş sayını göstərən əlin özü elə "beş" adı daşıyır. Xalqımızın təsəvvüründə beşin say olaraq həm müstəqim, həm də məcazi mənası vardır. Misal üçün, "Beş barmağın beşi də bir deyil", "Dünya beş gündür, beşi də qara", "Beş günlük dünyadı da", "Beş kişidən biri" və s. deyimlər, "Xəmsə" adı ilə beş saylı əsərlərin yazılması bu sıraya daxildir.
Altmış beş
Altmış beş — say sistemində ədədlərdən biridir. Altmış dörddən sonra, altmış altıdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 5, 13 və 65 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == Quranda "İnsan" sözü 65 dəfə işlənir. Maraqlısı odur ki, insanın yaradılış mərhələlərini ifadə edən sözlərin də birlikdə cəmi 65 dəfə səslənir. İnsanın yaradılış mərhələlərini ifadə edən sözlər isə bunlardır: "torpaq" (17 dəfə), "Nütfə" (12 dəfə), "Embrion" (6 dəfə), "Bir Tikə Ət" ifadəsi (3 dəfə), "Sümük" (15 dəfə), "Ət" (12 dəfə).
Beş Aqal
Beş Aqal — İrəvan quberniyasının Eçmiədzin qəzasında göl adı. == Həmçinin bax == Bakugöl Kari gölü Göyçə gölü == Ədəbiyyat == Budaqov B. Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. "Didərginlər" məcmuasi. Bakı, 1990.
Beş kurqan
Doxsan beş
Doxsan beş — say sistemində ədədlərdən biridir. Doxsan dörddən sonra, doxsan altıdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səksən beş
Səksən beş — say sistemində ədədlərdən biridir. Səksən dörddən sonra, səksən altıdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş beş
Yetmiş beş — say sistemində ədədlərdən biridir. Yetmiş dörddən sonra, yetmiş altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yetmiş beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
İyirmi beş
İyiirmi beş — say sistemində ədədlərdən biri. İyiirmi dörddən sonra, İyiirmi altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli beş
Əlli beş — say sistemində ədədlərdən biri. Əlli dörddən sonra, əlli altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Beş barmaq
Beşbarmaq — barmaqlara taxılaraq əl içində sıxılaraq tətbiq edilən metal barmaqlıq şəklində alət; soyuq silah. Konstruksiyanın sadəliyinə baxmayaraq, olduqca təhlükəlidir: beşbarmaqla güclü zərbə endirərək ağır və ya ölümcül zədə yetirmək olar. Beşbarmağı metal və ya bərk plastmasdan hazırlanır. Zavod istehsalı ilə yanaşı kustar üsulu ilə də hazırlanır. Əldəqayrılma beşbarmaqlar sadələşdirilmiş konstruksiyaya malikdir. Beşbarmaq şəklində bıçaqlarda da mövcuddur (məsələn, Birinci dünya müharibəsi zamanı amerikan süngər bıçaqları (ing. knuckle knife).
Afrikanın beş böyükləri
Afrikanın beş böyükləri — Afrika qitəsinə xas böyük heyvanların ən təhlükəliləri. Bu heyvanlar bir zamanlar çox qiymətli ovlar idi. İndi isə safarinin məqsədi onları tüfəng yerinə fotoaparatla tutmaq. Beş böyüklərdən kərgədan xaric heç birinin nəsili təhlükədə deyil (aslan və afrika fili savunmasızdır). Bu qrupdakı beş heyvan sırasıyla; Adi Afrika kəli (lat. Synceferus caffer) Bəbir (lat. Panthera pardus) Aslan (lat. Panthera leo) Afrika savanna fili (lat. Loxodonta africana) Qara kərgədan (lat. Diceros bicornis) 5-ci sırada bəzən suayqırı (lat.
Beş qardaş (abidə)
Beş qardaş – tarixi abidə və mineral su mənbəyi. İranın Şimali Xorasan əyalətinin Bocnurd bölgəsində yerləşir. Bu abidə istirahət və tarixi turizm mərkəzi kimi fəaliyyət göstərir və Əl işləri və Turizm Təşkilatı tərəfindən milli irs siyahısına salınmışdır. == Yeri == Beş qardaş abidəsi Bocnurd-İsfərayen yolu üzərində, Bocnurddan 7 km məsafədə yerləşir. Abidə Qeri Canlu, Mehnan və Əsədli kəndlərinə yaxındır. == Tarixi == Abidənin adının kökü Xorasan Türklərinin mifologiyası ilə bağlıdır. Əfsanəyə görə zülmkar hökmdara qarşı üsyan edən 5 qardaş abidənin yerləşdiyi dağa sığınmış və sonradan yoxa çıxmışdır. Bndan sonra isə, bu yerdən 5 bulaq peydə olmuşdur. Qacarlar dövründə Nəsrəddin şah buranı ziyarət etmiş və Yar Məhəmməd xan Şadlıya əmr etmişdir ki, bulaqların üstündə abidə tiksin. Bundan sonra abidənin yanında tac formasında hovuz da tikilmişdir.
Beş yaxşı imperator
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.
İslamın beş şərti
İslamın beş şərti. İslam dininin beş şərti bunlardır: Kəlməyi şəhadət (ərəb. الشهادة‎) Namaz (ərəb. الصلاة‎) Oruc (ərəb. الصوم‎) Həcc (ərəb. الحج‎) Zəkat (ərəb. الزكاة‎) == Kəlimeyi şəhadət == Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir: "Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm." (ərəb. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ‎) == Namaz == Farsca "təzim etmək, ibadət üçün əyilmək" mənasını verən Namaz, lüğətdə "dua etmək, ibadət etmək, bağışlanma diləmək, yalvarmaq" mənasını verən ərəbcə salat (cəmi salavat) sözünün qarşılığıdır. Salat bir termin olaraq təkbirlə başlayıb salamla bitən müəyyən əməl və sözlərdən ibarət bədən ibadətini ifadə edir.
Beş dəqiqəlik konsert
Beş dəqiqəlik konsert qısametrajlı sənədli film-konserti rejissor Vladimir Yeremeyev tərəfindən 1941-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir. == Məzmun == Xüsusi buraxılışdır. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Beş nömrəli sallaqxana (film)
Beş nömrəli sallaqxana (ing. Slaughterhouse-Five) — 1972-ci ildə istehsal olunmuş ABŞ filmidir. Film fantastika janrındadır. Kurt Vonnequtun eyniadlı əsəri əsasında çəkilmişdir. Filmin ssenaristi Stefen Qeller, rejissoru Corc Roy Hilldir. Rollarda Maykl Zaks, Ron Libman və Valeri Perren, həmçinin Yucin Roş, Şaron Qans, Holli Niar, Perri Kinq də iştirak etmişdir. Film Praqa və Minnesotada çəkilib. == Süjet == == Rollarda == Maykl Zaks — Billi Pilqrim Ron Libman — Pol Lazzaro Yucin Roş — Edqar Derbi Şaron Qans — Valensiya Merbl Pilqrim Valeri Perren — Montana Uayldhek Holli Niar — Barbara Pilqrim Perri Kinq — Robert Pilqrim Kevin Konuey — Roland Uiri Fridrix fon Ledebur — Alman başçı Ekkehardt Belle — Gənc alman keşikçi Sorel Buk — Lionel Merble == Musiqi == Beş nömrəli sallaqxana filmi Qlenn Quldun musiqisini bəstələdiyi iki bədii filmdən birincisidir. Quld on həftə müddətində Corc Roy Hillin iştirakı ilə Universal Studioda musiqini ərsəyə gətirdi. Son halda musiqi 45 dəqiqə olmuş və əsasən Baxın əsərlərinə müraciət olunmuşdu.
Hobbit: Beş ordunun döyüşü
Hobbit: Beş ordunun döyüşü (film, 2014) — Piter Ceksonun filmi.
Freddi ilə beş gecə
Freddi ilə beş gecə (ing. Five Nights at Freddy's) — Emma Tamminin rejissorluğu ilə 2023-cü ildə çəkilmiş qorxu filmi. Film Skott Kouton'un eyniadlı videooyun seriyası əsasında çəkilib. Mayk Şmidt bir vaxtlar uğurlu, lakin indi tərk edilmiş ailə əyləncə mərkəzi olan Freddy Fazbear's Pizza-da mühafizəçi kimi işə düzəlir. İşə başladığı ilk gecə anlayır ki, gecə növbəsinə dözmək o qədər də asan olmayacaq. Film Universal Pictures tərəfindən 27 oktyabr 2023-cü ildə ABŞ-də kinoteatrlarda nümayiş etdirilməsi planlaşdırılır.
Dinc birgəyaşayışın beş prinsipi
"Dinc birgəyaşayışın beş prinsipi" (çin. 和平共处五项原则) və ya "pança şila" (hind. पंचशील ) — 1954-cü ildə Hindistan ilə Çin arasında imzalanmış müqavilə. Çin və Hindistan arasında 1949-cu ildə Tibetlə bağlı başlayan münaqişədən sonra 1954-cü ildə Hindistan–Çin Tibet sazişinin imzalanması ilə münasibətlər normallaşmışdı. Hindistan Tibeti Çinin bir hissəsi kimi tabımışdır. Bu müqavilə "pança şila" (dinc birgəyaşayışın) adlanan beş prinsipi elan etmişdir: Ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət. Qeyri-aqressivlik. Daxili işlərə qarışmamaq. Bərabərlik və qarşılıqlı fayda. Dinc birgəyaşayış.
Henri Tomas de la Beş
Henri Tomas de la Beş (ing. Henry Thomas De la Beche; 10 fevral 1796, London — 13 aprel 1855) — müasir geoloji tədqiqat metodlarının pioneri, Böyük Britaniya geologiya xidmətinin banisi, Devon qraflığında geniş geoloji və paleontoloji tədqiqatlar aparmış ingilis geoloqu və paleontoloqu. == Tərcümeyi-halı == Henri Tomas de la Beş Londonda anadan olmuşdur.. Henri hələ uşaq olarkən Böyük Britaniya ordusunun zabiti, Yamaykada qullara və tərpənməz əmlaka sahib olan atası vəfat etmişdir. O, uşaqlıq illərini geologiyaya meyl göstərdiyi Laym-Recisdə keçirmişdir. 14 yaşında daxil olduğu Marlou hərbi kollecini 21 yaşında bitirən Henri hərbi xidmətini davam etdirməmiş, bunun əvəzində London Geologiya Cəmiyyətinə daxil olmuşdur. Tezliklə o, London Geologiya Cəmiyyətinin ən fəal üzvlərindən biri olmuş və 1848-1849-cu illərdə bu cəmiyyətin prezidenti olmuşdur. == Elmi fəaliyyəti == Henri Tomas de la Beş bütün həyatı boyu təkcə İngiltərədə deyil, həmçinin, Fransada və İsveçrədə geoloji tədqiqatlar üçün əhəmiyyət kəsb edən bütün ərazilərə səyahət etmişdir. İngiltərəyə qayıdan alim Devonda və Kornuolledə geoloji tədqiqatlat aparmışdır. İngiltərədə geoloji və paleontoloji tədqiqatlarla məşğul olan digər alimlərlə əməkdaşlıq edən Henri Tomas de la Beş İngiltərənin geoloji xəritəsini yaratmaq və ölkə ərazisində aşkar edilmiş müxtəlif daşlaşmış bitki və canlı orqanizm qalıqlarından ibarət kolleksiya təşkil etmək qərarına gəldi.
Hobbit: Beş ordunun döyüşü (film, 2014)
Hobbit: Beş ordunun döyüşü (film, 2014) — Piter Ceksonun filmi.
Lissabon beşliyi
Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu — 27 iyul 1983-cü ildə "Erməni İnqilab Ordusu"nun Lissabondakı (Portuqaliya) Türkiyə səfirliyinə hücumu. Terror aktının nəticəsində 7 nəfər həlak olmuşdur o cümlədən 5 nəfər terrorçu, 1 nəfər portuqaliyalı polis və Türkiyə səfirliyinin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlu. Şahidlərin ifadələrinə əsasən həmin günün səhəri saat 10.30 da səfirliyin qarşısına iki ford markalı avtomobil yaxınlaşır, onlardan biri səfirliyin qarşısında dayanır digəri isə səfirliyin dayanacağında. Maşınlar səfirliyi qoruyan portuqaliyalı polisin diqqətini cəlb edir, iki gün əvvəl həmin maşında qələn naməlum şəxslər viza almaq istədiklərini bildirmişdilər, onların sənədlərini soruşanda, tələsik oranı tərk etmişdilər. Polis əməkdaşı dünənki maşının yenidən gəldiyini səfirliyə xəbər verir, özü isə terrorçuların olduğu avtomobilə yaxınlaşır. Bu zaman terrorçulardan biri atəş açaraq polisi yaralıyır, lakin səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşının cavab atəşi ilə atəş açan terrorçu öldürülür. Səfirliyin binasına daxil ola bilməyəcəklərini görən terrorçular səfirliyin yanında yerləşən səfirin igamətkahına daxil olaraq səfirliyin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlunu və onun 17 yaşındakı oğlu Atasayı qirov götürürlər. Terrorçular qirovları saxladıqları otağı minalayaraq, hücum olacağı təqdirdə oranı partladmaqla hədələyirlər. Hadisə ilə bağlı Portuqaliya hökumətinin təcili iclası keçirilir, və qirovları azad etmək üçün yeni yaradılmış xüsusi təyinatlı polis dəstəsindən istifadə etmək qərara alınır. Lakin xüsusi təyinatlılar əməliyyata başlamadan əvvəl terrorçular bombanı işə salırlar.
Maskalı beşlər
Maskalı beşlər intiqam arxasında (film, 2005)
Maskalı beşlər: Kipr (film, 2008)
Maskalı Beşlər: Kipr — 2008-ci il istehsalı, Türkiyə komediya filmi. Baş rollarda Mehmet Əli Ərbil, Şafak Sezer, Pəkər Açıqalın, Dəniz Ağqaya, Səray Səvər, Hakan Ural, Məlih Əkənər, Cengiz Kiçikayvaz və Atilla Sarıhan çəkilmişdir. Şimali Kipr Türk Respublikası və Türkiyədə istehsal olunan filmin çəkimləri beş həftəyə ərsəyə gəlmişdir. == Mövzu == Gülməli bir qrup olan Maskalı beşlər bədbəxt keçirdiyi günlərindən sonra pisliyin daşın atır və ticarətlə məşğul olurlar. Oğru dünyasının əsas adlarından olan Roki Səlimə (Mehmet Əli Ərbil) əla bir təklif gəlir. Kiprdə bir qumarxana talan edəcəklərdi. Bir araya gələn qrup Kiprə gedirlər. Əməliyyat üçün etdikləri planlar və oğurluq təşəbbüsləri qrupu çox gülməli vəziyyətlərə salacaqdır.
Maskalı beşlər: İraq (film, 2006)
Maskalı beşlər: İraq — Murad Aslanın rejissoru olduğu, 2006-cı ildə çəkilən Türkiyə komediya filmi. == Mövzu == Kərkük-Yumurtalıq Neft Boru xətti işləmir. ABŞ ordusu İrak neftini ayrı xətlə öz xeyrinə daşıyır. Bu məsələ beş türk gəncini düşündürür. Bu xətti bərpa etsinlər, əvəzində İstanbulun ən yaxşı məhəllələrində benzindoldurma məntəqəsi açsınlar. Sən saydığını say...
Maskalı beşlər intiqam arxasında (film, 2005)
Maskalı beşlər intiqam arxasında (türk. Maskalı Beşler İntikam Peşinde) — 2005-ci il istehsalı Türkiyə komediya filmi.
Müasir beşnövçülük
Müasir beşnövçülük — eyni gün ərzində atıcılıq, qılıncoynatma, sərbəst üzmə, ata minmə və sonda 3000 metrlik qaçışdan ibarət olan idman növüdür. Bu idman növü Union Internationale de Pentathlon Moderne (UIPM) (Beynəlxalq Müasir beşnövçülük federasiyası) tərəfindən idarə olunur. == Tarixi == Bu idman növü müasir olimpiya oyunlarının qurucusu olan Pierre de Kubert tərəfindən yaranmışdır. Oyunun adı yunanca 5 mənasını verən penta sözündən törəyib. İdman ilk dəfə 1912-ci ildə Yay Olimpiya oyunlarında oynandı və oyunun ilk qalibi İsveçli atlet Gösta Lilliehöök oldu. Qadın beşnövçülər isə bu idman növündə 2000-ci ildən keçirilən Yay Olimpiya oyunlarında iştirak etdilər. == Oyun qaydaları == Ümumiyyətlə, beşnövçülüyün qaydası onu təşkil edən idman növlərinin qaydası ilə tam eynidir, lakin at ilə maneələrdən keçmədə idmançılar minəcəkləri atı təyin etmələri üçün püşk atırdılar. İdmançılar turnirdən əvvəl atla 20 dəqiqə ərzində 5 maneədən keçirlər ki, atlarını tanısınlar.
Mənim iki beşilliyim (film, 1975)
== Məzmun == Kinooçerk Azərbaycan SSR-in tanınmış əmək adamlarına, bir beşillikdə iki beşillik planı yerinə yetirmiş buruq ustası Məmməd Qəmbərova, Bakı Şin Zavodunun fəhləsi Qaryağdı Mirzəyevə, Leytenant Şmidt adına Maşınqayırma Zavodunun tornaçısı Aleksandr Koçetkova, Sumqayıt Kimya Zavodunun aparatçısı Əlisəfaya həsr olunmuşdur.
Neft Beşilliyinin Bolşevikləri (1931)
== Məzmun == Film Azərbaycan bolşeviklərinin beşillik neft hasilatı planını artıqlaması ilə yerinə yetirmələrindən, bu sahədə onların əldə etdikləri nailiyyətlərdən bəhs edir. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: N.Sanov Operator: Mixail Fridolin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53; 56.
Neft beşilliyinin bolşevikləri (film, 1931)
== Məzmun == Film Azərbaycan bolşeviklərinin beşillik neft hasilatı planını artıqlaması ilə yerinə yetirmələrindən, bu sahədə onların əldə etdikləri nailiyyətlərdən bəhs edir. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: N.Sanov Operator: Mixail Fridolin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53; 56.
Nyuton beşiyi
Nyutonun beşiyi — müxtəlif növ enerjilərin bir-birinə çevrilməsini nümayiş etdirmək üçün İsaak Nyuton tərəfindən düşünülmüş mexaniki sistem. == Tarixi == İlk dəfə 1967-ci ildə aktyor Saymon Prebbl tərəfindən hazırlanan bu oyuncağı günümüzdə bir çox ofislərdə və kabinetlərdə stolüstü əşya kimi görmək olar. Dünyada ən böyük Nyuton beşiyinə Miçiqan ştatının Kalamazoo şəhərində rast gəlmək olar. O,hər biri 6,8 kq olan 16 ədəd boulinq şarından ibarətdir.
On beşinci firqə
On beşinci firqə — Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə dövlətləri arasındakı qarşılıqlı razılaşmaya əsasən, 1918-ci il sentyabrın əvvəlində hərbi yardım məqsədilə Azərbaycana gəlmiş və Bakının azad olunmasında fəal iştirak etmiş türk piyada diviziyası. == Tarixi == Diviziya Osmanlı dövlətinin hərbi naziri Ənvər paşanın əmrinə əsasən, Xəlil paşanın komandanlıq etdiyi şərq ordular qrupunun tərkibində olan 9-cu ordunun tabeliyindən alınaraq, Qafqaz İslam Ordusuna verildi. Azərbaycana yetişdikdən sonra onun tərkibində 38-ci, 56-cı və 106-cı piyada alayları, habelə bir sıra topçu və digər yardımçı bölmələr, cəmi 157 zabit və 7636 əsgər olmalı idi. Azərbaycana daha əvvəl göndərilmiş 38-ci piyada alayı ölkə ərazisinə 1918-ci il iyulun 14-də daxil olmuşdu. On beşinci firqənin Azərbaycana doğru hərəkətə başlamasına 1918-ci il avqustun 23-də əmr verildi. Firqə Qarakilsə (Sisyan) — Qazax yolu ilə Azərbaycana çatmalı və sonra da qatarlar vasitəsilə Bakıya yetişməli idi. Firqənin qərargahı 1918-ci il sentyabnn 6-da Ağstafaya, 9-da isə Bakı ətrafına çatdı. Firqəyə yarbay Süleyman İzzət bəy komandirlik edirdi. Bu birləşmə Bakının şimalında yerləşdirildi. Bakı əməliyyatı başlamazdan əvvəl Qafqaz İslam Ordusu komandanının əmrilə onun tərkibində müəyyən dəyişikliklər edildi.
On beşinci simfoniya (Motsart)
On beşinci simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1772-ci ilin yanvarında Zalsburqda yazılmışdır. 14 yaşlı bəstəkarın İtaliyaya ikinci səfərindən qayıtdıqdan sonra bəstələdiyi ikinci simfoniyasıdır. Simfoniyanın davam etmə müddəti 16 dəqiqədir. Simfoniyanın əlyazmasındakı bir qeyddə bu əsərin dini bir hadisə münasibətilə Zalsburqun yeni arxiyepiskopunun şərəfinə bəstələndiyi göstərilmişdir. On beşinci simfoniyanın ilk dəfə nə vaxt və harada ifa olunması barədə dəqiq bir məlumat yoxdur. == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir.
On beşinci sülalə (Misir)
XV sülalə — ikinci aralıq dövrdə Qədim Misiri idarə edən sülalələrdən biri. E.ə. XVII–XIV əsrlərdə hakimiyyətdə olmuşdur. == Ümumi məlumat == XV və XVI sülalənin əsasını Ərəbistan yarımadasının Fələstin bölgəsində yaşayan hiksoslar qoymuşdular. Manefona görə hiksoslar Misirə hücum edərək Nil deltasını ələ keçirirlər (e.ə. 1675-ci il). Hiksos hökmdarları firon titulunu götürərək Misirdə hakimiyyətə gəlirlər. Bu hadisə XIV sülalənin sonuna gətirib çıxardır. Ancaq 2010–2011-ci illərdə Edfu şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində həm XV sülalə hökmdarı Xiana, həm də IV Sobekhotepə (XIII sülalədən olan firon) məxsus kartuşlu möhürlər aşkar edildi. Bu onu göstərir ki, XV sülalə artıq XIII sülalənin hakimiyyəti zamanı mövcud idi.
Otuz beşinci simfoniya (Motsart)
Otuz beşinci simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1782-ci ildə Vyanada yazılmışdır. Tarixinə görə "Haffner Simfoniyası" adlanır. Motsart altı il əvvəl, 1776-cı ildə Zalsburq şəhərinin meri Sigmund Haffnerin bacısı Mari Elisabetin toyu münasibətilə "Haffner serenadası"nı bəstələmişdi. Bu simfoniya ilə "Haffner serenadası" tamamilə fərqli əsərlərdir.' == Quruluşu == Motsartın otuz beşinci simfoniyası 4 hissədən ibarətdir. Allegro con spirito, 2/2 Andante, Sol majorda 2/4 Menuetto və Trio,3/4 Presto, 2/2 === Birinci hissə: Allegro con spirito === === İkinci hissə: Andante === === Üçüncü hissə: Menuetto === === Dördüncü hissə: Presto === == Mənbə == Boynick, M 1996, Wolfgang Amadeus Mozart - Simfoniya 35 [onlayn] [ aydınlaşdırma harada lazımdır?]. Cuyler, L 1995, The Symphony, 2-ci edn, Harmonie Park Press, Michigan. Downs, PG 1992, Klassik Musiqi, WW Norton, New York. Eynşteyn, A 1945, Motsart: Xarakteri, İşi. Tərcümə edən Artur Mendel və Nathan Broder. Oxford University Press, London; Nyu-York.
Porterin beş güc analiz modeli
Porterin beş güc analiz modeli (ing. Porter five forces analysis) — 1979-cu ildə Harvard Biznes Məktəbində Maykl Porter tərəfindən hazırlanmış sənaye rəqabətinin təhlili və biznes strategiyasının inkişafı üçün metodologiya. Porterin beş səlahiyyətinə daxildir: əvəzedici məhsulların yaranması təhlükəsinin təhlili; yeni oyunçuların meydana çıxması təhlükəsinin təhlili; təchizatçıların bazar gücünün təhlili; istehlakçıların bazar gücünün təhlili; rəqabət səviyyəsinin təhlili. == Konsepsiyası == Metodologiya rəqabətin səviyyəsini və deməli, konkret sənayedə biznesin aparılmasının cəlbediciliyini müəyyən edən beş qüvvəni fərqləndirir. Bir sənayenin cəlbediciliyi, bu kontekstdə, sənayenin kifayət qədər gəlirliliyi ilə bağlıdır. “Cəlbedici olmayan” sənaye elə sənayedir ki, burada qüvvələrin birləşməsi gəlirliliyi azaldır. Ən "cəlbedici" mükəmməl rəqabətə yaxınlaşan sənayedir. Porter “makromühit” termininə daxil olan çoxlu sayda amillərdən fərqli olaraq, bu qüvvələri “mikromühit” adlandırır. Makro mühit, şirkətin öz müştərilərinə xidmət göstərmək və mənfəət əldə etmək qabiliyyətinə təsir edən qüvvələrdən ibarətdir. “Mikromühit” qüvvələrinin hər hansı birində dəyişiklik adətən şirkətdən sənaye və bazardakı yerini yenidən nəzərdən keçirməyi tələb edir.
Qırmızı Beşlik
Qırmızı Beşlik (rus. Красная пятёрка) 1934-cü ildə, SSRİ-də İosif Stalin və Kliment Voroşilovun istəyi ilə yaradılmış aerobatika komandasıdır. Uçuşlar üçün İ-16 təyyarələri istifadə olunurdu. Komanda üçün hazırlanan xüsusi təyyarələrdə silahlanma yox idi. Komandanın ilk ictimai uçuşu 1 may 1935-ci ilə təsadüf edib. == Qəzalar == 11 avqust 1937: Təlim uçuşu zaman 2 təyyarə havada toqquşub. Pilot V. N. Yeseyev həlak olub.
Sallaqxana nömrə beş (film, 1972)
Beş nömrəli sallaqxana (ing. Slaughterhouse-Five) — 1972-ci ildə istehsal olunmuş ABŞ filmidir. Film fantastika janrındadır. Kurt Vonnequtun eyniadlı əsəri əsasında çəkilmişdir. Filmin ssenaristi Stefen Qeller, rejissoru Corc Roy Hilldir. Rollarda Maykl Zaks, Ron Libman və Valeri Perren, həmçinin Yucin Roş, Şaron Qans, Holli Niar, Perri Kinq də iştirak etmişdir. Film Praqa və Minnesotada çəkilib. == Süjet == == Rollarda == Maykl Zaks — Billi Pilqrim Ron Libman — Pol Lazzaro Yucin Roş — Edqar Derbi Şaron Qans — Valensiya Merbl Pilqrim Valeri Perren — Montana Uayldhek Holli Niar — Barbara Pilqrim Perri Kinq — Robert Pilqrim Kevin Konuey — Roland Uiri Fridrix fon Ledebur — Alman başçı Ekkehardt Belle — Gənc alman keşikçi Sorel Buk — Lionel Merble == Musiqi == Beş nömrəli sallaqxana filmi Qlenn Quldun musiqisini bəstələdiyi iki bədii filmdən birincisidir. Quld on həftə müddətində Corc Roy Hillin iştirakı ilə Universal Studioda musiqini ərsəyə gətirdi. Son halda musiqi 45 dəqiqə olmuş və əsasən Baxın əsərlərinə müraciət olunmuşdu.

Digər lüğətlərdə