BUĞRA

erkək dəvə, nər (Qaraxanilər sülaləsinin ilk xanlarından birinin adı).
BUĞDAY
BUĞRAXAN
OBASTAN VİKİ
Buğra Atsız
Buğra Atsız (14 iyul 1946, Kadıköy, İstanbul ili) — türk tarixçi və yazıçıdır. Hüseyn Nihal Atsız və Bədriyə Atsızın kiçik oğlu, Nejdət Sançarın qardaşı oğlu, Yağmur Atsızın qardaşıdır. Türkçü və Turançı düşüncələri ilə məşhurdur. == Həyatı == 1946-cı ilin 14 iyulunda İstanbul şəhərində anadan olmuşdur. Uzun illər Almaniyada yaşamışdır, hal-hazırda Kanada yaşayır. === Təhsili === İstanbulda yerləşən Avstriya liseyində təhsil almışdır. Bundan sonra ali təhsil almaq üçün Almaniyaya getmiş və orada Türkologiya üzrə təhsil almışdır. Doktarantura təhsilini də burada tamamlayan Buğra Atsızın araşdırma mövzusu Osmanlı sultanlarından IV Murad olmuşdur. == Ailəsi == Hüseyn Nihal Atsızla Bədriyyə Atsızın ailəsində anadan olmuşdur. Yağmur Atsızın kiçik qardaşı, Nejdət Sançarın qardaşı oğludur.
Buğra Gülsoy
Behiç Buğra Gülsoy (22 fevral 1982, Ankara) — Türkiyə aktyoru. == Bioqrafiya == 22 fevral 1982-ci ildə anadan olmuşdur. Təhsilini Ankarada tamamlamışdır. 13 yaşında ilk səhnə təcrübəsini yaşamışdır. Şərqi Aralıq Universitetinin memarlıq sahəsindən 2004-cü ildə məzun olan Buğra Gülsoy, Kiprdə olduğu müddətdə Kipr Dövlət Teatrında müxtəlif tamaşalarda rol almış, həm də film rejissorluğu və aktyorluq da etmişdir. Kipr Film Dərnəyinin qurucularından biri olan Gülsoy, eyni zamanda Beynəlxalq Kipr Qısa Fim Festivalının layihə dizaynçısı və direktorudur. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Layihəsi çərçivəsində təşkil edilən bir yarışmada filmçilik haqqında təhsil aldı. İlk dəfə 2008-ci ildə Kanal D ekranlarında yayımlanan Hamımız Birimiz Üçün (türk. Hepimiz Birimiz İçin) adlı dizi filmin baş rol ifaçısı olaraq Nazim obrazı ilə Türk tamaşaçılarının qarşısına çıxan aktyor, Hamımız Birimiz Üçündən sonra rejissorluğunu Mahsun Qırmızıgülün etdiyi Günəşi Gördüm (türk. Güneşi Gördüm) filmində Bərat obrazı ilə kinoteartlara addımını atdı.
Əminə Buğra
Əminə Buğra (çin. ənən. 愛美娜 1920) — Çində uyğur siyasətçi. 1948-ci ildə Çin Respublikasının parlamenti "Qanunverici Yuan"a seçilən ilk qadınlardan olmuşdur. O qanunverici orqana Sincan əyalətindən seçilmişdir. Əminə Buğra uyğur siyasi lideri Məhəmməd Əmin Buğranın həyat yoldaşı idi. O, Sincan Qadınlar Birliyinin sədr müavini və Çin Respublikası Konstitusiyasını hazırlayan Konstitusiya Milli Məclisinin üzvü olmuşdur. 1948-ci ildə Sincandan Çin Respublikasının parlamenti Qanunverici Yuana seçilmişdir. Əminə Buğra Çin tarixində parlamentə seçilən ilk qadınlardan idi. O, seçildikdən sonra qanunverici orqanda Siyasi və Yerli Özünü İdarəetmə Komitəsində, Xarici İşlər Komitəsində və Sərhəd Komitəsində təmsil olunmuşdur.
Tarık Buğra
Tarık Buğra və ya Süleyman Tarık Buğra (2 sentyabr 1918, Konya, Konya vilayəti – 26 fevral 1994, İstanbul) — türk jurnalist həmçinin roman, hekayə, pyes və lətifə yazarı. Cümhuriyyət dövrü türk ədəbiyyatının tanınmış yazarlarındandır. Ədəbiyyatın bir çox janrında əsər yazsa da daha çox romanları ilə tanınır. 1991-ci ildə dövlət mükafatına layiq görülüb. Tarık Buğra 1918-ci ildə Anadolunun Akşehir qəsəbəsində Mehmet Nazim bəylə Nazikə xanımın ailəsində dünyaya gəlmişdir. Ailədə dörd uşaq olmuşlar. T. Buğranın anası isə Akşehirdə doğulmuş, 15 yaşında Nazim bəylə evləndirilən, türkmən ailəsinin qızı olan Nazikə xanımdır. Nazikə xanım yaşının az olmasından dolayı Buğranın anası deyil, sanki böyük bacısı kimi görünürdü. Hələ uşaq yaşlarında anasının Yunus Əmrədən ona oxuduğu şeirlərin və dinlətdiyi ilahilərin onun böyüməsi, həyatı dərk etməsində böyük rolu olmuşdur. Valideynləri kiçik Buğranın ilk müəllimləri və yol göstəriciləri olmuşlar.
Ayşə Buğra
Ayşə Buğra (türk. Ayşe Buğra; 1951) — Türkiyə ictimai alimi. O, hazırda Atatürk Müasir Türk Tarixi İnstitutunda siyasi iqtisadiyyat üzrə professor və Boğaziçi Universitetinin Sosial Siyasət Forumunun həmtəsisçisidir. Buğra 2014-cü ildə aldığı TWAS Sosial Elmlər mükafatının laureatıdır. İstanbul Robert Kollecini bitirən Buğra təhsilini Boğaziçi Universitetində davam etdirmişdir. Kanadanın MakGill Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsi ilə iqtisadiyyatın tarixi və metodologiyası, inkişaf iqtisadiyyatı və müqayisəli sosial siyasət haqqında yazılar yazmışdır. O, türk, ingilis və fransız dillərində nəşr olunan müxtəlif nəşrlərlə yanaşı, Karl Polaninin "Böyük transformasiya" kitabının türk dilinə tərcüməçisidir. Buğra Türkiyə biznesmeni Osman Kavala ilə evlidir. == Seçilmiş əsərləri == New Capitalism in Turkey: The Relationship Between Politics, Religion and Business (with Osman Savaşkan,(2014). Sınıftan Sınıfa (with Taylan Acar, Esin Ertürk, Özgür Burçak Gürsoy, Ebru Işıklı, Aysun Kıran and Sevecen Tunç, (2010).
Harun Buğra xan
Harun Buğra xan(X əsr – 992) — Qaraxanlı hökmdarı. == Həyatı == Əbdülkərim Satuk Buğra xanın nəvəsi, Xanzadə Süleyman xanın oğlu olub şahzadəliyində qardaşı Əbül-Həsən Əli Arslan xan tərəfindən dövlətin qərb qismlərini idarə etməklə vəzifələndirildi. O, Mavəraünnəhri ilk fəth edən Qaraxanlı hökmdarı olaraq şöhrət qazanmışdır. Samanilərin içində olduğu qarışıqlıqlar dolayısıyla bir qism müxalif Samani komandanlarının da dəstəyini qazanara1 990-cı ildə İsficabı zəbt etdi. İki il sonra Samanilərin paytaxtı Buxaraya girdi (May 992). Samani əmiri Nuh ibn Mənsur şəhəri tərk etmək məcburiyyətində qaldı. Bu hərəkəti, samanilərin Xorasan valisi Əbu Əli Simcuri tərəfindən dəstəklənmişdi. Hətta onunla daha İsficabın zəbti sırasında, Ceyhun çayı sərhəd-sınır olmaq üzrə Samani dövlətini təqsim etmə xüsusunda gizli bir andlaşma da aparmışdı. Beləcə Xorasan Əbu Əlinin, Maveraünnəhr də Harun Buğra xanın idarəsinə keçəcəkdi. Ancaq Harun Buxaraya girdikdən sonra Əbu Əlini bir ordu komandanı kimi gördü və daha öncəki anlaşmaya yanaşmadı.
Məhəmməd Əli Buğra
Məhəmməd Əli Buğra (urdu محمد علی بوگرہ, benq. মোহাম্মদ আলী বগুড়া; 19 oktyabr 1909[…] – 23 yanvar 1963, Dəkkə) — Pakistan İslam Respublikasının 3-cü baş naziri. Kalkutta Universitetində Başçılıq Kollecində təhsil aldıqdan sonra, siyasi karyerasına Müsəlman Birliyi platformasında başlamış və 1940-cı illərdə o vaxtkı Baş nazir H. S. Suhrawardy'nın Benqal əyalət kabinetinə qatıldı. Hindistanın bölünməsi nəticəsində 1947-ci ildə Pakistan müstəqillik qazandıqdan sonra Xarici İşlər Nazirliyinə karyera diplomu ilə qatıldı və qısa müddətə Pakistanın Birmada (1948), Kanadada (1949-52) səfiri kimi çalışdı və iki dəfə ABŞ-də xidmət etdi. 1953-cü ildə ABŞ-dəki Pakistandakı xidmətlərindən geri çağrıldıqdan sonra o, general-qubernator Malik Qulam tərəfindən təsdiqlənmiş görüşdə Sir Khwaja Nazimuddin'i Baş nazir vəzifəsinə təyin etdi. Onun xarici siyasəti Sovet İttifaqı ilə münasibətləri aşağı salmaqla Pakistan və ABŞ arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsini ciddi şəkildə davam etdirdi. Hindistanla sülh əldə etmək üçün daha güclü bir hərbi qüvvəyə təkan verdi və Çin ilə münasibətləri prioritetləşdirmək üçün fərdi təşəbbüslər etdi. Cəbhədə 1956-cı ildə Pakistanı federal parlament respublikası halına gətirən konstitusiyanın əsasını qoyan məşhur siyasi düsturu uğurla təklif etdi. Məşhur təşəbbüslərinə baxmayaraq, o, 1959-cu ilə qədər işlədiyi Pakistanın ABŞ-dəki səfiri vəzifəsinə yenidən təyin olunan Baş Qubernator İskəndər Mirzəyə dəstəyini itirdi. 1962-ci ildə prezident Əyyub Xanın administrasiyasına, 1963-cü ildə vəfat edənə qədər Pakistanın Xarici İşlər Naziri olaraq qatıldı.
Satıq Buğra xan
Satıq Buğra xan (ərəb. صَتُق بُغرا خان‎; Satuq Bughra Khán, Uyğur: سۇلتان سۇتۇق بۇغراخان) — Qaraxanlıların 920-958-ci illər arasındakı hökmdarı, 932-ci ildə İslamı qəbul edərək, tarixdəki ilk müsəlman Türk xaqanı. Türk topluluğunun toplu halda İslama keçməsinə yol açmışdır. Qaraxanlı hökmdarı Satıq Buğra xanın dövründə İslam rəsmi din elan edilib. Buna görə türk tarixi üçün əhəmiyyətlidir və haqqında Satıq Buğra xan dastanında danışılır. 920-ci ildə doğulub. Atası Qaraxanlı hökmdarı Bazir Arslan xan idi. Atasının ölümündən sonra əmisi və ögey atası Oğulcaq xanın himayəsində böyüdü. Satıq Buğra on iki yaşlarında olarkən Mavəraünnəhr və Xorasan bölgəsinə hakim olan müsəlman Samani dövləti şahzadələri arasında anlaşılmazlıq çıxdı. Bunlardan Nasir ibn Əhməd, Oğulcaq xanın ölkəsinə sığındı.
III Məhəmməd Buğra xan
Məhəmməd bin İbrahim xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1156. ildə atası II İbrahim Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
II Harun Buğra xan
Harun bin Süleyman xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1075. ildə əmisi oğlu Ömər Toğrul xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
II Məhəmməd Buğra xan
Məhəmməd bin Yusif xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1055. ildə qardaşı Süleyman Arslan xanı öldürdükdən sonra hakimiyyətə gəlmişdir. == Həyatı == === Saray çevrilişi === Məhəmməd Buğra xanın həyat yoldaşı Xanısı xatun oğlu Xanzadə İbrahim xanı taxta çıxarmaq üçün böyük bir şənlikdə Məhəmməd Buğra xanı, ögey oğlu Xanzadə Hüseyn xanı və Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub bir neçə xanzadəni zəhərlədi. Bəzi Xanzadələr içərisində Xanzadə Mahmud xanda olmaqla başqa şəhərlərə qaçdılar, İbrahim Buğra xan taxta çıxdıqdan sonra adamlarına ölkənin hər bir qarışını axtarıb onları edam eləmələri göstərişini verdi. Bəzi Xanzadələr canlarını qutarıb başqa ölkələrə qaçdılar. == Ailəsi == === Oğulları === Xanzadə Hüseyn xan Qaraxani Xanzadə İbrahim Buğra xan Qaraxani === Nəvələri === Xanzadə Mahmud Qaşqarlı– Xanzadə Hüseyn xan Qaraxaninin oğlu.
II İbrahim Buğra xan
İbrahim bin Əhməd xan Qaraxani (1128 – 1158) — Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1130. ildə atası Əhməd Arslan xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Hakimiyətini gücləndirmək və ara müharibələri bitirmək məqsədilə Qaraxitaylar dövlətindən kömək aldı və onların vasalına çevrildi. Qaraxitaylar dövləti, Balasaqunu işğal etdikdən sonra paytaxt Qaşqar şəhəri oldu. Qaraxitaylara üsyan edən Qarluqların üsyanını yatırtmaq üçün onu göndərdilər. 1158. ildə öldürülən II İbrahim Buğra xanın yerinə oğlu III Məhəmməd Buğra xan ve sonra da nəvəsi II Yusif Tamğaç xan keçdi.
IV Məhəmməd Buğra xan
Məhəmməd bin Yusif xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1205. ildə atası II Yusif Tamğaç xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. II Yusif Tamğaç xan 1205. ildə vəfat edəndə oğlu Məhəmməd Buğra xan Qaraxitaylı Kür xanın yanında əsir kimi tutulurdu. Nayman hökmdarı Kuçluk xan tərəfindən azad edilib 1207. ildə Qaşqar şəhərinə göndərildi. Amma Qaşqar şəhərinə çatmamış şəhərin bəyləri tərəfidən 1211. ildə öldürüldü. Bu hadisəni öyrənən Nayman hökümdarı Kuçluk xan Qaşqar şəhərinə daxil olub böyük qətliam törətdi.
I İbrahim Buğra xan
İbrahim bin Məhəmməd xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1057. ildə anası Xanısı xatın sarayda çevriliş edir, II Məhəmməd Buğra xan və ögey oğlu Hüseyn xanı zəhərliyir sonra oğlu İbrahim Buğra xanı hakimiyyətə gətirir.
Musa Baytaş Buğra xan
Musa Baytaş Buğra xan Qaraxani - Qaraxanilər dövlətinin xaqanı. 955. ildə atası Satıq Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Hakimiyyəti illərində Qaraxanilər dövlətinin ərazisində İslam dininin yayılmasını dəvam elətdirdi. Xanzadə Əli xan Qaraxani Xanzadə Nəsr bin Əli xan– Xanzadə Əli xan Qaraxaninin oğlu. Xanzadə Əhməd xan – Xanzadə Əli xan Qaraxaninin oğlu. Xanzadə Mənsur Arslan xan – Xanzadə Əli xan Qaraxaninin oğlu.

Digər lüğətlərdə