BULANMAQ

f.
1. Duruluğunu, saflığını, şəffaflığını, bərraqlığını itirmək. Arxın suyu bulandı.
// Tutqunlaşmaq. Mayenin rəngi gah ağarır, gah da bulanırdı.
2. Bulaşmaq, batmaq, kirlənmək. Uşağın üst-başı palçığa bulandı.
– Yaralı, al-qana boyanmış idim; Yıxılıb torpağa bulanmış idim. A.Səhhət.

3. Mədəsi qarışmaq, qusmaq ehtiyacı hiss etmək. Mədəsi bulanmaq. Ürəyi bulanmaq.
4. məc. Pozulmaq, xarablaşmaq, qarışmaq, tutulmaq.
– Axşam yaxınlaşdıqca, Həsən kişinin əhvalı bulanırdı. M.İbrahimov.

// Hava haqqında. Hava bulandı.
// Coşmaq, həyəcanlanmaq.
Bulandı dəryalar, həm daşdı sular; Qaynaqsız bulaqlar çayə dönübdür. Qurbani.
Mən ağ günlər şairiyəm; Fəqət yaman bir xəbərdən; Dəniz kimi bulannam mən. S.Vurğun.

// məc. Ölgünləşmək, hissiz bir hala gəlmək, tutqunlaşmaq. Zehni bulanmaq. Gözləri bulanmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BULANMAQ qarışmaq — öyümək — qaytarmaq
  • BULANMAQ qarışmaq — tutulmaq — xarablaşmaq — pozulmaq
  • BULANMAQ bulaşmaq — batmaq — kirlənmək

Omonimlər

  • BULANMAQ BULANMAQ I f. Batmaq, kirlənmək, duruluğunu itirmək. Yaralı alqana boyanmış idim; Yıxılıb torpağa bulanmış idim (A

Antonimlər (əks mənalı sözlər)

  • BULANMAQ BULANMAQ – AÇILMAQ Lakin ruzigar hələ tez-tez bulanırdı (M.İbrahimov); Göyün üzü açıldı. BULANMAQ – YAXŞILAŞMAQ Axşam yaxınlaşdıqca Həsən kişinin əhva
BULANMA
BULANTI

Digər lüğətlərdə