BUT

but1

n amma, lakin; Your ifs and buts make me tired Sənin / Sizin ammaların / ammalarınız məni cana / təngə gətirib; But me no buts Mənimlə mübahisə / cəhl etmə

but2

adv 1. da; də; He is still but a child O, hələ də uşaqdır

but3

conj 1. amma, lakin; That is the ride, but there are many exceptions Qanun budur, amma / lakin çoxlu müstəsnalar da var; 2. başqa, savayı, özgə; All but he were present Ondan başqa hamı iştirak edirdi; No one saw him, but I Məndən başqa onu heç kim görmədi; He works all day but Sunday O, bazar günündən başqa bütün günləri işləyir, 3. all sözü ilə birləşmədə: all ~ az qala; He all but fell O, az qala yıxıla; 4. yox; He is anything but a poet Ona hər şey demək olar, lakin şair yox

but4

part ancaq; hələ; He is but fifteen O ancaq / hələ on beş yaşındadır

BUSY
BUTCHER
OBASTAN VİKİ
Nobody but You
Nobody but You (azərb. Səndən başqa heç kəs‎) — Avstriyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sezar Sampson "Nobody but You" mahnısı ilə Avstriyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Bolqarıstanın 2016 və 2017 Avroviziya mahnılarını ərsəyə gətirən Boris Milanov, Sebastian Arman, Yoakim Persson və Yohan Alkenos tərəfindən bəstələnmişdir.
Nothing But a Heartache
Nothing But a Heartache (azərb. Heç bir iztirab‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnıdır.
Con Uilks But
Con Uilks But (ing. John Wilkes Booth; 10 may 1838 – 26 aprel 1865[…]) — 14 aprel 1865-ci ildə ABŞ prezidenti Abraham Linkolna Vaşinqtondakı Ford teatrında sui-qəsd təşkil edən amerikalı teatr aktyoru. Butun atası tanınmış Şekspir rolları ifaçısı Cunius Brutus But və anası Meri Anna Holms 1821-ci ildə İngiltərədən ABŞ-yə köçmüşlər. Ailə Harford Kauntidə, Merilenndəki Bel-Erdə bir ferma satın almışdır. Con Uilks But 10 may 1836-cı ildə bu fermada anadan olmuşdur. Ona ailənin uzaq qohumu olduğu iddia edilən ingilis radikal siyasətçi Con Uilksin adı verilmişdir. Butun uşaqlığının keçdiyi ev "Tudor Holl" ailənin Harford Kauntidəki torpağında 1847-ci ildə inşa edilmişdir və bu gün də qalmaqdadır. == Sui-qəsd == Butun atası Cunius Brutus But XIX əsrin tanınmış teatr aktyorlarından biri idi. O, özü də 1860-cı illərdə ABŞ-də artıq istedadlı teatr aktyoru kimi tanınırdı. But Konfederasiya hakimiyyətinin tərəfdarı idi və Cənubun vətəndaş müharibəsində məğlub olması onu qəzəbləndirmişdi.
Con Vilks But

Emil Butru
Emil Butru (28. 7. 1845, Paris yaxınlığında Monruj – 22. 11. 1921, Paris) — fransız filosofu. == Həyatı == Ali Normal Məktəbdə təhsil almışdır. 1888-ci ildən Paris Universitetinin professoru, 1912-ci ildən Fransa Akademiyasının üzvü idi. == Fəaliyyəti == Butru həyat, psixika və təfəkkür təzahürlərinin şərhində mexanistik determinizmə qarşı çıxaraq, varlığın maddi, instinktiv və şüurlu səviyyələri arasında radikal uçurum olduğunu iddia etmiş və vurğulamışdır ki, ali səviyyələr aşağı səviyyələrə müncər edilmir və onlardan asılı deyildir, onlara nəzərən “təsadüfidir”. Canlının keyfiyyət özü nəməxsusluğunu Butru iyerarxiya nizamına və fərdiləşməyə canatmada görürdü: “Həyat bu mənada əsl yaradıcılıqdır”. Butru ruhun ilkinliyini təsdiqləyərək hesab edirdi ki, varlığın səviyyələr iyerarxiyası azad ilahi yaradıcılıq aktının nəticəsidir.
Enlialın Butulkaburun balina
Enlialın butulkaburun, və ya şimal enlialın butulkaburunu (lat. Hyperoodon ampullatus) — Balinakimilər dəstəsinə, butulkaburun cinsinə aid iri məməli növü. Cinsə daxil olan iki növdən biridir. Bu növ XIX-XX əsrlərdə kütləvi ovlanmaya məruz qalmışdır. Bu məməlilər digər balinakimilər arasında ən dərinə dalan dalğıclardandırlar. Onlar okeanın 1453 m (4767 ft) dərinliklərinə enə bilirlər. == Xüsusiyyətləri == İri dəniz məməlisi 10—11 metr uzunluğa, 7,5 ton çəkiyə malik olurlar. Dərinə üzmələrinə baxmayaraq istirahəti əsasən dayazlıqlarda edirlər. Onlara insanlar və onların gəmiləri maraqlı gəldiyindən daha tez ovlanmalarına səbəb olur. Bu xüsusiyyətlər digər balinakimilərin bir qisminə də aiddir.
Enlialın butulkaburun

Evli buta
Buta (butə, puta) — qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.
Fate/stay night: Heaven's Feel II. lost butterfly
Fate/stay night: Heaven's Feel II. lost butterfly (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi II. itmiş kəpənək‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2019-cu ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının ikinci filmidir. Əvvəlki filmdə Müqəddəs qədəh döyüşündən kənar qalan və xidmətçisini itirən baş qəhrəman Şiro Emiya onun üçün dəyərli insan olan Sakura Mato və digər iştirakçılar üçün həll yolu axtarmağa çalışır. Filmin Yaponiyada premyerası 12 yanvar 2019-cu ildə ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel III. spring song" 15 avqust 2020-ci ildə buraxılmışdır. == Məzmun == Seyberin kölgə tərəfindən udulması və öldürülməsindən sonra Şiro Emiya Müqəddəs qədəh müharibəsindən kənar qalır və evinə məğlubiyyətlə qayıdır. Lakin döyüşməyə davam etmək qərarına gəlir. Rin Tosaka ilə görüşdən qayıdandan sonra Şiro başa düşür ki, Sakura Mato qardaşı Şinci tərəfindən qaçırılıb və Şinci ilə döyüşə girişir.
Gülabdan buta
Buta (butə, puta) — qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.
Həmli buta

Mişel Butor
Fransız roman və esse yazarı Mişel Butor (14 sentyabr 1926[…] – 24 avqust 2016[…]), 14 sentyabr 1926-cı ildə, Fransada Mons-en-Baroeul'da dünyaya gəlmişdir. 1947-ci ildə Sorbonne-də Fəlsəfə təhsilini tamamlayır. Daha sonra Gaston Bachelard'ın şagirdi olur. 1950-ci illərdə Fransada inkişaf edən Yeni Roman axınının qabaqda gələn nümayəndələrindən biridir. Selanik, Mançester və Cenevrədə bir sıra universitetlərdə müəllimliik etdi. 1970-ci ildə isə Vincennes-də professor oldu. Michel Butor, romanı fəlsəfə və şeirin bir qarışığı olaraq görər. 1957-ci ildə yazdığı "Dəyişmə" adlı romanında, təcrübi roman texnikasının sərhədlərinə çatdığı qəbul edilir. Bu romanı ilə "Renaudot" mükafatını qazanmışdır. 24 avqust tarixli 2016-cı ildə 89 yaşında vəfat etmişdir.
Pleurothallis butantanensis
Acianthera saundersiana (lat. Acianthera saundersiana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü. Pleurothallis saundersiana Rchb.f.
Premyer Liqa Qızıl Butsu
Premyer Liqa Qızıl Butsu İngiltərə Premyer Liqasında mövsüm ərzində ən çox qol vuran oyunçuya təqdim edilən illik futbol mükafatıdır. Sponsorluq anlaşmalarına görə mükafat 1994-cü ildən 2001-ci ilədək Karlinq Qızıl Butsu, 2001-ci ildən 2004-cü ilədək Barkleykard Qızıl Butsu, 2015-ci ildən başlayaraq isə Barkleys Qızıl Butsu kimi adlanır. Bundan əlavə mükafatın sahibinə mövsüm ərzində vurduğu hər qola görə adətən 1000 funt sterlinq pul mükafatı təqdim edilir. Həmçinin 2012/13 mövsümündə vurduğu 26 qol qarşılığında Robin van Persi toplam 30.000 funt sterlinq pul mükafatı əldə etmişdir. Premyer Liqa 1992-ci ildə yaranmışdır. Belə ki, birinci divizyonda çıxış edən klublar Futbol Liqasını tərk etdilər və beləcə maliyyə baxımından azad olan, şəxsi yayım hüququ və sponsor razılaşmaları olan liqa yarandı. Yeni yaranmış liqanın 1992/93 futbol mövsümünü təşkil etməsi üçün heç bir sponsoru yox idi ta ki Karlinq növbəti mövsüm üçün büdcəsi 12 milyon funt sterlinqi əhatə edən 4 illik müqavilə bağlayana qədər. Beləliklə ilk mövsümündə daxili çempionat Premyer Liqa adı ilə tanınırdı. Nəticədə ilk dəfə Teddi Şerinqam mükafatı qazanarkən bu Premyer Liqa Qızıl Butsu adlanırdı. O, bir mövsüm ərzində keçirdiyi 41 oyun ərzində 22 dəfə fərqlənə bilmişdi.
Strix butleri
Strix butleri (lat. Strix butleri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Adolf Butenandt
Adolf Friedrich Johann (24 mart 1903[…] – 18 yanvar 1995[…], Münxen)— Alman biokimyaçısı == Uğurları == O, cinsi hormonlar üzərində işinə görə 1939-cu ildə Lavoslav Ruziçka ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülüb. İkinci Dünya Müharibəsi səbəbindən mükafatını 1949-cu ildə–müharibədən sonra ala bilib. == Təhsili == Marbur Universiteti və Göttingen Universitetində təhsil alıb. == Fəaliyyəti == 1927-ci ildə Göttingen Universitetində doktorluq dərəcəsi almışdır. Daha sonra bu məktəbdə və Danziq Texniki Universitetində dərs demişdir. 1936-cı ildə Kayzer Vilhelm İnstitutunun, daha sonra Maks Plank İnstitutunun direktoru oldu. 1960-1972-ci illərdə Maks Plank Elmin İnkişafı Assosiasiyasının prezidenti olub. == Kəşfləri == Butenandt qadınlarda cinsi inkişafı və funksiyaları tənzimləyən estron hormonunu, daha sonra isə kişi cinsi hormonlarından biri olan androsteronu və qadınlarda progesteronu müəyyən edə bildi. Bu gün kortizonun genişmiqyaslı istehsalı Butenandtın bu mövzudakı işindən irəli gəlir.
Butan–Türkiyə münasibətləri
Butan–Türkiyə münasibətləri — Butan ilə Türkiyə arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli diplomatik münasibətlər.. == Diplomatik münasibətlər == 1865–1947-ci illərdə Butanın xarici münasibətlərinə Birləşmiş Krallıq rəhbərlik edirdi. 1949-cu ildə ikitərəfli münasibətlər qurmuş Hindistanın təlimatlarına əsasən, ölkə təcridçi beynəlxalq diplomatiyaya malik idi. Türkiyənin yardımı vasitəsilə Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiya, Ticarət və İnkişaf üzrə Konfransı və BMT-nin İnkişaf proqramı ilə koordinasiyada Əfqanıstan, Laos, Monqolustan və Nepalla birlikdə Butana "dənizə çıxışı olmayan ən az inkişaf etmiş ölkələr" xüsusi statusu verilmişdir. Türkiyənin inkişafa yardım vədlərinə baxmayaraq, Butan bu inkişaf proqramında iştirakdan imtina etmişdir. Hər iki ölkə 2012-ci ildə Ayla siklonunun yaratdığı dağıntılara cavab olaraq Türkiyənin Butana 10 milyon dollarlıq yardımından sonra rəsmi səviyyədə ikitərəfli münasibətlər qurmuşdur. == Kommersiya mübadiləsi == 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,58 milyon ABŞ dolları təşkil etmişdir. Türkiyə ixracınin 0,1 milyon ABŞ dolları, idxalı isə 1,48 milyon ABŞ dolları dəyərində olmuşdur.
Buteo jamaicensis
Qızılquyruq sar (lat. Buteo jamaicensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Haqqında == Qərbi Alyaskadan, Şimali Kanadaya, cənubda Panamaya və Kariblərə qədər Şimali Amerikanın bir çox bölgəsində törəyər, bu bölgədə ən məşhur olan Buteo növlərindən biridir. Qızıl quyruqlu şahin yaşadığı bölgədə bütün mühitə uyğunlaşa bilir. Görünüşləri və yaşadıqları yerlər ilə bir-birindən ayrılan 14 alt növü qəbul edilmişdir. Boyları 45-50 sm, qanad açıqlıqları 110-145sm və ağırlıqları 690-1600 qr arasında dəyişir. Bu ölçüləri ilə Şimali Amerikada yaşayan Buteo cinsi quşların ən böyük növlərindən biridir. Dişi növləri erkək növlərindən daha böyükdür. Bəzən ayrı növ olaraq qəbul edilən Harlan şahini aşağıda taksonomiya bölməsində göstərilmişdir. Qızıl quyruqlu şahinlər otlaqlar, meşələr,çöllər və bir çox bölgələr daxil olmaqla bir çox yerlərdə və yüksəklilkərdə yaşaya bilərlər.
Buteogallus
Buteogallus (lat. Buteogallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Buteogallus lacernulatus
Buteogallus lacernulatus (lat. Buteogallus lacernulatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin buteogallus cinsinə aid heyvan növü.
Butrus Bustani
Butrus Bustani (ərəb. بيار البستانى‎; 1819[…], Dibbiyyə[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 1 may 1883[…]) — maruni məzhəbli Livan filoloq-ensiklopediyaçısı və maarifçisi. O, ərəb intibahı ideyalarının ifadəçisi hesab edilir. Bustani birinci Suriya milliyətçisi hesab olunur. == Həyatı == Butrus Bustani 1819-cu ilin yanvarında anadan olmuşdur. O, 1847-ci ildə "Elm və incəsənəti öyrənən Suriya cəmiyyəti"nin banisi olmuş, ərəb jurnalistikasının yaradıcısı hesab edilir. Bustani 1863-cü ildə Beyrutda Milli məktəbin əsasını qoymuşdur. 1870 ildən "Əl-Cüneynə" ("Bağ") qəzetini, "Əl-Cənnən" ("Bağban")jurnalını, "Əl-Cənnə" ("Cənnət") həftəliyini dərc etdirmişdir. Çoxlu məqalə və məruzələr ("Qadın təhsili haqqında", 1848; "Ərəblərin ədəbiyyatı haqqında", 1856 və s.) yazmışdır. Ərəb dilində "Mühit əl-mühit" ("Ümmanlar ümmanı", 1867–1870) izahlı lüğətini hazırlamışdır.
Butulkaburunlar
Butulkaburunlar (lat. Hyperoodontinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Sake butulkası
Tokkuri (徳利) və ya bəzən tokuri – sake süzmək və saxlamaq üçün istifadə olunan butulka. Əsasən keramikadan hazırlanır. "Tokkuri" sözünün mənşəyi sake süzərkən çıxan səslə (yaponca "tokuri-tokuri") bağlıdır. Digər bir versiyaya görə bu söz koreya mənşəli olub "tokku uru" ("bərk keramika") ifadəsindən yaranmışdır. Plastik butulkaların ixtirasına qədərki dövrdə yaponlar sake, soya sousu və yağ kimi maye məhsulları saxlamaq üçün tokkuridən geniş istifadə edirdilər. Sake satıcıları sakeni tokkurilərlə satırdılar və üzərinə dükkanın və ya brendin adını yazırdılar. Müştərilər sakeni içib bitirdikdən sonra boş tokkurini qaytarırdılar və pul alırdılar. Bu praktika kayoy tokkuri adlanırdı. Tokkuri əsasən keramikadan hazırlansa da, metal və ya şüşədən də hazırlana bilər. Həcmi 0,18–1,8 litr arasında dəyişir.
Butneria
Calycanthus (lat. Calycanthus) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin calycanthaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Növləri == Calycanthus brockianus Ferry & Ferry f. Calycanthus chinensis (W.C.Cheng & S.Y.Chang) W.C.Cheng & S.Y.Chang ex P.T.Li Calycanthus floridus L. Calycanthus occidentalis Hook. & Arn.
Butneria florida
Calycanthus floridus (lat. Calycanthus floridus) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin calycanthaceae fəsiləsinin calycanthus cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın cənub-şərqində Virginiyadan tutmuş, Şimali Karolina, Florida, Alabama və Missisipiyə qədər yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan, budaqlanan, yarpağını tökən koldur. Cavan budaqları nazik, yumşaq tüklü, qəhvəyi rəngdə olub, üzəri çoxlu miqdarda açıq mərciməklərlə örtülmüşdür. Yarpaqları iti və ya sivriləşmiş, nadir hallarda küt pazvari, dairəvi enli yumurtavari, ellips və ya ensiz-ellips şəklində olub, uzunluğu 6–12 sm, eni 4–6 sm-ə çatır, cavan vaxtı hər iki tərəfdən tükcüklərlə örtülü olur. Saplaqları 0,5–1 sm uzunluqdadır. Mayda çiçəkləyir. Çiçəkləri 3,5–7 sm diametrində, qəhvəyi-qırmızı rəngdə olub, qoltuq zoğlarının uclarında yerləşir. Erkəkciklər 10–30 ədəddir, spiral şəklində yerləşmişdir.
Dracaena butayei
Ətirli drasena (lat. Dracaena fragrans) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü. == Təbii yayılması == Afrikanın tropiklərində yayılıb. == Botaniki xarakteristikası == Hündürlüyü 150-250 sm-dir. Düz gövdəli bitki olub, qalın, oduncaqlaşmış, əsasən budaqlanan və yarpaqlarla sıx örtülmüş çoxillik bitkidir. Yarpağının uzunluğu 50 sm, eni 5 sm, kənarları ağ zolaqlıdır. Salxımşəkilli qoltuq çiçək qruplarına yığılmışdır; üstdən tünd-qırmızı, içərisi ağdır, xoşagəlməz qoxusu vardır. Meyvəsi narıncı giləmeyvədir. Uc qələmləri və uzunluğu təxminən 10 sm olan gövdənin hissələri ilə çoxaldılır. == Ekologiyası == Parlaq, düz günəş şüalarından qorunmalıdır.
To Pimp a Butterfly
To Pimp a Butterfly — ABŞ repçisi Kendrik Lamarın üçüncü studiya albomu. 15 mart 2015-ci ildə Top Dawg Entertainment, Aftermath Entertainment və Interscope Records tərəfindən buraxılıb.

Digər lüğətlərdə