is. [
ər. ]
1. Bu dünyada günah işlər görmüş adamların öldükdən sonra əbədi əzab çəkəcəkləri yer.
[Xortdan:] Nagah xəyalıma cəhənnəm düşdü. Ə.Haqverdiyev.
[Arvadı ustaya:] A kişi, ağanın … dalınca o qədər adam gedəcək ki, onda qıl körpüdən keçə bilmərik, … cəhənnəmə töküllük. Çəmənzəminli.
2. məc. Son dərəcə əzablı, əziyyətli, işgəncəli, dözülməz şərait, mühit haqqında.
[Yaşlı kişi:] O ili bağ mövsümü mənim üçün bir cəhənnəm kimi keçdi. S.Hüseyn.
[Ramazan:] Əgər keçmişdə cəhənnəmi görmək istəsəydin, gərək Bakı mədənlərinə gələydin. M.Hüseyn.
// Dözülməz dərəcədə isti yer.
Səqfi, divarları, döşəməsi nəm; Qışda buzxanadır, yayda cəhənnəm. H.K.Sanılı.
Yayı cəhənnəm qədər isti olan … bu qəsəbədən milyonlarla adam keçmişdir. Ə.Əbülhəsən.
◊ Cəhənnəm ol! – çıx get! Rədd ol! [Məşədi Zeynəb acıqlı və ucadan:] Cəhənnəm olun buradan, yoxsa, vallah, bu daşnan vurub başınızı yararam. C.Məmmədquluzadə.
[Məşədi İbad Həsən bəyə:] Cəhənnəm ol o yana, mürtəd! Mənə meymun deyib, sonra da əl verirsən? Ü.Hacıbəyov.
[Yusif:] Qoy cəhənnəm olsun! [Səməd:] Qaradonlunu dindirən xeyir tapmaz. İ.Hüseynov.
Cəhənnəmdən biletsiz qaçan – çox kifir, eybəcər adam haqqında.
Mümkün deyil ki, Bədircahana küpəgirən qarı, ya ki cəhənnəmdən biletsiz qaçan deməyəsən. N.Vəzirov.
Cəhənnəmə ki… – nə işimə, nə vecimə, nə olsun ki (laqeydlik bildirir).