CAZİMƏ
CEYHUNƏ
OBASTAN VİKİ
Ceyhun
Ceyhun — kişi adı. Mənası valeh olmaq anlamına gəlir. Ceyhun Mirzəyev — Azərbaycan aktyoru, rejissor, rejissor assistenti. Ceyhun Mollazadə — AzQTel MMC-nin prezdenti, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri (1992-1993). Ceyhun Məmmədov Ceyhun Məmmədov (idmançı) — sambo üzrə 9 dəfə dünya çempionu, Azərbaycan Sambo Federsiyasının prezidenti Ceyhun Məmmədov (aktyor) (d.21 iyun 1982-ci il) — aktyor Ceyhun Kərimov — şəhid Ceyhun Nağı — Azərbaycanlı jurnalist. Ceyhun Həmidova — Ceyhun Əşrəfov Digər Ceyhun — Amudəryanın başqa adı. Ceyhuni — Azərbaycanın milli rəqsi.
Ceyhun Adgözəlov
Ceyhun Çoban oğlu Adgözəlov (12 oktyabr 1994, Azadkənd, Saatlı rayonu – 6 noyabr 2020, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Adgözəlov 12 oktyabr 1994-cü ildə Saatlı rayonunun Azadkənd kəndində anadan olmuşdur. Əslən Şamaxı rayonundan idi. Sərbəst güləş üzrə bir sıra rayon, məktəb turnirlərində dərəcə tutmuşdur. Nişanlı idi. == Hərbi xidməti == Ceyhun Adgözəlov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət xidmət etmişdir. Xidmətini başa vurduqdan sonra mülki şəxs olaraq çalışmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Adgözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ceyhun Adgözəlov 6 noyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Ceyhun Adışirinov
Ceyhun Vaqif oğlu Adışirinov — Azərbaycan futbolçusu. == İdman karyerası == Ceyhun Adışirinov "Şahdağ", MOİK, "Bakılı", "MKT-Araz", "Qəbələ", "Karvan", "Qarabağ" klublarında, Azərbaycanın olimpiya və milli yığma komandalarında oynayıb. == Həbs edilməsi == 2009-cu ildə Ceyhun şəxsi avtomobili ilə magistral yolun piyadaların keçidi qadağan olunmuş yerində bir qadını vurub. Ceyhun 2009-cu ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 il 6 ay müddətinə cəzaya məhkum edilib.
Ceyhun Allahverdiyev
Ceyhun Allahverdiyev (17 iyul 1972, Sumqayıt) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2011), dosent (2006), professor (2013), prezident mükafatçısı (2022), bəstəkar, pianoçu, pedaqoq. == Həyatı == Ceyhun Kərim oğlu Allahverdiyev 17 iyul 1972-ci ildə Sumqayıt şəhərində mühəndis ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini (1979–1986) Sumqayıt şəhər 1 saylı uşaq musiqi məktəbinin fortepiano sinfində (Kəmalə Səmədzadənin sinfində), orta musiqi təhsilini isə Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunda (indiki Sumqayıt Musiqi Kolleci) fortepiano sinfində (1987–1990) (Əfqan Salayevin sinfində) almışdır. Texnikumu vaxtından bir il öncə bitirərək, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında professor Arif Məlikovun bəstəkarlıq sinfində (1990–1995) və professor Elmira Əliyevanın fortepiano sinfində (1992–1997) təhsilini davam etdirmişdir. 1995-ci ildə diplom işi kimi ilk iri həcmli əsərini – "Azərbaycan" simfoniyasını təqdim edərək bəstəkarlıq, 1997-ci ildə isə fortepiano ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Arif Məlikovun sinfində bəstəkarlıq ixtisası üzrə aspiranturanı bitirərək, elə həmin ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. 1999-cu ildə musiqi sənəti sahəsində qazandığı uğurlara görə Azərbaycan Gənclər günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur. Azərbaycanda keçirilən elmi konfrans və konsertlərdə çıxış edərək, həmçinin Suriyada keçirilən Beynəlxalq Uşaq Festivalında (1986), Moldovanın Tiraspol şəhərində keçirilən Beynəlxalq müsabiqədə pianoçu kimi laureat olmuş (1989), Kiprdə keçirilən Beynəlxalq simpoziumda (2001), İstanbulda keçirilən Pera Beynəlxalq Piano Festivallarında (2010, 2011, 2015) müəllif konsertləri ilə çıxış etmiş, diplomlarla təltif olunmuşdur. 1999-cu ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasında müəllim vəzifəsində çalışmağa başlamış, 2006-cı ildə dosent vəzifəsində, 2013-cü ildə professor vəzifəsinə keçmiş, 2014-cü ildə isə professor vəzifəsinə təsdiq olunmuşdur. Hal-hazırda isə həmin kafedrada professor vəzifəsində çalışır.
Ceyhun Ağayev
Ceyhun Cəmil oğlu Ağayev (9 avqust 1991, Mircəlal, Saatlı rayonu – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Ceyhun Ağayev 9 avqust 1991-cu ildə Saatlı rayonunun Mircəlal kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ceyhun Ağayev 6 noyabr 2020-ci ildə Xocavənd rayonunun Sirik-Mülküdərə istiqamətində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Ağayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ceyhun Bayramov
Ceyhun Əziz oğlu Bayramov (25 iyun 1973, Bakı) — Azərbaycan diplomatı və dövlət xadimi, Azərbaycan Respublikasının xarici işlər naziri (2020-ci ildən), Azərbaycan Respublikasının təhsil naziri (2018–2020). == Həyatı == Əslən Gədəbəyin Nərimankənd kəndindən olan Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib. 1996–2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000–2002-ci illərdə "Salans Hertzfeld & Heilbronn (Baku) Limited" şirkətində hüquqşünas, 2002–2013-cü illərdə isə "OMNİ" hüquq şirkətinin direktoru olub. 2004–2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan "Chambers Global", "IFLR1000" və "Legal500" tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyul 2020-ci il tarixli sərəncamı ilə xarici işlər naziri vəzifəsinə təyin olunub.
Ceyhun Camalov
Ceyhun Fikrət oğlu Camalov (17 yanvar 1983, Yenikənd, Quba rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Vətən Müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Ceyhun Fikrət oğlu Camalov 17 yanvar 1983-cü ildə Quba rayonunun Yenikənd kəndində anadan olub. 1999-cu ildə şəhid Mehman Ağayev adına Yenikənd kənd tam orta məktəbini bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olub. == Hərbi Xidməti == 2016-cı ildə Ceyhun Camalov Aprel döyüşlərində iştirak edib. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın işğaldan azad edilməsi döyüşlərində xüsusi təyinatlı kimi iştirak etmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Ceyhun Camalova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli sərəncamı ilə Ceyhun Camalov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli sərəncamı ilə Ceyhun Camalov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Ceyhun Cavadov
Ceyhun Seyidəhməd oğlu Cavadov (5 oktyabr 1992-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. == Bioqrafiyası == == Klub karyerası == === Çempionat === Ceyhun Cavadov öz peşəkar futbolçu karyerasına Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Abşeron və Neftçala klublarında start vermişdir. 2013-cü ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Rəvan klubuna transfer olmuşdur. === Kubok === 2012-ci ildə Neftçala klubunun tərkibində Azərbaycan Kubokunda iki oyun çıxmışdır.
Ceyhun Cümşüdov
Cümşüdov Ceyhun Şükür oğlu — Azərbaycan rejissoru, prodüser, aktyor. == Həyatı == Ceyhun Cümşüdov 13 yanvar 1973-cü ildə Şabran şəhərində (Dəvəçi) anadan olub.İlk orta təhsilni Şabran şəhər Tofiq Abbasov adına bir npmrəli orta məktəbində alıb.(1980-1990) Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsində təhsil alıb (1997-2001).Yeni Azərbaycan Partiyasının üzv seçilib.(1997) Azərbaycan Dövlət Gənclər Teatrında aktyor,(2002-2006) AzTV-də və 2006-2019 ilədək İctimai TV-də böyük rejissor,Həmkarlar ittifaqında ,təftiş komisyasının üzvü və sədri vəzifəsində çalışıb.2017 ci illərdə, vətənpərvərlik mövzusunda çəkdiyi filmlərə görə "Fədai" və "Vətən naminə" medalları ilə təltif olunub.2011-2019 ci ildək Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri ictimai birliyin üzvü və İctimayətlə əlaqələr üzrə referenti,2019 cu ilin iyun ayından həmin təşkilatın mətbuat xidmətinin rəhbəri vəzifəsində şalışır. 2015-cü ildən "peşəkar rejissorlar gidiyası"nın 2019 cü ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. 2022-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində prodüser vəzifəsidə çalışır. Ailəlidir üç övladı var. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) (rejissor assistenti) Bizim jek (film, 2010) (rejissor və aktyor) Şans (film, 2004) (rejissor assistenti) Qovğalı kəndinin gecələri (film, 2008) (aktyor, prodüser) Sonuncu dərviş (film, 2009) (prodüser) 220 №-li otaq (film, 2010)(aktyor) Saqqallı uşaq (film, 2010) (qurluşçu rejissor) Gəl təzədən evlənək (film, 2012) (qurluşçu rejissor) Üç görüş (film, 2012) (qurluşçu rejissor) Yollar uzanan gün... (film, 2014) (qurluşçu rejissor) Vətənim Azərbaycan (sənədli film,2019)(ssenari müəllifi və rejissoru) 12. Sözün sehri (rejissor) 13. Ədəbi ensiklopediya (rejissor) 14. Azərbaycan klassikləri (rejissor) 15.
Ceyhun Nağı
Ceyhun Nağıyev (d. 1972 – ö. 2011) — Həftə içi qəzetinin sabiq redaktoru, əmək fəaliyyəti dövründə müxtəlif mətbuat orqanlarında çalışmış azərbaycanlı jurnalist. == Həyatı və əmək fəaliyyəti == Ceyhun Aşır oğlu Nağıyev 1972-ci il 7 oktyabr tarixində Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. 1982-ci ildə orta məktəb təhsilini davam etdirmək üçün Bozalqanlı orta məktəbində təhsil almış və 1989-cu ildə isə həmin məktəbi bitirmişdir. Ceyhun Nağıyev, 1988-ci ildə Neft Akademiyasının məktəblərarası keçirdiyi Kimya olimpiyadasında II yer, 1989-cu ildə isə I yer tutmuşdur. Orta məktəbdən məzun olduğu il ali məktəbə daxil ola bilməyən jurnalist 1991-ci ildə hərbi xidmətə yollanır. Ceyhun Nağının hərbi xidməti SSRİ imperiyasının dağılması illərinə təsadüf etdiyindən o, iki ölkənin ordusunda xidmət keçməli olur. Sovet ordusu tərkibində Krasnodar şəhərində hərbi xidmət keçdiyi müddət də imperiyanın dağılması səbəbindən Gəncə şəhərinə göndərilir və yerdə qalan xidmətini burada Azərbaycan ordusunun tərkibində tamamlayır. Hərbi xidmətdən sonra bir necə dəfə Azərbaycan Tibb Universitetinə sənəd versə də, qəbul ola bilmir.
Ceyhun Niftəliyev
Ceyhun Bahadur oğlu Niftəliyev (5 noyabr 1972, Xanlar – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Niftəliyev 1972-ci il noyabrın 5-də Göygöl şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Ceyhun Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ceyhun Niftəliyev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Göygöl şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Ceyhun Nüsrətli
Ceyhun Nüsrətli (azərb. Ceyhun Aqil oğlu Nüsrətli‎; d. 8 aprel 1995, Beyləqan — ö. 29 sentyabr 2020, Ağdərə) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nüsrətli Ceyhun Aqil oğlu 8 aprel 1995-ci ildə Beyləqanda doğulub. Ceyhunun ailəsi Füzuli rayonunun Dilağarda kəndindəndir. Füzuli işğal olunandan sonra ailə bir müddət Beyləqandakı Xocavənd qəsəbəsində məskunlaşır. 2001-ci ildə Füzuli rayon 55 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsinə qəbul olunub. 2016-cı ildə həmin ali məktəbi bitirib.
Ceyhun Nəhmətov
Ceyhun Ehtiqad oğlu Nəhmətov (8 sentyabr 1994, Mərdəkan – 8 noyabr 2020, Ağbənd, Zəngilan rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Nəhmətov 8 sentyabr 1994-cü ildə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində anadan olmuşdur. 2001–2012 ci illərdə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində 123 saylı orta məktəbdə təhsil almışdır. 2012-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olmuşdur. == Hərbi xidməti == 2016-cı ildə Dövlət Sərhəd Xidməti Akademiyasını Leytenant rütbəsi ilə bitirmişdir və həmin ildə Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində iş fəaliyyətinə başlamışdır. 2018 ci ildə Qazax Sərhəd dəstəsinə yollanaraq orada Zastava rəisi vəzifəsində işini davam etmişdir. 2019-cu ildə isə Zaqatala Sərhəd Dəstəsinə yollanaraq xidmətini davam etdirmişdir. 2020-ci ildə döyüşlərdən əvvəl Xüsusi Təyinatlı Qruplarında təlim keçərək sentyabr ayının 27-dən Xüsusi Təyinatlı olaraq döyüşlərə başlamışdır. Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın karidoru, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak eləmişdir Cəbrayılın azad edilməsində ayağından qəlpə yarası almağına baxmayarağ döyüşə davam eləmişdir. Əlində qumbara ilə erməni səngərində 7–8 ermənini birdən partladıb məhv eləmişdir.
Ceyhun Ocadov
Ceyhun Ocadov (d. 27 iyun 1984, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 26 yanvar 2017, Bakı, Azərbaycan) — Azərbaycan müasir incəsənət rəssamı. == Həyatı == 1984-cü il iyunun 27-də Bakıda doğulub. 1991-ci ildən 2001-ci ilə qədər Bakıda 53 saylı orta məktəbdə oxuyub. 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub. 2012-ci il dekabrın 18-də Ceyhun Ocadov rəssam Faiq Əhmədi onun işlərini plagiat etməsində ittiham edib. == Sərgiləri == === Qrup sərgiləri === 2003 — Aluminium. Art + New Technologies. Beynəlxalq incəsənət sərgisi.
Ceyhun Orucov
Ceyhun Namaz oğlu Orucov (17 dekabr 1996, Nağaraxana, Şamaxı rayonu – 30 oktyabr 2020, Füzuli rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Orucov 1996-cı il dekabrın 17-də Şamaxı rayonunun Nağaraxana kəndində anadan olub. 2003-2014-cü illərdə A.S.Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ceyhun Orucov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Ceyhun Orucov gizirlik kurslarından keçərək "gizir" hərbi rütbəsinə yiyələnib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ceyhun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ceyhun Orucov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Ceyhun Osmanlı
Ceyhun Yunis oğlu Osmanlı (30 yanvar 1982, Bakı) — ictimai-siyasi xadim, tədqiqatçı və analitik, Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı, "İrəli" İctimai Birliyinin təsisçisi və ilk sədri (2008–2012), Azərbaycan Yaşıllar Hərəkatınının sədri, TLM – Təşəbbüslər və Layihələr Mərkəzinin təsisçisi və direktoru. == Həyatı == Ceyhun Osmanlı 30 yanvar 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989–1999-cu illərdə Bakıda orta təhsil almış, 1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olmuşdur. 2003-cü ildə politologiya ixtisası üzrə bakalavr pilləsini, 2005-ci ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Ceyhun Osmanlı 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantura pilləsinə daxil olmuş və 2015-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Dosentdir. 2007-ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən "SENSE" proqramının, 2008-ci ildə Harvard Universitetinin "Liderlər inkişafda" proqramının, 2018-ci ildə İsveçin KTH Kral Texnologiya İnstitutunun "Milli və institutsional səviyyədə keyfiyyətin təminatı" proqramının, Litvanın EKT – İqtisadi Konsaltinq və Tədqiqat Mərkəzinin "Ali təhsil müəssisələrində keyfiyyətin təminatı sisteminin inkişafı" proqramının, 2019-cu ildə Böyük Britaniyanın "EduCare Learning Ltd."-nin "Gənclərin qorunması" proqramının, Böyük Britaniyanın Midlseks Universitetinin "Keyfiyyətin təminatı sistemlərinin yaradılması və inkişafı" proqramının iştirakçısı olmuşdur. 2019-cu ildə İsveçrənin Montrö Biznes Məktəbinin fəxri professoru adına layiq görülmüşdür. 2012-ci ilin aprel ayından Texasın fəxri vətəndaşıdır. Azərbaycan, rus, ingilis və türk dillərini bilir.
Ceyhun Qala
Ceyhun Qala (tam adı: Ceyhun Abdul oglu Əliyev, doğum tarixi: 12 mart 1983) — azərbaycanlı müğənni. == Həyatı == Ceyhun Abdul oğlu Əliyev, 1983-cü il martın 12-də Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə böyük marağı və həvəsi ilə diqqət çəkmişdir. Bunu görən valideynləri onu Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 3 nömrəli uşaq musiqi məktəbinə qoymuşlar. 2004-cü ildə Azərbaycan Milli Konservatoriyasında təhsil almağa başlayan Ceyhun, Teymur Əmrahdan vokal və xalq artisti Canəli Əkbərovdan muğam dərsləri almışdır. Ceyhun Əliyevin musiqi istedadının inkişafında və formalaşmasında Azərbaycanın tanınmış incəsənət ustaları, muğam ifaçılarının və xarici musiqiçılərin böyük rolu olmuşdur. Ceyhun daim xalq artistləri Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rəşid Behbudov, xarici musiqi ustaları Beatles, Elvis Presli, Maykl Cekson ve başqalarının sənət nümunələrindən bəhrələnmişdir. 2013-cü ildə Nailə xanimla ailə həyatı qurub. Bir qızı və bir oglu var. == Musiqi karyerası == 2006 ilde “Bir möcüzə idi” mahnısı ilə “Qala” qrupuna gəlib.
Ceyhun Rzayev
Ceyhun İsmayıl oğlu Rzayev (16 sentyabr 1994, Bərdə – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Rzayev 1994-cü il sentyabrın 16-da Bərdə şəhərində anadan olub. Əslən Laçın rayonundan idi. Ailədə 2 uşaq olublar, 1 bacı, 1 qardaş. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Ceyhun Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Rzayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Bərdə şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Rzayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Rzayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ceyhun Rüstəmbəyli
Rüstəmbəyli Ceyhun Həsən oğlu (d. 7 aprel, 1963) — rəssam. == Həyatı == Ceyhun Rüstəmbəyli 7 aprel 1963-cü ildə Salyan şəhərində dünyaya gəlib. 1980-ci ildə 84 saylı Bakı şəhər texniki məktəbinə daxil olub, 1982-ci ildə "Reklam" tərtibat işləri üzrə icraçı rəssam peşəsi üzrə məktəbin tam kursunu bitirib. 1984–1998-ci illərdə Salyan şəhər "Babək" kinoteatrında rəssam vəzifəsində çalışıb. 1998-ci ildən Salyan Dövlət Kukla Teatrında baş rəssam vəzifəsində işləyir.
Ceyhun Sultanov
Ceyhun Sultanov (12 iyun 1979, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbol mütəxəssisi, keçmiş futbolçu, Bakı FK-nın seleksiyaçı məşqçisi. Fərid Bakı, Neftçi Bakı, Dinamo Bakı, Maşinsazi Təbriz, Xəzər-Lənkəran, Kəpəz Gəncə, Sumqayıt, Qəbələ klublarının heyətində çıxış edib. == Həyatı == Ceyhun Sultanov Bakı şəhərində anadan olub. 10 yaşından etibarən futbolla məşğul olur. Top oyununun sirlərinə Vaqif Paşayevin rəhbərliyi altında yiyələnib. Ceyhun Sultanov orta təhsilini 9-cu sinifə qədər 20 nömrəli, daha sonra isə 277 nömrəli məktəbdə alıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Ailəlidir, 3 qız övladı var. == Karyerası == Artıq 16 yaşında yüksək liqada debüt edib. Sultanov bu şansı Ruslan Abdullayevin çalışdırdığı Fərid Bakı klubunda qazanıb.
Ceyhun Səfərov
Ceyhun Səfərov (Ceyhun Akif oğlu Səfərov) - Lerik rayonunda İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Ceyhun Akif oğlu Səfərov 12 iyun 1995-ci ildə Lerik rayonunun Cənginəvud kəndində anadan olub. Bir bacı 3 qardaş olmaqla ailədə 6 nəfər olublar. Ceyhun evin ən kiçiyi idi. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2001-ci ildə Lerik rayonu Vizəzəmin kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2012-cu ildə həmin məktəbi bitirib. == Hərbi xidməti == Təhsilini başa vurduqdan sonra bir müddət təsərrüfatla məşğul olub. 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Ceyhun Goranboy rayonunda xidmət edib. 2015-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdıb. == İkinci Qarabağ müharibəsində iştirakı == Səfərov Ceyhun 2020-ci ildə könüllü olaraq Lerik rayon Hərbi Komissarlığında qeydiyyatdan keçir və 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində iştirak edir.
Ceyhun Səlimov
Səlimov Ceyhun Aqil oğlu (23 dekabr 1970, Bakı – 13 iyul 1992, Çıraqlı, Ağdərə rayonu) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş şəhid, keçmiş "Papanin" küçəsi Ceyhun Səlimovun adını daşıyır. == Həyatı == 1970-ci ilin 23 dekabrında Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayonundakı 9 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı şəhərindəki 54 nömrəli texniki peşə məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirərək yol maşınları çilingəri peşəsinə yiyələnmişdir. 1990-cı il iyun ayının 25-də hərbi xidmətə çağırılıb. O, hərbi xidmətdə tankçı peşəsinə mükəmməl yiyələnir. Azərbaycana qarşı Ermənistanın işğalçılıq müharibəsinə dözməyən və Rusiya hökumətinin ermənipərəst mövqeyini hiss edən Ceyhun hərbi xidmətin müddətini başa çatmasını gözləmədən Bakıya qayıdır və az sonra valideynlərinə demədən Milli Ordunun Xüsusi Təyinatlı bölməsində tankçı kimi xidmətə başlayır. Evdəki nərdtaxtanın içərisinə qoyub getdiyi məktubunda Ceyhun yazmışdı: "Ata, sən məni kişi kimi tərbiyə etdiyinə görə çox sağ ol… Mən Şuşaya getdim…Vətənini qəlbdən sevən oğlunuz Ceyhun Səlimov." == Döyüş yolu == O, 777-ci Xüsusi Təyinatlı hərbi hissənin tərkibində Şuşaya yollanır. O, cəsur və qorxmaz bir oğlan idi. Ceyhun döyüşə gülə-gülə, zarafat edə-edə gedirdi.
Ceyhun Talıbzadə
Ceyhun Aqil oğlu Talıbzadə (1 dekabr 1994, Şorsulu, Salyan, Azərbaycan — 18 oktyabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Talıbzadə 1994-cü il dekabrın 1-də Salyan rayonu Şorsulu kəndində anadan olub. 2012-ci ildə Şorsulu kənd məktəbini bitirib. Bakı şəhərində Sərbəst güləş üzrə keçirilən Yeniyetmələr arasında Azərbaycan Birinciliyində 2-ci yer qazanıb . 2013–2014-cü ildə hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ceyhun Talıbzadə də səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ceyhun Talıbzadə Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində savaşıb. Ceyhun Talıbzadə 18 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ceyhun Talıbzadə Şorsulu kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ceyhun Useynov
Ceyhun Elşad oğlu Useynov (9 mart 1990, Abşeron rayonu – 7 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Useynov Ailəli idi.Dəniz adlı bir qız övladı yadigar qalıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Useynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Useynov oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Abşeron rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Useynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Useynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Useynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Useynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Useynov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Ceyhun Xəlilov
Ceyhun Azər oğlu Xəlilov (22 sentyabr 2001, Padarqışlaq, Ağsu rayonu – 28 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Xəlilov 22 sentyabr 2001-ci il tarixdə Azərbaycanın Ağsu rayonunun Padarqışlaq kəndində anadan olmuşdur. == Hərbi xidməti == Ceyhun Xəlilov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Xəlilov növbəti gün Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == İrsi == 18 may 2021-ci il tarixində Xəlilovun anadan olduğu Padarqışlaq kəndində onun adına tikilən bulağın açılışı olmuşdur. Açılış mərasimində rayonun rəhbər şəxsləri və kənd sakinləri iştirak etmişdir. Bulağın açılış mərasimdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının I müavini Füzuli Kərimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi Aqşin Xancanov və başqaları çıxış etmişdir.
B-3 (Ceyhun Səlimov) metrostansiyası
8 Noyabr — Bakı metrosunun 29 may 2021-ci ildə istifadəyə verilən stansiyası. Stansiyaya Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Zəfər Günü münasibətilə "8 Noyabr" adı verilib. Hal-hazırda istifadəyə verilən bu metrostansiya Nəsimi rayonu ərazisində, Ceyhun Səlimov (Papanin) küçəsində Hərbi Hospitalla üzbəüz yerləşir. "8 Noyabr" stansiyası 29.05.2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Stansiyaya daxil olan qatarlarda Oqtay Zülfüqarovun bəstələdiyi "Şənlən, mənim xalqım" mahnısından fraqment səslənir.
Ceyhun Abbasov (biznesmen)
Ceyhun Abbasov (gizir)
Ceyhun Natiq oğlu Abbasov (8 fevral 1986, Bakı – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Abbasov 1986-cı il fevralın 8-də Bakı şəhərində anadan olub. Orta təhsilini Xətai rayonunda Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Ceyhun Abbasov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Snayper Taborunun Komandiri idi. Ceyhun Abbasov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində baş verən Aprel döyüşlərində savaşıb. Döyüşlər zamanı fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Ceyhun Abbasov 2020-ci ilin 12-16 iyulunda Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində baş verən Tovuz döyüşlərində savaşıb.

Digər lüğətlərdə