Ceyhun Aqil oğlu Talıbzadə (1 dekabr 1994, Şorsulu, Salyan, Azərbaycan — 18 oktyabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Ceyhun Talıbzadə | |
---|---|
Ceyhun Aqil oğlu Talıbzadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şorsulu, Salyan, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Salyan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | , , , , |
Ceyhun Talıbzadə 1994-cü il dekabrın 1-də Salyan rayonu Şorsulu kəndində anadan olub. 2012-ci ildə Şorsulu kənd məktəbini bitirib. Bakı şəhərində Sərbəst güləş üzrə keçirilən Yeniyetmələr arasında Azərbaycan Birinciliyində 2-ci yer qazanıb . 2013–2014-cü ildə hərbi xidmətdə olmuşdur.[2][3][4]
2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ceyhun Talıbzadə də səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ceyhun Talıbzadə Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində savaşıb. Ceyhun Talıbzadə 18 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ceyhun Talıbzadə Şorsulu kənd qəbiristanlığında torpağa tapşırılmışdır.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "İgidliyə görə" ilə təltif edildi.[10]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ceyhun Talıbzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[11]