DÜZ – DOLAMA Düz yolla getməyi özünə ölüm bilir. Dolama yollarda maşının sizi nə qədər atıb-tutduğunu təsəvvür edin (S.Vəliyev).
DÜZ – XOR Ovçu ovun düz görə; Düz dolana, düz görə; Mən yara neylədim ki; Atdı məni göz görə (Bayatı); Xor baxarsan, ac qalarsan (Ata. sözü).
DÜZ – KÖNDƏLƏN Yolu gah düzünə, gah köndələninə getmişdim, şəhərin axşam qaynarındakı izdiham içində çox sıxcalanmışdım, çox çalxalanmışdım... (Ə.Məmmədxanlı).
DÜZ – NAHAMVAR Düz yolla gedən yorulmaz (Ata. sözü); Evin nahamvar palçıq döşəməsinə kandar tərəfdə xaral sərilmişdi (S.Qədirzadə).
DÜZ – YALAN Düz sözə nə demək olar?! (İ.Əfəndiyev); Yalan sözə nə verirlər (“Ulduz”).
DÜZ – YAMAN Bircə sən düz adamsan (C.Əmirov); Bu dünyada üç şey başa bəladı; yaman oğul, yaman arvad, yaman at (Aşıq Ələsgər).
DÜZ – YANLIŞ Ona elə gəldi ki, döyüşçü düz məlumat vermir (S.Vəliyev); Elə isə, qızım, mənə yanlış məlumat veriblər (S.Vəliyev).