DƏRAB
DƏRDAYIL
OBASTAN VİKİ
Kommuna (Dərbənd)
Kommuna - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 866 nəfər azərbaycanlı yaşamaqda idi. Əhalisi şiə məzhəbində etiqad edir.
Padar (Dərbənd)
Padar — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kəndin əski adı Atabəydir. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 633 nəfər əhali yaşayırdı. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 2,120 nəfər azərbaycanlı yaşamaqda idi. Kəndin dəqiq salınma tarixi məlum olmasa da buradakı qəbristanlıqda yerləşən ən qədim məzar daşı 1400-cü ilə aiddir. == Mənbə == Оруджев Фахретдин. "Падар и падарцы". Республиканская газета "ВАТАН". Выпуск № 42 (1508) (rus). etnosmi.ru.
Qala (Dərbənd)
Qala - Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Sakinləri etnik azərbaycanlılar, darginlər, ağullar, tabasaranlılar və ləzgilərdən ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,610 nəfər azərbaycanlı yaşamaqda idi.
Qaradağlı (Dərbənd)
Qaradağlı — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 779 nəfər azərbaycanlı yaşamaqda idi. Əhali sünni məzhəbinfə etiqad edirlər.
Qullar (Dərbənd)
Qullar — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. Kənd Dərbənd şəhərindən 43 km cənubda Gülgeriçay sahilində, Məhərrəmkənd rayonu ilə sərhəddə yerləşir. Kənd şimalda Dərbənd rayonunun Belici qəsəbəsi ilə, cənubda Məhərrəmkənd rayonunun Kartas kəndi ilə, şərqdə Kurax rayonunun Qumux kəndi ilə, qərbdə Xiv rayonunun Friq kəndi ilə həmsərhəddir. Kənd Qubalı Fətəli xanın hakimiyyəti dövründə (1758-1789) salınmışdır. Kəndi bina edənlər Dərbənd şəhərindən gəlmiş türklər idilər. 1886-cı ildə kənd əhalisi 24 evdə 63 nəfəri kişilər, 44 nəfər isə qadınlar olmaqla 107 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 1 yanvar 1914-cü il tarixinə olan məlumata görə kənddə əsasən etnik tatarlardan (azərbaycanlılardan) ibarət hər iki cinsdən toplam 174 nəfər əhali yaşayırdı. XX əsrin 50-ci illərinədək monoetnik azərbaycanlı kəndi olsa da son 50-60 ildə (1950-ci ildən sonra) Dağıstanın Tabasaran, Kurax və Xiv rayonlarından tabasaranlıların və xüsusiylə ləzgilərin sürətli köçü nəticəsində kəndin etnik tərkibi dəyişmişdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınmasına əsasən kənddə 1,923 nəfər sakin yaşamış, milli tərkibinə görə isə kənd əhalisinin 1/2-i ləzgilərdən, 1/5-i azərbaycanlılardan, 1/5-i tabasaranlılardan, 1/10-i isə digər etnik qruplardan ibarət olmuşdur. Kəndin yaxınlığından "Bakı-Rostov" magistral avtomobil yolu keçir.
Tatlar (Dərbənd)
Tatlar - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,208 nəfər azərbaycanlı yaşamaqda idi.
Xəzər (Dərbənd)
Xəzər — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 2002-ci il siyahıya alınmasına əsasən 3,490 nəfər əhali yaşamaış, onlardan 1,420 nəfərini azərbaycanlılar təşkil etmişdir. Kənd 1969-cu ildə salınmışdır.
Dərbənd
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir. Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. == Etimologiya və digər tarixi adları == Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir.
Dərbənd-namə
Dərbəndnamə — Dərbənd şəhəri haqda tarixi kitab. Kitabda V–XI əsrlərdə Dağıstan və Şirvan tarixi ilə bağlı qiymətli məlumatlar da var. == Tərtibatı == Dərbəndnamənin müəllifi məlum deyil. Variantlar Azərbaycan, ərəb və fars dillərində saxlanılır. Onlar tamlığın, məzmunun və vaxtın miqyasında fərqlənirlər. == Tarixi == Dərbənd haqqında bəzi hadisələrin təsviri Türk tarixçisi Muinəzim Başinin qısaldılmış versiyasında qorunan "Dərbənd tarixi" ilə bənzərdir. Bəlkə Dərbənd adı "Dərbəndin tarixi" nin qısaldılmış versiyasıdır. Tərcümənin qorunub saxlanılan Azərbaycan əlyazması 1815–1816-cı illərdə tərtib edilmişdir. Bu, 17-ci əsrin sonlarında Farsca bir siyahıya əsaslanan Məhəmməd Avabi tərəfindən tərcümə olunan tərcümənin əlyazmasıdır. Əlyazma özü Moskvada Rusiya Dövlət Kitabxanasında saxlanılır və Dərbəndnamənin ən qədim versiyalarından biridir.
Dərbənd (Dol)
Dərbənd (fars. دربند‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 359 nəfər yaşayır (60 ailə).
Dərbənd (Həştrud)
Dərbənd (fars. دربند‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 239 nəfər yaşayır (46 ailə).
Dərbənd (Sulduz)
Dərbənd (fars. دربند‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (44 ailə).
Dərbənd (Urmiya)
Dərbənd (fars. دربند‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (85 ailə).
Dərbənd (Xudabəndə)
Dərbənd (fars. دربند‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (39 ailə).
Dərbənd (dəqiqləşdirmə)
Dərbənd — Dağıstan Respublikasında şəhər. Dərbənd rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi. Dərbənd (Urmiya) — Dərbənd (kənd) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Dərbənd (kənd)
Dərbənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim fars dilində «keçid, boğaz, sədd, sərhəd bölgələri, dağlar arasından çətinliklə keçilən yer» mənasında işlənən dər və bənd sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karmrakar qoyulmuşdur.
Dərbənd (qəzet)
"Dərbənd" qəzeti (azərb-kiril. Дәрбәнд) — Dağıstanda Azərbaycan və rus dillərində buraxılan ictimai və siyasi mətbu orqan. Bu qəzetdə Dağıstanda baş verən ictimai və siyasi hadisələr, azərbaycanlılarin tarixi və mədəniyyəti haqqında materiallar dərc edilir. == Tarixi == Qəzet 1920-ci ildə "Şurayi-Dağıstan" adı ilə dərc olunmağa başlamışdır. 1922-ci ildən isə "Dağıstan fuqarası" (ərəb əlifbası ilə) adı ilə dərc olunur. 1928–1930-cu illərdə qəzetin baş redaktoru Məmmədkazım Ələkbərli olmuşdur. Əməkdaşları arasında Almas İldırım, Beydulla Musayev, Əhməd Cəmil, Fazil Seyidov və başqalarını qeyd etmək olar. 1931-ci ilin oktyabr ayından qəzet "Kolxoz yolu", 1932-ci ilin martından isə "Lenin bayrağı" adı ilə nəşr olunur. 1960–1963-cü illərdə isə qəzetin buraxılışı dayandırılır. Sonradan "Kənd mayakı".
Dərbənd (rayon)
Dərbənd rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi. Xəzər dənizinin sahilində yerləşir. == Ərazisi == Dərbənd rayonunun ərazisi 821 км² (daha dəqiq 820,97 км²)- dir. Ümumi ərazisinin 32,000 hektarı kənd təsərrüfatına yararlıdır. Rayon 1921-ci ildə təşkil edilmişdir. İnzibati mərkəzi Dərbənd şəhəridir. Rayon ərazisinin şimaldan cənuba uzunluğu 73 km, şərqdən-qərbə eni isə 15 km-30 km-dir. Rayon ərazisi Xəzər dənizi ilə 70 km uzunluğunda sahil xəttinə sahibdir, ərazisinin 60%-i düzənliklərdən, 40%-isə dağətəyi sahələrdən ibarətdir. Rayon ərazisinin 20%-dən çoxu meşələrlə örtülmüşdür. Rayon ərazisindən Rubas, Ulluçay və Darvaq kimi nisbətən iri çaylar və onlarla kiçik çaylar axır.
Dərbənd Camaatı
Meşə Qardaşları (1905-1906)
Dərbənd FK
«Dərbənd» — Rusiyaın Dərbənd şəhərində fəaliyyət göstərən futbol klubu. Klub 1966-cı ildə təsis edilmişdir. 1992-ci ildə Futbol üzrə Rusiyanın II liqasının 1-ci zonasında 18-ci yeri tutmuşdur.
Dərbənd Haşimiləri
Dərbənd əmirliyi — Dərbənd ərazisində olan qədim dövlət. == Dərbəndin ərəblər tərəfindən işğalı == Azərbaycanı tutmuş ərəblər "Bab əl-Əbvab" (və ya "əl-Bab" -"qapılar qapısı") adlandırdıqları sərhəd şəhəri Dərbəndi Xilafətin Qafqazdakı iri istinad məntəqəsinə çevirdilər. Uzun müddət bu şəhəri xəlifənin təyin etdiyi ərəb sərkərdələri idarə edirdilər. Onların başlıca vəzifəsi şimaldan olan hər bir hücumun, xüsusilə xəzərlərin müdaxiləsinin qarşısını almaq idi. IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə yetirilirdi, lakin 851-ci ildə xəlifə əl-Mütəvəkkil Dərbəndi və onun ətraf vilayətlərini o zaman Azərbaycan, Arran və Ərminiyə hakimi olan Məhəmməd ibn Xalid ibn Yəzid əş-Şeybaniyə iqta payı kimi bağışladı. 861-ci ildə xəlifənin ölümündən sonra türklərin Bağdaddakı fəaliyyəti ilə əlaqədar Xilafət ərazisində çaxnaşmalar baş verdi. Müstəqilliyə can atan bir çox feodallar, o cümlədən Məhəmmədin mərkəzi hakimiyyətlə əlaqəsini tamam kəsərək, Şirvanı müstəqil elan etmiş qardaşı Heysəm ibn Xalid bundan istifadə etdilər. 869-cu ildə, qiyam etmiş türk əmirlərinə qarşı Xilafət mərkəzində mübarizə aparıldığı bir zamanda, Haşim ibn Suraka əs-Suləmi Dərbəndin müstəqil idarə edilməsinə nail oldu. O dövrün hadisələrini bizə çatdıran qaynaqda deyilir: "Əl-Mütəvəkkil öldürüldükdən sonra Xilafət parçalandığına, türk məvaliləri dövlətin idarəsini ələ keçirtdiklərinə görə, əl-Bab əhalisi və sərhədyanı vilayətlərin qazıları (yəni din uğrunda döyüşən əsgərləri) bir yerə yığılaraq, Haşimi öz əmirləri etdilər, ona böyük itaət göstərdilər" Ərəb və yerli qaynaqların başqa məlumatlarından aydın olur ki, Haşimin Sulaym nəslinə mənsub, mənşəcə ərəb olan sələfləri hələ VIII əsrin I yarısında Dərbənd şəhərinin siyasi həyatında fəal rol oynamış, onlardan biri Əsəd ibn Zafir əs-Suləmi 736-cı ildə xəlifənin fərmanı ilə Dərbənd hakimi təyin edilmişdi. Onun digər xələflərinin, Harun ər-Rəşidin hakimiyyəti dövründə Dərbənd hakimi olmuş Nəcm ibn Haşimin və onun Azərbaycan və Ərminiyənin ərəb hakiminə qarşı üsyan etmiş oğlu Həyyunun adları bu dövrdə Azərbaycanda baş vermiş böyük hadisələrlə bağlıdır.
Dərbənd dairəsi
Dərbənd dairəsi (rus. Дербентский округ) — Dağıstan MSSR tərkibində, 25 iyun 1952-ci ildən 24 aprel 1953-cü ilədək mövcud olmuş 4 inzibati–ərazi vahidindən biri. İnzibati mərkəzi Dərbənd şəhəri idi. Dərbənd dairəsinin ərazisi 10 rayon (Ağul, Axtı, Dərbənd, Doqquzpara, Qasımkənd (indiki Süleyman-Stal), Qürah, Məhərrəmkənd, Rutul, Tabasaran, və Xiv rayonları) və 1 şəhərdən (Dərbənd şəhəri) ibarət idi.
Çinar (Dərbənd)
Çinar — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Rəvayətə görə, Nadir şahın Çinar ərazisi yaxınlığında işğalı zamanı farslarla dağıstanlılar arasında sonuncu döyüş baş verir. Burada farslar son dəfə məğlubiyyətə uğradılır. Bu hadisələrin episentrində yerləşən çuxura “Kannudərə” (Sadovaya küçəsinin yerləşdiyi yer) adı verilib, yəni “qanlı dərə”. Rəvayətə görə, adından da göründüyü kimi, qanla dolu idi. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == Kəndin əhalisinin çox hissəsi azərbaycanlılardan ibarətdir. === Tanınmışları === Rüstəm Muradov — rusiyalı hərbi xadim. == İqtisadiyyatı == == İstinadlar == == Xarici keçidlər == Дербентский район на сайте Президента Республики Дагестан Топографические карты K-39-XIII — 1 : 200 000 Топографические карты K-39-61 — 1 : 100 000 В ЧИНАРЕ ШЕЛЕСТЯТ ЧИНАРЫ Arxivləşdirilib 2015-04-19 at the Wayback Machine НА ПОРОГЕ К ТАБАСАРАНУ Arxivləşdirilib 2014-07-07 at the Wayback Machine Чинарская средняя школа № 1 — Чинар — Республика Дагестан Чинарская средняя школа № 2 — Чинар — Республика Дагестан Администрация Дербентского района СШ № 1 с. Чинар (Дербентский район) " любимая школа Магомедсалам Магомедов: «Для эффективности сельского хозяйства в Дагестане будут созданы агрохолдинги» Arxivləşdirilib 2010-07-27 at the Wayback Machine Сегодня президент Дагестана Магомедсалам Магомедов посетил Дербентский район Московско-дагестанская медицинская ассоциация Arxivləşdirilib 2017-06-04 at the Wayback Machine Президент РД вручил Государственные награды Учреждения дополнительного образования (ШВСМ, СДЮШОР, ДЮСШ и др.) Жители Чинара Дербентского района Дагестана отметили 50-летие со дня основания села Почтовые индексы и коды ОКАТО — Чинар село Дербентский район … Arxivləşdirilib 2014-10-09 at the Wayback Machine Численность населения России, федеральных округов, субъектов Российской Федерации, районов, городских поселений, сельских населенных пунктов — райцентров и сельских населенных пунктов с населением 3 тысячи и более человекArxivləşdirilib 2011-09-17 at the Wayback Machine Народная энциклопедия «Мой город». Республика Дагестан.
Ərəblər (Dərbənd)
Ərəblər və ya Ərəbli — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. == Əhalisi == Milli tərkibi 2003-cü ilin sonlarına olan məlumat: ləzgilər — 948 nəf. (45,5 %) tabasaranlılar — 700 nəf. (33,6 %) azərbaycanlılar — 239 nəf. (11,5 %) darginlər — 76 nəf. (3,6 %) ağullar — 67 nəf. (3,2 %) qumuklar — 20 nəf. (1,0 %) ruslar — 10 nəf. (0,5 %) digərləri — 24 nəf. (1,2 %) Etiqad baxımından kənd əhalisi şiə və sünni müsəlmanlardan ibarətdir.
Dərbənd (stansiya)
Dərbənd — Şimali-Qafqaz dəmir yollarının Maxacqala regionunda yerləşən dəmiryol stansiyası. İnzibati baxımdan Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşir. Rusiya Dəmiryolları şəbəkəsinin ən cənub şəhər stansiyasıdır. == Təsviri == Stansiyada elektrik lokomotivləri Azərbaycana gedən və oradan gələn qatarlar gömrük nəzarəti təşkil edilir.
Həkim ibn İbrahim ibn Həkim əl-Xınalıqi Dərbəndi
İbn-Həkim Əl-Xinaluqi və ya Həkim ibn İbrahim ibn Həkim əl-Xınalıqi Dərbəndi — XII əsrin ən məşhur xınalıqlı tanınmış müsəlman qanunşünası, hüquqşünası, müəllimi və alimi; şafi məzhəbinə mənsub fəqih idi. Əslən indiki Quba rayonunun Xınalıq kəndindən olan alim fəziləti, abidliyi, salehliyi və nəcibliyi ilə tanınmışdı. Xınalıqlıların və bütün şahdağlıların fəxr etdiyi İbn-Həkim Əl-Xinaluqi XI əsrdə Bağdadda Nizamiyyə mədrəsəsində təhsil almış, Əbu Hamid Qəzzalinin tələbəsi olmuş, İmam Müvəffəq ibn Əbdülkərim əl-Hərəvidən də dərs almışdır. Bir çox hədisçidən hədis dinləmiş, dinlədiyi hədisləri qeyd etmişdi. Uzun müddət Buxarada yaşayıb yaratmış hüquq və fəlsəfə elmlərinin bilicisi olmuşdur. Böyük Şərq alimlərindən (X. Təbrizi, əl-Qəzali və b.) dərs almış, hüquq, hədis, dini və dünyəvi mədəniyyət bilicisi kimi şöhrət qazanmışdı. Buxarada müəllim işləmiş və yüzlərlə gəncin elmi, fikri oyanışında misilsiz rol oynamışdır. Quba qəzasının əhatəsindəki üç qədim yaşayış bölgəsinin (Qrız, Xınalıq, Dərbənd) adını təxəllüsündə birləşdirən Qubalı alimin yaradıcılığı Cənubi Dağıstan və Şimali Azərbaycanla daha çox bağlı olmuşdur. O, görkəmli alim İbrahim Qrızinin oğludur. 1144-cü ildə vəfat etmişdir.
III Əbdülmalik (Dərbənd əmiri)
III Əbdülmalik (Dərbənd – Dərbənd) — Dərbəndin son əmiri. == Hakimiyyətə gəlişi == Atası II Ləşkərinin öldürüldüyü il doğulmuşdu və anasının vətəni olan Qaytaqda böyümüşdü. 1065-ci ilin aprelində rəislərdən biri olan Müfərric ibn Müzəffər Sərirə qaçdı və oradan Qaytağa keçdi. 10 yaşındakı Əbdülmaliki də özü ilə götürüb Dərbəndə gələn Müfərric Maymunu devirdi. == Hakimiyyəti == Əmirliyi əslində əmirin qəyyumu Müfərric idarə edirdi. Şirvanşahın hücumlarından qorunmaq üçün Müfərric əvvəlcə Məmlan ibn Yezidi Dərbəndə gətirtsə də, sonra fikrindən daşındı. Oktyabr ayında böyük bir qüvvə ilə yürüşə keçən Şirvanşah I Fəribürz Dərbəndi ələ keçirdi və Dərbənd əmirliyinin müstəqilliyinə son qoydu. Dərbənd həmişəlik Şirvanşahlar dövlətinə birləşdirildi. == Geri dönüşü == İşğaldan sonra Qaytaq ölkəsinə qaçan Əbdülmalik səlcuqların Şirvana basqınından istifadə edərək 27 oktyabr 1068-ci ildə Dərbəndə qayıdaraq şəhəri geri aldı. 28 dekabr 1068-ci ildə rəislərin arasındakı münaqişələrlə bacarmayan əmir yenidən Qaytağa qayıtdı.
II Maymun (Dərbənd əmiri)
II Maymun — Dərbəndin son əmiri. == Hakimiyyəti == Atası Mənsur ibn Əbdülmalikin öldüyü il doğulmuşdu və doğulan kimi də əmir olmuşdu. Onun dövründə kürdlərin qarətçi yürüşlərinə məruz qalan Dərbənd daha sonra I Fəribürzün intiqam hücumuna məruz qaldı. 1065-ci ilin aprelində rəislərdən biri olan Müfərric ibn Müzəffər Sərirə qaçdı və oradan Qaytağa keçdi. 6 yaşındakı Əbdülmalik ibn Ləşkərii də özü ilə götürüb Dərbəndə gələn Müfərric Maymunu devirdi. == Əmirliyə qayıdışı == Əbdülmalik ibn Ləşkərinin 1075-ci ildə həbs edilməsindən sonra xalq Maymunu 20 avqustda yenidən taxta dəvət etdi. Lakin həmin ilin dekabrında səlcuqlar tərəfindən devrilən II Maymundan sonra əmirlik birdəfəlik Şirvanşah mülkü oldu.
II Məhəmməd (Dərbənd əmiri)
II Məhəmməd - Dərbənd Haşimiləri sülaləsindən olan 7ci müstəqil Dərbənd əmiridir. Sıra sayına görə isə doqquzuncudur. == Hakimiyyəti == Qardaşının ölümündən sonra əmir olmuşdu. Cəmi 10 ay, 18 gün hakimiyyətdə qaldı. Dekabrda qardaşı Maymunun bir qulamı tərəfindən Cihad qapısı yaxınlığında öldürüldü.
II Mənsur (Dərbənd əmiri)
II Mənsur (1038, Dərbənd – 1065, Dərbənd) — Dərbənd əmiri. == Hakimiyyəti == 1038-ci ildə anadan olmuşdu. 4 yaşında əmir elan olundu. Dövlətin idarəsi əslində vəzir Əbül Fəvaris Əbdülsələmin əlində toplaşmışdı. 1051-ci ildə vəzirin ölümündən sonra əmir müstəqil idarəetməyə başladı. == Üsyan == 24 iyul 1054-cü ildə rəislər və onun arasında münaqaişə yarandı.Bir neçə gün sonra anası Şəmkuyə ilə şəhəri tərk edən əmir şəhərətrafı ərazilərdən qoşun toplayaraq Fələstin qapısının önündə rəislərdən tərəfindən ağır məğlubiyyətə uğradı. == Sürgün və ikinci hakimiyyət == Məğlub olan Mənsurun yerinə rəislər qardaşı II Ləşkərini əmir elan etdilər. Lakin buna daha artıq dözə bilməyən Mənsur 3 yanvar, 1055-ci ildə II Ləşkərini öldürtdü. 1055-ci ilin iyulunda Sərir hökmdarının köməyi ilə taxta qayıtdı. Bundan sonrakı hakimiyyətini rəislərin nüfuzunu azaltmağa həsr edən Mənsur tez-tez onları həbs etdirirdi.
II Əbdülmalik (Dərbənd əmiri)
II Əbdülmalik (Dərbənd – 10 mart 1043, Dərbənd) — Dərbənd əmiri. == Hakimiyyəti == 1034-cü ildə əmir olmuşdu. Lakin 9 fevral 1034-cü ildə rəislər tərəfindən devrilərək Əbu Mənsur Əli ibn Yezidə beyət etdilər, Şirvanşah vəziri Mənsur ibn Müsəddidi öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə 1035-ci ildə paytaxtı Yezidiyyəyə qayıtdı. Həmin ilin apreli Əbdülmalik geri qayıdaraq şəhəri ələ keçirdi, Şirvanşahı sülhə məcbur etdi və 1035-ci ilin dekabrında onun bacısı, Yəzidin qızı Şəmkuyə ilə evləndi. == Üsyan == Əmirin güclənməsini görən digər rəislər vəzir Səqlab ibn Məhəmmədin evinə hücum çəkdilər və onu bıçaqladılar. Həyatının təhlükədə olduğunu görən əmir Əbd ül-Malik ailəsi ilə Şirvana qaçdı. Rəislər onu paytaxta qaytarıb gətirmək üçün Şirvana iki ağsaqqal göndərdilər. Lakin Şirvanşah elçiləri həbs etdi, onları qandallayıb qalalardan birinə saldı. Bundan sonra o, əmirə əl-Babda öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi. 1038-ci ildə rəis Əli ibn Həsən onu devirməyə çalışsa da, saray çevrilişinin qarşısı alındı.
I Pyotrun evi (Dərbənd)
I Pyotrun Evi və ya I Pyotrun sığınacağı — Çar I Pyotrun 1722-ci ildə Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü zamanı Dərbənd şəhərində gecələdiyi yer. Bu mədəni və tarixi kompleks, bir pavilyon-sütun, Böyük Pyotr qazıntılarının qalıqları, Rusiya imperatorunun abidəsi və bir muzey binasını özündə birləşdirən memarlıq kompozisiyasıdır. 2015-ci ildə qazma daxmanın olduğu yerdə muzey kompleksi açıldı; muzeyin əsas sərgisi, imperatorun Dərbənddə olduğu müddətdə qaldığı evin qalıqlarıdır. Muzey kompleksinin ümumi sahəsi 1900 kvadratmetrdir. Muzey kompleksinə 23 avqust 1722-ci ildə I Pyotrun Xəzəryanı bölgələrə hərbi kampaniyası zamanı qaldığı qazma evdən başqa, 1870-ci illərdə qazma evin üzərində qurulmuş pavilyon-sütun; M. Antokolskinin modelinə görə hazırlanan I Pyotrun abidəsi; muzey binası (memar Eldar Abdullaeyv) daxildir. Kompleksdə mühazirələr, təhsil proqramları və ustad dərsləri keçirilir. Üstəlik muzeyin qarşısındakı meydanda konsertlər, şoular, yaradıcılıq gecələri baş tutur. == Tarixi == 1722-ci ildə, Xəzər sahilinə yürüş zamanı, I Pyotr yay istisindən sığınmaq üçün xüsusi olaraq tikilmiş torpaq daxmada gecələyir. Dəniz sahilindən təxminən 100 m qərbdə və Şimal Qala Divarından 50 m cənubda yerləşən məntəqə iki kiçik otaqdan ibarət idi. Çar Dərbənddə üç gün qaldı və ordu və donanma ilə birlikdə Bakıya getdi.
Kavus mirzə Dərbəndi
Kavus Mirzə — Şirvanşah şahzadəsi. == Həyatı == Bürhan Əlinin bacısı oğlu idi. İlk işi Şabran şəhərini ələ keçirmək oldu. Şəhərdən 12 kilometr aralıda isə Aras xan Rumlunun ordusuna məğlub oldu və öldürülərək başı Qəzvinə göndərildi.
Kəyumərs Dərbəndi
Şahzadə Kəyumərs — Şirvanşah I İbrahimin oğludur və Şirvanşahlar dövlətinin şahzadəsidir. == Həyatı == Atası onu Cəlairilərin qaraqoyunlulara qarşı mübarizəsində dəstək olmaq üçün Təbrizə göndərir. 1410-cu ildə, Sultan Əhmədin məğlub olduğu gün Kəyumərs Təbrizin həndəvərinə gəlib çatır. Gecə o, Qara Yusifin qoşunlarının qəfil hücumuna məruz qalaraq əsir alınır. Qara Yusifin əmri ilə Kəyumərs Ərciş qalasında saxlanılırdı. Şirvanşah oğlunun geri qaytarılması üçün böyük məbləğdə pul təklif etir. Lakin Qara Yusif Kəyumərsi təmənnasız buraxaraq, hədsiz iltifat göstərir və onunla atası Şeyx İbrahimə tabe olmaq tələbi ilə məktub göndərir. Şirvanşah Kəyumərsin xəyanət etməsindən, atasını devirərək, Qara Yusifin vassal olmaq barədə onunla saziş bağlamasından şübhələnərək oğlunu edam etdirir. == Ölümündən sonra == Ölümündən sonra 1412-ci ildə qaraqoyunlularla şirvanşah , gürcü və şəkililərin birləşmiş qüvvələri arasında döyüş olur . Məğlub olan Şirvanşah I İbrahim qaraqoyunlulardan vassal asılılığını qəbul edir .
Meşə Qardaşları (Dərbənd)
Meşə qardaşları (rus. Лесные братья) və ya Dərbənd camaatı (rus. Дербентский джамаат) — Rusiyanın Dağıstan respublikasında, Qafqaz Əmirliyi Şəriət Camaatının tərkibində olan İslamçı Cihadçı qrup. Qrup hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar etmiş, terror aktları təşkil etmiş, vəhabi ədəbiyyatı yaymış və Dağıstanda və Azərbaycanda təbliğat və təşviqat işləri aparmışdır. Qrup Rappani Xəlilov tərəfindən yaradılmışdır. 2007-ci ilin sentyabrında vəfat etdikdən sonra qrupa Əmir Əbdül Məcid rəhbərlik etmişdir. Çeçen müharibələrinin iştirakçısı olan Məcid 2008-ci ilin sentyabrında öldürüldü və yerinə İsrapil Vəlijanov keçdi. 2011-ci ilin aprelində Vəlijanovun ölümündən sonra Dərbənd camaatı, qalan üzvləri 2016-cı ilin noyabrında öldürülənə qədər fəaliyyət göstərməsinə baxmayaraq, istiqamətini dəyişdi. == Tarixi == Qrupa 2007-ci ilin sentyabrında vəfat edənə qədər Rappani Xəlilov rəhbərlik etmişdir. Daha sonra Azərbaycanın Zaqatala rayonundan olan, Əmir Əbdül Məcid kimi tanınan İlqar Mollaçiyev, Dərbənd camaatının komandiri təyin edildi.
Mənsur bəy (Dərbənd valisi)
Mənsur bəy — Dərbənd valisi. Mənsur bəy, Kral I İsmayıl (1501–1524-cü illərdə hökmranlıq edir) dövründə 1509-cu ildə Dərbəndin ilk Səfəvi valisi vəzifəsində çalışan bir Səfəvi məmuru idi. Qısa müddətdən sonra, 1538-ci ilə qədər, şəhər Səfəvi hökmranlığı altında idarə edən Şirvanşahlar ailəsinin üzvləri tərəfindən idarə olunmağa başladı. Bundan sonra birbaşa təyin olunmuş Səfəvi məmurları yenidən şəhərin idarəsini ələ keçirdilər.
Nizami Gəncəvi adına park (Dərbənd)
Nizami Gəncəvi adına park — Dərbənd şəhərində yerləşən mədəniyyət və istirahət parkıdır. Fəaliyyətdə olan mədəni irs abidəsidir. Park Y.A.Qaqarin, Q.Əliyev və E.K.Paşabekov küçələrini arasında və Dərbəndin əsas görməli yerlərinin - parkı Süleyman Stalski parkından ayıran Narın-Qalasının şimal divarı boyunca uzanır. Parkdakı şimal divarının elementlərindən biri 1853-cü ildə rus qoşunları tərəfindən tikilmiş, 1866-cı ildə yenidən daşdan tikilmiş taxta mayakdır. Dərbənd mayakı parkın əsas görməli yeridir. Parkdakı mayak Rusiyanın qorunan abidələri siyahısına daxil edilib və UNESCO-nun tarixi siyahısına daxil edilib. Parkdakı divarın digər tarixi-memarlıq elementi IX-X əsrlərdə yaranmış "Qiyamət-kapı" darvazasıdır.. == Yenidən qurması == Nizami Gəncəvi adına parkın abadlaşdırılması üzrə işlərin həyata keçirilməsinin əvvəlində orta əsrlərə aid qəbir sarkofaqlar aşkar edilmiş, bundan sonra arxeoloji qazıntılara başlanmışdır. Parkın ərazisində uşaq meydançalarının, skeyt parkının, idman meydançalarının və su üzərində proyeksiyalı və səs effektləri olan multimedia fəvvarəsinin tikintisi nəzərdə tutulur.. Parkın yenidən qurulması işlərinin başa çatdırılması 2022-ci ilə planlaşdırılır.
Qala-Numaz sinaqoqu (Dərbənd)
Qala-Numaz — Dağıstan Respublikası, Dərbənd şəhəri, Tağı-Zadə küçəsi, ev 94-də yerləşən sinaqoq. Dərbəndli yəhudilərin mənəvi dinclik mərkəzidir. == Tarixi == XIX əsrdə Dərbənd qeyd olunan prinsiplərə görə məskunlaşmışdı: şəhərin ən qədim hissəsi, Harın-Qalaya daha yaxın olan hissədə müsəlmanlar; mərkəzi, düz hissədə, əsasən yəhudilər, hətta dənizə yaxın yerlərdə ermənilər və ruslar yaşayırdı. Sonra əsas yəhudi küçəsi Tağı-Zadəni "Böyük (uzun) küçə" mənasını verən "Qala-Kuçe" və digər adı "Cuqut məhəlləsi" olmaqla (Yəhudi məhəlləsi) bu cürə adlandırırdılar. Bu küçədə Böyük Dərbənd sinaqoqu — "Qala-Numaz" yerləşir. Qala-Numaz sinaqoqu beş tacir qardaşın Hanukaeyvlərin hesabına tikilmişdir. Binanın layihəsini hazırlayan memar məlum deyil. Sinaqoq 1914-cü ildə açılıb. Ancaq son yüz il ərzində bina çox köhnəlib. Hal-hazırda sinaqoq Rusiya Yəhudi İcmaları Federasiyasının səlahiyyətindədir.
Qara Dərbənd (Bicar)
Qara Dərbənd (fars. قره دربند‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (23 ailə). Əhalisini kürdlər təşkil edir.
Qasım mirzə Dərbəndi
Qasım Mirzə — Şirvanşah şahzadəsi. == Həyatı == Osmanlıya mühacirət etmiş Şirvan əsilzadələrindən idi. Əvvəlki şahlarla dəqiq əlaqəsi bilinməsə də Dərbəndilər sülaləsindən idi, II Xəlilullahın mümkün oğlu. 1554-cü ildə Kəffə-Dağıstan-Dərbənd yolu ilə Şirvana hücum etmişdi.Şirvan zadəganları və əhalisi vilayətin bəylərbəyliyi Abdulla xan Ustaclıdan uzaqlaşaraq Qasım Mirzəyə qoşuldular. Təngəaltı kəndində Abdulla xana qalib gəlmiş, daha sonra Qəleybuğurdu ələ keçirərək 40 gün burada qalmışdı. 12.000 əsgər toplamışdı. Gülüstan qalasına hücumu baş tutmadı və Abdulla xan ordusu tərəfindən məğlub edildi. Özü isə qaçdı.
Qəzənfər Dərbəndi
Qəzənfər Dərbəndi — Şirvanşah şahzadəsi, I İbrahimin üçüncü oğlu və Bakı valisi. == Həyatı == 1398-ci ildə doğulmuşdur. Çalağan döyüşündə həbs olunduqdan sonra Şirvana qaytarılmışdır. I Xəlilullahın hakimiyyəti dövründə Bakı valisi olmuş, onun Qaraqoyunlularla müharibəsi dövründə isə Şirvanı onun adından idarə etmişdir. Bədrəddin Şirvaninin məlumatına görə o, Bakıda 1428-ci ildə bir bürc və çeşmə, 1431-ci ildə başqa bir bürc və 1438-ci ildə hamam tikdirmişdi. Həmin bürclərdən biri, ehtimal ki, indiki Elmlər Akademiyası Rəyasət Heyətinin binasına bitişən bürcdür.
Samur-Dərbənd kanalı
Samur-Dərbənd kanalı — 1960-ci illərdə Dağıstanın cənub-şərq hissəsinin, o cümlədən Dərbənd və Dağıstan İşıqları şəhərlərinin su təhcizatını təmin etmək məqsədi ilə inşa edilmişdir. Bu Samurçaydan çəkilmiş iki magistral kanaldan biridir. Samurdan Azərbaycan ərazisi boyunca Samur-Abşeron kanalı axır. Samur-Dərbənd kanalı 90 km uzunluğa malikdir. Kanal axarı boyunca Rubas, Sudoxol və Ulluçay çaylarının məcrası kəsir. Kanal Samur hidroqovşağından başlayır və Ulluçayda bitir. 1990-cı illərdə kanal istifadəyə yararsız vəziyyətə gəlmişdir. 2014—2015-ci illərdə kanalın yenidən qurulmasına qədər Dağıstan İşıqları şəhərinin kanal ətrafı ərazilərində evləri su basmışdır. Kanalın suyu ilk növbədə kənd təsərrüfatı məqsədlidir. Kanal Samur suyunun beşdə birini istifadə edir.
Sultan Məhəmməd Dərbəndi
Sultan Məhəmməd Dərbəndi — Şirvanşah şahzadəsi, Dərbənd hakimi. I Keyqubadın oğlu, Kavus ibn Keyqubadın qardaşı və I İbrahimin atası. Huşəng ibn Kavusun taxta çıxmasından sonra oğulları Bəhlul və İbrahim ilə Şəkiyə qaçmış və orada vəfat etmişdir. == Mənbə == Sara Aşurbəyli, Şirvanşahlar, 2007, səh.

Digər lüğətlərdə