n 1. şöbə, bölmə; press~ mətbuat bölməsi; export ~ ixracat şöbəsi; the Education Department təhsil şöbəsi; accounting / accountant’s ~ buxalteriya, mühasibat; 2. mağaza; fancy goods ~ qalantereya mağazası; 3. departament; idarə; Factory Department sənaye idarəsi; Science and Art Department elm və incəsənət işləri üzrə idarə; 4. amer. nazirlik; State Department, Department of State Dövlət Departamenti; Department of Health, Education and Welfare Səhiyyə, Təhsil və İctimai Təminat Nazirliyi; 5. fakültə; kafedra; physics ~ fizika kafedrası; the ~ of modern languages müasir dillər kafedrası