DİKBAŞ

sif.is. Çox təşəxxüslü, həddindən artıq iddialı, tərs (adam). Dikbaş oğlan.
– Qədirin də Poladdan ona görə xoşu gəlmirdi ki, Polad dikbaşdır… Ə.Vəliyev.

// Məğrur, söz götürməyən, itaət etməyən, boyun əyməyən.
…Dikbaş Azərbaycan illər uzunu Atabəylərə boyun əyməyə məcbur olmuşdu. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİKBAŞ təşəxxüslü — iddialı — tərs — lovğa

Antonimlər (əks mənalı sözlər)

  • DİKBAŞ DİKBAŞ – MÜLAYİM Hər xalqın dikbaş, lovğa cavanları da olur, səmimi, gözəl qızları da (S.Vəliyev); Xasiyyətcə çox mülayim adamdır (A
DİK-DİK
DİKBAŞLIQ

Digər lüğətlərdə