1. Eşitmək qabiliyyətinin olmadığı hal; karlıq.
2. Eşitməmə, dinməmə, qulaq asmama, əməl etməmə.
◊ (Özünü) eşitməməzliyə vurmaq (qoymaq) – özünü eşitməyən kimi göstərməyə çalışmaq, əhəmiyyət verməmək, etina etməmək, qulaqardına vurmaq.
Mən özümü eşitməməzliyə qoyub qapını taybatay açdım.
Müqim onun atmacasını eşitməməzliyə vurmaq istədisə də, bacarmadı.
…[Qulu] özünü eşitməməzliyə vuraraq, sağ əlini yuxarı qaldırdı.