EFFEKTLİ

sif.
1. Təsirli, güclü təsir, effekt bağışlayan, effekt yaradan.
Xüsusən finalda bol meyvəli alma ağaclarının bir-birinin dalınca səhnəyə doğru enməsi əsərin məzmunu ilə həmahəng və effektlidir. M.Arif.

2. Lazımi nəticə verən, istənilən nəticəni verən.
Atom enerjisindən xalq təsərrüfatının bir sıra sahələrində də (xüsusən biologiya ilə əlaqədar) çox ucuz və effektli təsiri olan atomun bölünməsi məhsulları şəklində geniş istifadə edilməkdədir. A.Qarayev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EFFEKTLİ təsirli
EFFEKTİVLİK
EFİ́R
OBASTAN VİKİ
Effektlilik
Effektlilik – məhdud resursların qorunub saxlanması. Effektliliyi ölçmək üçün öncə hansı resursun qorunub saxlanmasını müəyyənləşdirmək lazımdır. Məsələn, az yaddaş istifadə etməsinə görə bir proqram başqasından “effektli” ola bilər, başqa bir proqram isə sürət baxımından daha “effektli” ola bilər. Kompüterin ən önəmli resurslarından bəziləri bunlardır: çalışdırma zamanı (EXECUTION TIME); yaddaş tutumu (MEMORY CAPACITY); yardımçı tutum, yəni disklər; proqramçının vaxtı. Ümumi qayda belədir: daha az (kasad) olan resursun qorunub saxlanması üzərində işləmək daha vacibdir. İlk kompüterlər indikilərlə müqayisədə çox yavaş və məhdud yaddaşa malik olduğundan onlar üçün yazılan proqramların az yaddaş tələb etməsi və mümkün qədər az addımdan ibarət olması çox önəmli idi. Hazırda kompüterlər sürətli olduqlarından və böyük yaddaş tutumuna malik olduqlarından indi ən defisit resurs proqramçı əməyidir. Bu o deməkdir ki, indi proqramın effektliliyi onun yaddaşda tutduğu yer və kompüterdə icra müddəti ilə deyil, proqramçının onun hazırlanmasına sərf etdiyi vaxtla ölçülür. Başqa sözlə, proqramçı əməyinin az sərf olunduğu proqram daha effektli hesab olunur. Bu yanaşmanın bir üstünlüyü də ondadır ki, proqramçı əməyi nə qədər yüngülləşirsə, proqramlarda xətaların (BUG) olması da bir o qədər azalır.

Digər lüğətlərdə