1. zərf Yavaş, yavaşca, sakit, asta, üsullu. Qapını ehmal açmaq. Sözü ehmal demək.
– Bir para söz də deyir ehmal kişi! Ağzıdualı, qoca baqqal kişi!
Novruzəli kağızı ehmal qoydu qoynuna…
Başımı yavaşca qovzayıb yan-yörəmə baxdım. Heyvan sümüyündən və zibilindən savayı bir şey görmədim. Ehmal qalxıb, Allahı çağıra-çağıra süründüm lağıma doğru.
2. is. klas. Aldırmama, əhəmiyyət verməmə, fikir verməmə, etina etməmə, etinasızlıq, başısoyuqluq.
Tez çəkməzsən cəfa tiğin məni öldürməyə; Öldürər axir məni bir gün bu ehmalın sənin.
Vüsali-yar biəğyar, məclis xali, mey hazır; Nədir ehmalə bais, saqiya, öldüm, aman, doldur!
□ Ehmal etmək (eləmək) – fikir verməmək, əhəmiyyət verməmək, etina etməmək, aldırmamaq, başısoyuqluq göstərmək.
…Əgər bir kəs cüzvi ehmal eləsə, başını və qolunu xurd edərlər.
Bağa doğru get, eyləmə ehmal; Oğrunu tap o yerdə, börkünü al.