EHTİRASLA

zərf
1. Coşqunluqla, eşqlə, həyəcanla.
Şamxal ələ keçirdiyi ovu yırtıcı bir ehtirasla parçalamaq fikrində deyildi. İ.Şıxlı.

2. Hərisliklə, qızğınlıqla.
Maya zərif qollarını açıb məhəbbət və ehtirasla Qaraşın boynuna sarıldı. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EHTİRASLA coşğunluqla — eşqlə — həyəcanla
EHTİRAS
EHTİRASLI
OBASTAN VİKİ
İsanın ehtirasları (film, 2004)
İsanın əzabları (ing. The Passion of the Christ) — Mel Gibson tərəfindən çəkilən və İsanın çarmıxa çəkilməsindən bilavasitə əvvəl baş verən hadisələr haqqında olan İncil draması. Film cam duasından başlayaraq Məsihin dirilməsinin qısa təsvirinə qədər İsanın son 12 saatı haqqında bəhs edir. Filmdə, həmçinin, İsanın uşaqlıq, gənc yaşlarında anası ilə birlikdə dağlığ moizəsini verərkən, 12 həvariyunu öyrədərkən və sonuncu şam yeməyi ilə bağlı bəzi xatirələri də təsvir edilmişdir. Filmdəki dialoqlar arxa-kadr tərcümə və ya subtitrlar olmaqla tamamilə yenidən qurulmuş arami və latın dilində aparılır. Film Matera, Krako. Çineçitta və Roma şəhərlərində çəkilmişdir. == Qiymətləndirilməsi == Ekranlar çıxmazdan əvvəl də film çox mübahisələrə səbəb oldu. Filmin, xüsusilə Yaxın Şərq müsəlmanları arasında antisemitizm əhval-ruhiyyəsinə səbəb ola biləcəyinə dair narahatlıqlar var idi. Malayziya hökuməti filmin yalnız xristianlara göstərilməsinə icazə vermişdir.
Ədviyyatlar və ehtiraslar (film, 2014)
Ədviyyatlar və ehtiraslar — 2014-cü ildə Riçard C. Moraisin 2010-cu ildə yazdığı eyni adlı romanından uyğunlaşdırılmış, Stiven Naytın yazdığı ssenaridən rejissor Lasse Hallström tərəfindən çəkilmiş Amerika komediya-dram filmidir. Bu filmdə Helen Mirren, Om Puri, Manish Dayal və Charlotte Le Bon çəkilmişdirlər. == Süjet xətti == Tale bir hind ailəsini Provansdakı balaca şəhərciyə atır və onlar məşhur bir restoranla üzbəüz balaca şərq mətbəxi olan kafe açmaq qərarına gəlirlər. Onların kafesi ilə üzbəüz yerləşən, fransız kulinariyası ilə məşhur olan restoranın yiyəsi madam Malori obyektinin “Mişlen” kataloqunda ulduz alması ilə fəxr edir. İlk vaxtlar madam Malori yeni səs-küylü qonşulara nifrətini gizlətmir, lakin yavaş-yavaş rəqiblər arasında müharibə barışıqla yekunlaşır; məlum olur ki, gənc mühacir-aşpaz Həsən xüsusi zövqə malikdir və hind şirniyyatı kimi fransız mətbəxinin də sirlərinə tez bir zamanda yiyələnir.
Ədviyyatlar və ehtiraslar (kitab)
Ədviyyatlar və ehtiraslar — Richard C. Morais tərəfindən yazılmış və 2008-ci ildə nəşr olunmuş romandır. Roman əsasında 2014-cü ildə eyniadlı bədii film çəkilmişdir. == Süjet xətti == Bu, yeni bir hind restoranı ilə ənənəvi fransız restoranı arasındakı yüz metrlik məsafənin müxtəlif mədəniyyətlər və istəklər arasındakı uçurumu necə nümayiş etdirdiyi haqqında bir hekayədir. Bu əsər, iki restoranın rəqabətinə və bu rəqabətin həllinə diqqət yetirir və hadisələr Fransanın Saint-Antonin-Noble-Val şəhərində yerləşir. Kitab, Mumbayda ailəsinin hind restoranında doğulub böyüyən, romanın qəhrəmanı Həsən Hacı tərəfindən nəql edilir və onun uşaqlığından dünya şöhrətli aşpaza çevrilməsinə qədər olan həyat hekayəsini əhatə edir.

Digər lüğətlərdə