EMBRİOLÓGİYA

[ yun. embryon – rüşeym və logos – anlayış, elm] Biologiyanın rüşeymlərin (embrionların) inkişafından bəhs edən şöbəsi.
Canlıların embrional inkişafından bəhs edən elmə embriologiya deyilir. M.Axundov.

EMBLÉM
EMBRİOLOJİ́
OBASTAN VİKİ
Embriologiya
Rüşeymin və ya embrionun inkişafını öyrənən bir elm sahəsi. İstənilən orqanizm ilkin inkişaf mərhələsində rüşeym adlanır. Embrioloji inkişaf bioloji inkişafın ilkin mərhələsi sayılır. Embriologiya canlı orqanizmin aşağıdakı mərhələlərinin- hematogenez, mayalanma və ziqotanın əmələ gəlməsi, bölünməsi, differensial toxumaların əmələgəlmə və orqanların inkişafı prosesini - orqanogenezi, morfogenezi, regenerasiyanı öyrənir.

Digər lüğətlərdə