Estakada nəqliyyatı
Estakada nəqliyyatı ― yol xəttləri viaduk və ya digər yerüstü tikilidə (adətən polad, çuqun, beton və ya kərpicdən ibarət) yerləşən sürətli dəmir yolu. Dəmir yolu geniş, standart və ya darraylı, yüngül relsli, monorelsli və ya asma tipli ola bilər. Estakada dəmir yolları adətən şəhər yerlərində olur ki, çoxsaylı dəmir yolları keçidləri salınmasın. Polad viadukları üzərində hərəkət edən estakada nəqliyyatını adətən küçə səviyyəsindən görmək mümkün olur.
1836-1838-ci illər arasında 878 tağlı kərpic viaduki üzərində inşa edilmiş London və Qrinviç dəmir yolu ən birinci estakada nəqliyyatı hesab olunur. 1840-cı ilə aid London və Blekuoll dəmir yolunun ilk 4 kilometri də viaduk üzərində inşa edilmişdir. 1840-cı illərdə əlavə estakada dəmir yollarının tikilməsi planlaşdırılsa da, heç biri realizə olunmadı.
1860-cı illərin sonlarından etibarən ABŞ şəhərlərində də estakada nəqliyyatı populyarlaşdı. Nyu-York Vest Sayd və Yonkers patent dəmir yolu 1868-ci ildən 1870-ci ilədək kanat tramvayı kimi fəaliyyət göstərirdi, sonradan isə lokomotivə keçdi. Onun ardınca 1875-ci ildə Manhetten dəmir yolu, Sauz Sayd estakadası, Çikaqo (1892–) və Boston estakadları yarandı.