ETİBARLI

sif.
1. Etibar edilməyə layiq olan, etibarı olan, inanılacaq, etimad ediləcək, sədaqətli, vəfalı.
// Şübhə doğurmayan, həqiqi, dürüst. Etibarlı mənbələrdən alınan məlumat.
2. Etibarı olan, hörmətli, nüfuzlu, adlısanlı. Etibarlı adam.
3. Qanunən qüvvəsi, təsiri olan. Etibarlı sənəd.
4. Möhkəm, davamlı, bərk. Bu divar etibarlıdır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ETİBARLI 1. ETİBARLI (etibar edilməyə layiq) [Muxtar:] Qorxmaz etibarlı oğlandır (Ə.Vəliyev); ETİMADLI Məktub Zəhir Bəlxinin ən etimadlı olan qulamı Bəsirə tap
  • ETİBARLI sədaqətli — vəfalı
  • ETİBARLI hörmətli — nüfuzlu — adlı-sanlı
  • ETİBARLI həqiqi — dürüst
  • ETİBARLI möhkəm — davamlı

Antonimlər (əks mənalı sözlər)

  • ETİBARLI ETİBARLI – VƏFASIZ Görünür, etibarlı kişisən (A.Şaiq); Bu vəfasız dünya mənim son ümidimi söndürdü (M
ETİBARƏN
ETİBARLILIQ

Digər lüğətlərdə