EVLƏNDİRMƏK

f. Birinə arvad (qız) alıb evli etmək. Oğlunu evləndirmək.
[Cahan xala:] Rəhmətlik bacım canı ağzından çıxana kimi mənə deyərdi: Cahan, bax, Əsgəri sənə qoyub gedirəm, onu tək qoyma, evləndir. Ü.Hacıbəyov.
[Mirzə Həsən:] Vəba ilində, Allah ölənlərinə rəhmət eləsin, rəhmətlik atam məni yenicə evləndirmişdi. Çəmənzəminli.
Lakin evlərində xörək, yemək hazırlamağa bir arvad olmadığından atası Haşımı evləndirdi. B.Talıblı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EVLƏNDİRMƏK EVLƏNDİRMƏK Sona xanımın bircə dərdi vardı, o da oğlunu evləndirmək idi (S.S.Axundov); BAŞ-GÖZ ELƏMƏK (fr
EVLƏNDİRMƏ
EVLƏNMƏ

Digər lüğətlərdə