sif. Bir-birinə tamamilə oxşar, bir cür, tam bənzər; oxşarı, tayı, bənzəri, tamamilə özü.
Qarı qollarını çırmalayıb, Məlik vəzirin arvadını doğuzdurdu, gördü ki, bu bir oğlan doğdu ki, eyni Yusifi-Kənan. (Nağıl).
Sən varlığın eynisən, buna sözmü var? Ürəyisən, beynisən, buna sözmü var? M.Müşfiq.
// Başqası yox, həmin, bəlli şeyin özü. Eyni yer. Eyni söz.
– …Fərhadoğlu yenə də sabah-sabah eyni mətləbdən söz açmalı oldu. S.Rəhimov.
□ Eyni ilə –
1) tamamilə eyni, tamamilə olduğu kimi, tam oxşar.
Keçən aylarda da bir dəfə Cuma evinə eyni ilə belə gəlmişdi. Ə.Əbülhəsən;
2) hərfi-hərfinə, sözü-sözünə, nöqtəsinöqtəsinə, necə ki var, əslində olduğu kimi. Eyni ilə köçürmək.
– Mərhumun [M.F. Axundzadənin] tərcümeyi-halına dair yuxarıda icmalən verdiyimiz əhvalata iktifa etməyib, onun öz yazdığı təfsilatı fars dilindən türkcə tərcümə edib, necə ki var, eyni ilə burada zikr edirik. F.Köçərli.
Eyni zamanda (vaxtda) –
1) bir vaxtda, bir zamanda.
Eyni zamanda iki otaqda mühakimə gedirdi. Mir Cəlal.
Qırx … şahmatçı ilə eyni zamanda oynayırdı. İ.Əfəndiyev;
2) həmçinin, bununla bərabər.
Yaxın zamanda Bağdad dünyasına məşhur oxuyan, eyni zamanda misli görünməyən bir gözəl qədəm qoyacaqdır. M.S.Ordubadi.
[Qəhrəman:] Eyni zamanda [xanımın] əlindən yaxa qurtarmaq üçün çalışırdım. H.Nəzərli.