Füzuli Dövlət Dram Teatrı
Füzuli Dövlət Dram Teatrı — Füzuli rayonunda yerləşən dövlət dram teatrı.
== Tarixi ==
1913–1914-illərində Qaryagin Musiqili Dövlət Dram Teatrı yaranmışdır. Bu teatrın səhnəsində S.Şuşinski, Cəmil bəy Bağdadbəyov, Cəmil Vəzirov, Şamxal Vəzirov, M.Əliyev, S.Ruhulla, Məmməd Cavadov, Əyyub Əliyev, Əsəd Cəfərov, Adışirin Əliyev, Zəroş Həmzəyeva, Ağabala Abdyllayev, Abdulla Abdullayev, Cəmil Cəfərov, Firuzə Cəfərova, Dilarə Bayramova, Durna Quliyeva, Famil Musayev, Oktay Əhmədov, Suğra Abbasova, Səmayə Ağayeva, Mürşüd Haşımlı, Ələkbər Məmmədov, Fehruz Əliyev kimi sənətkarlar yetişmiş, əvəzedilməz obrazları ilə teatr səhnəsində böyük iz qoymuşlar. Bu teatrın səhnəsində Ü.Hacıbəyovun "Əsli və Kərəm", " Leyli və Məcnun", N.B.Vəzirovun "Hacı Qənbər", S.Vurğunun "Vaqif", M.İbrahimovun "Həyat", C.Cabbarlının "Almaz", "Oktay Eloğlu", A.Şaiqin "Vətən", İ.Əfəndiyevin "Bahar suları" və s. əsərlər əsasında maraqlı tamaşalar oynanılmışdır. Daha sonra Hüseynqulu Sarabski Qaryagin qəzasında Dövlət Dumasına deputat seçilmiş, teatr 1940–1953-cü illərdə ustad sənətkarın şərəfinə onun adını daşımışdır. H.Sarabski öz sevimli " Məcnun" rolunu Qaryagin Musiqili DDT-nın səhnəsində dəfələrlə oynamışdır. 1953-cü ildə sarabski DDT müəyyən səbəblər üzündən bağlandı. Teatr bağlansa da öz fəaliyyətini xalq teatrı formasında davam etdirirdi. Ürəkləri sənət eşqi ilə yanan aktyorlar özlərinə xalq teatrı yaratmaqla şərəfli sənət yolunu davam etdirdilər.