Flash TV
Flash TV (tam adı: Flash Televiziyası, türk. Flash Televizyonu, tələffüzü: Fleş TV) — Ömər Ziya Göktunun sahib olduğu Göktuğ Grupun nəzdində fəaliyyət göstərən Türkiyənin ikinci özəl televiziya kanalı. 1992-ci ildən bəri fəaliyyət göstərən televiziya kanalının yayım ərazisi Türkiyə, Şimali Kipr və Azərbaycandır.
== Tarixi ==
Flash TV, 1992-ci ildə test yayımına, 1993-cü ildə isə Ömər Ziya Göktunun sahib olduğu Göktuğ Qrupun nəzdində Bursa şəhərində normal yayıma başlamışdır. Yerli yayım aparan kanalın İstanbulda studiyaları var idi. Gerçək Kəsit proqramı Bursada çəkilmişdir. Proqramda real həyatda baş verən hadisələr efirə verilirdi. Serialda Cahid Qaşıqçılar, Mehmet Vanlıoğlu, Nəvzad Çiftçi, Cavad Dinçər, Zəki Bıçaqçı, Məsud Haqyeməz, Bərat Dəmirəyər kimi Bursalı aktyorlar rol almışdır. Bundan başqa, kanalda Tap On adlı bir musiqi proqramı da yayımlanmışdır. Bu proqramsa 1990-cı illərdə məşhuş olan türk-dilli mahnıların sözlərini yenidən yazaraq gülməli mahnılar hazırlamışdır.