HÜQUQ

is. [ ər. “həqq” söz. cəmi]
1. Dövlət tərəfindən müəyyən olunan və tətbiq edilən, insanlar arasında ictimai münasibətləri nizama salan və hakim sinfin iradəsini ifadə edən normaların, qaydaların məcmusu. Seçki hüququ.
– İnsan hüququndan dərs deyən ölkə; Haqqı bağ güncünə niyə atmısan? B.Vahabzadə.

// Cəmiyyətin təşkilinin, həyat və fəaliyyətinin hər hansı bir cəhətinə aid olan dövlət hüquq və qərarlarının məcmusu. Əmək hüququ. Mülki hüquq. Vətəndaşlıq hüququ.
// Hər hansı bir məsələyə dair dövlətlər arasındakı qarşılıqlı münasibətləri nizama salan beynəlxalq sazişlərin, müqavilələrin məcmusu. Dəniz hüququ.
// Həmin qayda və normalar haqqındakı qanunlardan bəhs edən elm və onun bu və ya başqa bir sahəsi. Mülki hüquq mütəxəssisi. Cinayət hüququndan mühazirə. Hüquq elmləri doktoru.
– Mehman sənədlərini təqdim edib hüquq fakültəsinə daxil oldu. S.Rəhimov.

2. Bir iş görmək, bir şeyi həyata keçirmək üçün dövlət qanunları ilə verilən azadlıq, imkan, ixtiyar. Vətəndaşların hüquqları. Fəhlə sinfinin siyasi hüquqları. Sosial təminat hüququ. Varislik hüququ.
– Asudə nəfəs çəkməyə halət edə fəhlə; Yainki hüquq üstə ədavət edə fəhlə. M.Ə.Sabir.
Və yenə də biz başa düşmürük ki, osmanlı arvadları nə hüquq istəyirlər? C.Məmmədquluzadə.

// Birisinə vəzifəsini yerinə yetirmək, müəyyən vəzifə tutmaq ixtiyarını verən rəsmi icazə, vəsiqə. Müəllimlik hüququ.
// dan. Hər hansı bir şəxsə avtomobil, motosiklet və s. sürmək ixtiyarı verən sənəd. Sürücülük hüququ.
3. Bu və ya başqa bir tərzdə hərəkət etmək, iş görmək imkanı; ixtiyar. Yeni təyin edilmiş müdirə böyük hüquqlar verilmişdir.
[Cahan:] İmdi bizim hüququmuz kişilərlə bərabərdir. Ə.Haqverdiyev.

4. Əsas, sübut, haqq. Bu adı daşımağa heç bir hüququ yoxdur.
5. köhn. Əmək haqqı, zəhmət haqqı; maaş, aylıq, donluq.
…Həmin uşqolda həftədə iki saat şəriət dərsi deyib, ayda on iki manat yarım hüquq alasınız. C.Məmmədquluzadə.

◊ Hüquq məsləhətxanası – əhaliyə hüquq məsələlərinə dair məsləhətlər vermək üçün vəkillər kollegiyası şöbəsi.
Hüquq məsləhətçisi – bir idarənin, müəssisənin və s.-nin hüquq məsələlərinin praktik həlli ilə məşğul olan və hüquq təşkilatlarında (arbitrajda, məhkəmədə və s.) onun mənafeyini müdafiə edən hüquqçu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HÜQUQ HÜQUQ [Ruzbeh:] Hətta, o qədər məharətli və yumşaq bir adamam ki, mənim şəxsi hüquqlarımı və ixtiyaratımı məhdudlaşdırıb öz xeyrinə istifadə edənlərə
  • HÜQUQ ixtiyar — imtiyaz
  • HÜQUQ haqq
HÜKƏMA
HÜQUQÇU
OBASTAN VİKİ
İctimai hüquq
Hüquq
Hüquq — davranışı tənzimləmək üçün sosial və ya hökumət institutları tərəfindən yaradılmış və tətbiq edilə bilən qaydalar toplusu, onun dəqiq tərifi uzun müddətdir müzakirə olunan bir məsələdir. "Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində "right" sözünə uyğun gəlir. Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir. == Hüququn əlamətləri == normativlik (məcburi davranış qaydasını müəyyən edir); ümumilik; dövlətin təminatı ilə icra edilir; obyektivlik; rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur; dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir; ədalətlilik; sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur. == Hüquq haqqında nəzəriyyələr == Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür. Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir. Hüququn əsas əlaməti onun normalarının məcburi xarakter daşımasıdır.
Aliyenasiya (hüquq)
Aliyenasiya və ya alientasiya (ing. Alienation – özgəninkiləşdirmə) — əmlakı müsadirə etmə, səhm, kapital, dəyərlinin sahibkarlıq hüququnun bir şəxsdən başqasına keçmə prosesi. Mülkiyyətçinin iradəsinə əsasən özgəninkiləşdirmə (alqısatqı və ya bağışlama) və mülkiyyətçinin iradəsindən asılı olmayan özgəninkiləşdirmə (məhkəmə qərarının icrası zamanı borcun tutulması məqsədilə borclunun əmlakının müsadirə edilməsi, rekvizisiyası və ya məcburi satılması) fərqləndirilir. Aliyenasiya bu hüququn tam şəkildə verildiyi müstəsna hüquqa sərəncamvermə üsullarından biridir. Hüququn aliyenasiyası ya qeydə alınmalı, ya da müstəsna hüququn qeydiyyatından əvvəl aliyenasiya haqqında müqavilədə yazılı şəkildə ifadə edilməlidir. Hüquq verən zaman hüquq sahibi bu hüququnu itirmir. Müqavilədə hüquq tam şəkildə verilmədikdə, müqavilə lisenziya sayılır.
Arbitraj (hüquq)
Arbitraj (en. Arbitration, ru. Арбитражный суд) — qeyri-rəsmi təşkilat olub, vətəndaşların mübahisələrini araşdırmaq və həll etməklə məşğuldur. Arbitraj xidmətini hüquq təhsil olan şəxs göstərir və məhkəmənin müdaxiləsi olmadan məsələ həll olunur. Mübahisələrin məhkəmədən kənar və ya alternativ həlli üsullarından biridir. Mübahisələrin alternativ həllinin əsas formaları danışıqlar, mediasiya və arbitrajdır və bu üsullar 21-ci əsrdə beynəlxalq səviyyədə və əksər dövlətlərdə milli səviyyədə müasir hüquq praktikasının ayrılmaz hissəsinə çevrilmişdir. == Həmçinin bax == Mediasiya == Xarici keçidlər == The Association for International Arbitration International Institute for Conflict Prevention & Resolution (CPR).
Beynəlxalq hüquq
Beynəlxalq hüquq — hüququn bir sahəsi olmaqla dövlətin xarici münasibətlərini, əlaqələrini nizamlayan normalar sitemidir. Buraya dövlətlər, beynəlxalq təşkliatlar, özünüidarəetmə qabiliyyətinə malik olan xalqlar, milli azadlıq mücadiləsi verən millətlər bəzən isə fiziki və hüquqi şəxslər də aid edilir. Beynəlxaq hüquq çox geniş sahələri əhatə edən beynəlxalq münasibətlər və normalar sistemidir. == Müasir Beynəlxalq hüquq == Müasir Beynəlxalq hüququn 400 il əvvəl yarandığını, formalaşmağa başladığını desək də beynəlxalq sistemin fundamental konsepsiyalarının yaranmasını min illər əvvəl dövlətlərarası siyasi münasibətlərdə görə bilərik. Təxminən e.ə 2100-cü ildə Laqaş və Umma hakimlərinin bağladıqları müqaviləni buna misal göstərmək olar. Bu müqavilə dövlətlərarasındakı sərhədləri müəyyənləşdirirdi. Başqa bir nümunə II Ramzes və Hetlər arasında bağlanmış əbədi sülh və qardaşlıq müqaviləsini göstərə bilərik. Hansı ki e.ə 1286-cı ildə bağlanmışdı. Bu müqavilə Şam şəhərinin şimalında (Kadeş şəhərində) bağlanıb və müharibənin bitməsini, ərazi bütövlüyünü və nəhayət müdafiə alyansının yaradılmasını da nəzərdə tuturdu. Beynəlxalq hüququn əsas on prinsipi mövcuddur: ərazi bütövlüyü prinsipi, xalqların öz müqəddaratını təyin etmə prinsipi və s.
Ekoloji hüquq
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insanın və ekosistemin hüquqi müdafiəsi mövcud olan hüquqi dövlət şəraitində mümkündür. == Ekoloji hüquq == Hüquq — cəmiyyətdə insanların münasibətini tənzimləyəli, müəyyən mənada dövlət tərəfindən müəyyən edilən və qorunan normaların məcmusudur. Hüquqi dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya formasına keçid ilə əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər normalarla həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhələlərində bu normaları dəqiq formalaşdıran vƏ ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı. Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı kimi mövcud olmuşdur. Qanunları dövlət müəyyənləşdirir, onların həyata keçirilməsini təmin edirdi. Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya şəraitində çatır. Hüququn aliliyi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində yüksəlir, yəni hüquqi dövlət yaranır. Hüquq demokratik cəmiyyət şəraitində: dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir; dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir; müstəqil və güclü olan məhkəmə ilə birləşir.
Hakim (hüquq)
Yarğıc və ya Hakim — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Azərbaycan Respublikasının qanunlarına görə hakimlər: Yalnız AR Konstitusiyası və qanunlarına tabedir; Toxunulmazdırlar; Səlahiyyətləri yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər; Cinayət məsuliyyətinə qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilərlər; Başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər; Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətlərindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər; Siyasi fəaliyyətlə məşğul ola bilməz və siyası partiyalara üzv ola bilməzlər. == İslamda şəriət hakimləri == Hakimlik haqqında Qurani-Kərimdə belə buyurulur: "Ey Davud! Biz səni yer üzündə xəlifə (və canişin) etdik. Camaat arasında haqq-ədalətlə hakimlik et və heç vaxt istəklərinə tabe olma ki, səni Allahın yolundan döndərməsin. Həqiqətən də, Allahın yolundan çıxanlar qiyamət gününü unutduqlarına görə (cəza olaraq) böyük əzab görəcəklər." Hz. Əlidən nəql olunan hədisdə deyilir: "Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın. Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir.
Hüquq Klinikası
Hüquq Klinikası — Hüquq klinikası (eyni zamanda qanuni klinika və ya hüquq fakültəsi klinikası) müxtəlif müştərilərə xidmət göstərən və tez-tez hüquq fakültəsi tələbələrinə hüquqi təcrübə verən bir hüquqi yardım və ya hüquq fakültəsi proqramıdır. Klinikalar , ümumiyyətlə, klinik professorlar tərəfindən idarə olunur. Hüquq klinikaları müəyyən bir sahədə pro — bono işi aparır və müştərilərə pulsuz hüquqi xidmətlər göstərir. Hüquq klinikası Palacky Universitetində tələbələrin hüquqi yardım ofisində iş üzərində işləyərkən hüquq fakültəsi tələbələrinin praktik tədrisi metodu kimi yaranıb, lakin bu gün akademik əlaqələri olmayan pulsuz hüquqi yardımı da əhatə edir. Vəkillərə, hakimlərə və hüquqşünaslara qanunun tətbiqi — etik ölçüləri barədə praktiki bacarıqları təmin edən , akademik əlaqəsi olmayan təcrübi əsaslı hüquq klinikaları mövcuddur ki , onlar eyni zamanda pulsuz ictimai hüquqi xidmətləri də təklif edirlər. == Klinikalara ehtiyac və əhəmiyyəti == Avani Bansalın sözlərinə görə, tərəflərin vəkil tuta bilmədikləri və dövlət tərəfindən hüquqi xidmətlər göstərildiyi hallarda, bu qanuni nümayəndəliyin keyfiyyəti çox vaxt şübhə doğurur. Bu səbəbdən hüquqşünasların kasıb insanlara hüquqi məsləhət verə biləcəyi hüquq fakültələrindəki hüquqi yardım klinikaları və ya qanuni yardım klinikaları yaradılmasına ehtiyac vardır. == Məqsəd və metodlar == Tələbələr, ümumiyyətlə, araşdırma, hüquqi dəlillər hazırlamaq və müştərilərlə görüşməkdə kömək edirlər. Bir çox halda, klinikanın professorlarından biri Məhkəmə qarşısında şifahi mübahisələrdə iştirak edir. Bununla birlikdə, bir çox yurisdiksiyada hüquq klinikasında tələbələrinin məhkəməyə çıxıb mübahisə etməsinə imkan verən "tələbə təcrübəsi" qaydaları mövcuddur.
Hüquq fakültəsi
Hüquq fakültəsi — hüquq elminin tədris olunduğu və bu elm daxilində müxtəlif sahələr üzrə tədqiqatların aparıldığı fakültədir. Onun məzunları hüquqşünas, hakim, prokuror, hüquq məsləhətçisi, notarius və icra hakimi kimi fəaliyyət göstərə bilərlər. Türkiyədə təhsil müddəti 4 ildir. Türkiyədə ilk hüquq fakültəsi 1874-cü ildə yaradılan İstanbul Universiteti Hüquq Fakültəsi olub, Respublika dövründə isə ilk yeni açılan fakültə 1925-ci ildə yaradılmış Ankara Universiteti Hüquq Fakültəsi olmuşdur. Ankara Universiteti Hüquq Fakültəsi 5 Noyabr 1925-ci ildə Atatürk tərəfindən Ankara Ədliyyə Hüquq Məktəbi adı ilə təsis edilmişdir. İstanbul Hüquq Fakültəsinin əsasını 1874-cü ildə Qalatasaray Liseyində “Dârülfünun-u Sultani” şöbəsi olaraq açılan “Məktəb-i Hüquq” təşkil edir. Konya Hüquq Məktəbi 1907-ci ildə qəbul edilmiş qərarla yaradılmış və 1908-ci ildən bu universitetdə təhsil verilməyə başlanmışdır. Ege Universiteti Hüquq Fakültəsi 1978-ci ildə yaradılmışdır. 1982-ci ildə Dokuz Eylül Universitetinin yaradılması ilə hüquq təhsili bu universitetə ​​keçmişdir.
Hüquq jurnalistikası
Hüquq jurnalistikası, ictimai və ya siyasi məqsəd üçün qəsdən və şəffaf şəkildə qərəzsiz bir nöqteyi-nəzərdən qəbul edilən jurnalistika janrıdır. Çünki, həqiqətə uyğun və təbliğatdan fərqlidir. Həm də medianın qərəzli olması və mediada obyektivliyin olmaması hallarından fərqlənir, çünki qərəz olduğu ehtimal olunur. Bəzi insan haqları jurnalistləri ənənəvi obyektivlik idealının ya bütövlükdə, ya da reklamda korporativ sponsorların olması səbəbindən mümkün olduğunu inkar edirlər. Bəziləri ictimai marağın fərqli şəffaf baxışları olan müxtəlif KİV-lər tərəfindən daha yaxşı təmin olunduğunu və ya təbliğat jurnalistikasının makkraker və ya məlumat verən kimi eyni rol oynadığını düşünürlər. == Hüquq jurnalistlərindən perspektivlər == Müstəqil Media Mərkəzi olan "alternativ" jurnalist kooperativinin bir yazarı fəaliyyətə çağırışda aşağıdakıları yazır: Jurnalistikanın klassik prinsipləri obyektivlik və neytrallıq tələb edir. Bunlar artıq ümumdünya hörməti olmayan köhnəlmiş prinsiplərdir … Onlara bağlılığımızı hiss etməməliyik. Əgər biz hər zaman mənalı dəyişiklik etmək istəyiriksə, təbliğat jurnalistikası zəruri təşkilatı təmin edən ən vacib element olacaqdır. Buna görə də, təbliğat sahəsində uğurlu jurnalist olmağı öyrənməyimiz çox vacibdir. Çoxları üçün bu, məqsədləri müəyyənləşdirmək və əldə etmək üçün fərqli bir yol tələb edəcəkdir.
Hüquq müdafiəçiləri
Hüquq müdafiəçiləri — müxtəlif insan hüquqlarının dinc vasitələrlə, bir qayda olaraq, dövlət strukturlarının və ya vəzifəli şəxslərin özbaşınalığından müdafiəsi məsədi ilə ictimai fəaliyyətlə məşğul olan şəxslərdir. Onlar jurnalistlər, ekoloqlar, məlumat verənlər, həmkarlar ittifaqı işçiləri, hüquqşünaslar, müəllimlər, birbaşa fəaliyyətin iştirakçıları və ya sadəcə təkbaşına fəaliyyət göstərən şəxslər ola bilərlər. Onlar işlərinin bir hissəsi kimi və ya könüllü olaraq hüquqlarını müdafiə edə bilərlər. Fəaliyyətləri nəticəsində insan hüquqları müdafiəçiləritez-tez qarayaxma, müşahidə, təqib, saxta ittihamlar, əsassız həbs, birləşmək azadlığının məhdudlaşdırılması, fiziki hücum və hətta qətllər də daxil olmaqla repressiyalara məruz qalırlar. 2020-ci ildə 25 ölkədə ən azı 331 hüquq müdafiəçisi öldürülüb. Beynəlxalq ictimaiyyət və bəzi milli hökumətlər müxtəlif müdafiə vasitələri ilə bu zorakılığa cavab verməyə cəhd göstərmişlər, lakin hüquq müdafiəçilərinə qarşı zorakılıq artmaqda davam edir. Qadın hüquq müdafiəçiləri və ətraf mühitin mühafizəsi ilə məşğul olan insan hüquqları müdafiəçiləri digər məsələlərlə məşğul olan hüquq müdafiəçilərindən daha çox repressiya və risklərlə üzləşirlər. 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatı insan hüquqları müdafiəçilərinin işini qanuniləşdirmək və insan hüquqları fəaliyyətinin müdafiəsini genişləndirmək üçün İnsan Hüquqları Müdafiəçiləri haqqında Bəyannaməni qəbul edir. == Tərif == İnsan hüquqları müdafiəçisi termini BMT Baş Assambleyası tərəfindən hamılıqla tanınmış insan hüquqlarının və əsas azadlıqların təşviqi və müdafiəsi üçün fərdlərin, qrupların və cəmiyyət orqanlarının hüquqları və məsuliyyəti haqqında Bəyannaməni qəbul etdikdən sonra beynəlxalq insan hüquqları ictimaiyyətində geniş istifadə olunmağa başlanır. Bu Bəyannamədən əvvəl “fəal”, “işçi” və ya “müşahidəçi” insan hüquqlarını müdafiə etmək üçün çalışan insanlara qoyulmuş terminlər idi.
Hüquq normaları
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır. == Hüquq normalarının əlamətləri == Hüquq normalarının aşağıdakı əlamətləri var: insanların davranışını tənzimləyir. ümumi xarakter daşıyır. dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir. rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir. sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər. == Hüquq normalarının quruluşu == Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur: Hipotez (əgər…) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilirsə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi.
Hüquq norması
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır. == Hüquq normalarının əlamətləri == Hüquq normalarının aşağıdakı əlamətləri var: insanların davranışını tənzimləyir. ümumi xarakter daşıyır. dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir. rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir. sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər. == Hüquq normalarının quruluşu == Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur: Hipotez (əgər…) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilirsə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi.
Hüquq prinsipləri
Hüquq prinsipləri — hüquqi tənzimlənmənin məzmununu və istiqamətlərini müəyyən edən rəhbər qanunlardır. Bir tərəfdən, müəyyən hüquq qanunlarını ifadə edirlər, digər tərəfdən, hüquqi tənzimləmə bütün sahələrində tətbiq olunan və bütün subyektlərə tətbiq olunan ən ümumi normaları təmsil edirlər. Bu normalar ya qanunda birbaşa ifadə olunur, ya da qanunların ümumi mənasından irəli gəlir. Qanun prinsipləri qanunverici üçün istiqamətləndirici fikirlər kimi çıxış edərək, standartların təkmilləşdirilməsinin yollarını müəyyənləşdirir. Bunlar cəmiyyətin inkişafı və fəaliyyətinin əsas qanunları ilə hüquq sistemi arasındakı əlaqədir. Prinsiplər sayəsində hüquq sistemi bir insanın və cəmiyyətin ən vacib maraqlarına və ehtiyaclarına uyğunlaşır, onlarla uyğunlaşır. Hüquq prinsipləri bütövlükdə qanuna xas olanlara (ümumi hüquqi), onun ayrı-ayrı sahələrinə (sənayesinə) və ya əlaqəli sahələr qrupuna (sektorlararası) bölünür. Məsələn, filial prinsipi cəza hüququnda cəzanın fərdiləşdirilməsi prinsipini, şöbələrarası prinsip mülki prosessual və cinayət-prosessual hüquqdakı rəqabət prinsipini özündə cəmləşdirir. == Hüquq prinsiplərinin növləri == Hüquq prinsipləri bir çox səbəbə görə təsnif edilə bilər. Ən vaciblərindən biri ictimai həyatın bu və ya digər sahəsidir.
Hüquq psixologiyası
Hüquq psixologiyası — psixologiyanın mühüm sahələrindən biri. İnsan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah,əmək psixologiyası və s. bölmələri vardır. Psixologiya və hüquq elm sahəsi kimi 1960-cı illərdə yaranmağa başladı. Psixologiyanın prinsipləri və hüquqi tətbiqetməni özündə birləşdirən istənilən araşdırma hüquq psixologiyası sayılır. == Hüquq psixologiyasının predmeti == Hüquq psixologiyası iki mürəkkəb və çox sahəli elmlər sisteminin hüquq və psixologiya elmlərinin qovşağında meydana gəlmişdir.Bu elm sahələrini bir-birinə yaxınlaşdıran və qovuşduran ümumi cəhət onların hər ikisinin obyekti insanın rəftar və davranışı, daxili psixoloji aləmi fərdi psixoloji xüsusiyyətləri ilə əlaqədar olmasıdır. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur.Lakin elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil predmentinə (mövzularına) görə fərqlənirlər.Bu cəhətdən hər bir elmin,o cümlədən insanı öyrənən elm sahələrinin elə özünəməxsus ayrıca predmeti var. Hüquq psixologiyası insanların psixi fəaliyyətinin hüquqla tənzim edilmə sahəsində qanunauyğunluqlarını və mexanizmlərini öyrənən elm sahəsidir. Əgər hüquq insanda hüquq pozma xassəsini əsas götürürsə, hüquq psixologiyası, ilk növbədə insanı hüquq pozuntusuna yol vermiş şəxs, şahid və zərərçəkmiş kimi tədqiq edir.
Hüquq sosiologiyası
Hüquq sosiologiyası — hüquq institutunun digər sosial qurumlarla qarşılıqlı əlaqəsini araşdıran sosiologiyanın bir sahəsi. Hüquq sosiologiyasının maraq dairəsinə hüquq normalarının genezisi, dinamikası, quruluşu, habelə sosial şərtləndirmə və cəmiyyətdəki rolunun öyrənilməsi daxildir. Hüquq sosiologiyası kriminologiya, sosial mühəndislik və hüquq antropologiyası ilə sıx bağlıdır. == Tarixi == "Hüquq sosiologiyası" konsepsiyası ilk dəfə Dionisio Antsilotti tərəfindən 1892-ci ildə təqdim edilmişdir və 1913-cü ildə "Hüquq Sosiologiyasının əsasları" adlı əsər avstriyalı Oyhen Erlix tərəfindən nəşr edilmişdir. Daha sonra, hüquq sosiologiyası Maks Veber, Emil Durkhaym və Leon Düqinin araşdırmaları sayəsində inkişaf etdi. Xüsusilə, Maks Veber və Emil Durkhaym qanunların ictimai münasibətlərə təsirini araşdırdılar. == Hüquq sosiologiyası anlayışları == Hüquq sosiologiyası və hüquq elmləri mövzusu tez-tez təmasda olur, lakin müəyyən hüquqi münasibətlərin öyrənilməsinə yanaşmalar çox fərqlidir. Hüquq elmini ilk növbədə sosial münasibətlərin hüquqi forması maraqlandırır, sosiologiya isə bu münasibətlərin sosial funksiyaları və digər qeyri-hüquqi aspektləri ilə maraqlanır.
Korporativ hüquq
Korporativ hüquq – kommersiya hüququ institutu olaraq, özündə hüquqi şəxsin təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının xüsusi və ümumi metodlarını, davranış norma və qaydalarının vəhdətini təşkil edir. Bu, hüquqi şəxslərin statusunu, fəaliyyətini və yaradılmasını tənzimləyən, eləcə də korporativ münasibətlərin bütün iştirakçıları üçün mütləq olan və dövlət məcburiyyətinin təsiri ilə qorunan hüquq normaları sistemidir. Həmçinin korporasiyanın idarəetmə orqanları tərəfindən müəyyən edilən, onların üzvlərinin iradəsini əks etdirən, korporasiyanın bütün iştirakçıları üçün mütləq olan və korporativ məcburiyyət gücü ilə qorunan, onun yetərsizliyi zamanı isə dövlət məcburiyyəti gücü ilə qorunan normaların cəmidir. Korporativ hüquq elmi biliklərin bir sahəsi kimi özündə korporativ normaların, doktrinal tədqiqatların, eləcə də əsas anlayışların təyini, korporativ münasibətlərinin hüquqi tənzimləməsi prinsipləri, nəzəriyyələri və korporativ hüququn predmeti olan tətbiqi baxışların işlənib hazırlanması da daxil olmaqla korporativ hüquqi münasibətləri birləşdirir. Korporativ hüquq elmi dedikdə təşkilatın hüquqi tənzimlənməsi və korporasiyanın fəaliyyəti haqda olan dinamik inkişaf edən bilik sahəsi (sistemi) başa düşülür. O, korporasiyanın yaranması və fəaliyyəti, korporativ münasibətlərin mahiyyəti ilə bağlı olan obyektiv qanunauyğunluqları öyrənir. == Ədəbiyyat == Emin Kərimov. Azərbaycan korporativ (şirkətlər) hüququ. Bakı, 2014, 233 səh.
Müdafiəçi (hüquq)
Müdafiəçi — cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə fəaliyyət göstərən vəkil. Ümumi hüquq sistemli ölkələrdə bu fəaliyyətlə əsasən barristerlər məşğul olur. == ABŞ == ABŞ-də müdafiəçilər həbs, cinayətlərin istintaqı, cinayət təqibi, hökm çıxarılması, apelyasiya və məhkəmə araşdırmaları ilə bağlı məsələlərlə məşğul olurlar. Çox zaman vəkillərin bir qismi xüsusi olaraq müdafiəçi kimi ixtisaslaşırlar. Məsələn, ABŞ-də narkotik vasitələrlə əlaqədar törədilən cinayətlər üzrə müdafiəçilər və sərxoş vəziyyətdə nəqliyyat vasitəsitəsinin idarə edilməsi cinayətləri üzrə ixtisaslaşmış müdafiəçilər fəaliyyət göstərirlər. Müdafiəçilər, həmçinin, müdafiə etdikləri şəxslərin ittiham olunduqları cinayət üzrə cinayət tərkibinin əlamətlərini də araşdırırlar. Onlar öz müştərilərinə prokuror tərəfindən ittiham aktı tərtib olunanadək yardım edə bilirlər. Bu, adətən, həmin şəxs haqqında təhqiqat aparılanda və ya şəxs tutulanda həyata keçirilir. Təqsirləndirilən şəxslər polis və digər təhqiqatçılarla münasibətlərdə təmsil edilmək, cinayət işi barədə təhqiqat aparılması, eləcə də prokurorun ittihamlarına qarşı müdafiə olunmaq məqsədilə sübutların toplanması üçün müdafiəçi tuturlar. ABŞ-də qraflıq, dövlət və federal hökumətİ kimi dövlət idarələrində çalışan müdafiəçilərə çox zaman ictimai müdafiəçilər və ya məhkəmə tərəfindən təyin edilmiş vəkillər də deyilir.
Mülki hüquq
Mülki hüquq — fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi və xitam verilməsi qaydasını müəyyənləşdirən, müqavilə ilə yaranan öhdəlik münasibətlərini və əmlak və şəxsi qeyri əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Əmlak və qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. == Mülki qanunvericiliyin prinsipləri == Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər.
Müqayisəli hüquq
Müqayisəli hüquq, hüquqi müqayisəli təhlil, hüquqi müqayisəli araşdırmalar — eyni adlı dövlət və hüquq institutlarını, onların əsas prinsiplərini və kateqoriyalarını müqayisə edərək müxtəlif dövlətlərin hüquq sistemlərini araşdıran fiqur (bölmə). == Müqayisəli qanunun məqsədləri == Müqayisəli qanun, yüksək teorisiyaya baxmayaraq, qanunvericilik fəaliyyəti və beynəlxalq təşkilatların fəaliyyəti sahəsində ən populyar elmlərdən biridir. Müqayisəli qanunun əsas məqsədləri arasında ayırd etmək adətlidir: epistemoloji məqsəd; praktik məqsədlər. Müqayisəli qanunun epistemoloji məqsədi hüquqi fenomen və təsisatların inkişafının ümumi nümunələrini müəyyənləşdirməkdir, çünki yalnız fərqli hüquq sistemlərinin müqayisəsi qanunda ümumi və xüsusi, təsadüfi və nizamlılığı ayırd etməyə imkan verir. Beləliklə, hər hansı bir hüquqi araşdırmada nisbətən hüquqi metod vacibdir. Başqa sözlə, xarici hüquq bilikləri öz qanunlarınızı daha yaxşı başa düşməyə, üstünlüklərini və mənfi cəhətlərini görməyə imkan verir. Bu baxımdan, müqayisəli hüququn əsaslarının öyrənilməsi gələcək hüquqşünasların hüquqi təfəkkürünün formalaşmasında mühüm tərkib hissəsidir, onu daha "həcmli" və çevik etmək olar. Müqayisəli qanun sırf epistemoloji ilə yanaşı, aşağıdakı praktik məqsədləri də daşıyır: açıq-aydın zərurət yarandığı ərazilərdə (ilk növbədə mülki, ticarət, humanitar hüquq) müxtəlif dövlətlərin qanunvericiliyinin yaxınlaşmasına və birləşdirilməsinə kömək etmək; xarici ölkələrin hüquq təcrübəsinin öyrənilməsi əsasında öz milli hüquq sisteminin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması. Bu sırf praktik məqsədlərə çatmaq hazırda Avropa Birliyindəki genişmiqyaslı inteqrasiya prosesləri və Avropa Vətəndaş Məcəlləsi, ümumən Avropa Konstitusiyası kimi Avropa aktlarının qəbul edilməsi layihələri səbəbindən xüsusilə aktualdır. == Müqayisəli qanunun yaranması və inkişafı == Müqayisəli hüquqi tədqiqat metodu qədim dövrlərdə tətbiq olunmağa başladı.
Qanun (hüquq)
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. == Qanunun növləri == Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar. Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür.
İnzibati hüquq
İnzibati hüquq — idarəetmə fəaliyyətini həyata keçirən normaların məcmusundan ibarətdir.İnzibati hüquq idarəetmə orqanlarının təşkili və icra – sərəncam fəaliyyəti prosesində meydana gələn ictimai münasibətləri nizama salan hüquq sahəsidir.İnzibati hüquqla tənzimlənən ictimai münasibətlər xarakterinə, məzmununa və təyinatına görə müxtəlifdir. İnzibati hüququn predmetini dövlət idarəçiliyinin predmeti təşkil edir. İnzibati hüquq münasibətinin obyektini insanların hərəkətləri təşkil edir.Bu hərəkətlər idarəetmə vəzifələri ilə sıx bağlı hərəkətlərdir. İnzibati hüquq münasibətinin iştirakçıları, yəni subyektləri on altı yaşı tamam olmuş fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər ola bilər. İnzibati hüquq münasibətlərində iştirak edən tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin normalarında nəzərdə tutulmuşdur. İnzibati hüquq normalarını cəmləşdirən hüquqi aktlar inzibati hüququn mənbələrini təşkil edir. İnzibati hüququn mənbəyi Azərbaycan konstitusiyasından, hamılıqla qəbul edilmış beynəlxalq hüquq normalarından və prinsiplərindən ibarətdir.
Şikayət (hüquq)
== Şikayətin verilməsi qaydası == Vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər.
Əşya (hüquq)
Əşya — hüquqda xarici (maddi) aləmin təbiətdə təbii vəziyyətdə olan, yaxud insan tərəfindən yaradılan predmeti. Əşya əmlak hüquq münasibətlərinin əsasıdır. Mülki hüquqda pullar və qiymətli kağızlar da əşya hesab olunur. Müxtəlif əsaslara görə əşya aşağıdakı kateqoriyalara bölünür: cinsi əlamətləri ilə fərdi – müəyyən əlamətlərinə görə müəyyən edilən əşyalar; bölünən və bölünməz əşyalar; istehlak olunan və olunmayan əşyalar.
Hüquq fəlsəfəsi
Hüquq fəlsəfəsi hüququn təbiətini və hüququn digər normalar sistemləri, xüsusən də etika və siyasət fəlsəfəsi ilə əlaqəsini araşdıran fəlsəfənin bir qoludur. Hüquq fəlsəfəsini Analitik hüquq və Normativ hüquqa bölmək olar. Analitik hüquqşünaslıq hüququn əsas xüsusiyyətlərini müəyyən etməklə hüququn nə olduğunu və nəyin olmadığını müəyyən etmək məqsədi daşıyır. Normativ hüquqşünaslıq həm hüququ formalaşdıran qeyri-hüquqi normaları, həm də qanunun yaratdığı və insan fəaliyyətinə rəhbərlik edən hüquq normalarını araşdırır. == Analitik Hüquq == Sosial elmlərin metodlarından istifadə etməklə hüquqi anlayışların məzmununu araşdıran eksperimental hüquqdan fərqli olaraq analitik hüquqşünaslıq konseptual təhlil alətləri vasitəsilə hüququn mahiyyəti haqqında ümumi məlumat verməyə çalışır. Hüquqşünaslar konkret yurisdiksiyada konkret məsələ ilə bağlı qanunun nə olduğu ilə maraqlandıqları zaman, hüquq filosofları mədəniyyətlər, zamanlar və məkanlar arasında paylaşılan hüququn xüsusiyyətlərini müəyyən etməkdə maraqlıdırlar. Birlikdə götürüldükdə, hüququn bu təməl xüsusiyyətləri filosofların ardınca getdikləri universal tərifi təklif edir. Ümumi yanaşma filosoflara, məsələn, hüququ əxlaqdan, siyasətdən və ya praktiki səbəblərdən ayıran şeylər haqqında suallar verməyə imkan verir. Çox vaxt bu sahənin alimləri qanunun onu digər hadisələrdən ayıran unikal xüsusiyyətlər toplusuna malik olduğunu güman edirlər, baxmayaraq ki, hamısı bu ehtimalı bölüşmür. Bu sahə ənənəvi olaraq hüququn mahiyyəti haqqında məlumat verməyə diqqət yetirsə də, bəzi alimlər qanun çərçivəsindəki sahələrin təbiətini, məsələn, hüquq pozuntusu hüququ, müqavilə hüququ və ya cinayət hüququnu araşdırmağa başlamışlar.
Vüqar Məmmədov (hüquqşünas)
Vüqar Məmmədov — ATU-nun məhkəmə təbabəti kafedrasının və BDU-nun kriminalistika və məhkəmə ekspertizaları kafedrasının professoru, AR-nın və RF-nın tibb elmləri doktoru, məhkəmə-tibbi ekspert, hüquqşünas, Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda milli məsləhətçisidir == Həyatı == 1976–1986-cı illərdə Bakı şəhəri 42 nömrəli tam orta məktəbi qızıl medalla bitirib. Məktəbin Komsomol komitəsinin katibi, Nəsimi rayon Komsomol təşkilatının büro üzvü olub. 1986–1992-ci illərdə ATU-nun müalicə-profilaktika fakültəsini fərqlənmə ilə bitirib. Adlı Təqaüdçü olub. Fakültənin, Universitetin Komsomol komitəsinin üzvü olub, 1991-ci ildə Azərbaycan Respublikasının Komsomol təşkilatının Mərkəzi Komitəsinin büro üzvü seçilib. 1992–1994-cü illərdə Azərbaycan Tibb Universitetində Məhkəmə təbabəti və hüququn əsasları kafedrasında kliniki ordinatura təhsili aldı. 1994–1997-ci illərdə Azərbaycan Tibb Universitetində Məhkəmə təbabəti və hüququn əsasları kafedrasında aspirantura təhsili almışdır, 1997-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildə Böyük Britaniyanın Dundee University məhkəmə təbabəti kafedrasında ixtisasartırma keçmişdir. 1997–2000-ci illərdə Dağıstan Dövlət Universitetinin Dövlət və Bələdiyyə İdarə Etmə Hüququ fakültəsində təhsil alıb. 1997–1998-ci ildə Azərbaycan Hökuməti ilə BMT proqramlarının narkotiklərə nəzarət proqramalarında çalışmış, Azərbaycan Hökumətinin təqdimatı ilə Böyük Britaniyanın Glasgow University məhkəmə təbabəti və məhkəmə toksikologiyası kafedrasında, UNDCP-nin Əməkdaşlıq mərkəzində Bioloji materiallarda narkotiklərin analizi üzrə ixtisasartırma və treyninqlər keçmişdir.
Vüqar Novruzov (hüquqşünas)
Vüqar Şahmar oğlu Novruzov (1962, Laçın rayonu) — hüquq elmləri doktoru, Moldova Azərbaycanlıları Konqresinin sədri. == Həyatı == 1962-ci ildə Laçın rayonunda anadan olub. 1980-ci ildən Moldova Respublikasında yaşayır. 1988-ci ildə Moldova Dövlət Universitetinin hüquq fakultəsini bitirib, hüquq elmləri doktorudur. 1992-ci ildən biznes fəaliyyəti ilə məşuldur, "Azmol Company" şirkətinin prezidentidir. 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir. "Dədə Qorqud" Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq jurnalı Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovu "Vətən övladı" ordeni ilə təltif edib. Təltifetmə mərasimi 10 fevral 2011-ci il tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində “Moldexpo”nun «Casa vinului» sərgi salonunda keçirilib. Moldova Prezidenti tərəfindən "Gloria Muncii" ordeni ilə təltif edilib. Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Vüqar Şahmar oğlu Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyul 2011-ci il sərəncamı ilə “"Tərəqqi" medalı” ilə təltif edilib.
Vətəndaşlıq hüququ
== Anlayış == Vətəndaşlıq məfhumu hələ qədim Afina və Romada tətbiq olunmuşdur. Burada vətəndaşlıq azad insanlara məxsus idi. Orta əsrlərdə isə vətəndaşlıq məfhumu təbəəliklə əvəz olundu. Lakin sonrakı dövrlərdə burjua inqilabları ərəfəsində bu anlayış yenidən istifadə olunmağa başlandı. Qarşılıqlı hüquq və vəzifələr şəxs və dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədən irəli gəlir. Siyasi əlaqə, siyasi hakimiyyətin təşkilində vətəndaşın iştirakı və onun siyasi hüquq və azadlıqlara malik olması ilə izah olunmalıdır. Vətəndaşla dövlət arasındakı hüquqi əlaqə daimidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə yalnız müvəqqəti hüquqi əlaqədə olur. Dövlət həm əcnəbiləri, həm də vətəndaşları müdafiə edir. Lakin vətəndaşları əcnəbilərdən onun dövlətlə siyasi əlaqəsinin olması fərqləndirir.
Xanlar Hacıyev (hüquqşünas)
Xanlar Hacıyev (9 sentyabr 1956, Kirovabad) — İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi == Həyatı == Hacıyev Xanlar İrşad-Faiq oğlu 1956-cı il sentyabr ayının 9-da Gəncə şəhərində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini bitirmişdir. 1978–1980-ci illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda təcrübə keçmişdir. 1980-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin aspiranturasında təhsil almış və 1983-cü ildə disertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır. 1983–1985-ci illərdə RSFSR Ali Məhkəməsində məsləhətçi, 1985–1988-ci illərdə isə "Sovet ədliyyəsi" jurnalında cinayət hüququ və cinayət prosesi şöbəsinin redaktoru vəzifələrində işləmişdir. 1988–1990-cı illərdə SSRİ Ali Məhkəməsində baş məsləhətçi vəzifəsində çalışmışdır. 1990–92-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1992–1993-cü illərdə Ali Məhkəmənin sədrinin birinci müavini, 1993-cü ilin noyabr ayından 1998-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri olmuşdur. 1998-ci ilin iyul ayının 14-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinn hakimi, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinini Sədri vəzifəsinə təyin olunmuşdur. Avropa Şurası Venesiya Komissiyasının, Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikası Prezidenti yanında hüquq islahatları komissiyasının, habelə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olmuşdur. 2002-ci ildə hüquq elmləri doktoru alimlik dərəcəsini almışdır.
Xüsusi Borcalma Hüququ
Beynəlxalq likvidlik probleminin həlli və milli valyutaların beynəlxalq ehtiyat pul vahidi ilə əvəz olunması məqsədilə Beynəlxalq Valyuta Fondu 1970-ci ildə yeni növ beynəlxalq pul vahidini — ehtiyat və ödəniş vasitəsini – SDR (Special Drawing Rights - xüsusi iqtibas hüququnu, başqa sözlə, xüsusi borcalma hüququnu) yaratdı. Bu yeni aktiv valyutadan tarazsızlıqların aradan qaldırılmasında qızıl və dollarla yanaşı istifadə edilirdi. Regional valyuta olan SDR Beynəlxalq Valyuta Fonduna (BVF-ə) üzv olan ölkələrin tədiyyə balanslarının saldosunu tənzimləmək, rəsmi ehtiyatları tamamlamaq və BVF ilə hesablaşmalar aparmaq üçün milli valyutaların dəyərinin ölçülməsi məqsədilə yaradılmışdır. 1971-ci ildə SDR hesab pul vahidinin qəti müəyyən edilmiş qızıl məzmunu dollarda olduğu kimi 0,888671 qram müəyyən edildi, lakin dolların iki dəfə (1971 və 1973-cü illərdə) aparılan devalvasiyasından və 1 iyul 1974-cü ildən üzən valyuta kurslarının tətbiqindən sonra SDR pul vahidinin dəyəri "valyuta səbəti", yəni aparıcı kapitalist ölkələrinin 16 valyutasının, 1981-ci ilin 1 yanvarından isə 5 valyutasının (ABŞ dolları, AFR-nin markası, fransız frankı, yapon yeni və İngiltərə funt-sterlinqi) orta çəki məzənnəsi əsasında müəyyən edilirdi. SDR səbəti növbəti dəfə baxıldıqda 1 yanvar 1986-cı ildən həmin səbətdə yapon pul vahidinin — yenin xüsusi çəkisi artırıldı. 1991–1996-cı illərdə yenidən baxıldıqda səbətdə valyutaların xüsusi çəkiləri əsasən saxlanıldı. AVRO-nun tətbiqi ilə əlaqədar "standart səbət" yenə də 2001-ci ildə dəyişdirildi. BVF-nin yeni Nizamnaməsinə uyğun olaraq SDR vahidinin dəyəri standart səbətin, yəni müəyyən nisbətdə götürülən aparıcı dünya valyutalarının (ABŞ dolları, avro, yapon yeni və İngiltərə funt-sterlinqi) əsasında müəyyən edilir. Hər bir valyutanın nisbi tutumu ölkənin dünya mal xidmətləri ixracatında xüsusi çəkisi və digər ölkələr tərəfindən ehtiyat vəsaitləri keyfiyyətində valyutadan istifadə etmələri kimi göstəricilərdən irəli gələrək müəyyənləşdirilir. Həmin göstərilən göstəricilərin əsasında valyutaların siyahısı, həmçinin onların standart səbətdə xüsusi çəkisi hər beş ildən bir yenidən baxılır.
Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiya
Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiya — Aktau şəhərində Xəzəryanı ölkələrin V sammitində, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında imzaladığı müqavilə. Müqavilə, tərəflərə resursları bölüşdürmək üçün yol xəritəsi müəyyənləşdirmək və digər qüvvələrin orada hərbi birlik yaradılmasına mane olmaq imkanı verir.
Xəzər Universiteti Hüquq fakültəsi
Xəzər Universitetinin Hüquq fakültəsi
Xəzər Universiteti — Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbdir. Xəzər Universiteti Fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı tərəfindən təsis olunmuşdur. == Tarix == Keçmiş SSRİ-də ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universiteti 1991-ci il martın 18-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 41 saylı qərarı ilə, Azərbaycanda beynəlxalq standartlara uyğun kadrlara, eləcə də ingilisdilli mütəxəssislərə olan kəskin ehtiyacı ödəmək məqsədilə yaradılmışdır "Xəzər"in Sorağında. Bir qədər əvvəl – 1990-cı il dekabrın 20-də Nazirlər Sovetinin 286 saylı sərəncamına əsasən bu ali məktəbin yaradılması üçün hazırlıq işləri aparılmışdı. Bundan sonra Xəzər Universiteti bir neçə dəfə yenidən akkreditasiya edilmiş və fəaliyyətinə lisenziya verilmişdir: 10 aprel 1993-cü ildə Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının (DAEK) 9/1 saylı qərarı ilə özəl ali məktəb kimi qeydiyyatdan keçmiş, akkreditə edilmişdir. 4 mart 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının 45 saylı qərarı ilə yenidən qeydiyyatdan qeydiyyatdan keçmiş, akkreditə edilmişdir. Təhsil Nazirliyinin 10 iyul 2002-ci il tarixli lisenziyası (seriya AB, № 019019) ilə bütün mövcud ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. Təhsil Nazirliyinin 15 fevral 2011-ci il tarixli lisenziyası (qeydiyyat nömrəsi 112, № 070976) ilə bütün mövcud və bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən, nazirliyin 28 oktyabr 2011-ci il tarixli, 1726 saylı əmri ilə 5 il müddətinə akkreditə olunmuşdur. İqtisadiyyat Nazirliyi tərəfindən 25 fevral 2016-cı il tarixdə fəaliyyətinə müddətsiz lisenziya (№ 088871) verilmişdir.
Xəzər dənizinin hüquqi statusu
Xəzərin hüquqi statusu — Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur. Xəzər dənizinin strateji önəmini artıran amillər onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Uzun illərdir 5 Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunu müəyyən edə bilmirlər. Əsas mübahisə dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılmamasıdır. Keçmişdə Xəzər dənizi SSRİ və İranın daxili su hövzəsi hesab olunurdu. Beynəlxalq hüquq doktrinası da SSRİ - İran razılaşmasını qəbul edirdi. Bu müqavilələr 1921-ci il fevralın 26-da və 1940-cı il martın 25-də imzalanan "SSRİ və İran arasında ticarət və dənizçilik haqda müqavilə" hesab olunur. Bu gün Xəzərin yekun statusu hələ müəyyən olunmadığı üçün 1921 və 1940-cı illər müqavilələri hələ də qüvvəsini itirməyib. 1991-ci ildə Sovet İttifaqının dağılması və sahil dövlətlərinin sayının 2-dən 5-ə qədər artması ilə Xəzərin hüquq statusu məsələsi yeni mərhələyə qədəm qoydu. 2018-ci il 12 avqust tarixində Qazaxıstan Respublikasının Aktau şəhərində dəniz sahili dövlətlərinin ölkə başçılarının növbəti zirvə görüşündə Xəzərin hüquqi statusu məsələsi həll edildi.
Yaşamaq hüququ
Yaşamaq hüququ (ing. Right to life) — İnsanın ən mühüm təbii hüquqlarından biri. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Yaşamaq hüququ insanın mövcudluğu ilə bağlıdır və onu insana heç kəs vermir. Bu hüquq, sadəcə insanın doğulması faktı ilə yaranır. Hər bir şəxs psixobioloji catışmazlığa malik olub olmamasından, habelə şəxsi-mənəvi keyfiyyətlərindən asılı olmayaraq yaşamaq hüququna malikdir. Yaşamaq hüququnun konstitusion təminatlarından biri ölüm cəzası ilə bağlıdır. Yaşamaq hüququ ölüm cəzasının məhdudlaşdırıcısı kimi çıxış edir. İnsanın yaşamaq hüququ beynəlxalq birlik tərəfindən birmənalı şəkildə qəbul edilmiş və beynəlxalq hüquqi aktlarda öz əksini tapmışdır. == Tarixi və məzmunu == Ümumiyyətlə, insan və vətəndaş hüquqları, onun əsas azadlıqları problemi mürəkkəb və çoxplanlı xarakterə malikdir.
Yerli Xalqların Hüquqları üzrə Bəyannamə
Yerli Xalqların Hüquqları üzrə Bəyannamə (ing. Declaration on the Rights of Indigenous Peoples) — 13 sentyabr 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinın 62-ci sessiyasında qəbul edilmiş sənəd. == Sənədin məzmunu == Bu sənəd yerli xalqların ləyaqətli bir yaşamaq, öz mədəniyyətlərini və öz təsislərini qorumaq və inkişaf etdirmək hüququnu, habelə insanların öz ehtiyaclarına və istəklərinə ən uyğun hesab etdikləri istiqamətdə insanları inkişaf etdirmək hüququnu elan edir. Sənəd yerli xalqların öz müqəddəratlarını təyinetmə hüququnu təsdiqləyir və bu hüququn nəticəsi olaraq yerli xalqların siyasi statuslarını müəyyənləşdirmək və iqtisadi, sosial və mədəni inkişaflarını davam etdirmək azadlığından bəhs edir. == Sənədin qəbul tarixçəsi == Bu sənədin layihəsi 20 il ərzində hazırlanmışdır. Ən gərgin müzakirələr torpaq, resurslar, qrup və fərdi hüquqlarla bağlı idi. Yerli Xalqlar üzrə İşçi Qrupu 1982-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasının qərarı ilə yerli xalqlar üçün insan hüquqları standartlarını inkişaf etdirmək məqsədi ilə yaradılmışdır. 1985-ci ildə yerli xalqların hüquqları ilə bağlı bir bəyannamə layihəsi hazırlamaq üçün bir işçi qrupu başladı. Səkkiz il sonra, 1993-cü ildə İşçi Qrup bəyannamə layihəsinin mətni üzərində işi tamamladı. BMT-nin Ayrı-seçkiliyin Qarşısının Alınması və Azlıqların Müdafiəsi üzrə Alt Komissiyası 1994-cü ildə layihənin mətnini təsdiqlədi və BMT-nin İnsan Hüquqları Komissiyasına baxılması üçün təqdim etdi.
Ölmək hüququ
Ölmək hüququ — insanın öz həyatını sonlandırmaq və ya könüllü evtanaziyaya məruz qalmaq hüququ haqqında fikirlərə əsaslanan konsepsiya. Bu hüquqa görə, ölümcül xəstəliyi olan və ya yaşamaq arzusunda olmayan şəxslərə öz həyatlarını bitirməsinə, köməkli intihardan istifadə etməsinə və ya ömrü uzatmağa xidmət edən müalicədən imtina etməsinə icazə verilməlidir. Bu qərarı qəbul etmək səlahiyyətinin kimə məxsus olması çox zaman müzakirələrə səbəb olur. Bəzi müəlliflər və filosoflar, eləcə də Devid Benatar insanların həyatın keyfiyyətinə olan baxışlarının, həmçinin həyatın müsbət və mənfi tərəfləri arasındakı tarazlıq haqqında düşüncələrinin olduqca optimist olduğunu düşünür. Ölmək hüququ antinatalizm, kiminsə doğumu ilə əlaqədar təmsilçiliyin olmaması və kiminsə yaşamaq və ya ölmək seçimi ilə bağlı qərar qəbul etmək səlahiyyəti olan şəxsin inkar edilməsi şərtləri kimi hesab edilə bilər. Konsepsiyanın tərəfdarları ölmək hüququnu "bir kəsin bədəni və həyatı onun özünündür" və özünə uyğun gördüyü ilə bağlı sərəncam vermək azadlığı fikri ilə əlaqələndirirlər. Halbuki, irrasional intiharların qarşısını almağa çalışan legitim dövlət marağı bəzən mübahisələrə səbəb olur. Pilpel və Amsel yazır: Hinduizm ölümcül xəstəlikdən əziyyət çəkən və ya həyatda qalmaq üçün arzusu, istəyi və məsuliyyəti olmayan insanların ölmək hüququnu qəbul edir və qeyri-zorakı üsullarla - insanı aclıq həddinə çatdırmaqla ölümə icazə verir. Caynizmdə də eyni praktika var və santara adlanır. Digər dinlərin isə intihara yanaşması fərqlənir: onlar intiharı qınayır və ölmək hüququnu inkar edirlər.
Özbəkistanda insan hüquqları
Özbəkistanda insan hüquqları — 18-46-cı maddələrdə Konstitusiyada təsbit edilmişdir. Ölkə BMT, ATƏT və MDB-nin üzvüdür. BMT-də 2005-2007-ci illərdə Özbəkistanda insan haqları ilə bağlı vəziyyətə dair müstəqil ekspert vəzifəsi var idi . Bir ombudsman ofisi var; Daxili İşlər Nazirliyinin Akademiyasında insan hüquqları üçün bir resurs mərkəzi var . Konstitusiya məhkəməsi var, ancaq fərdlər üçün məhkəməyə müraciət etmək hüququ yoxdur. 2011-ci ildə Human Rights Watch-un ofisini ləğv etmək üçün məhkəməyə iddia qaldırıldı. Ölkədə qanuni müxalifət və ya müstəqil media yoxdur. Pravoslav İslamın təbliğçiləri istisna olmaqla, vətəndaş cəmiyyəti və dini icmalar, hakimiyyət tərəfindən sərt və bəzən amansız təzyiqlərə məruz qalırlar. Siyasi repressiya hökumət siyasətinin ayrılmaz hissəsidir. Memorial cəmiyyətinin hesablamalarına görə, Özbəkistanda siyasi məhbusların sayı, Rusiya istisna olmaqla, bütün digər postsovet dövlətlərindən daha çoxdur.
Ümumdünya Müəllif Hüquqları Konvensiyası
Ümumdünya Müəllif Hüquqları Konvensiyası (ÜMHK) (bəzən sənədin variantından asılı olaraq Cenevrə və ya Paris Konvensiyası) (ing. Universal Copyright Convention) — müəllif hüquqlarının müdafiəsi üzrə beynəlxalq müqavilə, UNESCO-nun himayəsi altında fəaliyyət göstərir. 6 sentyabr 1952-ci ildə Cenevrədə Müəllif Hüquqları üzrə Hökumətlərarası Konfransda qəbul edilmişdir. Konvensiyanın məqsədi heç bir ölkənin müəllif hüquqlarının beynəlxalq müdafiə sistemi çərçivəsindən kənarda qalmamasını təmin etmək idi. == Haqqında == ÜMHK Bern Konvensiyasına nisbətən daha aşağı səviyyədə müəllif hüquqlarının qorunmasını təmin edir. Bu, Cenevrə Konvensiyasının mümkün qədər çox dövlətin, o cümlədən bu və ya digər səbəbdən Bern tərəfindən nəzərdə tutulmuş müəllif hüquqlarının müdafiəsi səviyyəsini təmin edə bilməyən dövlətlərin ona qoşulması məqsədilə işlənib hazırlanması və qəbul edilməsi ilə əlaqədardır. Konvensiya. Bern Konvensiyasından fərqli olaraq (müəllif hüquqlarının qorunması üçün kifayət qədər əsas kimi əsərin yaradılmasından irəli gəlir), ÜMHK ayrı-ayrı üzv ölkələrdə belə mühafizənin verilməsi üçün müəyyən rəsmiləşdirmələrin həyata keçirilməsini nəzərdə tutur. Bu rəsmiləşdirmələr onunla bağlıdır ki, bəzi ölkələrdə əsərin mühafizəsi üçün nüsxələrin, qeydiyyatın və ya digər rəsmiləşdirmələrin depozitə qoyulması lazımdır. Buna görə də, Art.
Ümumdünya Uşaq Hüquqları Günü
Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children's Day) — 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının № 836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub. BMT tərəfindən 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul etmişdir. BMT-nin Uşaq Fondu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyası (UHK) uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK demək olar ki, bütün dünyada qəbul edilib.
Ümumdünya insan hüquqları bəyannaməsi
İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə hər insanın eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biridir. Əvvəlki beynəlxalq bəyannamə və sazişlərin əksəriyyəti hüquqları yalnız milli qanunvericiliklə irəli sürüldüyü halda tanıyırdı. İlk olaraq, ÜİHB 58 coğrafi, mədəni və siyasi cəhətdən fərqli bölgəni ümumbəşəri bir sənədin yaradılması nəticəsində bir araya gətirmişdi. ÜİHB-nin məcburi olmamasına baxmayaraq, o, müxtəlif beynəlxalq müqavilələrdə öz əksini tapan beynəlxalq insan hüquqları standartları yaratmışdır. ÜİHB 1947-ci ilin yanvarı ilə 1948 –ci ilin dekabrı arasında hazırlanmışdır. Onun mətni Eleanora Ruzveltin rəhbərlik etdiyi səkkiz üzvlük İnsan hüquqları Komissiya tərəfindən yazılmış və mədəni, sosial, iqtisadi sahədəki hüquqlardan tutmuş mülki və siyasi hüquqlara qədər müxtəlif sahələrdəki insan hüquqlarını əhatə etmişdir. Sənədin mətnində dəyişikliyin lehinə 48 və Belarusiya, Çexoslovakiya, Polşa, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, SSRİ, Ukrayna və Yuqoslaviyadan gələn 8 bitərəf səslə BMT –nin Baş Assambleyası 1948-ci il dekabrın 10-da Bəyannaməni yekdilliklə qəbul etdi. ÜİHB hər bir fərdin hüquqlarını qoruyan 30 maddədən ibarətdir. İLk iki maddə bütün insanların bərabər olduğunu və bu bərabərliyin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığını söyləməklə sənəd üçün giriş rolunu oynayır. İnsan ləyaqətinin bu bərabərliyi ümumbəşəri insan hüquqlarının da bərabərliyinə rəvac verir.
Ümumi seçki hüququ
Ümumi Seçki hüququ — irqindən, etnik mənsubiyyətindən, dilindən, cinsindən, gəlirindən, var-dövlətindən və s. xüsusiyyətlərindən asılı olmayaraq bütün yetişkin şəxslərə səsvermə hüququnun verilməsi nəzərdə tutulur. XIX əsr siyasi islahatçıları tərəfindən bu termin yalnız kişilərin ümumi seçki hüququ mənasında işlədilirdi. Bu terminin qadınlara da aid edilməsi qadınlara seçki hüququnun verilməsi uğrunda gedən mübarizə zamanı baş verdi. Səsvermə hüququnun xüsusiyyətləri baxımında ölkələr arasında müəyyən fərqlər vardır. Ölkələrdə səs verə bilmək üçün minimum yaş 18–25 arası dəyişir. Bəzi ölkələrdə isə əqli problemləri olan insanlara, müəyyən qrup cinayətkarlara səsvermə hüququ aid edilmiş, bəzi hallarda isə bu məhrumiyyət cəza kimi istifadə edilir. ABŞ-də seçki hüququ çox zaman qadınların seçki hüququ ilə əlaqəli formada istifadə olunur. Qadınlara seçki hüququnun verilməsi hərəkatı XIX əsrin ortalarında başlamış və öz zirvəsinə 1920-ci ildə çatmışdır. Bu ildə ABŞ konstitutsiyasına edilən XIX düzəlişlə seçki hüququ qadınlara da aid edildi.
Üstünlük hüququ
Üstünlük hüququ (ing. Pre-emption right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. Üstünlük hüququ səhmdarlara öz mövcud paylarına mütənasib olaraq yeni buraxılmış səhmləri birinci növbədə əldə etməyə imkan verən hüquqdur. Səhmdarlar yeni emissiya olunmuş səhmləri almaq hüququna malikdirlər, lakin onları almaq məcburiyyətində deyillər. Səhmdar bu hüquqdan istifadə etməməyi qərar verərsə, həmin səhmlər açıq bazarda satıla bilər. Böyük Britaniya şirkətlərində səhmdarların üstünlük hüququ 2006-cı il tarixli Şirkətlər haqqında Qanunla tənzimlənir. Qanunun 561(1)-ci maddəsinə əsasən, şirkətin səhmlərinin hər hansı başqa şəxslərə təklif edilməsinə qədər aşağıdakı qaydalara riayət edilməlidir: 1. Səhmlər şirkətin hər bir səhmdarına eyni və ya oxşar şərtlərlə təklif edilməlidir. 2. Səhmdarın təklifi qəbul etməsi üçün ağlabatan müddət müəyyən edilməlidir.
İkram Kərimov (hüquqşünas)
Kərimov İkram Heydər oğlu — azərbaycanlı hüquqşünas, Azərbaycan Respublikasının Bank ombudsmanı. == Həyatı == İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olub. 1959-cu ildə Kürdəmir şəhər orta məktəbini bitirib. 1959-1961-ci illərdə sovxozda fəhlə işləyib. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olub və hüquqşünaslıq ixtisası alıb. İşlə təmin olunmaq üçün Azərbaycan SSR Prokurorluğunun sərəncamına göndərilib. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub. Dəfələrlə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında Dövlət İmtahan Komissiyalarına sədrlik edib.
İmmiqrasiya hüququ
İmmiqrasiya hüququ — bir insanın hərəkətini və yaşayış yerini və ya yaşayış yerini dəyişdirməsini tənzimləyən bir qanun qolu Miqrasiya qanunu immiqrasiya, mühacirət, daxili miqrasiya və bir şəxsin xaricdə müvəqqəti olmasını (turistik, iş və digər səfərlər) əhatə edir. Xarici vətəndaşlarla əlaqəli miqrasiya hüququ ümumiyyətlə yaşadıqları dövlətin milli qanunları ilə müəyyən edilir və siyasi rejimdən və sosial-iqtisadi imkanlardan və yeni mühacirləri qəbul etmək üçün dövlətin və cəmiyyətin ehtiyaclarından asılı olaraq müxtəlif ölkələrdə və fərqli vaxtlarda çox fərqli ola bilər. Eyni zamanda miqrasiya sahəsində bəzi məsələləri tənzimləyən beynəlxalq hüquq normaları mövcuddur. Beləliklə, 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi hər bir vətəndaşın öz ölkəsinə sərbəst qayıtmaq hüququnu təsbit edir. Bəzi ölkələrdə həm giriş hüququnu, həm də ölkədə olma müddətini, mühacirlərin cəmiyyətin və dövlətin həyatında iştirak etmək hüquqlarını məhdudlaşdıran kifayət qədər sərt qanunlar mövcud ola bilər. Əksər ölkələrdə immiqrantların bir ölkənin vətəndaşı olması prosesini tənzimləyən qanunlar mövcuddur. == Beynəlxalq Miqrasiya Qanunu == Beynəlxalq miqrasiya hüququ özəl beynəlxalq hüququn bir qoludur. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt müəyyən bir dövlətin ərazisində qanuni şəkildə yerləşən hər kəsin öz ərazisi ilə sərbəst hərəkət etmək hüququna sahib olduğunu müəyyən etdi. Ayrıca, hər kəs öz ölkəsini də daxil olmaqla istənilən ölkəni tərk etmək hüququna malikdir. Bu hüquqların məhdudlaşdırılmasına yalnız "dövlət təhlükəsizliyini, ictimai qaydanı, ictimai sağlamlığı və ya əxlaqı və ya başqalarının hüquq və azadlıqlarını qorumaq üçün zəruri olan qanunla müəyyən edilmiş miqdarda" icazə verilir.
İnsan hüquqları
İnsan hüquqları və ya İnsan haqları — insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlar". İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır. İnsan hüquqları institutu məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik hüquqlarının mahiyyəti hələ tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır.
İnsan hüquqları günü (Azərbaycan)
İnsan hüquqları günü - Azərbaycanda hər il 18 iyunda qeyd edilən dövlət bayramı.
İnsan hüquqları heykəli
İnsan Hüquqları heykəli (türk. İnsan Hakları Heykeli) və ya İnsan Hüquqları abidəsi (türk. İnsan Hakları Anıtı) — Türkiyənin paytaxtı olan Ankara şəhərində yerləşən heykəl. == Haqqında == Heykəl 1990-cı ildə heykəltaraş Mətin Yurdanur tərəfindən bürüncdən hazırlanmışdır. Heykəl, Ümumdünya insan hüquqları bəyannaməsini oxuyan bir qadını təsvir edir. Heykəl sonuncu dəfə 2010-cu ildə yenilənmişdir. 2017-ci ildə heykəl hökumət tərəfindən mitinqlərin qarşısını almaq üçün barrikadaya alınmışdır.
İnsan və vətəndaş hüquqları bəyannaməsi
İnsan və vətəndaş hüquqları bəyannaməsi (fr. Déclaration des Droits de l'Homme et du Citoyen) — Böyük Fransa inqilabının fərdi insan hüquqlarını təyin edən ən vacib sənəddir. Bəyannamə 26 avqust 1789-cu ildə Təsis məclisi (fr. Assemblée nationale constituante) tərəfindən qəbul edilmişdir. İnsan Hüquqları və Vətəndaşlar Bəyannaməsinin ideyaları doğuşdan bəri hər kəsə məxsus olan bərabərlik və azadlıq konsepsiyasına əsaslanır. İnsanın və vətəndaşın təbii hüquqları fərdin azadlığı, söz azadlığı, etiqad azadlığı, təzyiqə qarşı durmaq hüququ elan edildi. Bəyannamə hələ də Fransanın konstitusiya hüququnun əsasını təşkil edir. 4 oktyabr 1958-ci ildə Fransa konstitusiyası ilə təsdiqlənir. 16 iyul 1971-ci ildə Fransa Konstitusiya Şurası Bəyannaməni qanuni məcburi sənəd kimi tanıdı, pozuntusu qeyri-konstitusiyaya ziddir. 2003-cü ildə YUNESKO bəyannaməni "Dünyanın yaddaşı" reyestrinə daxil etdi.

Digər lüğətlərdə