1. İşıq olmaq, aydınlaşaraq görünə bilmək, işıqla dolmaq.
[Park] yalnız yeni çıxmaqda olan ayın ziyası ilə xəfifcə işıqlanmışdı.
Gecə tonqal yanardı; Qazma işıqlanardı.
// Məc. mənada.
Cahan işıqlanacaq sülh ilə, səadət ilə.
2. Səhər açılmağa başlamaq, dan yeri sökülmək. (Bu mənada çox vaxt “hava” sözü ilə).
Gözlərimi açdım, gördüm hava təzə işıqlanır.
İndi də ki saat dörddür, hələ işıqlanmayıb.
Hacı Qasım işıqlanmamışdan qabaq yuxudan oyandı…
Hava işıqlanana oxşamırdı.
3. məc. Hər hansı bir hissin təsiri ilə üzündə, gözlərində sevinc əlaməti zahir olmaq, ruhlanmaq, canlanmaq.
Qarı pulu görən kimi gözləri işıqlanıb dedi: – Mənim gözüm üstə! “ ”.
Bu səsləri Lütfəli eşidən kimi … şadlığından işıqlanıb güldü.