İDDİA

is. [ ər. ]
1. Tələb.
[Ağamərdan:] Siz də mənim yerimə razı olub, hakimi-şər yanına adam göndərib bildiribsiniz ki, Hacı Qafur tapşırdığı pulu onun bacısına verməsin ki, onunla iddianız var. M.F.Axundzadə.

□ İddia etmək (eləmək) – tələb etmək, istəmək.
…O səbəbə Xudayar bəy Zeynəbi boşamazdı ki, qorxurdu şərir adamların birisi Zeynəbi ala və başlaya Xudayar bəydən səğirlərin mal-mülkünü iddia eliyə. C.Məmmədquluzadə.
Səfər qardaşının qanını bütün kənddən iddia edirdi. S.S.Axundov.

2. Haqlı-haqsız bir fikrin üstündə inad etmək, bir şeyi başqalarına da qəbul etdirməyə çalışmaq.
Mirzə Cəlil iddia edirdi ki, Pəri arvadın dili baldan şirin, xasiyyəti çox mülayimdir. Ə.Vəliyev.

3. Özünə isnad etdiyi bir keyfiyyətin, sifətin başqaları tərəfindən də qəbul və təsdiqinə çalışma, özü haqqında böyük fikirdə olma. İddiası böyükdür. Böyüklük iddiasında olmaq. Çirkin olduğu halda gözəllik iddiasındadır. İgidlik iddiasında olmaq.
– Seyr edib boş iddiadan başqa bir şey görmədim. H.Cavid.
İddiaya (…iddiasına) düşmək –
…xəyalına düşmək, xəyalında olmaq,
…xəyalından keçmək,
…iddiasında olmaq.
Firontək iddiayə düşsəm nə əcəb; Çox zövqlidir abü havası Misrin. S.Ə.Şirvani.
Bu bir Allah vergisidir ki, hər qələm əhlinə nəsib olmaz, hər ədiblik iddiasına düşəni məsud qılmaz. F.Köçərli.
[Nemət kişi:] Bu cür qəhrəmanlıq iddiasına düşənin yəqin kəlləsi boşdur. M.Hüseyn.

4. Lovğalıq, təşəxxüs, təkəbbür, özünü yüksək tutma.
□ İddia eləmək (satmaq) – lovğalanmaq, təşəxxüslənmək.
İddia eləmə, Vahid, quru bir canın var; Onu da sən gərək öz yarına qurban edəsən. Ə.Vahid.

◊ İddiası yerə-göyə sığmamaq – çox lovğa, təşəxxüslü, özü barəsində çox böyük fikirdə olan adam haqqında.
[Salmanın] ağardığını, əl-ayağa düşdüyünü görən Şirzad düşündü: iddiası yerə-göyə sığmırsa da, özü yaman qorxaqdır. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İDDİA 1. İDDİA, FORS 2. iddia bax lovğalıq 3. iddia bax tələb
  • İDDİA lovğalıq — təşəxxüslü — lovğa
  • İDDİA tələb — istək — dilək — arzu
İDDƏT
İDDİAÇI
OBASTAN VİKİ
İctimai iddia
İctimai iddia təkcə bir fiziki şəxsin başqa bir şəxsə qarşı qaldırdığı iddia deyil, həm də həmin fiziki şəxsin cəmiyyətə və ya bir təşkilatın müəyyən etdiyi təşkilat qanununun yaratdığı qanuni hüququ ilə əlaqədar təşkilata qarşı irəli sürülmüş və veriləcək qərar və ya qərarların yalnız iddianı açan şəxs üçün deyil, həm də ictimai mənada hər kəsi maraqlandıran işlərlə əlaqədar olaraq məhkəmənin sadəcə fiziki şəxs və yaxud da təşkilat haqqında veriləcək qərarlarına aid edilən işlərə verilən addır. Köhnə dildə dövlətin mühakimə olunması da adlandırılan ictimai iddia; cinayət işinin baş tutması üçün cinayət ittihamının məhkəmə orqanlarına təqdim edilməsi deməkdir. Dövlət cəmiyyət adından hər hansı cinayətkarı törətdiyi cinayətə uyğun olaraq məhkəmə qarşısına çıxarmalı, mühakimə etməli və məhkəmə prosesinə başlamalıdır. Bununla əlaqədar olaraq bu ittihama da ictimai iddia deyilir.
Sübut edilməyən iddia (film, 2006)
İçəridəki adam (İngiliscə orijinal adı: Inside Man) — 2006-cı ildə Russell Gewirtz tərəfindən yazılmış və Spike Lee tərəfindən çəkilmiş triller-detektiv-dram filmidir. == Süjet xətti == Hər şey adi bank quldurluğu kimi başlayır. Wall Streetin ən böyük korporasiyalarından birinin foyesində özünü rəngsaz kimi təqdim edən dörd quldur 50 nəfəri girov götürəndə, polis adi prosedura qaydalarına əməl edir və quldurlarla danışıqlar aparmaq üçün iki detektiv təyin olunur. Zaman keçdikcə detektivlər başa düşürlər ki, quldurlardan həmişə bir addım geridə qalırlar. Hər vəziyyətdə işə yarayan planlar alt-üst olur və zaman keçdikcə çarələr tükənməyə başlayır. Bank müdiri baş verənlərlə çox ciddi şəkildə maraqlanır. Bu vaxt bir makler soyğunçularla təkbətək görüş tələb edir.
Antarktidada ərazi iddiaları
Antarktidada ərazi iddiası olan yeddi suveren dövlət var: Argentina, Avstraliya, Çili, Fransa, Yeni Zelandiya, Norveç və Birləşmiş Krallıq. Bu ölkələr Antarktika elmi müşahidə və tədqiqat obyektlərini müvafiq iddia edilən ərazilərə yerləşdirməyə meyl göstərdilər; Bununla belə, bir sıra bu cür obyektlər fəaliyyət göstərdikləri ölkələrin iddia etdikləri ərazidən kənarda yerləşir. Rusiya və ABŞ kimi iddiaları olmayan ölkələr isə digər ölkələrin iddia etdiyi ərazilərdə tədqiqat obyektləri inşa etdilər.
Azərbaycan Xalq Cümhuriyyətinə Ermənistanın ərazi iddiaları
Azərbaycan Xalq Cümhuriyyətinə Ermənistanın ərazi iddiaları - Azərbaycanın və Gürcüstanın tarixi torpaqlarını ələ keçirmək üçün erməni-daşnak hökuməti tərəfindən irəli sürülmüş əsassız ərazi iddiaları. == Arxa plan == Rusiya imperiyasının dağılmasından sonra CənubiQafqazda yaranmış Ermənistan (Ararat) Respublikası Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. 1918-ci il may ayının 29-da İrəvan AXC rəhbərliyi tərəfindən Ermənistana siyasi mərkəz kimi güzəşt edildi. Bu erməniləri daha da şirnikləndirdi. == İddialar == Ermənilər Göyçə bölgəsinə (Yeni Bəyazid qəzasının şərq hissəsi), Naxçıvan bölgəsinə (Naxçıvan, Şərur-Dərələyəz qəzaları və İrəvan qəzasının bir hissəsi), Qazax qəzasının dağlıq hissəsinə, Qarabağa və Zəngəzura qarşı ərazi iddiaları qaldırır, xəritələr tərtib edirdilər. Lakin onlar bununla da kifayətlənməyərək, AzərbaycanRespublikasını və dünya ictimaiyyətini fakt qarşısında qoymaq məqsədilə, Azərbaycanın göstərilən tarixi torpaqlarında soyqırımlarına başladılar. Azərbaycan Xalq Cümhuriyyəti olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə Ermənistanın ərazi iddialarını rədd edir, Cümhuriyyətin ərazi bütövlüyünü təmin etmək üçün hərtərəfli iş aparır, mümkün olan bütün tədbirləri görürdü. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan Demokratik Respublikası == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004. Nigar Jamalova. "Diplomatic Activity of the Azerbaijani Government against the Territorial Claims of the Republic of Armenia (1918-1920)".
Azərbaycan və Gürcüstan arasındakı ərazi iddiaları (1918-1920)
Gürcüstanın ərazi iddiaları — 1918-ci il mayın 26-da elan olunmuş Gürcüstan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinə qarşı irəli sürdüyü ərazi iddiaları. == Haqqında == Gürcüstan müstəqil respublika elan edildikdən sonra, yeni yaranmış dövlətin ərazisi və sərhədlərinin müəyyənləşdirilməsinə başlandı. Gürcüstan hökuməti vaxtilə çar Rusiyasının xüsusi məqsədlə Tiflis quberniyasının tərkibinə daxil etdiyi tarixi Azərbaycan torpaqlarına iddialarla çıxış etdi. Bu məqsədlə həm müvafiq xəritələr tərtib olunur, həm də əməli addımlar atılmasına cəhd edilirdi. Gürcüstan Sığnaq qəzasının cənub-şərq hissəsinə, Tiflis qəzasının Qarayazı düzünə, Borçalı qəzasının orta (türk) hissəsinə, həmçinin Zaqatala dairəsinə ərazi iddiaları qaldırırdı. Statistik məlumatlara görə, Gürcüstanın iddia irəli sürdüyü ərazilərin bütün əhalisinin (147362 nəfər) 135898 nəfərini (92,3%) türk-müsəlmanlar, 6526 nəfərini isə (4,4%) gürcülər təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti mürəkkəb tarixi şəraitdə özünün tarixi-coğrafi torpaqlarında suveren hüquqlarını bərpa etmək üçün fəal siyasət yeritdi. Zaqatala dairəsi əhalisinin arzusu nəzərə alınaraq, orada Cümhuriyyət idarəçiliyi yaradıldı. Digər torpaqlar uğrunda da diplomatik fəaliyyət davam etdirildi. == Mənbə == Щепотьев А., Доклад о спорных кавказских территориях, на которые имеют права самоопределившиеся азербайджанские тюрки, Известия АН Азерб.
Bakı 2016 Yay Olimpiya Oyunları iddiaçısı
Bakı 2016 Yay Olimpiya Oyunları iddiaçısı — Azərbaycanın paytaxtı Bakı şəhərinin 2016 Yay Olimpiya Oyunlarına iddiaçı şəhər olduğu mərhələ
Bakı 2020 Yay Olimpiya Oyunları iddiaçısı
Bakı 2020 Yay Olimpiya Oyunları iddiaçısı — Azərbaycanın paytaxtı Bakı şəhərinin 2020 Yay Olimpiya Oyunlarına iddiaçı şəhər olduğu mərhələ Azərbaycan tərəfi Bakının 2020 Yay Olimpiya Oyunlarına iddiaçı şəhər olduğunu 2011-ci ilin avqustunda açıqlamış və bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət etmişdir. Həmin ayın 26-da keçirilən BOK-un iclasında Bakının rəsmi şəhər kimi namizədliyimiz təsdiqlənmişdir. Bakı 23 may 2012-ci ildə genişmiqyaslı idman yarışmaları təcrübəsinin olmamağı ilə bağlı namizədlər siyahısından çıxarılmışdır.
Cuğa nekropolunun məhv edilməsi iddiası
Cuğa nekropolu (erm. Ջուղայի գերեզմանատուն) — Culfa rayonunun Gülüstan kəndi ərazisindəki qədim Cuğa şəhər yerində 2000-ci illərin əvvəllərinə kimi mövcud olmuş XII–XVII əsrlərə aid nekropol. Kompleks Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Qəbirsanlıqda orta əsrlərdən modern dövrə kimi müxtəlif tarixi mərhələləri əhatə edən xaç daşlar və xaçkarlar, həmçinin Qaraqoyunlular və Ağqoyunlular dövrlərinə aid zoomorf qəbir daşları olmuşdur. Ümumilikdə nekropolda 10.000-ə qədər abidə olmuşdur. Erməni və Beynəlxalq təşkilatlar tərəfindən bu kompaniyanı dayandırması üçün Azərbaycan hökumətinə dəfələrlə müraciətlər edilmiş və müxtəlif beynəlxalq təşkilatlara bu fəaliyyətini dayandırması üçün Azərbaycana təsirlər edilməsi haqqında müraciətlər olunmuşdur. 2006-cı ildə Azərbaycan Avropa Parlamenti nümayəndələrinin iddia olunan abidələrin məhv edilməsi məsələsini araşdırmaq üçün Azərbaycana gəlmələrini təklif etmiş, hadisəyə göstərilən beynəlxalq münasibətin "ikili yanaşma və isterik" olduğunu bəyan etmiş, eyni zamanda Ermənistanın nəzarətində olan ərazilərdəki Azərbaycan abidələrinin də araşdırılmasını və araşdırma qrupunun Azərbaycan ərazisində keçərək Ermənistan nəzarətində olan əraziyə getməsini tələb etmişdi. 2006-cı ilin yazında iddia edilən abidələrin yerləşdiyi əraziyə səfər etmiş Hərb və Sülh İnstitutunun reportyoru ərazidə qəbiristanlığı xatırladacaq hər hansı bir əlamətin olmadığını bildirmişdi. Eyni ildə İran tərəfindən iddia edilən qəbiristanlığın hərbçilər tərəfindən dağıdılmasını göstərən video və fotolar çəkilərək yayımlanmışdır. Culfanın 2003, 2009 və 2010-cu ilin dekabrında peykdən çəkilmiş fotolarını tədqiq edən Amerika Elmi Araşdırmalar Assosiasiyası qəbiristanlığın tamamilə məhv edildiyi qənaətinə gəlmişdir.
Doha 2020 Yay Olimpiya Oyunları iddiaçısı
Doha 2020 Yay Olimpiya Oyunları iddiaçısı — Qətərin Doha şəhərinin 2020 Yay Olimpiya Oyunlarına iddiaçı şəhər olduğu mərhələ
Dünya Şahmat İddiaçılar Turniri
Dünya Şahmat Namizədlər Turniri 1950-ci ildən bəri FİDE tərəfindən təşkil olunur. Final yarışında Dünya Şahmat Çempionatı üçün iddiaçı müəyyən edilir. Qalib dünya çempionluğu üçün hazırkı dünya çempionu ilə oynamaq hüqüqu qazanır.
Erməni Soyqırımı iddiası
Qondarma Erməni soyqırımı (erm. Հայոց ցեղասպանություն, translit. Hayots tseğaspanutyun; türk. Ermeni Soykırımı), Ermənilərin köçürülməsi (türk. Ermeni tehciri) və ya ermənilər arasında adətən Mets Yeğern (erm. Մեծ Եղեռն, "Böyük cinayət") — Osmanlı hökuməti tərəfindən əksərən Osmanlı imperiyası vətəndaşı olan etnik erməni əhalinin qətli iddiaları. Hadisələrin başlanğıcı olaraq, Osmanlı hökumətinin Konstantinopol (indiki İstanbul) və Anqorda (indiki Ankara) yekun nəticədə əksəri qətlə yetirilmiş 235–270 arası erməni intellektualı və icma rəhbərlərini toplaması, həbs və deportasiya etməsi tarixi olan 24 aprel 1915-ci il hesab edilir.İddialara görə, Birinci dünya müharibəsi zamanı və sonrası baş vermiş soyqırım iki mərhələrdə həyata keçirilmişdir: birinci mərhələdə əmək qabiliyyətli kişi əhali qətlə yetirilmiş, yetkinlik yaşına çatmışlar isə hərbi xidmətə aparılmış və ya məcburi əməyə sövq edilmiş, ikinci mərhələdə isə qadınlar, uşaqlar və yaşlılar Suriya səhrasına köçürülmə qərarı ilə ölüm yürüşünə çıxarılmışdır.İddiaların daha cəzbedici görünməsi məqsədilə irəli sürülən fikirlərə görə, hərbi qüvvələr tərəfindən müşahidə olunan deportasiya edilən əhali, müntəzəm olaraq soyğunçuluq, cinsi təcavüz və qırğınlara məruz qalmışdır. Həmin dövrə Osmanlı imperiyası ərazisində yaşayan assuriyalılar və yunanlar da qırğınlara məruz qalmışlar ki, bəzi tarixçilər bu qırğınları da eyni soyqırım siyasətinin tərkib hissəsi hesab edirlər. Dünyanın bir çox hissələrdində Erməni diasporu birbaşa bu soyqırım siyasətinin nəticəsi olaraq meydana gəlmişdir. Etnik erməni əhalisinin sistematik şəkildə və bilərəkdən məhv edilməsindən təsirlənən Rafael Lemkin, bu hadisələri ifadə etmək üçün 1943-cü ildə soyqırım ifadəsi (ing.
Erməni soyqırımı iddialarının tanınması
Erməni soyqırımının tanınması (ing. Armenian Genocide recognition) — Erməni soyqırımının dünya ölkələri tərəfindən tanınması prosesinə verilən ümumi ad.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları – Müxtəlif dövrlərdə, Ermənistan Sovet Sosialist Respublikasının və indiki rəsmi adı ilə Ermənistan Respublikasının, Azərbaycan Sovet Sosialist Respublikasına və indiki rəsmi adı ilə Azərbaycan Respublikasına qarşı irəli sürdüyü ərazi iddiaları. == Zəmin == Etnik azərbaycanlılar müxtəlif dövrlərdə 1905–1906-cı, 1918–1920-ci, 1948–1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə deportasiya ediliblər. Təkcə 1948–1953-cü illərdə 150 mindən çox etnik azərbaycanlı Ermənistan SSR ərazisindən kütləvi surətdə və zorakılıqla sürgün olunub. Deportasiyalar zamanı sürgün edilənlərə qarşı kütləvi qətl hadisələri də törədilib. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün hərəkətə keçiblər. == 1988-ci ilə qədər == Birinci Dünya müharibəsindən və Rusiyada 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri öz planlarını bolşevizm bayrağı altında həyata keçirməyə başlayırlar. Belə ki, 1918-ci ilin mart ayında Bakı kommunası "əksinqilabi elementlərlə mübarizə" şüarı altında azərbaycanlıların bütün Bakı quberniyasında məhv etmək məqsədi daşıyan planı reallaşdırmağa başlayır. Bakıdan başqa, məhz etnik mənsubiyyətlərinə görə Şamaxı və Quba bölgələrində, eləcə də Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və indiki Azərbaycanın digər bölgələrində minlərlə azərbaycanlıya qarşı kütləvi qətllər başlayır. 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının müstəqilliyi elan edilir. 1919-cu ilin aprel ayında müttəfiq dövlətlər, həmin ilin yanvarında Azərbaycan Demokratik Respublikası hökuməti tərəfindən təsis edilmiş Qarabağ general-qubernatorluğunu tanıyırlar.
Gürcüstanın ərazi iddiaları
Gürcüstanın ərazi iddiaları — 1918-ci il mayın 26-da elan olunmuş Gürcüstan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinə qarşı irəli sürdüyü ərazi iddiaları. == Haqqında == Gürcüstan müstəqil respublika elan edildikdən sonra, yeni yaranmış dövlətin ərazisi və sərhədlərinin müəyyənləşdirilməsinə başlandı. Gürcüstan hökuməti vaxtilə çar Rusiyasının xüsusi məqsədlə Tiflis quberniyasının tərkibinə daxil etdiyi tarixi Azərbaycan torpaqlarına iddialarla çıxış etdi. Bu məqsədlə həm müvafiq xəritələr tərtib olunur, həm də əməli addımlar atılmasına cəhd edilirdi. Gürcüstan Sığnaq qəzasının cənub-şərq hissəsinə, Tiflis qəzasının Qarayazı düzünə, Borçalı qəzasının orta (türk) hissəsinə, həmçinin Zaqatala dairəsinə ərazi iddiaları qaldırırdı. Statistik məlumatlara görə, Gürcüstanın iddia irəli sürdüyü ərazilərin bütün əhalisinin (147362 nəfər) 135898 nəfərini (92,3%) türk-müsəlmanlar, 6526 nəfərini isə (4,4%) gürcülər təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti mürəkkəb tarixi şəraitdə özünün tarixi-coğrafi torpaqlarında suveren hüquqlarını bərpa etmək üçün fəal siyasət yeritdi. Zaqatala dairəsi əhalisinin arzusu nəzərə alınaraq, orada Cümhuriyyət idarəçiliyi yaradıldı. Digər torpaqlar uğrunda da diplomatik fəaliyyət davam etdirildi. == Mənbə == Щепотьев А., Доклад о спорных кавказских территориях, на которые имеют права самоопределившиеся азербайджанские тюрки, Известия АН Азерб.
Harvi Vaynşteynin cinsi təcavüz iddiası
Harvi Vaynşteynin cinsi təcavüz iddiası - 2017-ci ilin oktyabrında The New York Times və The New Yorker tərəfindən nəşr edilmiş məqalələrdə səsləndirilən, Miramax və The Weinstein Company film şirkətlərinin yaradıcısı olan Oskar mükafatlı film prodüseri Harvi Vaynşteynin onlarla Hollivud aktrisasına qarşı cinsi təcavüz, hücum və ya zorlama törətdiyini bildirən iddiadır. Kino sənayesində çalışan bir neçə qadın sonradan verdikləri açıqlamada Vaynşteynlə oxşar təcrübə yaşadıqlarını bildirmişlər. Məlumatların yayılmasından qısa müddət sonra, "The Weinstein Company" direktorlar şurasının qərarı ilə Harvi Vaynşteyn şirkətin direktoru vəzifəsindən azad edilmiş, Vaynşteynin həyat yoldaşı olan aktrisa və dəb dizayneri Corciya Çepmen boşanmaq üçün məhkəməyə müraciət etmiş, bir çox nüfuzlu sənət xadimləri və siyasətçilər Vaynşteyni tənqid edən fikirlər səsləndirmişlər. == Zəmin == Harvi və Bob Vaynşeyn qardaşları yaratdıqları Miramax film şirkətinə 1979-2005-ci illərdə rəhbərlik etmişlər. 2005-ci ilin martında "The Weinstein Company" şirkətinin əsasını qoyan qardaşlar elə həmin ilin sentyabrında "Miramax"dan uzaqlaşmışlar. == İlk məlumatlar == İlk məlumatlar, "The New York Times" müxbirləri olan Codi Kantor və Meqan Touhinin 5 oktyabr 2017-ci ildə nəşr edilmiş araşdırma məqaləsində verilmişdir. Məlumatda Vaynşteyn otuz illik bir müddətdə bir neçə aktrisaya, o cümlədən "Miramax" və "The Weinstein Company" ilə əməkdaşlıq etmiş köməkçi, müvəqqəti əməkdaş və digər vəzifələrdə çalışmış bir neçə qadına qarşı cinsi təcavüz etməkdə günahlandırılır. 10 oktyabr 2017-ci ildə "NBC News" müxbiri Ronan Farrou "The New Yorker"ə verdiyi məlumatda bildirir ki, ən azı 13 qadın Vaynşteyn tərəfindən cinsi təcavüzə məruz qalmış və ya təqib edilmiş, üçü isə zorlanmışdır. Farrou bildirir ki, bir neçə ay əvvəl bu haqda NBC-də məlumat yaymaq istəsə də, telekanal ola bilsin ki, təzyiq altında qalaraq buna icazə verməmişdir; NBC isə bu məlumatı təkzib edir. Farrounun sözlərinə görə, Vaynşteynlə birlikdə çalışmış 16 işçi və ya köməkçi onun qadınlara qarşı seksual hərəkətlərinin şahidi olmuş və ya bu haqda məlumatlı olduqlarını bildirmişlər.
Madrid 2020 Yay Olimpiya Oyunları iddiaçısı
Madrid 2020 Yay Olimpiya Oyunları iddiaçısı — İspaniyanın Madrid şəhərinin 2020 Yay Olimpiya Oyunlarına iddiaçı şəhər olduğu mərhələ
Roma 2020 Yay Olimpiya Oyunları iddiaçısı
Roma 2020 Yay Olimpiya Oyunları iddiaçısı — İtaliyaniın Roma şəhərinin 2020 Yay Olimpiya Oyunlarına iddiaçı şəhər olduğu mərhələ. == İmtina == Roma Olimpiya Oyunlarını qəbul etməkdən imtina etdi.
SSRİ-nin Türkiyəyə ərazi iddiaları
SSRİ-nin Türkiyəyə ərazi iddiaları - RSFSR-in 1921-ci ildə Türkiyəyə verdiyi Rusiya imperiyasının ərazilərinin geri qaytarılması ilə bağlı SSRİ-nin Türkiyə Respublikasına qarşı ərazi iddiası. Ərazi iddiaları İosif Stalin hökuməti tərəfindən İkinci Dünya müharibəsinin son aylarında, eyni vaxtda Qara dəniz boğazlarında birgə nəzarət rejiminin tətbiqi və Sovet hərbi dəniz bazasının yaradılması tələbi ilə irəli sürülüb. SSRİ 1878-ci ildən Rusiya imperiyasına məxsus olan, 1921-ci ildə isə Sovet-Türkiyə dostluq və qardaşlıq müqaviləsinə əsasən Türkiyəyə verilən Zaqafqaziya ərazilərini ilhaq etmək və bu torpaqları Gürcüstan SSR ilə Ermənistan SSR arasında bölüşdürmək niyyətində idi. Digər böyük dövlətlərin, ilk növbədə ABŞ-nin müqaviməti ilə üzləşən və soyuq müharibənin qızışması ilə qarşılaşan SSRİ 1953-cü ildə ərazi iddialarından imtina etdiyini elan etdi. == Tarixi == Sovet İttifaqı 1936-cı il Montrö boğazlar konvensiyasının şərtləri ilə razı deyildi. SSRİ rəsmilərinin fikrincə bu Konvensiya Türkiyəyə Sovet İttifaqı üçün vacib su yolu olan Bosfor boğazı üzərində tam nəzarət hüququ verir. Bu səbəbdən 19 mart 1945-ci ildə SSRİ 25 dekabr 1925-ci il tarixli Sovet-Türkiyə müqaviləsini denonsasiya etdi. Bundan sonra yeni müqavilənin bağlanması ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr və danışıqlar başladı. May ayında Türkiyə müqavilə layihəsini təklif etdi ki, ona əsasən müharibə baş verərsə, SSRİ ordusu və donanmasının Türkiyə ərazisindən sərbəst keçməsinə zəmanət verilirdi. Lakin bu güzəştdən sonra SSRİ bütün sovet tələbləri tam yerinə yetirilənə qədər Türkiyəni “sıxmaq” həvəsinə düşdü.
Səddam Hüseyn və Əl-Qaidə əlaqələri iddiası
Səddam Hüseyn və Əl-Qaidə ilə əlaqəli iddialar ABŞ hökuməti səlahiyyətliləri tərəfindən, 1992-2003 illəri arasında İraq prezidenti Səddam Hüseyn və radikal islamçı yaraqlı təşkilat Əl-Qaidə arasında, xüsusilə də iştirak etdiyi bir sıra görüşlər arasında yüksək gizli bir əlaqənin olduğunu iddia etdi. İraq Kəşfiyyat Xidməti. İraq müharibəsi ərəfəsində ABŞ prezidenti Corc Buş, Səddam Hüseyn və Əl-Qaidənin ABŞ-yə qarşı terror hücumlarına başlamaq üçün qəsd edə biləcəyini iddia etdi. və qeyriləri. Kəşfiyyat mütəxəssislərinin konsensusu, bu təmasların heç bir zaman əməliyyat əlaqəsi yaratmaması və konsensusun müstəqil 11 sentyabr Komissiyasının hesabatları və açıqlanmayan Müdafiə İdarəsi hesabatları , həmçinin Senatın Seçki Komitəsi tərəfindən dəstəklənməsidir. Müharibədən əvvəlki kəşfiyyat hesabatlarının araşdırılması II Fazasının 2006-cı il hesabatı olan Kəşfiyyat, Səddam Hüseyn və Əl-Qaidə arasında əlaqələrə dair heç bir sübut olmadığını nəticəyə gətirdi. Buş Administrasiyasının tənqidçiləri Bushun faktiki sübutlara baxmadan İraqla müharibə üçün bir iş qurduğunu söylədilər. 29 aprel 2007-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru George Tenet 60 Dəqiqə ilə əlaqədar, "Heç bir zaman İraq hakimiyyəti, rəhbərliyi və nəzarəti, Əl-Qaidə ilə 11 sentyabr tarixində bir əlaqəsi və ya Amerikaya qarşı hər hansı bir əməliyyat aktı olduğunu yoxlaya bilmədik. == Ümumi məlumat == ==== 11 sentyabr sonrası ==== Buş Administrasiyası 11 sentyabr hücumlarından sonra İraq diktatorunu islamçı radikallarla əlaqələndirməyə çalışdı. Prezident Buş iddianı Tony Blairə 14 sentyabr 2001-ci il tarixində verdi, baxmayaraq ki, Blair onu iddianı davam etdirməməyə çağırdı.
Tokio 2020 Yay Olimpiya Oyunları iddiaçısı
Tokio 2020 Yay Olimpiya Oyunları iddiaçısı — Yaponiyanın Tokio şəhərinin 2020 Yay Olimpiya Oyunlarına iddiaçı şəhər olduğu mərhələ
Xocalı soyqırımı iddialarının tanınması
Xocalı soyqırımının tanınması (ing. Khojaly Genocide recognition) — Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanınması prosesinə verilən ümumi addır. Hal-hazırda Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-nin 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb. == Beynəlxalq aləmdə tanınması == Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan "Təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19–26-da Türkiyənin İstanbul şəhərində və 25 vilayətində "Xocalı həftəsi" adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirmişdir. Bundan başqa, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. === Faciəni tam səviyyədə qətliam kimi tanıyan ölkə və təşkilatlar === Azərbaycan 2012: Pakistan 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyən qətnamə qəbul edib. Türkiyə 2012-ci ildə Türkiyə Milli Məclisinin Xarici Əlaqələr Komitəsi, 2012-ci ildə Xocalı qətliamını soyqırımı olaraq tanıdı İslam Əməkdaşlıq Təşkilatı 2014: Sudan === Faciəni parlament səviyyəsində qətliam kimi tanıyan ölkə və təşkilatlar === 2012: Meksika 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25–26-da baş vermiş faciə soyqırım adlandırılıb.
Yaponiyanın Antarktikadakı ərazi iddiaları
Yaponiyanın Antarktikadakı ərazi iddiaları - Yaponiya imperiyasının Antarktika ərazilərinə iddiası XX əsrin birini yarısında edilmişdir. 1910—1912 illərdə Yaponiya Antarktikaya ilk ekspedisiyasını leytenant Sirase Nobunun başçılığı ilə təşkil edir. 28 yanvar 1912 ildə ekspedisiya 80°05’ cənub enliyi 156°37’ qərb uzunluğuna çatarkən onlar səyahətin davam etdirilməsinə hazır olmadıqlarını anlayırlar. Çatdıqları əraziləri Yamato Qar vadisi adlandlraraq Yaponiyanın mülkiyyəti elan edirlər. 1939-cu ildə Yaponiya rəsmi olaraq Antarktidaya ərazi iddiası irəli sürür. İddialı ərazi Ross ərazisi ilə Böyük Britaniyanın Antarktika əraziləri arasında (80° q.u və 150° q.u) yerləşir. 1951-ci ildə imzalanan San-Fransisko sülh müqaviləsinin ikinci bəndinə əsasən Yaponiya bütün ərazi iddialarından imtina etmişdir. Hazırda Meri Berd Torpağı və Elsuort Torpağına rəsmi olaraq dünyanın heç bir olməsi iddia etmir. Bu Antarktida haqqında konvensiyaya əsasən təstiqlənmişdir. Hazırda Yaponiya bölgə üzərində heç bir ərazi iddiası irəli sürə bilməz.
İddiaçılar turniri 2018
İddiaçılar turniri 2018 — 2018-ci il martın 10-dan 28-dək Berlində keçirilən şahmat turniri. Turnirin qalibi hazırkı şahmat tacının sahibi Maqnus Karlsenlə 2018-ci ilin noyabrında İngiltərənin paytaxtı Londonda keçiriləcək şahmat üzrə dünya çempionu adı uğrunda matçda oynamaq hüququ qazanacaq. Turnirin təşkilatçısı FİDE-in rəsmi partnyoru olan "Aqon" şirkətidir (ing. Agon Limited). == Mükafat fondu == Ümumi mükafat fondu (Əsasnamə 3.8.1) €420,000-dur (US$516,000): Mükafat fondu eyni xala malik şahmatçılar arasında bərabər bölüşdürüləcək. == Nəticələr == === Turnir cədvəli === === Raundlara görə nəticələr === Adı birinci qeyd edilmiş şahmatçı ağlarla oynayır. 1–0 ağların qələbə qazandığını bildirir, 0–1 qaraların qələbə qazandığını bildirir, və ½–½ heç-heçəni bildirir. Mötərizədəki rəqəmlər şahmatçıların əvvəlki raundlarda topladığı xalları göstərir.
İddiaçıların turniri 2018
İddiaçılar turniri 2018 — 2018-ci il martın 10-dan 28-dək Berlində keçirilən şahmat turniri. Turnirin qalibi hazırkı şahmat tacının sahibi Maqnus Karlsenlə 2018-ci ilin noyabrında İngiltərənin paytaxtı Londonda keçiriləcək şahmat üzrə dünya çempionu adı uğrunda matçda oynamaq hüququ qazanacaq. Turnirin təşkilatçısı FİDE-in rəsmi partnyoru olan "Aqon" şirkətidir (ing. Agon Limited). == Mükafat fondu == Ümumi mükafat fondu (Əsasnamə 3.8.1) €420,000-dur (US$516,000): Mükafat fondu eyni xala malik şahmatçılar arasında bərabər bölüşdürüləcək. == Nəticələr == === Turnir cədvəli === === Raundlara görə nəticələr === Adı birinci qeyd edilmiş şahmatçı ağlarla oynayır. 1–0 ağların qələbə qazandığını bildirir, 0–1 qaraların qələbə qazandığını bildirir, və ½–½ heç-heçəni bildirir. Mötərizədəki rəqəmlər şahmatçıların əvvəlki raundlarda topladığı xalları göstərir.
İstanbul 2020 Yay Olimpiya Oyunları iddiaçısı
İstanbul 2020 Yay Olimpiya Oyunları iddiaçısı — Türkiyənin İstanbul şəhərinin 2020 Yay Olimpiya Oyunlarına iddiaçı şəhər olduğu mərhələ.

Digər lüğətlərdə