İLAHƏ

is. [ ər. ] Antik mifologiyada və bəzi dinlərdə; qadın cinsli allah.
Qədim Yunanıstanda şüəra sinfi bir qissə və hekayət yazmaq istədikləri əsnada “Muza” adlı teatr ilahəsinə rücu edib ondan kömək və mədəd dilərdilər. F.Köçərli.
[Qızlar:] Çıxar Olimpə şadman; Ən işvəkar ilahələr. H.Cavid.
Biri deyir ki, sənət təbiətin səsidir; Biri deyir ki, sənət eşqin ilahəsidir. B.Vahabzadə.

// Canan, məhbubə, məşuqə, dilbər; eşq pərisi.
[İlyas] bahar möcüzələrinin qolları arasına girərək bələyindən çıxmış şeir ilahəsinin qolları arasında nazlanırdı. M.S.Ordubadi.

İLACSIZLIQ
İLAHİ́

Digər lüğətlərdə