İLANIN QUYRUĞUNU BASMAQ
İLHAM VERMƏK
OBASTAN VİKİ
İrsən almaq
İrsən almaq (ing. inherit ~ ru. унаследовать ~ tr. kalıt almak) – obyekt-yönlü proqramlaşdırmada: bir sinfin xarakteristikalarının onun əsasında yaradılan başqa bir sinif tərəfindən götürülməsi. İrsən alınmış xarakteristikalar gücləndirilə, məhdudlaşdırıla və ya dəyişdirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İlham
İlham — kişi adı, soyadı və təxəllüsü. İlham Axundov — İlham Əliyev (dəqiqləşdirmə) İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən). İlham Əliyev (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. İlham Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. İlham Əliyev (jurnalist) — jurnalist, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri. İlham Əhmədov İlham Əhmədov — Azərbaycan aktyoru, rejissor. "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəridir. İlham Əhmədov (alim) — alim, həkim. İlham Əsgərov — Azərbaycan aktyoru. İlham Həsənov — Azərbaycan Milli Qəhrəmanı İlham İsmayılov (əsgər) — şəhid İlham Məmmədli — Azərbaycan alimi, jurnalist.
Təhsil almaq hüququ
Təhsil hüququ — “ikinci nəsil” insan hüquqlarından biri (sosial-iqtisadi və mədəni; ayrı-seçkiliyə yol verilməməsi aspekti birinci nəslin vətəndaş hüququ sayıla bilər). BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi təhsil hüququnun dörd əsas xarakteristikasını müəyyən edir: mövcudluq, əlçatanlıq (ayrı-seçkiliyə yol verilməməsi, fiziki və iqtisadi əlçatanlıq), təhsilin məqbulluğu və uyğunlaşması. Həmçinin “təhsil hüququ yalnız müəllimlərin və tələbələrin akademik azadlığı olduqda həyata keçirilə bilər.” Təhsil hüququnun əhatə dairəsi müxtəlif təhsil səviyyələri üçün fərqli ola bilər - məsələn, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt icbari və pulsuz ibtidai təhsili nəzərdə tutur, lakin yalnız ödənişsiz ali təhsilin mərhələli şəkildə tətbiqini nəzərdə tutur. Burada ayrı-ayrılıqda təhsil azadlığı önə çıxa bilər. == Tənzimləyici çərçivə == Təhsil hüququ İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın 13 və 14-cü maddələrində, Uşaq Hüquqları haqqında Konvensiyanın 28 və 29-cu maddələrində təsbit olunmuş İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 26-cı maddəsində elan edilmişdir. Təhsil hüququ İnsan və Əsas azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasının Birinci Protokolunun 2-ci maddəsi, Yenidən İşlənmiş Avropa Sosial Xartiyasının 17-ci maddəsi, İnsan Hüquqları üzrə Amerika Konvensiyasına San Salvador Protokolunun 13-cü maddəsi, Afrika Xartiyasının 17-ci maddəsi İnsan və Xalqların Hüquqları, Uşaq Hüquqları və Rifahı üzrə Afrika Xartiyasının 11-ci maddəsi, Rusiya Konstitusiyasının 43-cü maddəsində, Azərbaycan Respublikasının Konstitusiyasının 421-ci maddəsində, Latviya Konstitusiyasının 112-ci maddəsində, Tacikistan Konstitusiyasının 41-ci maddəsində təsbit edilmişdir. == Məhkəmə təcrübəsi == Beynəlxalq məhkəmə orqanlarında təhsil hüququ ilə bağlı ən mühüm işlərə (ən çox ondan istifadə zamanı ayrı-seçkiliyin qadağan edilməsinə dair) Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsində Polşa и Албании və Albaniyada azlıqların məktəblərinə dair Belçika linqvistik işi (1968), Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark (1976), Avropa İnsan Hüquqları Məhkəməsində D. H. və digərləri Çexiyaya qarşı (2007), Hartikainen v. Finland işi (1981) və Ueldmen Kanadaya qarşı (1999) baxılmışdır. ABŞ Ali Məhkəməsində belə işlərə Mayer Nebraskaya qarşı (1923), Pirs Sisterhooda qarşı (1925), Braun Təhsil Şurasına qarşı (1954), Qriffin Şahzadə Edvard Məktəb Şurasına qarşı (1964), Qrin Nyu Kent qraflığı təhsil şurasına qarşı (1968), Viskonsin Yoderə qarşı (1972), Müstəqil San Antoniyo Məktəb dairəsi Rodriqesə qarşı (1973), Aylend Tris Məktəb Dairəsi Pikoya qarşı (1982), Playler Douya qarşı (1982) kimi məhkəmə iddiaları daxildir.
Yazı (qeydə almaq)
İlham (1972)
== Məzmun == Film böyüklərin uşaqlara diqqətli olmaları barədədir. Uşaq qəlbi çox kövrək olur. Ona görə də balacalara qayğıkeşliklə yanaşmaq lazımdır. == Festivallar və mükafatlar == 1) 1974-cü ildə Daşkənddə V Ümumittifaq televiziya filmləri festivalı Ən yaxşı rejissor işinə görə rejissor Vaqif Behbudov Priz almışddır. == Film haqqında == Kukla filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vaqif Behbudov Ssenari müəllifi: İshaq İbrahimov Operator: Vaqif Behbudov Quruluşçu rəssam: Solmaz Musayeva Bəstəkar: Aqşin Əlizadə Səs rejissoru: Ruhəngiz Qasımova == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
İlham Abbasov
İlham Abbasov (idmançı)
İlham Allahverdiyev
İlham Allahverdiyev (28 oktyabr 1992, Goranboy rayonu) — Futbolçu, mövqeyi hüçumçudur. Hal hazırda Bakının "MOİK" klubunda oynayır. == Bioqrafiya == İlham Allahverdiyev 28 oktyabr 1992-ci ildə Azərbaycan Respublikası, Goranboy rayonunda doğulub. == Karyera == İlham Allahverdiyev futbol karyerasına 2002-ci ildə Bakının "Neftçi" klubunun uşaq komandasında başlayıb. Bakılıların heyətində müxtəlif aşağı yaş komandalarında çıxış etdikdən sonra, 2011-ci ildə klubun əvəzedici heyətinə cəlb olunur. Daha sonra, 2011/12 mövsumundə "Neftçi"nin əsas heyəti ilə Azərbaycan çempionluğunu qazanır. 2013-cu ilin yayında "Qaradağ Lökbatan" klubuna icarəyə verilir. "Qaradağ Lökbatan" klubunda 6 ay futbol oynadıqdan sonra Allahverdiyev 2014-cu ilin yanvarında "Neftçi"yə dönur. 2013/14 mövsumu bitdikdən sonra futbolçu təkrar "Qaradağ Lökbatan"a icarəyə verilir və klubunun heyətində Azərbaycan Çemppionatının Birinci dəstəsinin 2014/15 mövsumundə 21 qol ilə bombardir olur. Futbolçu bombardir olduğu mövsumdə 21 qol vurur.
İlham Aslanoğlu
İlham Axundov
İlham Axundov (Axundov İlham Sənan oğlu; 1 iyun 1959, Boladı, Lənkəran rayonu) — Kanada alimi; Professor, Vaterlu Universitetinin riyaziyyat fakültəsinin riyaziyyat və biznes üzrə proqramlar direktoru. == Həyatı == Axundov İlham Sənan oğlu 1959-cu il iyunun 1-də Azərbaycan Respublikasının Lənkəran rayonunun Boladi kəndində anadan olub. == Təhsili == 1975-ci ildə Bakı Dövlət Universitetinin Tətbigi Riyaziyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə Leninqrad Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. O, sonra Leninqrad Dövlət Universitetinin aspiranturasını bitirərək, 1987-ci ildə professor V. Nevzorovun rəhbərliyi altında “Nizamlamis təsadüfi kəmiyyətlər və onların cəmləri üçün limit teoremləri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmisdir. == Əmək fəaliyyəti == 1988-ci ildən 1997-ci ilədək İ.Axundov Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent, 1997-1999-cu illərdə isə Odlar Yurdu Universitetində (Bakı) xarici əlaqələr üzrə prorektor işləyib. İ.Axundov 1999-cu ildə ABŞ Dövlət Departamenti tərəfindən dünya alimləri arasında keçirilən çox nüfuzlu Fulbrayt müsabiqəsinin qalibi olub. O, 1999-2000-ci illərdə Texas Universitetində (Texas A&M University) tədqiqat aparmaq imkanı qazanıb. Bu tədqiqat işlərinin nəticələri elmi jurnallarda dərc edildikdən sonra İ.Axundov xarici universitetlərdən bir neçə dəvət alıb. Professor İ.Axundov 2001-ci ildən Kanadanın Makmaster (Hamilton) Universitetində çalışıb. 2007-ci ildə professor İ.Axundov karyerasını Kanadanın dünya söhrətli Vaterlu Universitetinin Riyaziyyat Fakültəsində davam etdirib.
İlham Cabbarov
İlham Elxanoğlu
Əsgərov İlham Elxan oğlu — Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluş hissə müdiri, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2015). == Həyatı == İlham Elxanoğlu 1976-cı ildə anadan olmuşdur. Teatr səhnəsində qoyulan bir sıra tamaşaların rəssamı olan İlham Elxanoğlunun rejissor kimi ilk işi 2006-cı ildə J.Koktonun "İnsan səsi" əsəri əsasında hazırlanan tamaşa olub. 2007-ci ildə böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşasına quruluş verib. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
İlham Hüseynov
İlham Hüseynov (aktyor) — Azərbaycan teatr və kino aktyoru. İlham Hüseynov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
İlham Həsənov
İlham Gülbala oğlu Həsənov (6 may 1976, Marksovka, Ağstafa rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == İlham Həsənov 6 may 1976-cı ildə Ağstafa rayonunun Xətai kəndində anadan olmuşdur. 1993-cü ildə məktəbi bitirdikdən sonra, zabit olmaq arzusu ilə sənədlərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə verir, bura daxil ola bilməyən İlham ruhdan düşmür Bakı Yüngül Sənaye Texnikumuna daxil olur. 1994-cü ildə Milli Orduya çağırılır. O tez bir zamanda əsgər və zabitlərin hörmətini qazanır. Hərbi təlim yarım il çəkir sonra isə cəbhə... İlham cəbhədə təzəcə əməliyatlara qoşulmağa başlamışdı ki Mart hadisələri baş verdi. Öz Dövlətinə, Rəhbərinə, Xalqına xidmət edən İlham Həsənov Mart hadisələri zamanı dəstənin zərərsizləşdirilməsində canından keçən neçə-neçə vətən oğullarından biri oldu. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Həsənov İlham Gülbala oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
İlham Kərimli
İlham Kərimli (1976, Bakı) — Azərbaycan, Hind və Ərəb rəqslərin mahir ifaçısı, "Buta" rəqs ansamblının rəhbəri. == Həyatı == İlham Rəhim oğlu Kərimli 1976-cı ildə Bakıda anadan olub. 1993-cü ildə Bakının Piralalhı qəsəbəsindəki 168 saylı məktəbi bitirdikdən sonra Bakı Mədəni-Maarif texnikumuna daxil olub. 2008-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissorluğu fakültəsini bitirib. İ.Kərimli 6 yaşından rəqslə məşğul olur. İlk müəllimi də Vaqif Mustafayev adına Mədəniyyət Mərkəzində rəqs dərnəyinin rəhbəri Tatyana Alekseyevna olub. Sonra fəaliyyətini Kamil Dadaşov adına "Çənlibel" rəqs ansamblında davam etdirib. Bir çox televiziya müsabiqələrində, o cümlədən "7-17"-də, "İstedadlar sorağında" qalib olub. İlham Kərimli rəqs bacarığını artırmaq üçün ərəb ölkəsi olan Bəhreyn şəhərində 4 il təhsil alaraq Şərq rəqslərinin incəliklərini öyrənib. Hindistanda bir neçə dəfə iki aylıq rəqs kurslarında iştirak edib.
İlham Kərimov
İlham Kərimov (2 iyul 1976) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == İlham Kərimov 1996-cı ildə Vayle şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. İlham Kərimov turnirin 1/8 final mərhələsində Estoniya nümayəndəsi Valeri Semisura qalib gəlsə də, 1/4 final mərhələsində Fransa nümayəndəsi Jean-Luis Mandengeya 4:10 hesabı ilə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu. Həmin ilin avqustunda isə İlham Kərimov Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. İlham Kərimov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə İsveç nümayəndəsi İsmael Kone ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 2:22 hesabı ilə məğlub olan İlham Kərimov turnirdə mübarizəsini dayandırdı və Atlanta Olimpiadasını 17-ci pillədə başa vurdu.
İlham Mehdiyev
İlham İsmayıl oğlu Mehdiyev (2 avqust 1965, Hənifə, Balakən rayonu) — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == İlham Mehdiyev 1965-ci il avqustun 2-də Balakən rayonunun Hənifə qəsəbəsində anadan olub. 1983–1987-ci illərdə Odessa Ali Artilleriya Komandirləri Hərbi Məktəbində təhsil alıb. == Fəaliyyəti == İlham Mehdiyev 1987–1991-ci illərdə Sovet Ordusunda Hava-Desant Qoşunlarında xidmət edib. Azərbaycan Prezidenti Heydər Əliyevin 16.08.2002-ci il tarixli Sərəncamı ilə mayor İlham Mehdiyev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. İlham Mehdiyev Azərbaycan Prezidenti Heydər Əliyevin 1 iyul 2003-cü il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin edildi. İlham Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel 2004-cü il tarixli Sərəncamları ilə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsindən azad edildi və Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2007-ci il tarixli Sərəncamı ilə general-mayor İlham Mehdiyev "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 18.08.2008-ci il tarixli Sərəncamı ilə İlham Mehdiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2012-ci il tarixli Sərəncamı ilə İlham Mehdiyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
İlham Mirzəyev
İlham Mirzəyev (tam adı: İlham Əlikram oğlu Mirzəyev; 18 iyun 1966, Əli-Bayramlı) — şair-publisist, tədqiqatçı-psixoloq, Azərbaycan Jurnalistlər İttifaqının üzvü, psixologiya üzrə fəlsəfə doktoru. == Həyatı == İlham Əlikram oğlu Mirzəyev 18 iyun 1966-cı ildə Şirvan şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Daha sonra Azərbaycan Dövlət Teleradio Şirkətində çalışıb. 2000-ci ildən "Space" Müstəqil Teleradio Şirkətində aparıcı kimi fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə, Sosialogiya və Hüquq institutunun "dinşünaslıq və mədəniyyətşünaslığın fəlsəfi problemləri" şöbəsinin böyük elmi işçisi, həmin institutunun mətbuat katibi və elmi şuranın üzvü, psixologiya üzrə fəlsəfə doktorudur, dosent, 8 kitab, 3 dərs vəsaiti və 100-dək elmi məqalənin müəllifidir. Azərbaycan Jurnalistlər İttifaqının üzvü olan İlham Mirzəyev "Vətən", "Qızıl qələm", "Humay", Hacı Zeynalabdin Tağıyev adına yaradıcılıq mükafatını, Milli Elmlər Akademiyasının fəxri fərmanına layiq görülüb. == Elmi fəaliyyəti == İlham Mirzəyev yaradıcı insan və peşəkar psixoloq kimi Azərbaycan hüdudlarından kənarda da çox yaxşı tanınır. Tədiqaqtçı-psixoloq kimi həm kəmiyyət, həm də keyfiyyət baxımından yaradıcı fəallığı ilə seçilən İlham Mirzəyevin "Liderlik zirvəsi: siyasətin sosial psixologiyası" adlanan beşinci irihəcmli elmi-praktik monoqrafiyası Türkiyədə İstanbul Kültür Bakanlığının dəstəyi ilə nəfis tərtibatla nəşr edilib. Bu əsərdə ümummilli lider Heydər Əliyevin siyasi irsi, Prezident İlham Əliyevin dövlətçilik, idarəçilik fəaliyyəti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti, sosial tarixi və siyasi-psixoloji yanaşma çərçivəsində sistemli şəkildə təhlil olunur.
İlham Mədətov
İlham Mədətov (tam adı: İlham İsa oğlu Mədətov) — Azərbaycan Turizm və Menecment Universitetinin rektoru. 2009-cu ildə Azərbaycan idmanının inkişafındakı xidmətlərə və dövlət qulluğunda səmərəli fəaliyyətə görə "Tərəqqi" medalı ilə təltif olunub. 2012-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaranmasının 20 illik yubileyi münasibətilə və idmanının inkişafında xidmətlərə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Mədətov İlham İsa oğlu 13 noyabr 1952-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1970-ci ildə Yevlax şəhər 4 nömrəli orta məktəbi qızıl medalla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinə daxil olmuş, 1976-cı ildə oranı bitirmişdir. iyul 1974 – iyul 1975-ci il dövrdə SSRİ Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyi xətti ilə Misir Ərəb Respublikasında tərcüməçi işləmişdir. 1976-cı ilin avqustundan oktyabrındadək Maarif Nazirliyinin təyinatı ilə Yevlax rayon Varvara kəndində orta məktəbdə müəllim işləmişdir. 1976-cı ilin oktybarından 1980-ci ilin sentyabrındadək Yevlax şəhər Komsomol Komitəsində komsomol təşkilatçısı, şöbə müdiri və katib vəzifələrində işləmişdir. 1980-ci ilin sentyabrından 1984-cü ilin avqustuna qədər SSRİ Müdafiə Nazirliyinin xətti ilə Liviyada hərbi xidmətdə olmuş və ərəb dili tərcüməçisi işləmişdir.
İlham Məmmədli
Məmmədli İlham Müseyib oğlu (d. 9 fevral 1963, Bəzirxana, Kəlbəcər rayonu, Azərbaycan SSR) — yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, АMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr ədəbiyyatı (Sovet dövrü) şöbəsinin aparıcı elmi işçisi, "Bütöv Azərbaycan"qəzetinin redaktoru. == Həyatı == İlham Məmmədli 9 fevral 1963-cü ildə Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olub. 1980-ci ildə Kəlbəcər rayonu Zar kənd orta məktəbini bitirib. 1981–1983-cü illərdə ordu sıralarında hərbi xidmətdə olub. 1985-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olaraq 1990-cı ildə oranı bitirib. Təyinatla "İşıq" nəşriyyatına kiçik redaktor vəzifəsinə göndərilib. Bir müddət nəşriyyatda işləyəndən sonra "Həqiqət" qəzetinə şöbə müdiri təyin olunub. Müxtəlif illərdə "Azərbaycan aqrar elmi" jurnalında şöbə redaktoru, "Bərəkət", "Respublika" və "Həyat" qəzetlərində baş müxbir vəzifəsində işləyib. 1997–1999-cu illərdə "Hər gün" qəzetinin redaktoru, 1999–2002-ci illərdə "Azərbaycan ХХI əsr" qəzetinin baş redaktoru, 2004–2010-cu illərdən "Himayədar" jurnalının baş redaktoru olub.
İlham Məmmədov
İlham Məmmədov (riyaziyyatçı) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru (2001-2003), NATO-nun elm komitəsinin ilk azərbaycanlı eksperti (2000-2002), AMEA Riyaziyyat və Mexanika İnstitutunun və BDU-nun nəzdində Birləşdirilmiş Dissertasiya Şurasının həmsədri (2003), "Riyaziyyat və Mexanika İnstitutunun əsərləri" jurnalının baş redaktoru, "AMEA-nın xəbərləri" jurnalının fizika-riyaziyyat və texnika buraxılışının redaktor müavini. İlham Məmmədov (siyasətçi) — Azərbaycan Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. İlham Məmmədov (futbolçu) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet və Azərbaycan futbolçusu, məşqçi. Azərbaycan milli futbol komandasının keçmiş üzvü. İlham Məmmədov (20 Yanvar şəhidi) — 20 yanvar şəhidi. İlham Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələri əsgəri, Vətən müharibəsinin şəhidi. İlham Məmmədov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi.
İlham Məmmədzadə
İlham Ramiz oğlu Məmmədzadə (7 dekabr 1953) — Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru == Həyatı == İlham Ramiz oğlu Məmmədzadə 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1980-ci ildə Moskva şəhərində fəlsəfə üzrə fəlsəfə doktoru, 1990-cı ildə isə fəlsəfə üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan İ.R.Məmmədzadə şöbə müdiri və İnstitutun direktoru vəzifəsinədək yüksəlmişdir. == Elmi fəaliyyəti == F.e.d. İ.R.Məmmədzadənin elmi-tədqiqat sahəsi olduqca genişdir. O, etika, siyasi etika, bioetika, fəlsəfə tarixi, kulturologiya, politologiya kimi elmi istiqamətlər üzrə araşdırmalar aparmış və bu istiqamətdə də hal-hazırda işini uğurla davam etdirir. İ.R.Məmmədzadə Azərbaycanda və xaricdə nəşr olunmuş 130-dan çox əsərin, o cümlədən 9 kitab və monoqrafiya, 100-dən çox məqalənin müəllifidir. Əsərlərində ("Etikaya giriş" (2004); "Əxlaqın şərhinin təcrübəsi" (2006), "Siyasət və əxlaq" (1988), "Xeyir və Şər" (1993), "Siyasi etika" (1997) və s.) o, aksiologiyanın və əxlaq fəlsəfəsinin gözəl nümunəsini yarada bilmiş və öz mahiyyətinə görə "əxlaq-etika" vahid sisteminin fəlsəfi cəhətdən ümumiləşdirilməsi konsepsiyasını vermişdir. Onun əxlaq və davranışların bölgüsü, müxtəlif əxlaq sistemləri haqqındakı ideyaları postsovet fəlsəfəsi və etikası tərəfindən yüksək qiymətləndirilərək qəbul edilmişdir. İ.R.Məmmədzadə Azərbaycan fəlsəfəsində və etikasında ilk dəfə olaraq Azərbaycanda keçid dövrünün bir sıra mərhələlərinin konsepsiyalarını işləmiş və elmi ictimaiyyətə çatdırmışdır ("Vətəndaş cəmiyyəti və milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi" (1995), "О философии (Современные подходы: тенденции и перспективы) (2011), "Qloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında" (2009).
İlham Nağıyev
İlham Əli oğlu Nağıyev (1 yanvar 1988, Bakı) — Azərbaycanlı iqtisadçı və sahibkar, "GESCO" ASC-nin həmtəsisçisi, 2019–2021-ci illərdə "Binə Aqro" QSC-nin həmtəsisçisi və Müşahidə Şurasının sədri, "Baku United FC" futbol klubunun prezidenti və "Odlar Yurdu" Təşkilatının təsisçisidir. == Həyatı == İlham Əli oğlu Nağıyev 1 yanvar 1988-ci ildə Bakıda doğulmuşdur. === Təhsili === İlham Nağıyev 1994–2004-cü illərdə Bakı şəhəri Nərimanov rayonu 200 saylı orta məktəbdə təhsil almışdır. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarəedilməsi və Menecment fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. 2005–2006-cı illərdə Londonda SOAS Universitetində, 2006–2009-cu illərdə London Şəhər Universitetinin (CASS Business School) Biznesin İdarəedilməsi fakültəsində əyani təhsil almışdır. 2010–2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarəedilməsi üzrə magistr dərəcəsi (MBA) almışdır. 2021-ci ildə Nyu-York Universiteti, HEC Paris və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin ortaq "TRİUM Executive MBA" magistr proqramına daxil olmuşdur. == Karyera == 2010–2013-cü illərdə "GESCO" ASC-də Baş icraçı direktor vəzifəsində çalışan İlham Nağıyev 2019-cu ildən 2022-ci ilədək şirkətin Müşahidə Şurasının sədri olmuşdur. 2013-cü ildən 2016-cı ilədək İlham Nağıyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin kadr şöbəsinin müdir müavini, daha sonra müdiri vəzifəsində çalışmışdır. 2016-cı ildə İlham Nağıyev "Binə Aqro" QSC-nin Strateji İnkişaf üzrə vitse-prezidenti, 2017-ci ildən 2019-cu illərdə şirkətin icraçı direktoru vəzifələrində çalışmışdır.
İlham Nemətov
İlham Tuyçiyeviç Nemətov ( özb. Ilhom Tuychievich Nematov ; 1 may 1952, Nəməngan, Özbəkistan SSR) - Özbək diplomatı. Özbəkistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == 1973-cü ildə Fərqanə Politexnik İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. 1992 -ci ildə Moskvada Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasından məzun olmuşdur. 1973-1974 -cü illərdə Özbəkistan Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. 1975-1989 -cu illərdə Namanqan vilayətinin tikinti təşkilatlarında, partiya və ictimai orqanlarında müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 1989-1992 - Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının tələbəsi olmuşdur. 1992-1993-cü illərdə Özbəkistan Xarici İşlər Nazirliyinin şöbə müdiri, 1993-1995-ci illərdə Özbəkistanın Almaniyadakı səfirliyinin birinci katibi olmuşdur. 1995-1996-cı illərdə Özbəkistan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi rəisinin müavini vəzifəsini icra etmişdir.
İlham Nəcəfov
İlham İsmayıl oğlu Nəcəfov — azərbaycanlı musiqiçi. Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru. == Həyatı == İ.Nəcəfov Ü.Hacıbəyov adına Azərbaycan Dövlət və M.Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyalarını klarnet və ney ixtisasları üzrə bitirməklə, Azərbaycanın ilk ali təhsilli milli nəfəs aləti ifaçısıdır. Milli musiqi tarixində ney ifaçısı kimi bir çox ilklərə imza atmış, xarici səfərlərində Azərbaycan mədəniyyətini təbliğ etmişdir. Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətilə 3 dəfə (24.04.2014; 26.01.2016; 21.11.2017-ci il) solo konsert proqramları ilə çıxışları olmuşdur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Koroğlu", "Qız Qalası", "Vaqif", "Gəlin Qayası" və "İntizar" operalаrının tamaşası üçün simfonik orkestr ilə solo zurna, balaban, tütək alətləri ifa etməklə mövzunun illüstrasiyalarına nail olmuşdur. Milli musiqi tariximizdə ney aləti ifaçısı kimi ilk dəfə olaraq, Dövlət Teleradio Verilişləri Şirkətinin fonotekasında "Qızıl fond" üçün lentə alınan 40-dan çox muğam, mahnı və rəqsləri saxlanılır. A.Məlikov, S.Ələsgərov, A.Əlizadə, Emin Sabitoğlu, Rauf Babayev, Ramiz Mirişli, S.Kərimi, Firəngiz Əlizadə, C.Quliyev, C.Əmirov, E.Mansurov və başqa Azərbaycan bəstəkarlarının filmlərinə yazılmış musiqilər məxsusi olaraq оnun ifa etdiyi ney aləti üçün nəzərdə tutulmuşdur.[mənbə göstərin] A.Əlizadənin "5-ci Simfoniya"sının səsləndirilməsi üçün nəzərdə tutulan balaban, ney, zurna ifaçısı kimi və eləcə də, F.Əlizadənin məşhur violençel ifaçısı Yo-Yo Ma üçün bəstələdiyi "Dərviş" əsərinin tütək, ney ifaçısı olaraq "İpək yolu" transkontinental layihəsi üzrə Amerikanın, Avropanın, həmçinin dünyanın bütün qitələrinin ən nüfuzlu konsert salonlarında Azərbaycan mədəniyyətini uğurla tərənnüm etmişdir. "YUNESKO" xətti ilə keçirilən dövlət əhəmiyyətli bir çox silsilə tədbirlərdə (2005-ci ildə "YUNESKO"nun 60 illik yubileyi, 2009-cu ildə Xаlq rəssamı, Dövlət mükafatı laureatı S.Bəhlulzadənin 100 illik yubileyi, 2017-ci ildə İ.Nəsiminin edam edilməsinin 600 illiyi), 2018-ci ildə "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı çərçivəsi üzrə və VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində və 2019-cu ildə İ.Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı Şəki şəhərində "İpək Yolu" X Beynəlxalq Musiqi Festivalı konsert proqramlarında "Nəsimiyə ithaf" musiqili tamaşanın iştirakçısı olmuşdur. Heydər Əliyev Fondunun layihəsi üzrə "Azərbaycan Muğаmı" ("Humayun", "Bayatı Şiraz", "Bayatı kürd"-2009) və "Balaban" adlı kоmpakt disk toplularında və "Аvroviziyа mahnı müsabiqəsilə bağlı "Bizimkilər" layihəsində tələbələr ilə birgə ("Yeni Nəfəs" qrupu) fəal iştirak etmişdir.
İlham Nəzərov
İlham İslam oğlu Nəzərov (5 oktyabr 1985, Əli-Bayramlı) — Azərbaycanlı opera müğənnisi, kontratenor, Prezident təqaüdçüsü və Azərbaycan Respublikasının əməkdar artisti. == Fəaliyyəti == İlham İslam oğlu Nəzərov 5 oktyabr 1985-ci ildə Şirvan şəhərində anadan olmuşdur. Uşaqlıqdan incəsənətə, musiqiyə böyük həvəs göstərmişdir. İfaçının ilk yaradıcılıq uğurları da uşaqlıq illərinə təsadüf edir. Belə ki, bu illərdə o, bir sıra festival və müsabiqələrdə iştirak edərək müvəffəqiyyətlər qazanmışdır. Musiqi təhsilinə xanəndə kimi Xalq artisti Ağaxan Abdullayevin sinfində başlasa da, daha sonralar akademik vokalla məşğul olmuşdur. İfaçı 2003-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirərək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" fakultəsinə daxil olur. 2006-cı ildə "ÜNS Yaradıcılıq Səhnəsi"ndə fəaliyyətə başlaması musiqiçinin yaradıcılığında əlamətdar hadisəyə çevrilərək gələcək uğurlarının başlanğıcını qoyur. Sənətkarın ilk canlandırdığı obraz da həmin teatrın səhnəsində baş tutmuşdur. Belə ki, ifaçı T. Quliyevin mahnılarından ibarət "Bakı" musiqili səhnə əsərində iştirak etmişdir.

Digər lüğətlərdə