İLKİNDİ
İLLƏT
OBASTAN VİKİ
İlqar Qurbanov
İlqar Qurbanov (25 aprel 1986[…], Bakı) — azərbaycanlı futbolçu. == Həyatı == 1986-cı il aprel ayının 25-də Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. Azərbaycan yığmasının futbolçusudur. Yarımmüdafiənin sağında və hücumda oynayır. Karyerasına 2000-ci ildə "Fənərbaxçada" başlayıb. 2006-cı ilə qədər Fənərbaxçanın PAF komandasında oynayan İlqar 2006-cı ildə Azərbaycanın "Xəzər-Lənkəran" komandasına keçir. 1 il burda oynayan İlqar, 2007-ci ildə Türkiyənin "Sivasspor" klubuna 3 illiyinə transfer olur və Türkiyə pasportu da alır. 2008–2009 mövsümündə Türkiyənin birinci liqasında çıxış edən Boluspora icarəyə verilmişdir. 2009-cu ildə "Olimpik-Şüvəlan" klubuna transfer olunmuşdur.
İlqar Qılıcov
İlqar Qılıcov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Haqqında == Qılıcov İlqar Səyyad oğlu 07 yanvar 1966-cı ildə Tovuz şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var. Fəlsəfə elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Qarabağ müharibə veteranıdır. 1982–19871982-ci ildə Moskva şəhəri SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutunun hüquq fakültəsinə daxil olmuş, 1987-ci ildə həmin institutunu bitirmişdir. 1986–1987 Alma-Ata qarnizonu stajor müstəntiq vəzifəsini icra edən (Alma-Ata şəhəri); 1987–1991 Gəncə qarnizonu hərbi prokurorluğunun müstəntiqi; 1991–1992 Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq; 1992–1993 Milli Təhlükəsizlik orqanlarında istintaqa Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Millətlərarası Əlaqələrdə qanunların icrasına nəzarət idarəsinin prokuroru işləmiş; 19941994-cü ilin yanvar ayından noyabr ayınadək Milli Təhlükəsizlik üzrə qanunların və Gömrük qanunvericiliyinin icrasına nəzarət idarəsi 1-ci şöbənin prokuroru, rəisi; 1994–1995 Sosial İqtisadi sahələrdə qanunların icrasına, hüquqi aktların qanuniliyinə nəzarət idarəsi, iqtisadi sahədə qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru işləmiş; 1997–2000 Respublika Prokurorluğunda İqtisad məhkəmələri qərarlarının qanunuliyinə nəzarət şöbəsinin prokuroru işləmiş; 2000–2001 Baş Prokurorluğunun Beynəlxalq hüquq şöbəsinin rəis müavini işləmiş; 2001–2005 Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2006 h/h2006-cı ilin aprel ayının 26-dan Azərbaycan Respublikası Ali Məhkəmənin hakimidir.
İlqar Ramazanlı
Ramazanov İlqar Etibar oğlu (2 noyabr 1994 – 3 noyabr 2020, Şuşa) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramazanlı İlqar 2 noyabr 1994-cü ildə anadan olub. Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Qursalı kəndindəndir. == Hərbi Xidməti == Azərbaycan Ordusunun əsgəri olan İlqar Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. İlqar Ramazanlı 03.11.2020-ci ildə Şuşa uğurunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlqar Ramazanlı ölümündən sonra "Vətən uğrunda", “Xocəvəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
İlqar Rəhimov
Rəhimov İlqar Elxan oğlu (7 fevral 1964, Bakı) — 1996-cı ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidentidir. İlqar Rəhimov 2 fevral 2016-cı ildə paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə Vətənə xidmətə görə ordeninə, 15 fevral 2021-ci ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Əmək ordeninə layiq görülmüşdür. XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. == Həyatı == İlqar Rəhimov 7 fevral 1964-cü ildə anadan olub. 1985–1991-ci illərdə Maliyyə Nazirliyində, 1991–1993-cü illərdə Azərbaycan Prezidentinin İcra Aparatında müxtəlif vəzifələrdə işləyib. 1993-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində ,1999-cu ildən nazirin I müavini, 2004-cü ildən 30 oktyabr 2018-ci ilədək nazir müavini vəzifəsində çalışıb. 1996-cı ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidentidir.12 oktyabr 2021-ci il tarixində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Asossiyasiyasının (İBSA) hesabat-seçki konfransında qurumun vitse-prezidenti vəzifəsinə seçilib. 1996-cı ildən başlayaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti kimi 7 dəfə Yay Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. İlqar Rəhimov Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə" 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib, 15 fevral 2021-ci ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə "Əmək" ordeninə layiq görülmüşdür . XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
İlqar Safat
Məmmədov İlqar Kamil oğlu və ya İlqar Safat (23 yanvar 1972, Bakı) — kino və teatr rejissoru, ssenarist, yazıçı, şair, rok-bard. == Həyatı == İlqar Safat 1972-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə "rus dili və ədəbiyyatı" ixtisası üzrə M. F. Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirib. 2012-ci ildə ailə həyatı qurub. Bir qızı var. == Yaradıcılıq fəaliyyəti == 1995-ci ildən 2000-ci ilə qədər şeirləri Bakıda müxtəlif qəzet və ədəbi jurnallarda dərc olunub. Öz mahnıları ilə Bakının və Moskvanın müxtəlif meydançalarında çıxış edib. Yüzə yaxın mahnının müəllifidir. 2002-ci ildə Moskvada SRAK (Senaristlər və Rejissorlar Ali Kursunu) bitirib: V. İ. Xotinenkonun emalatxanası. 2002-ci ildə Qafqaz Layihəsi çərçivəsində Avropanın müxtəlif şəhərlərində Azərbaycanı bir neçə il təmsil etmiş "Dağın nəvəsi" filmini çəkib.
İlqar Sarıyev
İlqar Mahmud oğlu Sarıyev - Azərbaycanlı şəhid. == Həyatı == Sarıyev İlqar Mahmud oğlu 10 mart 1970-ci ildə Gədəbəyin Heriknaz kəndində anadan olub. 6 may 1994-cü ildə şəhid olub. == Təhsili == O, 1987-ci ildə Gədəbəy rayonu Hacıalılar kənd orta məktəbini bitirmişdir. 1987-ci il sentyabr ayında Abşeron rayonu 147 saylı peşə məktəbinə daxil olub, ekskavator maşinisti peşəsinə yiyələnmişdir. 1991-ci il 2 fevralda isə Gədəbəy şəhəri 148 saylı TPM-ə daxil olmuş, 4 noyabr 1991-ci ildə 5-ci dərəcəli baytar operatoru peşəsini almışdır. == Hərbi xidməti == 20 iyun 1988-ci ildə hərbi xidmətə getmiş, 19 iyun 1990-cı ildə xidmətini başa vurmuşdur. 1993-cü ilin noyabr ayında Milli Ordumuz yaradılarkən könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda döyüşə yollandı. Bir ay Seyfəlidə poliqonda iştirak etmiş, orada pulemyotçuluğu öyrəndikdən sonra Ağdam rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. == Vəfatı == 6 may 1994-cü ildə şəhid olub.
İlqar Verdiyev
İlqar Vəliyev
İlqar Cahid oğlu Vəliyev (12 oktyabr 1973; Bakı şəhəri, Azərbaycan SSR — 20 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlqar Cahit oğlu Vəliyev 1973-cü il oktyabrın 12-də Bakı şəhərində anadan olub. Binəqədi rayonunda Əsəd Ələsgərov adına 244 saylı tam orta məktəbdə təhsil alıb.1991–1996-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil alıb. Təhminə Vəliyeva ilə ailəli idi. Vəli və Fuad adında 2 oğlu yadigar qaldı. Azərbaycan Dəmir Yollarının (ADY) 10 saylı İxtisaslaşdırılmış Dəmir yolu Müəssisəsində sahə rəisi vəzifəsində çalışırdı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan İlqar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar Vəliyev oktyabrın 20-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İlqar Vəlizadə
Vəlizadə İlqar Maqsud oğlu (1972, Bakı) — azərbaycanlı politoloq və jurnalist. == Həyatı == 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə Bakı şəhəri 6 nömrəli məktəbi bitirmişdir. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində ali təhsil almışdır. Diplom işini İqtisadi və Sosial Coğrafiya kafedrasında müfadiə etmişdir. 1996–2000-ci illərdə AMEA İqtisadiyyat İnstitutunun aspirantura pilləsində təhsil almışdır. AAK-ın 2022-ci ilin 3 fevral tarixli qərarıyla iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2009-cu ildə "Novosti" Beynəlxalq Mətbuat mərkəzini nəzdində "Cənubi Qafqaz" politoloqlar klubunu təsis edib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1994–1996-ci illərdə "Xalq üçün mallar" Azərbaycan Respublikasının Dövlət Konsernində mühəndis, Azərbaycan Respublikası Toxuculuq və Yüngül Sənayesi İşçiləri Həmkarlar İttifaqının Nəzarət-Təftiş Komissiyasının üzvü olmuşdur. 1996–2002 ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya Departamentində sosioloq, redaktor, şöbə müdiri vəzifələrində calışmışdır.
İlqar Xəyal
İlqar Xəyal (15 sentyabr 1966, Bakı) — Azərbaycanlı müğənni, televiziya aparıcısı və Karvan qrupunun keçmiş solistidir. == Həyatı == 1966-cı il sentyabr ayının 15-də Bakıda anadan olmuşdur. İlqar Xəyal orta təhsilini 190 nömrəli orta məktəbdə, ali təhsilini isə Azərbaycan Texniki Universitetində almışdır. Tar üzrə musiqi təhsili vardır. Gənclik illərindən müasir musiqiyə və geyimlərə meyl göstərmişdir. "Bakı payızı" müsabiqəsinin birincisi olandan sonra 1988-ci ildə Sevinc Kərimova İlqarı "Karvan" qrupuna dəvət elədi və o zaman "Qərib Durnalar" mahnısı təqdim olundu. "Karvan" qrupu daxilində isə ilk mahnısı "Sarı Güllər" oldu. Bu mahnıya çəkilən klip Azərbaycanda çəkilən ilk rəsmi klip idi. 1990-cı illərin əvvəlində məşhur Karvan qrupunun tərkibində məşhurlaşmışdır. Ailəlidir, üç oğlu var.
İlqar Zeynallı
İlqar Ayaz oğlu Zeynallı (1995, Cəlilli, Tovuz rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Ordusunun giziri, 2020-ci il iyulunda Tovuz istiqamətində olan döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Zeynallı Ilqar Ayaz oğlu, 9 iyul 1995-ci il tarixində Tovuz rayonu Cəlilli kəndində anadan olmuşdur. Həmin kənddə yerləşən məktəbdə orta təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə daxil olmuşdur. Hərbi həkim işi ixtisasına yiyələndikdən sonra Beyləqanda feldşer(hərbi həkim) kimi xidmətə başlamışdır. Aprel döyüşlərinin fəal iştirakçılarından olub və neçə-neçə yaralı döyüş yoldaşlarına vaxtında ilkin tibbi yardım etmişdir. 2018-ci ildən Tovuz rayonunda xidmətinə davam etmişdir. 2020-ci il 14 iyul tarixində torpaq uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Anadan olduğu kənddə dəfn olunmuşdur. Subay idi, özündən yaşca böyük qardaşı və kiçik bacısı var.
İlqar Zeynalov
İlqar Natiq oğlu Zeynalov (26 avqust 1989; Cəlilabad rayonu, Azərbaycan SSR — 27 Sentiyabır 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlqar Zeynalov 1989-cu il avqustun 26-da Cəlilabad rayonunun Zopun kəndində anadan olub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Rəfael və Əhməd adında 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan İlqar Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar Zeynalov Sentiyabırın 27-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Zeynalov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Zeynalov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
İlqar İbrahimov
İlqar İbrahimov (aktyor) — Azərbaycan aktyoru. İlqar İbrahimov (şəhid) — 20 yanvar şəhidi. İlqar İbrahimov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
İlqar Əbdürəhmanov
İlqar Şair oğlu Əbdürəhmanov (27 mart 1979, Bakı) — rusiyalı və azərbaycanlı futbolçu. Azərbaycan milli futbol komandasının şərəfini qorumuşdur. == Karyerası == === Klub === Furbolçu karyerasına Y-18 yığmasında başlamışdır. 1996—1998-ci illərdə Azərbaycan çempionatında iştirak etmişdir. 1999-cu ildə Moskvanın "Lomomativ-2", sonradan isə "KAMAZ" futbol klublarında oynamışdır. 2001-ci ildə 2 mart tarixində keçirilən Rusiya futbol çempionatında Anjinin şərəfini qoruumuşdur. 2004-cü ildə Azərbaycan milisinin şərəfini qoruyan Dimitri Kramarenko ilə birlikdə "Jenis" klubunda oynamışdır. Qazaxıstan cempionatında 30 oyun keçirmiş və 3 qol vurmuşdur. Onun sözlərinə görə 2006-cı ilin dekabrında onunla yenidən Jenis klubu maraqlanır. O Futbol üzrə Azərbaycan çempionatı 2006/2007 mövsümünün ortalarında Qazaxıstana gedə bilərdi.
İlqar Əbilhəsənov
İlqar Əbilhəsənov (tam adı: Əbilhəsənov İlqar Yusif oğlu; 19 avqust 1967, Bakı – 20 yanvar 1990, Bakı) — "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar Şəhidi" fəxri adına layiq görülüb. == Həyatı == İlqar Əbilhəsənov, 19 avqust 1967-ci il tarixində Bakıda anadan olub. Ailənin 5 uşağından ən kiçiyi idi. 1984-cü ildə Nəsimi rayonu 42 saylı orta məktəbi bitirib. Həmin məktəb bu gün onun adını daşıyır. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Atası Yusif Əbilhəsənovun Naxçıvanın daxili işlər naziri olması İlqarı da bu yolla getməyə ilhamlandırıb. Hərbi xidmətdən qayıtdıqdan sonra keçmiş Xalq Təsərrüfatı İnstitutu, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinə daxil olub. Üç il oxuyandan sonra axşam növbəsinə keçib, milis orqanlarında işə düzəlir, oxuya-oxuya işləyir.
İlqar Əbülhəsənov
İlqar Əbilhəsənov (tam adı: Əbilhəsənov İlqar Yusif oğlu; 19 avqust 1967, Bakı – 20 yanvar 1990, Bakı) — "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar Şəhidi" fəxri adına layiq görülüb. == Həyatı == İlqar Əbilhəsənov, 19 avqust 1967-ci il tarixində Bakıda anadan olub. Ailənin 5 uşağından ən kiçiyi idi. 1984-cü ildə Nəsimi rayonu 42 saylı orta məktəbi bitirib. Həmin məktəb bu gün onun adını daşıyır. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Atası Yusif Əbilhəsənovun Naxçıvanın daxili işlər naziri olması İlqarı da bu yolla getməyə ilhamlandırıb. Hərbi xidmətdən qayıtdıqdan sonra keçmiş Xalq Təsərrüfatı İnstitutu, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinə daxil olub. Üç il oxuyandan sonra axşam növbəsinə keçib, milis orqanlarında işə düzəlir, oxuya-oxuya işləyir.
İlqar Əhmədov
İlqar Əhmədov (tam adı: İlqar Hümmət oğlu Əhmədov; 25 may 1965, Faxralı, Bolnisi rayonu – 20 yanvar 1990, Bakı) — Qanlı Yanvar şəhidi. == Haqqında == 1965-ci il mayın 25-də Gürcüstan SSR Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomobil nəqliyyatı" fakültəsinin 4-cü kurs tələbəsi idi. == Şəhid olması == 19-dan 20-nə keçən gecə dostları ilə birlikdə Salyan qazarmasının yanında olub. Əsgərlər dinc əhaliyə divan tutan vaxt İlqar dostları ilə yaralıları və ölüləri maşınlara qoyub xəstəxanaya yola salırdı. Yaralılara kömək eləmək xoşuna gəlmədi imperiya xidmətçilərinin. Vurdular İlqarı da. Gecə saat 02.30 dəqiqədə. Güllə sol gözündən dəymiş, İlqar yerindəcə keçinmişdir. Mərhum Faxralı kəndində, anadan olduğu torpaqda dəfn edilmişdir.
İlqar Əlfioğlu
İlqar Əlfioğlu (tam adı: Qasımov İlqar Əlfi oğlu; 26 mart 1955, Bakı) — Azərbaycanlı jurnalist, yazıçı, teleaparıcı, tərcüməçi. Azərbaycan Televiziyası tarixində ilk tok-şoulardan biri olan Dalğa verilişinin müəllifi və aparıcısı olub. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin redaktoru == Həyatı == İlqar Əlfioğlu 26 mart 1955-ci ildə Bakı şəhərində anadan olub. Yazıçı Əlfi Qasımovun oğludur. 1961-ci ilə kimi Bakıda, "Həmşəri palanı" küçəsində yaşayıb. Orta təhsilini 1972-ci ildə Bakı şəhərində yerləşən 190 nömrəli məktəbdə tamamlamışdır. Ardınca Azərbaycan Dövlət Unversitetinin Şərqşünaslıq fakültəsində təhsilini davam etdirmişdir. 1978-ci ildən başlayaraq Azərbaycan Dövlət Televeziyasında və müxtəlif redaksiyalarda işləyib. 2014-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin şöbə müdiri təyin edilib. Yazıçı Əlfi Qasımovun ailəsində anadan olub.
İlqar Əlləzoğlu
İlqar Hacıyev (İlqar Əlləz oğlu Hacıyev) — iş adamı, iqtisadçı, "Şərəf" ordeni laureatı, Polad Bülbüloğlunun keçmiş müşaviri, "Rusiyada biznesin şəffaflığı və korporativ reydlərə qarşı Mübarizə Mərkəzi"nin təsisçisi. == Həyatı == İlqar Hacıyev 3 iyul 1973-cü ildə Ermənistanın Stepanavan rayonunun Kirov kəndində anadan olub. On yeddi yaşında məktəbi bitirəndən sonra o, bizneslə məşğul olub. İxtisasca iqtisadçıdır. İlqar Hacıyev Rusiyanın Dağıstan Dövlət Universitetinin məzunudur. 2019-cu ilə qədər İlqar Hacıyev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun müşaviri vəzifəsində çalışıb. 2019-cu ilin yanvarında Londonda İlqar Hacıyev "Rusiyada biznesin şəffaflığı və korporativ reydlərə qarşı Mübarizə Mərkəzi"ni təsis edib. === Ailəsi === Hazırda İsveçrədə yaşayır. Ailəlidir, altı övladı var. == Fəalyyəti == === Əmək fəaliyyəti === 2005-2009-cu illər ərzində Azərbaycanda fəaliyyət göstərən və qısa müddətdən sonra Qazaxıstan, Özbəkistan, Ukrayna, Gürcüstan, Türkiyə, Əfqanıstan kimi ölkələrdə də beynəlxalq əhəmiyyətli infrastruktur layihələri yerinə yetirən "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin rəhbəri olub.
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədov İlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi. İlqar Məmmədov (idmançı) — Azərbaycanlı qılıncoynatma ustası, rapiraçı.
İlqar İbrahimoğlu
İlqar İbrahimoğlu — "Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi"nin (DEVAMM) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı, həftəlik "Dəyərlər" qəzetinin və Dəyərlər AIN (Azerbaijan Islam News) portalının sabiq baş redaktoru. İbrahimoğlu ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən "Strateji Araşdırmalar Mərkəzi"nin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub. == Həyatı == İlqar İbrahim oğlu Allahverdiyev 5 noyabr 1973-cü ildə dünyaya gəlmişdir. Gənclik illərində "Nə? Harada? Nə vaxt?" komandasının kapitanı olmuşdur. Uşaq çağlarından Azərbaycanın əməkdar məşqçisi Oleq İsaakoviç Privorotskinin rəhbərliyi altında şahmatla məşğul olmuşdur. Birinci dərəcəli şahmat ustasıdır. == Fəaliyyəti == İqtisadiyyat, fəlsəfə və ilahiyyat üzrə ali təhsil almışdır. "İslam və Qərb fəlsəfələrinin inteqrasiyası" mövzusunda elmi dissertasiya müdafiə etmişdir.
İlqar İlkin
İlqar İlkin (Bayraməliyev İlqar Bayraməli oğlu; 15 mart 1972, Yormuğanlı, Kaxetiya) — Birlik jurnalının baş redaktoru, şair, Azərbaycan Yazıçılar Birliyinin və Ulduz jurnalının redaksiya heyətinin üzvü. == Həyatı == Bayraməliyev İlqar Bayraməli oğlu 1972-ci ildə Gürcüstan, Saqareco rayonu, Qaraçöp mahalında anadan olub. === Ailəsi === Ailəlidir. Bir oğlu, bir qızı var. === Təhsili === 1979-cu ildə Yor-Muğanlı kənd orta məktəbinə daxil olub, 1989-cu ildə Bakı şəhəri, 5 saylı kimya-biologiya təmayüllü internat məktəbini bitirib. 1990-95-ci illərdə Bakı Dövlət Üniversitetinin filologiya fakültəsində filoloq ixtisası üzrə təhsili alıb. == Fəaliyyəti == === Mətbuat və diaspor fəaliyyəti === Tələbəlik illərindən yaradıcılıq fəaliyyətilə aktiv şəkildə məşğul olub və şeirlərim aparıcı qəzet və jurnallarda nəşr olunub. 100-ə yaxın kitabın redaktoru olub. 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və “Ulduz” jurnalının redaksiya heyətinin üzvüdür. 1998-ci ildə yaradılan Dünya Gənc Türk Yazarlar Birliyinin əsas yaradıcılarından biri olub, 2004-ci ildən təşkilatın Məclis sədri olub.
İlqar İsbatov
İlqar Aydın oğlu İsbatov — Bakı Dövlət Layihə İnstitutunun direktoru, Azərbaycan Respublikasının əməkdar memarı. == Həyatı == İlqar İsbatov 4 sentyabr 1964-cü ildə anadan olmuşdur. 1987-ci ildə Moskva Memarlıq İnstitutunun şəhərsalma fakültəsini fərqlənmə diplomu ilə bitirib, Bakı Dövlət Layihə İnstitutunun Bakı şəhərinin Baş Planını işləyib hazırlayan emalatxanada işə başlayıb. Fəaliyyəti dövründə 100-dən artıq memarlıq layihəsi hazırlayıb və həyata keçirib. 13 fevral 2008-ci ildə İ.İsbatov Bakı Dövlət Layihə İnstitutuna direktor vəzifəsinə təyin edilib. Bir çox layihələrin hazırlanmasında bilavasitə iştirak edib. Neftçilər və İstiqlaliyyət küçələrindəki binaların fasadlarının yenidən qurulmasında, Yeni Yasamal, C.Quliyev, H.B.Zərdabi, M.İbrahimov küçələrindəki yaşayış komplekslərinin layihələndirilməsində, FHN Akademiyasının təhsil korpusunun, Qəbələ İcra Hakimiyyətinin inzibati binasının, 132-134, 6 və 18 sayli məktəblərin, Nizami küçəsində ticarət mərkəzinin, yüksək mərtəbəli ofis binasının və s. layihələrin hazırlanmasına rəhbərlik edib və müəllifi olub. Baki Dövlət Layihə İnstitutu 2009, 2010-cu illərin nəticələrinə görə MDB ölkələri arasında ən yaxşı layihə təşkilatı nominasiyasının qalibi olub, İlqar İsbatov isə 2011-ci ilin nəticələrinə görə ən yaxşı layihə təşkilatı rəhbəri adına layiq gorülüb. 2009, 2010, 2011-ci illərdə ölkədaxili və MDB məkanında keçirilən ilin ən yaxşı layihələri və tikintisi nominasiyaları üzrə müsabiqələrin qalibi və laureatı olub.
İlqar İsmayılov
İlqar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. İlqar İsmayılov (çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi.
İlqar İxtiyar
İxtiyar İlqar oğlu Əliyev (6 iyul 1994; Goranboy rayonu, Azərbaycan — 6 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İxtiyar Əliyev 1994-cü il iyulun 6-da Goranboy rayonunun Goranlı kəndində anadan olub. Ailəli idi. Qardaşı Əliyev Bəxtiyar İlqar oğlu İkinci Qarabağ müharibəsi qazisidir. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan İxtiyar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İxtiyar Əliyev oktyabrın 6-da Ağdərə istiqamətində "951" zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Onun nəşinin tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. İtkin düşməsindən 1 il sonra, 2021-ci il oktyabrın 13-də Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, itkin düşmüş hərbi qulluqçu – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.
Hacı İlqar İbrahimoğlu
İlqar İbrahimoğlu — "Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi"nin (DEVAMM) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı, həftəlik "Dəyərlər" qəzetinin və Dəyərlər AIN (Azerbaijan Islam News) portalının sabiq baş redaktoru. İbrahimoğlu ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən "Strateji Araşdırmalar Mərkəzi"nin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub. == Həyatı == İlqar İbrahim oğlu Allahverdiyev 5 noyabr 1973-cü ildə dünyaya gəlmişdir. Gənclik illərində "Nə? Harada? Nə vaxt?" komandasının kapitanı olmuşdur. Uşaq çağlarından Azərbaycanın əməkdar məşqçisi Oleq İsaakoviç Privorotskinin rəhbərliyi altında şahmatla məşğul olmuşdur. Birinci dərəcəli şahmat ustasıdır. == Fəaliyyəti == İqtisadiyyat, fəlsəfə və ilahiyyat üzrə ali təhsil almışdır. "İslam və Qərb fəlsəfələrinin inteqrasiyası" mövzusunda elmi dissertasiya müdafiə etmişdir.
İlqar Qürbət oğlu Məmmədov
İlqar Qürbət oğlu Məmmədov (9 yanvar 1971, Göydərə, Şamaxı rayonu) — riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, AMEA İdarəetmə Sistemləri İnstitutunun "İdarəetmənin riyazi məsələləri" laboratoriyasının rəhbəri. == Həyatı == İlqar Məmmədov 9 yanvar 1971-ci ildə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində — indiki Qobustan rayonunun Göydərə kəndində mexanizator ailəsində anadan olmuşdur. O, 1978–1986-cı illərdə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində yerləşən Göydərə kənd səkkiz illik natamam orta məktəbində oxumuşdur. Həmin il müsabiqə yolu ilə Bakı şəhərindəki Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyə daxil olmuş, 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vurmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almış, riyaziyyatçı, riyaziyyat müəllimi ixtisası alaraq, məzun olmuş və bu ali məktəbdə ali təhsilini qırmızı diplomla yəni fərqlənmə diplomu ilə başa vurmuşdur. Elə həmin il diferensial tənliklər ixtisası üzrə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. == Elmi fəaliyyəti == 1995-ci ildən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləmiş, 2008-ci ildən 2017-ci ilə qədər isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2004-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu və Bakı Dövlət Universitetinin D 01.111 Birləşdirilmiş Dissertasiya Şurasında "Bəzi sərhəd məsələlərinin korrekt həllolunması və hiperbolik tənliklərlə təsvir olunan proseslərdə optimallığın zəruri şərtləri" mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 13 may 2005-ci il tarixli (protokol № 18-k) qərarı ilə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. İlqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiiyasının 23 fevral 2010-cu il tarixli qərarı ilə diferensial tənliklər kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür.
İlqar Ramazanov (şəhid)
Ramazanov İlqar Etibar oğlu (2 noyabr 1994 – 3 noyabr 2020, Şuşa) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramazanlı İlqar 2 noyabr 1994-cü ildə anadan olub. Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Qursalı kəndindəndir. == Hərbi Xidməti == Azərbaycan Ordusunun əsgəri olan İlqar Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. İlqar Ramazanlı 03.11.2020-ci ildə Şuşa uğurunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlqar Ramazanlı ölümündən sonra "Vətən uğrunda", “Xocəvəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
İlqar İbrahimov (aktyor)
İbrahimov İlqar Cəmil oğlu ( 3 mart 1959-cu il) — Azərbaycan aktyoru. == Həyatı == İlqar İbrahimov 1981-ci ildə M.Əliyev adına ADİİ-nin "dram və kino aktyoru" fakültəsinə qəbul olunub, 1985-ci ildə həmin fakültəni bitirib. 1978-ci ildən Sumqayıt Dövlət Dram Teatrında aktyor işləyir. 1985-1996-cı illərdə M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrında aktyor işləyib. 1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2001-ci ildən yenidən Sumqayıt Dövlət Dram Teatrında aktyor işləyir. Sumqayıt Teatrında oynadığı rollar: İ.İbrahimov "Yaxşı adam" – Əli,M.Moyame "Lotereya" – Klud, M.Haqverdiyev "Fədakarlıq" – Zakir, Ə.Qiyas "Jəhənnəm eksperisi" – Bələdçi, M.F.Axundov "Hekayəti xırs quldurbasan"- Fok, G.Xuqayev "Ailə" – Juci, İ.Məlikzadə "Gəl qohum olaq" – Jamal, S.Rəhman "Əliqulu evlənir"- Kamal, N.Həsənzadə "Nabat xalanın çörəyi" – Əsgər Ə.Əmirli "Varlı Qadın" – Sarı Qarayev , Anar "Yaxşı padşahın nağılı" – Vəzir, Z.Xəlil "Balqabaq padşahın nağılı" – Vəzir və s. Ümumilikdə 60-a yaxın rol oynayıb.
İlqar İbrahimov (şəhid)
İlqar İbrahimov (tam adı: İlqar Rəşid oğlu İbrahimov; 13 oktyabr 1976, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == İlqar İbrahimov 13 oktyabr 1976-cı il tarixində Bakıda anadan olmuşdur. Şəhidlik ərəfəsində 167 nömrəli məktəbin 7a sinif şagirdi olmuşdur. Bir çox uşaqlar kimi, marka, maşın şəkilləri toplayır, ya Suvorov adına hərbi məktəblərin birində, ya da Ukraynadakı ali hərbi məktəblərin birində təhsil alaraq hərbçi (tankçı) olmağı arzulayırdı. == Qanlı Yanvar faciəsi == İlqarın dostu Pərvizin[1] dediklərindən: "Zaporojets" maşınında tankın altında qalan, lakin möcüzə nəticəsində sağ qalan Nazim Ələkbərov hadisəni dəfələrlə nəql etmişdir. Bəzi detallar zamanla dəyişsə də, onun sözlərinə görə, hadisə belə cərəyan etmişdir: Valideynləri İlqarın vurulmasından xəbər tutan kimi küçəyə çıxmışdır. Yolda əsgər silahı tuşlayanda anası Yekaterina maşından çıxaraq "Mən silahsızam, oğlumu axtarıram" demiş və əllərini qaldırmışdır. Əsgərlər "Biz uşağı vurmuruq" deyəndə anası oğlunun Semaşkoda olduğunu demiş. Bu an İlqarın atası Rəşid də maşından çıxmış, bunu görən əsgərlər silahı ona tərəf çevirib dayanmağı əmr etmişdir. Yekaterina Rəşidin onu əri olduğunu desə də, əsgərlər geri qayıtmağı əmr edərək hədə-qorxu gəlmişdir.
İlqar Əhmədov (əsgər)
Əhmədov İlqar Xəqani oğlu () — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əhmədov İlqar Xəqanı oğlu 18 mart 1999-cu ildə Kürdəmir rayonu İsmayıllı kəndində dünyaya gəlib. Hərbi xidmətini başa vurduqdan bir müddət sonra-İkinci Vətən Müharibəsi başlamazdan bir həftə əvvəl, sentyabrın 21-də isə səfərbərliyə cəlb olunuub. Döyüş yolu Xocavəndəcən davam edib və müharibənin başa çatmasına 5 gün qalmış, noyabrın 9-də Şəhidlik məqamına ucalıb. Amma nəşini 15 gündən sonra əldə etmək mümkün olub və noyabrın 20-də dəfn olunub. == Mükafatları == Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Əhmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" ilə təltif edildi.

Digər lüğətlərdə