İlqar Sədi oğlu İsmayılov ({{DVTY}} şablonu boşdur ) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.[1]
İlqar İsmayılov | |
---|---|
İlqar Sədi oğlu İsmayılov | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Hərbi hissə | Binəqədi Rayon Polis İdarəsi |
Rütbəsi | Kapitan |
Vəzifəsi | Cinayət axtarışı üzrə əməliyyat müvəkkili |
Təltifləri |
29 mart 1959-cu il Bakı şəhərində doğulmuşdur. Əslən Qazax rayonundandır. 1966-cı ildə Bakı şəhərindəki 45 saylı orta məktəbə getmiş, 1976-cı ildə təhsilini başa vurmuşdur. Daha sonra Azərbaycan Bədən Tərbiyəsi İnstitunda təhsil almışdır. 1981-ci ildə hərbi xidmətə çağırılımış, 1983-cü ildə ordudan tərxis edilmişdir.[2]
Ailəli idi, iki övladı yadigar qalıb.
İlqar 1991-ci ildən başlayaraq tez-tez döyüş bölgəsinə gedərdi. Onun şücaəti nəticəsində ermənilərlə vuruşan xeyli xarici vətəndaş ələ keçirilmişdir. Onun rəhbərliyi ilə 128 nəfər döyüşçümüz Qızartı yüksəkliyini erməni basqınçılarından azad etmişdir. İgid komandir 1992-ci il 1 oktyabr qəhrəmancasına həlak olmuşdur.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.[2]
Bakı küçələrindən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önündə büstü qoyulub.[2]