Ramazanov İlqar Etibar oğlu (2 noyabr 1994 – 3 noyabr 2020, Şuşa) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
İlqar Ramazanov | |
---|---|
İlqar Etibar oğlu Ramazanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Ramazanlı İlqar 2 noyabr 1994-cü ildə anadan olub. Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Qursalı kəndindəndir.
Azərbaycan Ordusunun əsgəri olan İlqar Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. İlqar Ramazanlı 03.11.2020-ci ildə Şuşa uğurunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlqar Ramazanlı ölümündən sonra "Vətən uğrunda", “Xocəvəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.[1]