İlqar Cahid oğlu Vəliyev (12 oktyabr 1973; Bakı şəhəri, Azərbaycan SSR — 20 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
İlqar Vəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri, Azərbaycan SSR |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi,Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
İlqar Cahit oğlu Vəliyev 1973-cü il oktyabrın 12-də Bakı şəhərində anadan olub.[1] Binəqədi rayonunda Əsəd Ələsgərov adına 244 saylı tam orta məktəbdə təhsil alıb.1991–1996-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil alıb. Təhminə Vəliyeva ilə ailəli idi. Vəli və Fuad adında 2 oğlu yadigar qaldı.
Azərbaycan Dəmir Yollarının (ADY) 10 saylı İxtisaslaşdırılmış Dəmir yolu Müəssisəsində sahə rəisi vəzifəsində çalışırdı.
Azərbaycan Ordusunun baş leytenantı olan İlqar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar Vəliyev oktyabrın 20-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Vəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İlqar Vəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]