İMİŞ

Qoşulduğu sözü keçmiş zamana bağlayaraq ona rəvayət mənası verən bağlama. Şəhər çox böyük imiş. Onun qisməti belə imiş.
– Hər kəs [Zeynala] adi bir idarə məmuru kimi baxır imiş. S.Hüseyn.
C.Məmmədquluzadənin təsvirinə və tarixi sənədlərə görə o zaman Azərbaycan dilində qəzet çıxarmaq çox çətin məsələ imiş. M.İbrahimov.
Ancaq indi Kərimə əyan oldu ki, bura nə imiş. Mir Cəlal.

İMİRÇİMİŞ
İMİTÁSİYA

Digər lüğətlərdə