İNSAFLI

sif. İnsafı olan, insafla iş görən. İnsaflı adam.
[Vəli bəy:] Çox insaflı adamsan, mən çalışmağımı hesab etmirəm, çünki dost dost yolunda canını da qoyar. S.S.Axundov.
Qoy Mehribanın Zeynal ilə Naşada verdiyi bu sualı hər bir insaflı kişi özünə versin. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İNSAFLI insaflı bax 1. rəhmli; 2. vicdanlı; 3. ədalətli
  • İNSAFLI mürüvvətli — rəhmli

Antonimlər (əks mənalı sözlər)

  • İNSAFLI İNSAFLI – KAFİR Görürəm çox insaflı oğlansan (A.Şaiq); Yüzbaşı yaman kafir imiş (Mir Cəlal)
İNSAFƏN
İNSAFSIZ

Digər lüğətlərdə