İTİLƏŞMƏK f. Daha iti olmaq, daha kəskin olmaq. [Bəndalının] yanaqları qızarmış, sümüyü bərkimiş, vücudu möhkəmlənmiş, baxışı itiləşmişdi. Mir Cəlal. İtiləşib dilləri; Kitabla cavab verir; Sualına hər biri. B.Vahabzadə.