İzoxətt
İzoxət (yun. isos-"bərabər") — hər hansı bir kəmiyyətin coğrafi xəritədə, şaquli kəsikdə və ya qrafikdə eyni qiymətlərini göstərən xətt.
== İzoxətlərin növləri ==
== İzoamplitudalar ==
Xəritədə bu və ya digər meteoroloji kəmiyyətin amplitudasının bərabər olduğu nöqtələri birləşdirən xətlər.
== İzoanemon ==
Xəritədə küləyin ortaillik sürətinin müxtəlif qiymətini göstərən xətt.
== İzobarlar ==
İzobarlar (yun. isos — "bərabər" və baros — "ağırlıq") — xəritədə, müxtəlif diaqramlarda eyni barometrik təzyiqli məntəqələri birləşdirən xətlər.
İzobatlar (yun. isos — "bərabər" və bathis — "dərinlik") — xəritədə su hövzələrinin (göl, dəniz, okean) eyni dərinlikdə olan nöqtələrini birləşdirən xətlər.
İzotermlər — iqlim xəritələrində müəyyən vaxt içərisində orta temperaturu eyni olan yerləri birləşdirən xətlər. İzotermlər orta, illik, yanvar və iyul temperaturlarını göstərir.